Məhkəmə qərarları › İş №2-1(112)-401/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-401/2020

13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-401/2020 13.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi X15 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçılar İddiaçı6, İddiaçı3 Atəş oğlu və iddiaçılar İddiaçı1, İddiaçı3 Atəş oğlunun, İddiaçı4, X3, İddiaçı6, İddiaçı7, İddiaçı8 nümayəndəsi və vəkili X5, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X9 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Atəş oğlunun, İddiaçı4, X3, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı Cavabdeh2 MMC məhkəmə iclaarına 3-cü şəxs qismində cəlb edilməklə “məlumatların X2n çıxarılması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Atəş oğlunun, İddiaçı4, X3, İddiaçı6, İddiaçı7, İddiaçı8 cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC ilə iddiaçılar arasında bağlanılmış əmək müqavilələrinin ləğv edilməsi və faktiki olaraq işləmələri barədə yalnış məlumatların X2n çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbayan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh2 MMC-ni cavabdehlikdən çıxararaq, 3-cü şəxs qismində göstərmiş və cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə qarşı iddia tələbi irəli sürərək iddiaçıların faktiki olaraq Cavabdeh2 MMC-də işləmələri barədə yalnış məlumatların X2n çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-401/2020 saylı, 13 fevral 2020-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və Cavabdeh2 MMC iş üzrə üçüncü şəxs qismində cəlb olunmuşdur. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 MMC 1999-cu ildə Ağcabədi rayonu Hacıbədəli kəndində biyan təsərrüfatı yaratmışdır. İddiaçılar 2012-ci ildə Cavabdeh2 MMC-də fəhlə işinə qəbul olunmuşdurlar. Onlarla əmək müqavilələri bağlanılmış və Cavabdeh2 MMC-nin biyan sahələrində fəhlə olaraq çalışmışlar və əmək haqqı almışlar. 2015-ci ildən başlayaraq Cavabdeh2 MMC işçilərin çoxunu ixtisar başlamış və 2016-cı ildə isə fəaliyyətini tam olaraq dayandırmışdır. Cavabdeh2 MMC-nin rəhbərliyi iddiaçılar ilə görüşərək müəssisənin ləğv edildiyini və onlarla bağlanılmış əmək müqavilələrinə xitam veridiyini bildirmişdirlər. Lakin Cavabdeh2 MMC tərəfindən iddiaçılar arasında bağlanılmış əmək müqavilələrinə rəsmi olaraq xitam verilmədiyindən, onların Cavabdeh2 MMC-də işçi olaraq çalışmaqları barədə məlumatlar Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin X2 qalmışdır. Odur ki, iddiaçılar iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçılar İddiaçı2 və üçüncü şəxs Cavabdeh2 MMC-nin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçılar və iddiaçılanın nümayəndəsi və vəkili X11 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X14 iddia tələbinə münasibət bildirərək, iddianın təmin olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı3 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1985-ci ildə doğulmuşdur, Ağcabədi şəhərində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı7 oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1980-ci ildə doğulmuşdur, Ağcabədi şəhərində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı6 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1992-ci ildə doğulmuşdur, Ağcabədi rayonu yaşayır. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən Qurbanov Nadir Qarakişi oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1977-ci ildə doğulmuşdur, Laçın rayonu, Şamkənd kəndində yaşayır. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı1 oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1979-ci ildə doğulmuşdur, Ağcabədi rayonunda yaşayır. İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı4 Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1972-ci ildə doğulmuşdur, Ağcabədi rayonunda yaşayır. İş materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı5 oğlu Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1993-ci ildə doğulmuşdur, Ağcabədi rayonunda yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Ağcabədi rayon Məşğulluq Mərkəzinin 11 yanvar 2019-cu il tarixli 25 nömrəli arayışdan görünür ki, Rzayev X7 rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə X2 əmək müqaviləsi qeydə alınmışdır. Cavabdeh2 MMC-də aylıq əmək haqqı 180 AZN manat olmaqla qüvvədə olan xxxxxxx000100 bildiriş nömrəsi aşkarlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Ağcabədi rayon Məşğulluq Mərkəzinin 09 yanvar 2019-cu il tarixli 20 nömrəli arayışdan görünür ki, Kərimli X4 rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə X2 əmək müqaviləsi qeydə alınmışdır. Cavabdeh2 MMC-də aylıq əmək haqqı 180 AZN manat olmaqla qüvvədə olan xxxxxxx000100 bildiriş nömrəsi aşkarlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Ağcabədi rayon Məşğulluq Mərkəzinin 09 yanvar 2019-cu il tarixli 21 nömrəli arayışdan görünür ki, Yusibov X8 rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyata alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə X2 əmək müqaviləsi qeydə alınmışdır. Cavabdeh2 MMC-də aylıq əmək haqqı 180 AZN manat olmaqla qüvvədə olan xxxxxxx000100 bildiriş nömrəsi aşkarlanmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Ağcabədi rayon Məşğulluq Mərkəzinin 22 avqust 2019-cu il tarixli **********9 nömrəli arayışdan görünür ki, İddiaçı8, İddiaçı3, İddiaçı4, İddiaçı2, Hüseynov X12 rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaşlar kimi qeydiyyata alınmamışdırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildiriş üzrə X1rın adına Cavabdeh2 MMC-də bağlanmış əmək müqaviləsi qüvvədədir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti 4 saylı region üzrə X13 tərəfindən iddiaçılara ünvanlanmış 11 sentyabr 2019-cu il tarixli müraciətə cavab məktubunda qeyd edilmişdir ki, müəssisənin hüquqi qeydiyyatda olduğu ünvan 1 ünvana, eyni zamanda Cavabdeh2 MMC-nin direktoru X6 yaşayış qeydiyyatında olduğu ünvan 2 ünvana bununla əlaqədar müvafiq sənədlərin təqdim edilməsi üçün poçt vasitəsilə rəsmi məktublar göndərilmişdir. Lakin hər iki ünvandan məktublar geri qayıtmışdır. Bu səbəbdən İddiaçı3 və digərlərinin müraciətlərinin tam araşdırılması mümkün olmamışdır. Məhkəmə araşdırılması zamanı iş üzrə zərurət yarandığından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə sorğu göndərilmiş və sorğuya 20 dekabr 2019-cu il tarixli cavab məktubda qeyd edilmişdir ki, 20.12.2019-cu il tarixə olan uçot məlumatların əsasən Cavabdeh2 MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları 31.08.2015-ci il tarixli ərizəsinə əsasən 01.09.2015-ci il tarixdən 01.12.2015ci il tarixədək, 25.11.2015-ci il tarixli ərizəsinə əsasən 02.12.2015-ci il tarixdən 01.02.2016cı il tarixədək, 19.01.2016-cı tarixli ərizəsinə əsasən 02.02.2016-cı il tarixdən 01.04.2016cı il tarixədək və 27.12.2017-ci il tarixli ərizəsinə əsasən isə 31.12.2017-ci il tarixdən 01.01.2023-cü il tarixədək dayandırılmışdır. İşin faktiki hallarından görünür ki, iddiaçılar Cavabdeh2 MMC-də 2012-ci ildə fəhlə olaraq işləmişlər, bununla bağlı onlarla əmək müqavilələri bağlanmış, əmək müqavilələrinin bağlanması barədə bildiriş “Elektron hökumət” portalı vasitəsilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmişdir. Cavabdeh2 MMC fəaliyyətini dayandırdığından, onlar işdən çıxmışlar, lakin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqavilələri bildirişləri bu günədək elektron informasiya sisteminə daxil edilməmişdir. İddiaçıların işlədikləri Cavabdeh2 MMC-nin qeydiyyatda olduğu və fəaliyyət göstərdiyi ünvanda artıq fəaliyyət göstərmədiyindən iddiaçılar əmək müqavilələrinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Qanunvericliyin tələblərinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilməsi ilə mümkün olsa da, lakin hazırki halda iddiaçılar tərəfindən həmin MMC-nin məsul şəxslərindən həmin bildirişlərin sistemə daxil edilməsini tələb etməsi yuxarıda göstərilən səbəblərdən imkan xaricindədir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİ, İİİ, İV bəndlərinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələrisərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci bəndinə əsasənBu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. İddiaçılar öz arzusu ilə əmək müqavilələrini ləğv edilməsini tələb etsələr də, lakin onların iradələrinə zidd olaraq bu günədək əmək müqavilələrsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə daxil edilməməsi nəticəsində onların konstitusion hüquqları olan əmək hüquqları kobud şəkildə pozulmuşdur. İddiaçıların adına hazırda Cavabdeh2 MMC-də işləmələri barədə “Elektron hökumət” portalında yerləşdirilmiş əmək müqavilələrinin bağlanması barədə bildirişlər mövcud olduğu halda, onların başqa işəgötürənlə əmək müqaviləsi bağlaması, həmin bildirişin elektron informasiya sisteminə daxil edilməsi mümkünsüzdür. Göstərilən səbəblərdən iddiaçılar digər işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirə bilmirlər. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Atəş oğlu, İddiaçı4, X10, İddiaçı6, İddiaçı7, İddiaçı8 ilə Cavabdeh2 MMC arasında bağlanmış əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqavilələrinin bildirişlərininin X2n çıxarılmasının cavabdehə həvalə edilməsi tələbində haqlıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Atəş oğlu,İddiaçı4, X10, İddiaçı6, İddiaçı7, İddiaçı8 ilə Cavabdeh2 MMC arasında bağlanmış əmək müqavilələrinin bağlanması ilə bağlı əmək müqavilələrinin bildirişlərininin X2n çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar