Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-401/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı 3-cü şəxslər X6, Cəfər-zadə Cəmilə Avsef qızı və X7 işə cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi, ev 11 A-dan üçüncü şəxslər X6, Cəfər-zadə Cəmilə Avsef qızı və X3 pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ev 11 A onun mülkiyyətindədir. Üçüncü şəxslər X6, Cəfər-zadə Cəmilə Avsef qızı, X7 onun mülkiyyətində olan evdə qeydiyyatda olmalarına baxmayaraq, evi tərk etmişlər və göstərilən evdə yaşamırlar. Bütün bu müddət ərzində, o, cavabdehlərə qeydiyyatdan çıxma barədə müraciət etdikdə, onlar müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan boyun qaçırmışlar. Beləliklə, cavabdehlər evdə formal olaraq qeydiyyatda qalmışlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışa əsasən Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ev 11 A mülkiyyətçisi İddiaçıdır. Belə ki, cavabdehlərin mülkiyyətində olan evdə formal olsa da, qeydiyyatda qalmaları mülkiyyətçi kimi hüquqlarını kobud surətdə pozur və onun həmin əmlak üzərində sərəncam hüquqlarının həyata keçirilməsinə maneə olur. O, onların qeydiyyatdan çıxarılması barədə cavabdehə ərizə ünvanlamış, lakin ərizəyə müsbət cavab verilməmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəməyə 20.08.2021-ci il tarixli, 073-30710-1221 nömrəli məktub ünvalayaraq, İddiaçı ərizəsi üzrə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ev 11 A-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Onun həmin fərdi yaşayış evinə mülkiyyət hüquqları 05.07.2011-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********81-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 06.11.2019cu i ltarixli, 073-32530 nömrəli imtina məktubunun surətindən görünür ki, X4, Cəfər-zadə Cəmilə Avsəf qızının və X3 ona məxsus mənzildən qeydiyyatdan çıxarılması onların səlahiyyətində deyil. Qeyd olunan mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan 4 saylı Bakı “Asan xidmət” Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, 31.05.1969-cu il təvəllüdlü X6, 30.12.1967-ci il təvəllüdlü Cəfər-zadə Cəmilə Avsəf qızı, 08.02.1984-cü il təvəllüdlü X7 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş 3-cü şəxslərə məxsus fərdi uçot kartoçkalarının surətindən görünür ki, onların qeydiyyata alınmalarına əsas olmuş sənəd kimi 20893/47 nömrəli, 22.10.2003-cü il tarixli qeydiyyat vəsiqəsi göstərilmiş, Cəfər-zadə Cəmilə Avsəf qızı 28.10.2003-cü il tarixdə, X7 26.08.2004-cü il tarixdə, X6 isə 20.02.2006-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 20793 reyestr kitabında yazılmış, 47 nömrəli inventar işi, 22.10.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi küçəsində, 11 A saylı yaşayış, sahəsi – 45.2 kv.m, köməkçi sahəsi – 137.2 kv.m, 2 (iki) otaqdan ibarət yaşayış evi X8 mülkiyyətində olmuşdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Kürdəxanı qəsəbə nümayəndəliyi tərəfindən verilmiş 73 nömrəli, 25 sentyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, nümayəndəlikdə X4, Cəfər-zadə Cəmilə Avsef qızının və X3 Kürdəxanı qəsəbə ərazisində yaşaması barədə rəsmi məlumat yoxdur. İşdə olan məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********96 nömrəli, 03.12.2020-ci il tarixli məktubla təqdim edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə tingliyi, 11 A ünvanı ilə bağlı inzibati icraat materiallarının surətindən görünür ki, Azərbaycan SSR Abşeron rayon XDS İcraiyyə Komitəsinin qərarından 250 nömrəli, 20 sentyabr 1989-cu il tarixli çıxarışa əsasən, Abşeron meyvə tingliyi sovxozundan 37 nəfərə fərdi yaşayış evi tikintisi üçün həyətyanı torpaq sahəsi ayrılması haqqında sovxozun müdiriyyətinin, həmkarlar komitəsinin və əmək kollektivi şurasının 5 sentyabr 1989-cu il tarixli, 28 nömrəli birgə qərarı nəzərə alınaraq, X10 fərdi yaşayış evi tikintisi üçün 0.1 ha həyətyanı torpaq sahəsi ayılması haqqında Abşeron meyvə tingliyi sovxozunun 5 sentyabr 1989-cu il tarixli, 98 nömrəli əmri təsdiq edilmiş, vətəndaşa həmin torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 22.10.2003-cü il tarixdə Fədi yaşayış fonduna daxil olan, 47 inventar nömrəli, 20893 qeydiyyat nömrəli fərdi yaşayış evinə X8 adına texniki pasport verilmiş, Y.Əliyevə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 12.03.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sözügedən çıxarış əsasında 15.04.2011-ci il tarixli, notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsinə əsasən arvadı İddiaçı bağışlamış, bundan sonra həmin fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə MA seriyalı, ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri 39 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş 15.04.2011-ci il tarixli, 4Ə-58 reyestr nömrəli, “X14 ilə İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın bağışlama müqaviləsi ilə bağlı notariat işinə əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, həmin bağışlama müqaviləsinin rəsmiləşdirilməsi zamanı Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbə üzrə nümayəndəsi tərəfindən verilmiş aprel 2011-ci il tarixli, 31 nömrəli arayışın surətindən görünür ki, həmin fərdi yaşayış evində yaşayış yeri üzrə daimi qeydiyyatda olan şəxslər siyahısında X14, İddiaçı, X11, X5 və X12 göstərilmiş, 3-cü şəxslər həmin ünvanda qeydiyyatda olmamış və yaşamamışlar. Həmin şəxslər bağışlama müqaviləsi bağlanan zaman notarial qaydada razılıq ərizəsi verərək, X10 məxsus olan fərdi yaşayış evinin İddiaçı bağışlanmasına etiraz etmədiklərini bildirmişlər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ev 11 A-da yerləşən mənzili 15 aprel 2011-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən əldə etmişdir. Hazırda sözügedən mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 05.07.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. 3-cü şəxslər qeyd edilən mənzildə yaşamamalarına və onların həmin mənzilə istifadə hüquqlarının olmamasına baxmayaraq, mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmaqda davam etməkdədirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə 3-cü şəxslərin mübahisəli fərdi yaşayış evidə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, həmçinin həmin şəxslərin mübahisəli ünvanda yaşamamasının müəyyən edilməsi onların mübahisəli mənzildə formal olaraq qeydiyyatda olmasına əsas verdiyindən, bu hal isə hazırda mülkiyyətçinin hüquqlarını məhdudlaşdırdığından, iddiaçı iş üzrə 3-cü şəxslərin mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X1 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə 3-cü şəxslərin mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 31.05.1969-cu il təvəllüdlü X6, 30.12.1967-ci il təvəllüdlü Cəfər-zadə Cəmilə Avsəf qızı və 08.02.1984-cü il təvəllüdlü X3 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Meyvə Tingliyi ev 11 A-dan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-401/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-401/2021
23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver