Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-401/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və s tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “Əlilliyin təyinatından imtina barədə 16 dekabr 2023-cü il tarixli Qərarının, həmçinin 19 mart 2024-cü il tarixli Qərarın iddiaçıya aid hissəsinin ləğv edilərək, 5 dekabr 2023-cü il tarixli göndəriş əsasında İddiaçı əlilliyin təyin edilməsi öhdəliyinin Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentlyinə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsində hərbi xidmətdə olduğu dövrdə Mor-mor bölüyünün komandiri olmuşdur. Döyüşlər gedən zaman 1992-ci ilin sentyabr ayında yaralanaraq xəsarət almışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra uzun müddət aldığı travma və xəstəlikdən əziyyət çəkmişdir. Müalicələrdə olmuşdur. Dəfələrlə müxtəlif klinikalara və xəstəxanalara müraciət etmişdir. Bu səbəbdən xx.xx.2018ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq ikinci dərəcəli əlillik verilmişdir. Xəstəliyin diaqnozu: Keçirilmiş qapalı kəllə-beyin travmasmm davamlı qalıq əlamətləri, beyin silkələnməsi, postravmatik ensfolopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları (ayda 7-8 dəfə), baş beyin üzvi xəstəliyi nəticəsində (epilepsiya mənşəli) yaranmış şəxsiyyət pozuntusu, BQDÇ - İİ dərəcə, Vestibülyar-vegetativ krizlər - koordinator statik pozğunluqlarla, asteno-nevrotik sindrom. Neyrokulyator distoniya, kardial tipli. İddiaçı hesab edir ki, onun əlillik almaq hüququ var. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı Etirazda qeyd edilir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı 11 nömrəli Şəhər Poliklinikasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış, X1: XİX Sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ... Diaqnozun mətni: Başın travmalarının nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının davamlı qalıq əlamətləri (1992). Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Gədəbəy rayon sakini xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 4086003AABV0 nömrəli göndərişi əsasında xx.xx.2018-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. ESDAS **********9 nömrəli məktuba əsasən müayinə işi Əlillik Altsistemində xx.xx.2019- cu il tarixdə etibarsız edilmişdir. Bundan sonra əlillik vəziyyətinin qiymətləndirilməsi üçün qeydiyyatda olduğu tibb müəssisəsindən yeni göndəriş rəsmiləşdirilməmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1662 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması, bas beyin silkələnməsi (1992)” diaqnozlu travmanın səbəb əlaqəsi diaqnozlu “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travmasının və beyin silkələnməsinin qalıq əlamətləri. Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) slmptomatik epUepsiva və epileptik sindromlar, tez tez bas verən qıcolma tutmaları ilə avda 7-8 dəfə. Vegetativ iavtonoml sinir sisteminin digər pozğunluqları, VDD sindrom. Üzvi mənşəli emosional labil fastenikl pozuntu” diaqnozu araşdırılmışdır. Müayinə zamanı nevroloji və psixi status yaşa uyğun qeyd olunmuşdur. Təqdim olunmuş tibbi sənədlər 1992-ci il, 2021-ci il və 2022-ci il tarixlərə dair qeyd olunmuş, ekspertiza üçün əhəmiyyətli instrumental müayinə nəticələri təqdim edilməmişdir (aparılmamışdır). Hazırda əlillik təyinatına əsas verən nevroloji ocaqlı patologiya, davranış pozuntusu və psixotik əlamətlər izlənilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” yə müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçıya daha əvvəl xx.xx.2018-ci il tarixdə əlillik təyin edilmiş, lakin müvafiq göndəriş etibarsız edildiyi üçün əlillik təyinatından imtina barədə qərar qəbul edilmişdir. Buna baxmayaraq iddiaçı müvafiq qərarı mübahisələndirməmiş və barəsində daxil olmuş yeni göndəriş qiymətləndirilərək əlillik təyinatından imtina barədə müvafiq qərar qəbul edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarından görünür ki, iddiaçıda olan diaqnoz “Hərbi travmadır, Azərbaycan Respublikasıın müdafiəsi zamanı alınmışdır”. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinizin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adınıza rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Müayinə məlumatlarından görünür ki: xx.xx.2017-ci il tarixdə iddiaçı müayinədən keçmiş və əlavə müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı müayinədən keçmiş və ona “Keçirilmiş qapalı kəlləbeyin travmasının qalıq əlamətləri. Beyin silkələnməsi. Postravmatik ensefalopatiya, generalizə olunmuş tez-tez baş verən epileptik qıcolma tutmaları. Baş beyin üzvi xəstəliyi nəticəsində (epillepsiya mənşəli) yaranmış şəxsiyyət pozuntusu. BQDÇ-İİ dərəcə. Vestibulyar-vegetativ krizlər, koordinatior-statik pozğunluqlarla, asteno-nevrotik sindrom. Neyrosirkulyator distnoya, kardial tipli” diaqnozu əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin olunmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçı müayinədən keçmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı müayinədən keçmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə əlilliyin təyinindən imtina olunmuşdur. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iddiaçıda olan diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göndəriş əsasında müəyyən olunur ki, iddiaçıda: Əsas diaqnoz - “Kəllədaxili travma. Keçirilmiş qapalı kəllə beyin travması. Baş beyin silkələnməsindən sonrakı qalıq əlamətləri (xx.xx.1992-xx.xx.1992 Şəmkir MRX.ARMN MHHK xx.xx.2017-ci il 1662 nömrəli qərarı ilə “Hərbi travmadır” AR müdafiəsi zamanı alınmışdır; (S06) Ağırlaşma – Baş beynin digər zədələnmələri, Posstravmatik ensefalopatiya (G93); Epillepsiya. Tez-tez təkrarlanan generalizə olunmuş epileptik tutmalarla şöbədə 4 dəfə, ayda 8-9 dəfə kortikalatrofiya (G40) Yanaşı xəstəliklər – Dəqiqləşdirilməmiş kəskin faringit. Burun çəpər əyriliyi, kəskin faringit (J02.9) Nevrasteniya. Kəskin nəzərə çarpan asteno nevrotik sindrom (F48.0) Essensial hipertenziya. Arterial hipertoniya İİ m. (İ10) Qastrit və duodenit. Sol tərəfli qasıq yırtığı (K29) Məhkəmə-Tibbi Ekspertiza və X2 tərəfindən verilmiş ekspert rəyindən görünür ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: S06-kəllədaxili travma, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı qalıq əlamətlər. Ağırlaşma: G93-baş beynin digər zədələnmələri, posttravmatik ensefalopatiya. Yanaşı xəstəliklər: F48.0-nevrasteniya, kəskin nəzərəçarpan asteno-nevrotik sindrom. J02.9-dəqiqləşdirilməmiş kəskin faringit, burun çəpər əyriliyi, kəskin faringit.” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin xx.xx.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı tutmaların izahını verə bilməmiş, ekspertiza üçün əhəmiyyətli olan EEQ müayinəsini təqdim etməmiş, təqdim edilmiş KT norma daxilində olmuş, heç bir koqnitiv gerilik müşahidə edilməmiş, əlillik təyinatına əsas verə biləcək ocaqlı nevroloji patologiya, davranış pozuntusu və psixotik əlamətlər izlənməmişdir. Məhkəmə Psixiatrik Eksperiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyindən görünür ki, yoxlanılan şəxs sağlamlığı ilə bağlı şikayət təqdim etmir. Somatik statusu. Yoxlanılan şəxs düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları adi rəngdədir. Daxili orqanlar tərəfindən kobud patologiya aşkar olunmur. Nevroloji statusu. Mərkəzi sinir sistemi tərəfindən nəzərə çarpan ciddi üzvi dəyişiklik qeyd edilmir. Psixi statusu: Düşüncəsi kobud pozulmamış, şəxsiyyətinə, zamana və məkana görə bələdliyi saxlanılıb. Zahirən sakit, əhvali-ruhiyyəsi bir qədər enmişdir. Aparılan sorğu gedişatında təfəkkürünün ləngliyi, bir qədər müfəssəlliyi nəzərə çarpır. Anamnestik məlumatlar barəsində verilən sualları cavablandırdıqda bəzən çox fikirləşir, yaddaşında kobud olmayan zəiflik əlamətləri nəzərə çarpır. Təfəkkürü tempinə görə zəifdir, konkretdir. Kəskin psixoproduktiv simptomlar (qavrama aldanmaları və sayıqlama fikirləri) müəyyən edilmir. Keçirilən ekspertizanın məqsədini dərk edir. İ Qarabağ müharibəsində mayor zabit rütbəsində xidmət etdiyini, batalyon komandiri olduğunu, döyüşlərdə iştrirakı zamanı tank mərmisinin partlaması nəticəsində huşunu itirməklə qapalı kəllə-beyin travması aldığını, bununla əlaqədar Şəmkir hospitalında müalicədə olduğunu, hərbi xidmətdən təxris edildikdən sonra onda yaranmış psixi pozuntular və qıcolma tutmaları ilə əlaqədar müxtəlif xəstəxanalarda müalicələrdə olduğunu, ona İİ qrup əlillik təyin edildiyini, lakin sonradan əlillik qrupunun kəsildiyini bildirir. Hazırda barəsində soruşduqda yuxu pozuntuları, baş ağrıları, anidən huşunu şikayətlənərək həkim psixiatrların ona təyin etdiyi dərman qəbul etdiyini bildirir. Yuxarıda göstərilənləri və məhkəmənin qərarında qoyduğu sualları ambulator şəraitdə cavablandırmaq mümkün olmadığını nəzərə alaraq İddiaçı daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik şöbəsinə göndərilməsi zəruridir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçıya əlillik təyinatının aparılıb-aparılmaması ilə əlaqədardır. Əlillik təyinatına dair imtina qərarlarından aydın olur ki, cavabdeh diaqnozun əlillik əlaməti təyin etməməsinə əsaslanaraq əliliyin təyinatından imtina etmişdir ki, məhkəmə hesab edir ki, həmin imtina qanuni və əsaslıdır. Belə ki, yuxarıda göstərilən Meyarlarda nəzərdə tutulmuş xəstəliklərin müvafiq kodlarda verilmiş siyahısından görünür ki, iddiaçıda əsas diaqnoz kimi S06 kod altında göstərilən xəstəlik adıçəkilən siyahıda olan xəstəliklərin hər hansı biri ilə uyğunluq təşkil etmir. Uyğunluğun olmaması isə əlilliyin təyininə əsas verən xəstəliyin iddiaçıda mövcud olmaması deməkdir ki, məhkəmə hesab edir ki, iddianın təminini istisna edən həmin hal mövcud olduğundan, hazırkı iş üzrə iddianın təminindən söhbət gedə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, nəinki əsas diaqnoz, ümumiyyətlə göndərişdə ağırlaşma və yanaşı xəstəliklər kimi göstərilən xəstəliklər də iddiaçıya əlilliyin təyininə əsas vermir.Belə ki, “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən ağırlaşmaların mövcudluğu, əlillik təyini üçün vacib şərt təşkil edir. Əgər xəstəliyin özünün əlamətləri varsa, lakin həmin xəstəliklə əlaqədar göstərilən ağırlaşmalar yoxdursa, bu halda əlillik təyinatı verilə bilməz. Bu halda, yalnız əsas xəstəlikdən əziyyət çəkmək, əlillik təyini üçün yetərli hesab olunmur. Məhkəmə, iddiaçının “Epilepsiya” xəstəliyindən (G40) əziyyət çəkdiyini nəzərə alaraq, bu xəstəliyin müvafiq Meyarların 6.7.1-6.7.4-cü bəndlərində göstərilən ağırlaşmalar ilə birgə müşahidə edilib-edilməməsi istiqamətində ekspertiza tədqiqatının aparılmasını zəruri hesab etmişdir. Ekspertiza nəticələrinə görə, iddiaçıda kognitiv gerilik, ocaqlı nevroloji patologiyalar, davranış pozuntuları, psixotik əlamətlər və mərkəzi sinir sistemində nəzərə çarpan ciddi üzvi dəyişikliklər aşkar edilməmişdir. Eyni zamanda iddiaçıda olan digər xəstəliklərin Meyarlarda göstərilən hər hansı ağırlaşma ilə müşahidə edilməsi də ekspertiza tədqiqatı zamanı müəyyən olunmamışdır. Göründüyü kimi müxtəlif orqanlar tərəfindən təqdim edilən ekspert rəylərindən də göründüyü kimi iddiaçı forma 088 arayışında göstərilən xəstəliklərdən əziyyət çəksə də, həmin xəstəliklərin adıçəkilən Meyarlarda göstərilən ağırlaşmadan hər hansı biri ilə müşahidə edilməsi müəyyən olunmur. Beləliklə, iş üzrə təyin edilmiş ekspert tərəfindən verilmiş rəylər ilə iddiaçının əlilliyin təyinatına əsas verə biləcək ağırlaşmaların hazırda olmaması, məhkəmə hesab edir ki, işin tam və obyektiv araşdırılması, xüsusi bilik tələb edən hallarla bağlı qiymətləndirmənin aparılması üçün təyin edilmiş məhkəmə tibbi ekspertizasına dair ekspert rəyləri ilə öz təsdiqini tapmışdır ki, həmin rəylərin şübhə altına alınmasına əsas ola biləcək hər hansı hal müəyyən edilməmiş, verilmiş rəylərin mötəbərliyi məhkəmədə şübhə doğurmamışdır. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-441/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında da iddiaçıda mövcud olan diaqnozlar yuxarıda adıçəkilən normativ hüquqi aktlarla təsdiq edilmiş əlilliyin təyininə əsas verən xəstəliklər siyahısında olmaması səbəbindən oxşar mövqedən çıxış edilərək əlilliyin təyinindən imtina edilmişdir. Analoji mövqe həmin Məhkəmənin 2-1(102)-1215/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-441/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023cü il tarixli qərarında da nümayiş etdirilmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-401/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-401/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver