Məhkəmə qərarları › İş №2-1(112)-4016/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4016/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4016/2022 08.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, üçüncü şəxs (digər üçüncü şəxslər X5 və X9 nümayəndəsi) X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı X6, X13 və X20 üçüncü şəxs qismində cəlb olunmaqla yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati iş materiallarına hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6, X13 və X9 ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 25.11.2021-ci il tarixli, 2-1(112)-12589/2021 nömrəli qərardadı ilə X6, X13 və X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin 50 və 51 saylı mənzilləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Dənizdə X2 “Qum Adası” Neft Qazçıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 19 dekabr 2002-ci il tarixli, 71 saylı orderinə əsasən onun sahibliyinə verilmişdir. Qeyd edilən mənzillər ona verildikdən sonra Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin 16 aprel 2018-ci il tarixli, 21/10 saylı sərəncamına əsasən həmin yaşayış sahəsinə dair (iki otaqlı, 24,08 kv.m ümumi sahəsi olmaqla) onunla kirayə müqaviləsi bağlanması qərara alınmış və həmin sərəncamla qeyd edilən mənzillər birləşdirilərək, ümumi sahəsi 24,08 kv.m olmaqla 50 nömrəli mənzil kimi nömrələnmişdir. Bundan sonra həmin mənzillərə dair onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesrtrində qeydə alınmışdır. Dövlət reyestrində də həmin mənzillər 50 nömrəsi ilə qeydə alınmış, mənzillərin ümumi sahəsi 24,08 kv.m. göstərilmişdir. Göründüyü kimi hər birinin ümumi sahəsi 12,04 kv.m olan 50 və 51 saylı iki mənzil 19 dekabr 2002-ci il tarixli, 71 saylı orderə əsasən onun sahibliyinə verildikdən sonra qeyd edilən mənzillərə dair qəbul edilmiş sərəncama əsasən həmin mənzillər 50 saylı mənzil adı altında birləşdirilib, 50 saylı mənzil hesab edilmişdir. Həmin zamandan da ümumi sahəsi 12,04 kv.m 51 saylı mənzil artıq ona məxsus 50 saylı mənzilin tərkib hissəsi olduğundan, hüquqi cəhətdən həmin evdə 51 saylı mənzil olmamışdır. Buna baxmayaraq, o 137 saylı Mənzil Kommunal İstismar Sahəsindən ona məxsus mənzilə dair qeydiyyatda olan şəxslər barədə arayış almaq istəyən zaman ona məlum olmuşdur ki, X6, X13 və X20 31 avqust 2021-ci il tarixdə həmin mənzilə pasport qeydiyyatına alınmışlar. Halbu ki, onların qeydiyyata alındığı 51 saylı mənzil hal-hazırda onun xüsusi mülkiyyətində olan 50 saylı mənzilin tərkib hissəsidir və onlar həmin mənzilə qeydiyyata alına bilməzdilər. X6, X13 və X20 ona məxsus mənzildə yaşamır və onların harada yaşaması barədə məlumatı yoxdur. Bununla əlaqədar o cavabdehə ərizə ilə müraciət edərək, üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh məktuba cavab verməmiş, üçüncü şəxslər ona məxsus mənzildən qeydiyyatdan çıxarmamışdır. Üçüncü şəxs X7 tərəfindən verilmiş iddia ərizəsinə etirazdan görünür ki, iddiaçı X27 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 3-cü şəxs qismində onun, qızları X5 və X9 guya ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 saylı evin 51-ci mənzilindən qeydiyyatdan çıxarılmağı vəzifəsinin Bakı şəhər Polis İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. O və digər üçüncü şəxslər iddiaçının bu əsassız və qanunsuz tələbinə qarşı öz etirazını bildirmişdir. Etirazını aşağıdakı kimi əsaslandırır və iddiaçının iddiasının rədd edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Dövlət X25 X12 Birliyinin “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 24.11.1988-ci il tarixli, 94 saylı orderinə əsasən həyat yoldaşı X10 və onun 5 nəfər ailə üzvünə ünvan 1nın 49-cu mənzilində, sahəsi 11,28 kv.m olan 1 otaq verilmişdir. Sonradan ailə üzvlərinin sayına görə bu otaq ölçüsü yetərli olmadığına görə “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 19 iyun 1989-cu il tarixli 20 saylı orderinə əsasən həyat yoldaşı X10 həmin ünvanda, yəni ünvan 1nın 51-ci mənzilində, sahəsi 12,08 kv.m olan əlavə 1 otaq da verilmişdir. Bir müddət onlar həmin ünvanda övladları ilə yaşadıqdan sonra 27.05.2004-cü ildə məhkəmə qaydasında boşanmış və o öz övladları ilə başqa ünvanda yaşamalı olub. Həyat yoldaşı da ailə üzvləri olmadığı üçün həmin ünvanda yaşamadı və kirayə ev tutaraq oradan köçdü. Lakin mənzil onun adına qeydiyyatda idi. Sonradan onların 49 saylı mənzilini 48 saylı mənzilin sahibi Hüseynov Məhəbbət saxta sənəd düzəldərək özününkiləşdirmişdi. Uzun sürən məhkəmə proseslərindən sonra Hüseynov Məhəbbət onlara məxsus 49 saylı mənzili almaq qərarına gəldi və onlar - o və keçmiş həyat yoldaşı X18 ilə 18.08.2021-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisində “Barışıq haqqında müqavilə” bağlayaraq onlara məxsus 49 saylı mənzilin onun mülkiyyətində qalması barədə razılaşmışlar və həmin mənzili ona satmışlar. Bundan sonra 49 saylı mənzildən qeydiyyatdan çıxaraq 18.08.2021-ci il tarixdə keçmiş həyat yoldaşı X8 razılığı ilə onun adına olan ünvan 1nın 51-ci mənzilində pasport qeydiyyatına düşüblər. (Bu barədə ərizələr əlavə edilir). Həmin vaxtdan da onlar bu ünvanda qeydiyyatdadır. Onun qeyd olunan ünvanda uzun müddət yaşamamağının səbəbi məhkum olunmağı ilə bağlı olmuşdur və sonradan ailə üzvlərinin həmin bir otaqlı mənzildə yerləşməsində sıxıntılar olduğuna görə onlar kirayədə yaşamaq məcburiyyətində qalmışdır. İddiaçının iddiaları tamamilə əsassızdır, nə o, nə də keçmiş həyat yoldaşı onlara məxsus 51 saylı mənzili ona satmamışlar. İddiaçı onlarla mehriban ünsiyyətdə olmuşdur, onun razılığı ilə o həmin 51 saylı otağı özünə məxsus 50 saylı otaqla birləşdirmişdir. Amma ona qəti şəkildə bildirilmişdir ki, o özünün 51 saylı otağını özəlləşdirib çıxarış alacaq və öz ailə üzvləri ilə oraya qeydiyyata düşəcək. İddiaçı bu səmimiyyətdən istifadə edərək indi ona qarşı iddia qaldırır və onların həmin ünvandan qeydiyyatdan çıxarılmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında üçüncü şəxs (digər üçüncü şəxslər X5 və X9 nümayəndəsi) X6 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak 29.05.2018-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyintlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli, 1282 №-li Forma 2 arayışından görünür ki, Əliyev X17 qəsəbəsi, Z.Şərifov küçəsindəki 24 №-li evin 50 №-li mənzilində 24,08 kv.metr yaşayış sahəsi olan 2 otaqlı 5 mərtəbəli binada yaşayır. Mənzil qismən şəraitli olmaqla bina 3 saylı XR MKTB-nə məxsusdur. İddiaçı, X14, X33, X23 mənzildə daimi qeydiyyatdadırlar. Z.Şərifov küçəsi, ev 24, mənzil 51-də X6, X13 və X24 daimi qeydiyyatdadırlar. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyintlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 13.10.2021-ci il tarixli, 41 №-li arayışdan görünür ki, xidməti ərazilərində yerləşən Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, 24 saylı binanın 50, 51 saylı mənzilləri 19.12.2002-ci il tarixli, 71 saylı orderə əsasən hər bir mənzilin ümumi sahəsi 12,04 kvm. olmaqla birləşdirilərək ümumilikdə 24,08 kvm. ümumi sahəsi olan mənzil qismində İddiaçı sahibliyinə verilmişdir. Bundan sonra həmin mənzillər 50 saylı mənzil adı altında Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin 16.04.2018-ci il tarixli, 21/10 saylı sərəncamına əsasən İddiaçı kirayə verilmişdir. Daha sonra isə qeyd edilən mənzillər 50 saylı mənzil adı altında seriya № RX,1 308532 saylı çıxarışla 29.05.2018-ci il tarixində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydə alınmışdır. - Azərbaycan Respublikası Dövlət X25 X12 Birliyinin “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 19.12.2002-ci il tarixli, 71 saylı orderin surətindən görünür ki, İddiaçın və onun 3 nəfər ailə üzvü ilə birlikdə (İddiaçı, X15 və X23) işlədiyi idarənin təqdimatına əsasən ailəvi yataqxanada, ünvan 1nın 50, 51 saylı mənzilində, sahəsi 24,08 kv.m olan 2 otaq verilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 21/10 №-li, 16.04.2018-ci il tarixli sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 24 saylı evin yaşayış sahəsi 24,08 kv.m olan 2 otaqlı 50 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu və qızı) İddiaçı adına kirayə müqaviləsinin bağlanılmasına və onun həmin mənzilin kirayəçisi hesab edilməsinə sərəncam verilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.12.2021-ci il tarixli, **********88 №-li məktubdan görünür ki, X4, X5, X1 mənzildə istifadə hüquqlarının dövlət reyestrində qeydə alınması ilə bağlı məlumat aşkar edilməmişdir. Həmçinin bildirilmişdir ki, ünvan 4 ünvanın qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Dövlət X25 X12 Birliyinin “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 24.11.1988-ci il tarixli, 94 saylı orderin surətindən görünür ki, X10 5 nəfər ailə üzvü ilə birlikdə (X18, X6, X16, X19 və X11) işlədiyi idarənin təqdimatına əsasən ailəvi yataqxanada, ünvan 1nın 49-cu mənzilində, sahəsi 11,28 kv.m olan 1 otaq verilmişdir. - “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 19.06.1989-cu il tarixli, 20 saylı orderin surətindən görünür ki, X10 5 nəfər ailə üzvü ilə birlikdə (X18, X6, X16, X19 və X11) ünvan 1nın 49/51 nömrəli otaqları verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 15.03.2021-ci il tarixli arayışdan görünür ki, X18 ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - X18 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış 18.08.2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrinin surətlərindən görünür ki, o X5, X9, X4 ona məxsus olan ünvan 6 ünvanına pasport qeydiyyatdına alınmalarına etiraz etmir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, 14.09.2021-ci il tarixli arayışdan görünür ki, X6, X13, X20 ünvan 7 ünvanında 31.08.2021-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 05.01.2022-ci il tarixli, 096201-1222 №-li məktubundan görünür ki, adları qeyd olunmuş şəxslər haqqında Suraxanı RPİ-nin QMB-də heç bir məlumat aşkar olunmamışdır. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış, 18.10.2021-ci il tarixdə qəbul edilmiş ərizədən görünür ki, X4, X5, X9 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 №-li evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət X25 X12 Birliyinin “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 19.12.2002-ci il tarixli, 71 saylı orderinə əsasən İddiaçı ünvan 9 ünvandakı ailəvi yataqxanada ümumi sahəsi 24,08 kv.m olan 50, 51 saylı otaqlar verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 21/10 №-li, 16.04.2018-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsində yerləşən 24 saylı evin yaşayış sahəsi 24,08 kv.m olan 2 otaqlı 50 saylı mənzilinə görə İddiaçı ilə kirayə müqaviləsi bağlanılmışdır. İddiaçı müraciətinə əsasən həmin mənzil üzərində sonuncunun mülkiyyət hüquqları tanınmış və onun adına 29.05.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 24.11.1988-ci il tarixli, 94 saylı orderinə əsasən X10 ailə üzvləri ilə birlikdə ailəvi yataqxanada, ünvan 1nın 49-cu mənzilində, sahəsi 11,28 kv.m olan 1 otaq verilmişdir. “Qum Adası” Neft-Qaz Çıxarma İdarəsinin Mənzil Kommunal Təsərrüfatının 19.06.1989-cu il tarixli, 20 saylı orderinə əsasən X10 ailə üzvləri ilə birlikdə ünvan 1nın 49/51 nömrəli otaqları verilmişdir. Hazırki iş üzrə üçüncü şəxslər sonuncu orderə əsasən X8 razılığı ilə ünvan 7 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışlar. İddiaçı mübahisəli ünvanda yerləşən 51 saylı mənzilin 50 saylı mənzilə birləşdirildiyini və onun həmin mənzillər üzərində mülkiyyət hüququnun qeydə alınmasını əsas gətirərək üçüncü şəxslərin ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 №-li evin 50 saylı mənzilindən qeydiyyatdan çıxarılmasını cavabdeh inzibati orqandan xahiş etmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu sahəsinəqeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış sahəsinəqeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsinəqeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış sahəsinə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış sahəsinə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, iddaçının mülkiyyətində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 №-li evin 50 saylı mənzildir, üçüncü şəxslər isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 №-li evin 51 saylı mənzilinə X10 verilmiş 19.06.1989-cu il tarixli, 20 saylı orderə əsasən sonuncunun razılığı ilə qeydiyyata alınmışlar. Həm iddiaçıya, həm də üçüncü şəxslərə ailə üzvü kimi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 24 №-li evin 51 saylı mənzilinə dair orderlər verilmişdir. Həmin orderlər hal-hazırda qüvvədə olduğundan iddiaçı və üçüncü şəxslər həmin mənzilə münasibətdə bərabər statusa malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 64.2-ci maddəsinin tələbinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət olunmaqla və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hesab edir ki, üçüncü şəxslər mübahisəli ünvana qüvvədə olan orderə əsasən inzibati orqan tərəfindən qeydiyyata alındıqlarından, həmin order tərəflər arasında mübahisələndirilmədiyindən, etibarsız sayılmadığından iddiaçının hazırki iş üzrə iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri üzrə işə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Ona görə də iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar