Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4018/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X46 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli və **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsi 08 oktyabr 2021-ci il tarixli, **********3156 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən vergi ödəyicisi barəsində operativ vergi nəzarəti təyin edilmiş, ünvan 1 ünvanında yerləşən “Qəbələ” adlı iaşə obyektində operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 08 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilməsi səbəbindən 005323 saylı, xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin aktda onun barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən hər bir fiziki şəxsə görə 2000 (iki min) manat olmaqla, ümumilikdə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Qeyd olunan akta, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçıya Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən ümumilikdə 16000 (on altı min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İnzibati aktın qanunsuz və əsassız olmasına, onun hüquqlarının kobud surətdə pozulmasına dair dəlilləri aşağıdakılardır: 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə- material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə operativ vergi nəzarətinin həyata keçirilməsi ücün 5 (beş) əsas müəyyən edildiyi halda, 08 oktyabr 2021-ci il tarixli, **********3156 saylı “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarında bu əsaslardan hansının qeyd olunması və ümumiyyətlə qərarın əsaslandırılıbəsaslandırılmaması onlara məlum deyildir. Çünki, operativ vergi nəzarətinin həyata keçiriən orqan qeyd edilən qərarı ona təqdim etməmişdir. Həmin qərar nə onun elektron kabinetində yerləşdirilmiş, nə də ki, şəxsən ona təqdim edilmişdir. Bu isə özlüyündə ona “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərar qəbul edilərkən Vergi Məcəlləsinin 50.20-ci maddəsinin tələblərinə riayət edilməsini aydınlaşdırmağa imkan vermir. Qeyd edir ki, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarın əsaslandırılmaması, yəni nəzarətin başlanması üçün qanunla nəzərdə tutulmuş əsasların qərarda göstərilməməsi operativ vergi nəzarətinin qanunsuz hesab olunması üçün əsas kimi qəbul edilir. Məsələn, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 aprel 2018-ci il tarixli, 2- 1(102)-510/2018 saylı qərarını nümunə kimi diqqətə çatdırmaq olar. Həmçinin qeyd edir ki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Qeyd etdiyi kimi, operativ vergi nəzarətinin həyata keçirən orqan qeyd edilən qərarı iddiaçı tərəfə təqdim etməmişdir. Belə ki, operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********3180 saylı tələbnamə onlara məhz 08 oktyabr 2021-ci il tarixində təqdim edilmiş, qərarı isə ümumiyyətlə təqdim etməmişdir. Bu hal isə kobud qanun pozuntusudur. 2. Vergi Məcəllənin 42.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Həmin Məcəllənin 42.2-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən bu Məcəllənin 42.1-ci maddəsinin ikinci abzasında göstərilən müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin və ya elektron faylların onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan akt tərtib edilir. Vergi ödəyicisi həmin aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda qeyd edilir. Tərtib olunmuş aktın surəti vergi ödəyicisinə verilir. Tələb olunan sənədləri və ya surətlərini səyyar vergi yoxlamasının keçirildiyi müddətdə digər mənbələrdən əldə etmək mümkün olmadıqda, həmin akta əsasən vergi orqanının ödənilməli olan vergi məbləğlərini bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müəyyən etmək hüququ vardır. Cavabdeh orqanın tərtib etdiyi sənədlərdən görünür ki, vergi orqanı 08 oktyabr 2021-ci il tarixində zəruri olan sənədlərin təqdim olunması haqqında **********3180 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmişdir) və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə 08 oktyabr 2021-ci il tarixində də, operativ vergi nəzarətinin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Halbuki, qanunverici vergi orqanı üçün sənədlərin tələb edilməsi üçün nəzərdə tutulmuş 1 (bir) iş günlük müddətin gözlənilməsini imperativ qaydada müəyyən etmişdir. 3. Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən Bu Məcəllənin 41.1-ci maddəsi ilə müəyyən edilmiş foto və (və ya) video çəkilişin nəticələri vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının sübut edilməsi məqsədilə məhkəmə və ya inzibati icraat çərçivəsində istifadə edilir. Foto və (və ya) video çəkilişin nəticələri üçüncü şəxslərə yalnız vergi ödəyicisinin yazılı razılığı əsasında açıqlana bilər. Göründüyü kimi, qanunvericilik vergi orqanına vergi nəzarəti tədbirlərin keçirilməsi zamanı vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitlərinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntuların protokolla rəsmiləşdirilməsini və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunmasını imperativ qaydada təsbit etsə də, vergi orqanı bu normaya əməl etməmişdir. 4. Vergi Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. “İnzibati icraat haqqında Qanun”un 61.1-ci maddəsinə əsasən inzibati akt yazılı formada əsaslandırılmalıdır. **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar isə ümumiyyətlə əsaslandırılmamış, , yalnız vergi nəzarət tədbirinin nəticəsi üzrə tətbiq edilmiş maliyyə sanksiyasının qeyd edilməsiylə kifayətlənmişdir. 5. Vergi orqanı tərəfindən operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilmiş aktın aşağıdakı səbəblərə görə qanunsuz və əsassız hesab edirlər: məsələnin mahiyyəti ilə əlaqədar bildirirlər ki, vergi orqanı 08 oktyabr 2021-ci il tarixində zəruri olan sənədlərin təqdim olunması haqqında **********3180 saylı tələbnaməni təqdim etsə də, qanunvericilikdə nəzərdə tutulmuş 1 (bir) iş günlük müddəti gözləmədən (həmin müddət tələbnamənin özündə belə qeyd edilmişdir) və sənədlərin təqdim edilib-edilməməsi barədə müvafiq akt tərtib etmədən, elə 08 oktyabr 2021-ci il tarixində də, operativ vergi nəzarətinin nəticəsi üzrə birbaşa akt tərtib etmişdir. Cavabdeh orqan operativ vergi nəzarəti zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar etdiyini qeyd etmiş, onların izahat verdiyini bildirmişdir. Vergi orqanı nümayəndəsinin israr və hədələrindən sonra izahat verməyə məcbur olan bu şəxslərin məhkəmə icraatı zamanı məhkəmə iclasına rəsmi qaydada çağrılıb ifadələrinin alınmasını zəruri hesab edir. 005323 saylı, xx.xx.2021 -ci il tarixli akt və həmin akta Əlavələrdə adları qeyd olunmuş şəxslərdən X18 (ofisiant vəzifəsi üzrə), X22 (adminstrator vəzifəsi üzrə), X23 (ofisiant vəzifəsi üzrə), X10 (xadimə vəzifəsi üzrə), X38 (barmen vəzifəsi üzrə) ilə daha sonra, 30 oktyabr 2021-ci il tarixində əmək müqaviləsi bağlanmış və onlar rəsmi olaraq əmək fəaliyyətinə başlamışlar. Həmin şəxslər vergi orqanı operativ yoxlama tədbiri apardığı zaman qeyd edilən obyektdə sadəcə öyrənmək məqsədilə, qeyd edilən sahədə fəaliyyət göstərə biləcəklərini sınamaq üçün, bacarıqlarının bu sahədə işləməyə imkan verməsini yoxlamaq məqsədiylə olublar və bu iş fəaliyyətinin xüsusiyyətləri ilə tanış olan, bu sahənin spesifik cəhətləri olduğu bilən hər kəs bilir ki, şəxs könüllü surətdə, özünü yoxlamaq üçün, təlim keçmək üçün bir neçə gün bu tip obyektlərdə bir neçə saat ərzində görülən işlərlə tanış olmağa çalışırlar. Yuxarıda adları çəkilən həmin şəxslərlə bağlanmış əmək müqavilələri iddia ərizəsinə əlavə edilir. Bütün bu qeyd edilənlər, vergi orqanı tərəfindən aparılan yoxlama-nəzarətin doğru olmayan nəticəyə gəldiyini deməyə əsas verir. 6. Həmçinin qeyd edək ki, vergi qanunvericiliyinin pozulması hallarına və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılaraq **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla İddiaçı Vergi Məcəlləsinin 58.7.1-cu maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına yol verdiyinə görə 1000 (bir min) məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, o, Azərbaycan Respublikasının möhtəşəm zəfəri ilə bitən 44 günlük vətən müharibəsinin iştirakçısı olmuş, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan əkshücum döyüşlərində fəal iştirak etmiş və bir sıra fəxri fərman və medallarla təltif edilmişdir. O, “Vergi ödəyicisinin vergi qanunvericiliyini pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə razı deyil (qəbul etmir). Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ona 23 oktyabr 2021-ci il tarixində, **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar isə ona 27 oktyabr 2021-ci il tarixində poçt vasitə ilə təqdim edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X42 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********3156 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi ünvan 3 ünvanda yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 (səkkiz) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tələblərinin pozulduğu aşkar olunaraq xx.xx.2021-ci il tarixli DVX seriyalı 005323 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021 -ci il tarixli **********4641 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 16000 (on altı min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021 -ci il tarixli **********119500 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021 -ci il tarixdə saat 11:08:20-də oxunduğu müəyyən edilmişdir. O, cümlədən fiziki şəxs İddiaçı (VÖEN: **********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli DVX seriyalı 009295 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalandığı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********4759 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul olunaraq vergi ödəyicisinə 1000 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********442800 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 11:08:26-də oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması" və 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Bildiririk ki, qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar. Bundan əlavə vergi orqanı tərəfindən keçirilmiş OVN tədbiri zamanı gün ərzində kassa qəbzinin təqdim olunmadığı aşkar edilərək qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Məlum olduğu kimi vergi ödəyicisinin dövriyyəsini müəyyən etmək üçün kassa məlumatlarından istifadə olunur. Vergi ödəyicisinin cəmi bir məbləği belə kassadan yayındırması vergidən yayındırılan məbləğin ümumilikdə artmasına səbəb olur. Göründüyü kimi, iddiaçı ümümi ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış vergi ödəyicisi İddiaçı xx.xx.2021-ci il tarixli etirafedici izahatına əsasən o, OVN tədbiri keçirilən obyektdə - “Qəbələ” kafesində sahibkarlıq fəaliyyətini həyata keçirir və obyektin işçiləri olan 8 nəfər işçi ilə aralarında əmək müqaviləsi bağlanmamışdır. Gələcəkdə belə nöqsanlara yol verməyəcəyini və tez bir zamanda həmin işçilərlə əmək müqaviləsinin bağlanacağının təmin ediləcəyini bildirmişdir. X1 da öz növbəsində İddiaçı tərəfindən 3 gündür ki, ofisiant vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 11:30-23:30-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X2 Fərhad Rauf oğlu tərəfindən xx.xx.2021 -ci il tarixdən “kassir” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 19:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X38 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən "barmen” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 19:00-00:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X12 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “barmen” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının həftədə yeddi gün olmaqla, saat 13:00-21:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X10 oğlu xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “qabyuyan” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 15:00-21:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X19 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən “xadimə” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 17:00-23:00-dək olduğunu, əmək haqqının gündəlik 15 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X20 bir aydır ki, İddiaçı tərəfindən “ofisiant” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzin olmadığını, iş vaxtının saat 11:30-00:00-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Digər bir işçi X23 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, iş vaxtının saat 11:30-23:30-dək olduğunu, əmək haqqının gündəlik 10 manat təşkil etdiyini bildirmişdir. Göründüyü kimi, operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasına cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, cavabdehin 15 oktyabr 2021-ci il tarixli qərarı iddiaçıya 27 oktyabr 2021-ci il tarixdə təqdim edilmiş, iddiaçı sözügedən qərarların mübahisələndirilməsinə dair xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia mahiyyətcə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********3156 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus olan obyektdə, ünvan: AZ1111, ünvan 4bələ Kafe (**********-14001), fəaliyyət növü: yeməkxanalar tərəfindən xidmətlərin göstərilməsi olmaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlər (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil omaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İddiaçı sözügedən qərarla xx.xx.2021-ci il tarixdə tanış olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 08 oktyabr 2021-cu il tarixli, KY211660267 nömrəli Çıxarışdan görünür ki, yoxlayıcı orqanın adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin adı İddiaçı Rauf oğlu, yoxlanılan sahibkarlıq fəaliyyəti subyektinin VÖEN-i **********, yoxlamanın müddəti (başlama, sona çatma tarixi) xx.xx.2021xx.xx.2021, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi qeyd olunmuşdur. Sözügedən çıxarışla İddiaçı xx.xx.2021-ci il tarixdə imza etməklə tanış edilmişdir. İşdə olan “Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 009295 nömrəli aktın surətindən görünür ki, İddiaçı (VÖEN **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.8 maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın 8.3.16-cı bəndinin tələblərini pozmuş və buna görə də, İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Tərəflərindən yeni nəsil NKA-nın quraşdırılması və əhali ilə nağd hesablaşmalar zamanı NKA-dan istifadə olunması və çek təqdim etməsi tövsiyyə olunmuşdur. İşdə olan “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********3182 nömrəli qərarın surətindən görünür ki, İddiaçı “Nəzarət kitabçası” əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekron informasiya sistemində qeydiyyatı barədə məlumatlar, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, bütün elektron daşıyıcılar və elektron daşıyıcı vasitələrindəki bütün zəruri sənədlər və məlumatlar, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün bütün zəruri məlumatlar və sənədlərin götürülməsinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3180 nömrəli, xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, iddiaçıdan operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq zəruri sənədlər və məlumatların İdarəyə təqdim olunması bildirilmişdir. İşdə olan “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı, 005323 nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan 30 A ünvanında yerləşən “Qəbələ” kafesində özünü sahibkar kimi təqdim edən İddiaçı iştirakı ilə xx.xx.2021-ci il tarixdə, saat 21:00-da təqdim edilmiş şəxsiyyət vəsiqəsi və digər sənədlərə əsasən işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş 8 (səkkiz) fiziki şəxsdən 8 (səkkiz) nəfəri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqavilsəi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 (bir) nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə və fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İddiaçı barəsində Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün tədbirlərin görülməsi təklif olunmuşdur. İddiaçı aktla tanış olaraq, aktı imzalamışdır. İşdə olan 08 oktyabr 2021-ci il tarixli, 005323 saylı akta əlavə edilmiş “Qəbələ” kafesində aparılmış operativ vergi nəzarəti nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin siyahısında 8 nəfər işçi – X7, X13, X8, X9, X3, X14, X26, X4 adları göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, ünvan 7 ünvanında yerləşən “Qəbələ” Kafesində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Məlumat üçün bildirir ki, sahibkarlıq fəaliyyəti göstərdiyi obyekdə 8 nəfərlə əmək müqaviləsi bağlamamışdır. Gələcəkdə belə nöqsanlara yol verməyəcəyini və qanunvericiliyin tələblərinə uyğun olaraq fəaliyyət göstərməyəcəyinə söz vermişdir. X15, X27, X21, X19, X16, X24, X38, X12 ilə tez bir zamanda əmək müqaviləsi bağlayacaqdır. İzahatı özü yazmış, doğruluğunu imzası ilə təsdiq etmişdir. Heç bir əlavəsi yoxdur. İşdə olan X5 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən 3 gündür ofisiant kimi “Qəbələ” Kafesinə işə götürülmüş, işə götürənlə arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. İş vaxtı 11:30-23:30-a qədər, əmək haqqı günlük 10 AZN təşkil etmiş, əmək haqqını nəğd şəkildə İddiaçı almış və alarkən heç bir sənədə qol çəkməmişdir. Obyektdə ondan başqa işləyən Sevinci və Fərhadı tanıyır. İşdə olan X14 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdən sahibkar İddiaçı tərəfindən kassir vəzifəsinə işə götürülmüşdür. Onunla hələ ki, sahibkar arasında əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. İş vaxtı 10:00-dan 23:00-dək, günlük əmək haqqısı 10 manat olmuşdur. Ondan başqa obyektdə Hacıyev Azər, Mehdiyeva Sevinc, Məmmədova Rübabə və başqaları işləyir. İşdə olan X26 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci ildə işə götürülmüşdür. Vəzifəsi barmendir. İşəgötürənlə aralarında heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. Bununla bağlı, ona heç bir sənəd təqdim olunmamışdır. İş saatı 19:00-dan 00:00-dək olmuşdur. Əmək haqqı 10 manatdır. Əmək haqqı İddiaçı tərəfindən nağd şəkildə ödənilmiş və ödənilərkən heç bir sənədə imza atmamışdır. İşdə olan X4 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, xx.xx.2021-ci il tarixdən “Qəbələ” Kafesində sahibkar İddiaçı tərəfindən barmen vəzifəsinə işə götürülmüşdür. Onunla sahibkar arasında əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. İş vaxtı 15:00-dan 21:00-dək, əmək haqqısı gündəlik 10 manat olmuşdur. Əmək haqqı ona İddiaçı tərəfindən ödənilir. Maaş barədə heç bir sənədə qol çəkməmişdir. Ondan başqa obyektdə Mehdiyeva Sevinc, Müzəffərova Məsumə, Hacıyev Azər və başqaları işləyir. İşdə olan X6 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci ildə qabyuyan peşəsinə işə qəbul edilmişdir. İşəgötürənlə aralarında heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. Bununla bağlı ona heç bir sənəd təqdim olunmamışdır. İş saatı 15:00-dan 21:00-dək olmuşdur. Əmək haqqı 10 manat olmuşdur. İddiaçı tərəfindən nağd şəkildə ödənilmiş və ödənilərkən heç bir sənədə imza olunmamışdır. İşdə olan X9 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, o, xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən xadimə işinə götürülmüş, onunla əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 17:00-dan 23:00-dək, əmək haqqı 15 manat olmuşdur. Ondan başqa obyektdə Ağabəyov Dünyamalı və başqaları işləyir. İşdə olan X8 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfinədn 1 aydır ki, ofisinat işi vəzifəsinə götürülmüşdür. İşə götürənlə aralarında heç bir əmək və ya xidmət müqaviləsi bağlanmamışdır və bununla bağlı İddiaçı ona heç bir rəsmi sənəd təqdim etməmişdir. İş vaxtı 11:30-dan 00:00-dək, əmək haqqı 10 manat olmuşdur. Gündəlik əmək haqqını nağd şəkildə almış və heç bir sənədə imza atmamışdır. Ondan başqa obyektdə Səidə və Həsəni tanıyır. İşdə olan X17 xx.xx.2021-ci il tarixdə cavabdehə vermiş olduğu izahatdan görünür ki, o, öz izahatında bildirmişdir ki, İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən “Qəbələ” Kafesində işə götürülmüş, işə götürənlə arasında heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 11:30-dan 23:30-dək, əmək haqqı günlük 10 manat təşkil edir. Əmək haqqını nağd şəkildə İddiaçı almış və alarkən heç bir sənədə qol çəkmir. Obyektdə ondan başqa işləyən Kəmalə və Fərhadı tanıyır. İşdə olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4641 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 8 nəfər fiziki şəxsi işlərin (xidmətləri) yerinə yetirilməsinə cəlb etdiyinə görə 16000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixədək 16000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4759 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmiş, xx.xx.2021-ci il tarixədək 1000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********4642 nömrəli və **********4760 nömrəli tələbnamələrdən görünür ki, iddiaçıdan müvafiq qərarlarla hesablanmış borc məbləğlərinin Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin hesabına ödənilməsi tələb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz izahatında bildirmişdir ki, o, obeykti yığışdırırdı. Obyekt açılandan sonra isə onu işə götürəcəkdilər, gündəlik ona 10 manat verilirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 öz izahatında bildirmişdir ki, o, ora təmizliyə görə getmişdir. Obyekt hələ açılmamışdır. Beləliklə məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi 30 A ünvanında yerləşən “Qəbələ” Kafesində aparılmış operativ vergi nəzarəti zamanı 8 (səkkiz) nəfərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halı aşkar edilmiş və bu hal 009295 nömrəli aktla rəsmiləşdirilmişdir. Cavabdeh inzibati orqan tərəfindən aparılmış operativ vergi nəzarəti tədbirləri çərçivəsində ididaçının və həmin şəxslərin izahatları alınmış və onlar öz izahatlarında həqiqətən Bakı şəhəri, Nəsimi rayonu, Cavad Xan küçəsi 30 A ünvanında yerləşən İddiaçı məxsus “Qəbələ” Kafesində müxtəlif iş saatlarında, gündəlik əmək haqqları 10 manat olmaqla işləmələrini, onlarla heç bir əmək müqaviləsi və xidmət müqaviləsinin bağlanmamasını bildirmişlər. Sözügedən halları iddiaçının özü də, vergi orqanına təqdim etdiyi izahatda bildirmiş, həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər də, onlarla əmək müqaviləsinin bağlanmamasını öz izahatları ilə təsdiq etmişlər. Cavabdeh orqan tərəfindən keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçı operativ vergi nəzarətinin keçirilməsinə dair qərarlarla tanış olmuş və bunu imzası ilə təsdiq etmişdir. Operativ vergi nəzarətinin zamanı 009295 nömrəli akt və işin digər halları nəzərə alınaraq iddiaçı barəsində müvafiq qərarlar qəbul edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehin **********4641 saylı, 15 oktyabr 2021-ci il tarixli və **********4759 saylı, 15 oktyabr 2021-ci il tarixli qərarlarının ləğv edilməsi ilə bağlı dəlilləri əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi (50.1.7); Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Maddələrin baxılan məsələyə münasibətdə mənasına görə, vergi orqanı müəyyən məsələlər üzrə, o cümlədən işəgötürən tərəfindən fiziki şxəsləri hər hansı işlərin yerinə yetirilməsi ilə bağlı əmək müqaviləsinin hüquqi qüvvəyə minmədən işlərə cəlb edilməsinin yoxlanılması məqsədilə operativ vergi nəzarətini həyata keçirmək hüququna malikdir. Bu məqsədlə vergi orqanı müvafiq qərar qəbul etməlidir. Daha sonra yoxlamanın nəticələrinə dair müvafiq akt tərtib edilməlidir. Əmək qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən edildiyi təqdirdə, vergi orqanı vergi ödəyicisi kimi işəgötürənə münasibətdə maliyyə sanskiyasını tətbiq etməlidir. Beləliklə, Vergi Məcəlləsinin 58.10-cu maddəsinin tətbiqi üçün Azəbraycan Respublikası Əmək Məcəlləsində (bundan sonra Əmək Məcəlləsi) əmək müqaviləsinin (kontraktı) hansı qaydada hüquqi qüvvəyə minməsi müəyyən edilməlidir. Həmin Məcəllənin: - 3-cü maddəsinin 5-ci bəndinə əsasən, əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; - 7-ci maddəsinin 2-ci bəndinə əsasən, Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. -3-cü maddəsinin 5-1.-ci maddəsinə əsasən, Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. - 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən, əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Sadalanan maddələrin məzmunundan məlum olur ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında bağlansa da, həmin müqavilə müvafiq elektron informasiya sistemində qeydiyyatdan keçdikdən sonra və bu barədə məlumat olduqdan sonra qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin vəzifəsi kimi müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4018/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4018/2022
21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver