Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4008/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «iddiaçının xidməti yaşayış sahəsi ilə bağlı müvafiq arayışın, birdəfəlik müavinətin və geyiş forması əvəzinə pul kompensasiyasının verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı «iddiaçının xidməti yaşayış sahəsi ilə bağlı müvafiq arayışın, birdəfəlik müavinətin və geyiş forması əvəzinə pul kompensasiyasının verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsində bildirir ki, o, AR Cavabdeh X5 Xidmətinin Yasamal rayon X5 hissəsində 2008-ci ildən 2019-cu ilin oktyabr ayınadək xidmət keçmiş və AR Fövqəladə Hallar nazirinin 2096/ş nömrəli 14 oktyabr 2019-cu il tarixli əmri ilə «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Hal-hazırda əmək pensiyaçısıdır. AR Cavabdehndən ehtiyata buraxılarkən onun bir sıra maddi təminat hüquqları pozulmuşdur. Belə ki, o, xidmət dövründə xidməti mənzillə təmin olunmamışdır. FHN X5 Xidməti ona xidmət dövründə xidməti mənzillə təmin olunmaması barədə arayış verilməsindən imtina etmişdir. Bu arayış ona Bakı şəhəri Yasamal RİH-də mənzil növbəsinə görürülməsi üçün zəruridir. Həmçinin, həmin orqanda xidmətinə xitam verilərkən ona «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 23.13-cü maddəsində nəzərdə tutulmuş vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinət verilməmişdir. Bundan başqa, ona həmin Qanunun 26.4-cü maaddəsində nəzərdə tutulan geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası da ödənilməmişdir. Qeyd olunanlarla əlaqədar o, 10 mart 2020-ci il və 11 mart 2020-ci il tarixlərdə AR X3 müraciət etmiş, lakin onun müraciətləri cavabsız və nəticəsiz qalmışdır. Göstərilənlərə və «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 23.13 və 26.4-cü maddələrinə əsaslanaraq, məhkəmədən ona (iddiaçıya) xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunubolunmaması barədə arayışın verilməsi, vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin və növbəti verilən geyiş forması əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaya qarşı yazılı münasibəti məhkəməyə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı tərəf 16 sentyabr 2020-ci il tarixli qərardaddan apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2 noyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin “iddianın mümkün sayılmaması haqqında” 16 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş və inzibati iş həmin məhkəməyə göndərilmişdir. İPM-in 87.9-cu maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsaslı olmadığını bildirdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: (28.1.1) fiziki və ya hüquqi şəxsin ərizəsi; (28.1.2) inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; (28.1.3) inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 1.1-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xidmət müvafiq icra hakimiyyəti orqanının qanunvericilikdə nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3-cü maddəsinə görə bu Qanun müvafiq icra hakimiyyəti orqanının aparatında və onun strukturuna daxil olan qurumlarda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr verilməklə sıravi heyət, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət edən şəxslərə, habelə müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin xüsusi rütbəli müdavimlərinə şamil edilir. Həmin Qanunun 23.9-cu maddəsinə görə fövqəladə hallar orqanlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya xidməti davam etdirməyə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş əməkdaşlarına və ya onların ailə üzvlərinə qanunvericiliyə uyğun olaraq birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi təmin edilir. Həmin Qanunun 23.13-cü maddəsinə görə pensiyaya çıxması, struktur və ştat dəyişiklikləri, habelə bu Qanunun 23.9-cu maddəsində nəzərdə tutulmuş hallardan başqa, səhhəti və əlilliyinin müəyyən edilməsi ilə bağlı fövqəladə hallar orqanlarında xidmət keçməsinə xitam verilmiş əməkdaşlara vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət verilir. Həmin Qanunun 26.4-cü maaddəsinə əsasən fövqəladə hallar orqanları əməkdaşlarının arzusu ilə növbəti verilən geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilə bilər. Həmin Qanunun 33.1.1-ci maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşının xidmət keçməsinə öz arzusu ilə xidmətdən azad olunması barədə yazılı ərizə verdikdə xitam verilir. Göründüyü kimi, iddiaçının iddiası üç tələbdən ibarətdir: - iddiaçıya xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunubolunmaması barədə arayışın verilməsi; - iddiaçıya vəzifə və rütbə maaşının 6 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi; - iddiaçıya növbəti verilən geyiş forması əvəzinə onun dəyəri məbləğində pul kompensasiyasının ödənilməsi. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə icraatında İddiaçı əvvəllər xidmət etdiyi orqana müraciət üzrə başlanmış inzibati icraatda onun qaldırdığı məsələlərin tam və obyektiv şəkildə araşdırılmadığı müəyyən edilir. Lakin belə natamamlıq müvafiq məsələlərin hər birinin müsbət həlli qənaətini yarada bilməz. İddiaçının hazıda tələb etdi və inzibati orqana müraciətində qaldırdığı birinci məsələ “xidmət dövründə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunub-olunmamasına dair arayışın verilməsi” barədədir ki, bununla bağlı da müvafiq məlumatların hazırkı cavabdeh inzibati orqan AR Cavabdehndə toplandığı təkzib olunmazdır. Belə olan halda, həmin məlumata dair arayışı tələb etməkdə iddiaçı haqlı hesab olunur və cavabdeh inzibati orqan tərəfindən sözügedən arayışın verilməsi təmin olunmalıdır. İddiada göstərilən ikinci tələblə bağlı məhkəmə vurğulayır ki, iddiaçının fövqəladə hallar orqanlarında xidmət keçməsinə «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» AR Qanununun 33.1.1-ci maddəsi ilə, yəni “öz arzusu ilə” xitam verildiyindən, o, həmin Qanunun 23.13-cü maddəsində göstərilən şəxslərin sırasına aid edilə bilməz. Odur ki, sözügedən Qanunun 23.13-cü maddəsində nəzərdə tutulan “vəzifə və rütbə maaşlarının 6 misli məbləğində birdəfəlik müavinət”in ona veriulməməsi qanuna zidd qiymətləndirilməməlidir. İddiaçının üçüncü tələbinə gəldikdə isə, məhkəmənin qənaəti belədir ki, iddiaçının xidmət dövründə geyim forması ilə tam təmin edildiyini (bu xüsusatı cavabdeh imtinasında bildirmiş, iddiaçı isə onu təkzib etməmişdir) nəzərə alaraq, ona geyiş formasının əvəzinə dəyəri məbləğində pul kompensasiyasının ödənilməli deyildi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qismən, yəni “iddiaçıya xidmət dövründə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunubolunmaması barədə arayışın verilməsi” hissəsində qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli, qalan hissədə isə qanuni sayılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və İddiaçı Elman oğluna xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunub-olunmaması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia qismən təmin edilsin. İddiaçı Elman oğluna xidmət etdiyi dövrdə xidməti mənzil (yaşayış sahəsi) ilə təmin olunub-olunmaması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4008/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4008/2021
04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver