Məhkəmə qərarları › İş №2-1(112)-4017/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4017/2023

24.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4017/2023 24.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı firmasının Cavabdehnə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cəlb olunmaqla) «vurulmuş ziyana görə pul kompensasiyasının ödənilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı firması Cavabdehnə qarşı «vurulmuş ziyana görə pul kompensasiyasının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, "xxxx" MMC 1 saylı Bakı İnzibatı-İqtisadı Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(81)-3850/2017 saylı icra vərəqəsi üzrə tələbkardır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(81)- 3850/2017 saylı icra vərəqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Bakı-Şamaxı yolunun cənub hissəsində yerləşən ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə gorə 171.850 manat məbləğində kompensasiya cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Qeyd olunan icra vərəqəsinə əsasən Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 21 oktyabr 2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında borclu "xxxx" ASC-yə bildiriş göndərilmişdir. İcra işi hazırda Binəqədi rayon icra şöbəsinin icraatındadır. İcra şöbəsi tərəfindən borcluya saysız xəbərdarlıq məktubları yazılmış, borclu ancaq cavab vermişdir ki, borcun ödənilməsi üçün tədbirlər görülür. Maliyyə Nazirliyinə müraciət edilmişdir. Maliyyə Nazirliyi qeyd olunan kompensasiya məbləğini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə köçürəcəyi vaxt həmin məbləğ "xxxx" MMC-yə ödəbiləcəkdir. Ancaq Maliyyə Nazirliyinin hazırkı iddiaçıya ünvanlandığı 18 dekabr 2019-cu il tarixli 15/05661-6952 saylı məktubu ilə bildirilir ki, “Azəravtoyol ASC" (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) qeyd olunan məhkəmə prosesinə cavabdeh qismində cəlb edilmiş və iddia tələbi ilə bağlı öhdəliklər onun üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə prosesində üçüncü şəxs qismində iştirak etmiş, məhkəmə qərarının icrası ilə bağlı Nazirliyin üzərinə heç bir öhdəlik qoyulmamışdır. Mövcud qanunvericiliyə əsasən məhkəmə qərarının icrası ilə bağlı müvafiq prosessual hərəkətlər həmin qərarla cavabdeh (borclu) kimi tanınan qurum tərəfindən həyata keçirilməlidir və bu halda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sözügedən məhkəmə qərarı ilə borclu kimi tanındığından öz öhdəliklərinə görə müstəqil şəkildə cavabdehlik daşıyır. Göstərilənləri nəzərə alaraq, sözügedən məhkəmə işi üzrə borclu olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etməyimiz tövsiyə edilmişdir. Cavabdehin 19 iyun 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(81)-3850/2017 saylı icra vərəqəsinin icra edilməsi "xxxx" ASC-dən tələb edilmiş, əks halda bank hesablarına inkasso sərəncamının qoyulacağı və digər əmlakına həbs qoyulması üçün məhkəməyə təqdimatla müraciət olunacağı barədə "xxxx" ASC-yə xəbərdarlıq edilmişdir. Ədliyyə Nazirliyi İcra baş idarəsinə edilən müraciətlərdə isə bildirilir ki, icra işi nəzarətdədir. Heç bir hüquqi tədbirlər görmürlər. İddiaçı icra məmurunun hərəkətsizliyindən şikayət etmiş və buna görə də Bakı İnzibati Məhkəməsinin 17 may 2021-ci il tarixli qərarı ilə icra məmurunun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Bu günədək heç bir əməli tədbir görülməmişdir. Tələbkar İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2019-cu il tarixli 2-1(81)-3850/2017 saylı qərarının icra üsulu və qaydasının dəyişdirilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Sulu-Təpə qəsəbəsi, Bakı-Şamaxı yolunun cənub hissəsində yerləşən ümumi sahəsi 98,2 kv.m olan qeyri-yaşayış sahəsinin (mağazanın) sökülməsinə görə 171.850 manat məbləğində kompensasiya məbləği tələbinin cavabdeh “Azəravtoyol" ASC-nin (hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) mövcud bank hesabına yönəldilməsi, həmin borcun bank hesablarında olan pul vəsaitinin hesabına ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2-1(112)- 10/2022 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Məhkəmə qərardadında qeyd edir ki, icra sənədi üzrə tələbin borclunun banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə yönəldilməsi məcburi icra tədbiridir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən də göründüyü kimi, məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. İcra sənədinin icrası zamanı tələbin borclunun əmlakına, banklarda olan pul vəsaitlərinə, bank hesablarına yönəldilməsi icra məmurunun qərarına və ya icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadına əsasən həyata keçirilir. Həmin qərardan apellyasiya şikayəti vermişik. Bakı Apellyasiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli 8-1(103)-12/2022 saylı qərardadı ilə şikayət qismən təmin edilərək iddia mümkün hesab edilməmişdir. Binəqədi rayon icra şöbəsi məktubla borcluya ancaq məktubla müraciət edərək bildirir ki, bank hesablarına inkasso sərəncamının qoyulacağı və digər əmlakına həbs qoyulması barədə xəbərdarlıq etməklə kifayətlənmişdir. Bununla bağlı hazırkı cavabdehə tədbir görməsi üçün məktubla müraciət olunmuşdur. Lakin cavabdeh heç bir əməli tədbir görməmiş, bundan yayınmışdır. Halbuki, cavabdeh şöbənin qanun üzərinə vəzifə qoyub ki, məcburi icra tədbirləri görsün. Məhkəmə qərarı hər kəs tərəfindən icra edilməlidir. Lakin bu günədək iddiaçının hüquqları pozulmaqda davam edir. Göründüyü kimi, əvvəldən inzibati orqan hansı inzibati praktikanı tətbiq etmişdirsə, həmin mövcud praktikaya uyğun hərəkət etməlidir. İddiaçının yaranmış inzibati praktikaya inamı qanunla qorunur. Cavabdeh qanunla üzərinə qoyulmuş öhdəliyi icra etməkdən yayınır. Bank hesabına inkasso ilə sərəncam qoyulması icra sənədinin icrasını təmin edəcəkdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İcra haqqında» Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələri mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, MPM və İPM çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağh yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM- in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia (və ya şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habeiə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmələrdə baxılır. Faktiki olaraq məhkəmənin icra şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərarı mövcuddur. Bundan da başqa icra məmurunun hərəkətsizliyi nəticəsində tələbkara ölçüyəgəlməz dərəcədə zərər dəymişdir. Həmin ziyanın kompensasiyası olaraq 50.000 manat iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının qanunvericliyinin tələblərini, İPM-in 45, 46-cı maddələrini rəhbər tutaraq, məhkəmədən Bakı şəhəri Birıəqədi rayon icra şöbəsindən hərəkətsizlik nəticəsində 50.000 manat ziyanın kompensasiyası tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə və üçüncü şəxsə bildiriş ünvanlanmışdır. Tərəflər və üçüncü şəxs (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə (maddənin İ və İİ hissələri) əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); - (2.2.7) inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; İPM-in 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.2-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 36.4-cü maddəsinə görə hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 26-cı maddəsinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə görə icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 2017-ci il tarixli 1638 nömrəli Fərmanının 1-ci bəndinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 2.1-ci bəndində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra xidməti inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı “Ruzi-M” LTD firması cavabdeh olaraq inzibati orqan Cavabdeh hərəkət və hərəkətsizliyini mübahisələndirsə də, onun dəlilləri üzrə ödənilməsi tələb olunan zərər birbaşa həmin inzibati orqanın deyil, müvafiq icra işi üzrə borclu tərəf qismində çıxış edən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hərəkət və hərəkətsizliyi nəticəsində dəymiş ziyanin ifadəsidir. İcra işi üzrə ödənilməli olan pul vəsaiti, yaxud ödənişin gecikdirilməsi üzrə müvafiq faiz məbləğinin qismən və ya tam şəkildə icra işinin təşkilini həyata keçirən icra qurumundan ayrıca publik münasibət və bundan doğan publik mübahisə çərçivəsində tələb olunması yolverilən hal sayıla bilməz. Xüsusilə diqqət yetirilməlidir ki, icra i.i üzrə borcu hüquqi şəxs çevrilmə yolu ilə publik hüquqi şəxs kimi yenidən təşkil edilmişdir, yəni hazırda da fəaliyyət göstərir. Bundan başqa məhkəmə vurğulayır ki, yuxarıda qeyd olunan hal yolverilən olsaydı belə, “dəymiş ziyana görə kompensasiyanın ödənilməsi haqqında” iddia inzibati orqanın hərəkətlərinin qanunsuz sayılması barədə müəyyən etmə haqqında iddia ilə birlikdə qaldırıla bilərdi, lakin bu iddia üzrə də başqa hüquqi müdafiə vasitələri ilə məqsədə nail olmanın mümkünsüzlüyü və İPM-in 36.3-cü maddəsində təsbit edilmiş “qısa müddət” kriteriyaları formallaşmış olur. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkünsüzdür. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmə qeyd olunanların məcmusunda hesab edir ki, iddia mümkün sayıla biıməz. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsaslanaraq və İPM-in 2, 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar