Məhkəmə qərarları › İş №2-1(112)-4018/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4018/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4018/2025 01.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona səhhətinə görə əlillik dərəcəsinin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizəsi əsasında məhkəmənin qərardadı ilə iddia tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 02 oktyabr 2024-cü il tarixli 3-17- 4/3-3-6947/2024 nömrəli qərarının ləğv edilməsi və İddiaçı orqanizmin funksiyalarının 35- 40% pozulmasının 02 oktyabr 2024-cü il tarixdən 1 il müddətinə təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə 5 il müddətinə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlillik müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. 2024cü ildə qeydiyyatda olduğu yer üzrə poliklinika tərəfindən əlilliyin yenidən təyin edilməsi məqsədi ilə həmin X6 Komissiyasının qərarı ilə Tibbi Sosial Ekspert Komissiyasına müvafiq göndəriş verilmişdir. Lakin cavabdeh ona xx.xx.2024-cü il tarixdə keçirdiyi qiymətləndirilmə ilə əlilliyin təyin edilməsindən imtina etmişdir. İmtina cavabı xx.xx.2024-cü il tarixdə istifadəsində olan mobil telefona SMS bildiriş göndərilməklə çatdırılmışdır. İmtina onunla əsaslandırılmışdır ki, ona təyin edilmiş diaqnozlar əlillik əlaməti təyin etmir. Halbu ki, 2017-ci ildə ilkin 2-ci dərəcəli əlillik qrupu təyin edilərkən qoyulmuş bütün diaqnozlar (Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün metalosintez əməliyyatından sonrakı vəziyyət. Sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası. Bazu kələfin sağtərəfli (posttavmatik) pleksiti. Sağ yuxarı ətrafın hissiyat-hərəkət funksiyası pozulması. Osteoporoz. Posttravmatik ulnaris və radialis sinirlərin neyropatiyası. Ağrı sindromu. Sağ qolun əzələlərin atrofiyası. Hər iki aşağı ətrafın xroniki venoz çatmamazhğı İİ mərhələ. Hər iki aşağı ətrafın venektomiyadan sonrakı vəziyyət. Səthi dərialtı venaların residiv varikoz genişlənməsi.) 2024-cü ildə ona əlillik təyin edilməsi üçün TSEK-ə təqdim olunmuş göndərişdə (Forma 88) öz əksini tapmışdır. İmtina cavabı ilə razı deyil. Hesab edir ki, yenidən əlillik qrupu təyin edilməlidir. İddiaçı əlillik müddəti bitdikdən sonra aşağıdakı tibbi müəssisələrində müalicədə və müayinədə olmuşdur: X9-xx.xx.2024-xx-xx-2024, diaqnoz: S54.3, S44.7. R26, Z988, S42; Azərbaycan Elmi Tədqiqat X15 - xx.xx.2024-xx.xx.2024, diaqnoz: M19.0,G54.0; Akademik M.A.Topçubaşov adına X13 - xx.xx.2024-xx.xx.2024, diaqnoz: S83.9, 98.59, S87.2; Akademik M.A.Topçubaşov adına X13-xx.xx.2024-cü il tarixdə Periferik Doppler müayinəsi; AR Səhiyyə Nazirliyinin Azərbaycan X8 və Ortopediya İnstitutu - xx.xx.2024, diaqnoz: S42.2, M81.2, M24.5, G56.2, G-56.3, M62.5, R52.1, Z73.A.

4. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə X11 xx.xx.2024-cü il tarixli göndərişi əsasında əlavə əyani müayinəsi həyata keçirilməklə baxılaraq diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibbi Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 2162 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ yuxarı ətrafın funksiyaların ifadəli dərəcədə pozulması və ağrı sindromu ilə müşayiət olunan, sağ bazu sümüyünün yuxarı 1/3-nin çoxqəlpəli qeyri düzgün bitişməkdə olan sınığı, metalosteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ bazu oynağının kontrakturası. Davamlı ağrı sindromu, əzələ atrofiyası və hissiyat pozulması ilə sağ tərəfli posttravmatik bazu pleksiti. Varikoz xəstəliyi. Sağ aşağı ətraf venalarının varikoz genişlənməsi. Hipertoniya xəstəliyi birinci mərhələ, tədricən inkişaf edən gedişli. Funksiyaların cüzi pozulması ilə qaraciyərin piy distrofiyası. İkinci dərəcəli alimentar piylənmə (çəkisi 101 kq, boy 176 sm)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. İddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı sağ bazu sümüyündə sınıq olduğunu, cərrahi əməliyyat keçirdiyini bildirmiş, sağ yuxarı ətrafında ağrı səbəbindən hərəki məhdudluq, əl barmaqlarında keyimə hissindən, başağrıları, başgicəllənmə halları, 8-9 ildir yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnezində 1997-1998-ci illərdə aşağı ətraflarda varikoz genişlənmə səbəbindən cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Medikamentoz preparatlardan İmperium qəbul etdiyini söyləmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 94 kq, arterial təzyiqi 210/120 mm.cv.st, saturasiyası SpO2 98%, nəbzi 88 vurğu, ürək tonları aydın, ritmik, təmiz eşidilmişdir. Baxış zamanı sağ körpücük sümüyü nahiyəsində 5- 6 sm ölçüdə əməliyyat çapığı izlənmiş, sağ bazuda 100 dərəcəyə qədər hərəkət göstərmiş, kontraktura qeyd edilməmişdir. Təqdim edilmiş rentgen şəklinə əsasən bazu sümüyü sərbəst olduğu görünmüşdür. Nevroloji müayinə zamanı sümüküstü və vətər refleksləri sağ yuxarı ətrafda bir qədər enmiş, əzələ gücü sağ yuxarı ətrafda 5 bal, əzələ tonusu normal olmuş, sağ çiyin və körpücükaltı nahiyədə atrofiya izlənilmişdir. X11 xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu göstəricilər Ulnar motor-sensor, Radial motor-sensor sinirlərin sağdan posttravmatik, aksonal neyropatiyası ilə uyumludur” kimi qeyd edilmişdir. X8 və Ortopediya İstitutunun xx.xx.2024-cü il tarixli Arayışında diaqnoz “Sağ bazu sümüyünün cərrahi boynunun və yuxarı 1/3-nin bitişmiş sınığı (metal lövhəylə osteosintezdən sonra). Sağ akromio-humeral məsafəsinin artması. Bazu sümüyünün aşağı enməsi, osteoparozu, sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası, sağ dirsək və mil sinirlərinin travmadan sonra neyropatiyası, əzələ gücünün azalması, atrofiyası. Daimi ağrı sindromu və funksiyanın pozulması” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəcikdə false tendon izlənildi. Sol mədəciyin cüzi ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də patoloji axın qeyd edilmir” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam edilməsi barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-3-6947/2024 saylı sentyabr xx.xx.2024-cü il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

31. Bakı şəhər sakini xx.xx.1977-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. (unikal kod) Vətəndaşın müraciəti əsasında xx.xx.2024-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibbi Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 2162 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Saq yuxarı ətrafın funksiyaların ifadəli dərəcədə pozulması və aqrı sindromu ilə müşayiət olunan, saq bazu sümüyünün yuxarı 1/3-nin çoxqəlpəli qeyri düzgün bitişməkdə olan sınığı, metalosteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, saq bazu oynağının kontrakturası. Davamlı ağrı sindromu, əzələ atrofiyası və hissiyat pozulması ilə saq tərəfli posttravmatik bazu pleksiti, Varikoz xəstəliyi. Saq aşaqı ətraf venalarının varikoz genişlənməsi. Hipertoniya xəstəliyi birinci mərhələ, tədricən inkişaf edən gedişli. Funksiyaların cüzi pozulması ilə garaciyərin piy distrofiyası. İkinci dərəcəli alimentar piylənmə (çəkisi 101 kq, boy 176 sm)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ bazu sümüyündə sınıq olduğunu, cərrahi əməliyyat keçirdiyini bildirmiş, sağ yuxarı ətrafında ağrı səbəbindən hərəki məhdudluq, əl barmaqlarında keyimə hissindən, başağrıları, başgicəllənmə halları, ~8-9 ildir yüksək arterial təzyiqdən şikayətlənmişdir. Anamnezində 1997-1998-ci illərdə aşağı ətraflarda varikoz genişlənmə səbəbindən cərrahi əməliyyat keçirdiyini bildirmişdir. Medikamentoz preparatlardan İmperium qəbul etdiyini söyləmişdir. Müayinə zamanı boyu 171 sm, çəkisi 94 kq, arterial təzyiqi 210/120 mm.cv.st, saturasiyası SpO2 98%, nəbzi 88 vurğu, ürək tonları aydın, ritmik, təmiz eşidilmişdir. Baxış zamanı sağ körpücük sümüyü nahiyəsində 5-6 sm ölçüdə əməliyyat çapığı izlənmiş, sağ bazuda 100 dərəcəyə qədər hərəkət göstərmiş, kontraktura qeyd edilməmişdir. Təqdim edilmiş rentgen şəklinə əsasən bazu sümüyü sərbəst olduğu görünmüşdür. Nevroloji müayinə zamanı sümüküstü və vətər refleksləri sağ yuxarı ətrafda bir qədər enmiş, əzələ gücü sağ yuxarı ətrafda 5 bal, əzələ tonusu normal olmuş, sağ çiyin və körpücükaltı nahiyədə atrofiya izlənilmişdir. X11 xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsi “Bu göstəricilər Ulnar motorsensor, Radial motor-sensor sinirlərin saqdan posttravmatik, aksonal neyropatiyası ilə uyumludur” kimi qeyd edilmişdir. X8 və Ortopediya İstitutunun xx.xx.2024-cü il tarixli Arayışında diaqnoz “Saq bazu sümüyünün cərrahi boynunun və yuxarı 1/3-nin bitişmiş sınığı (metal lövhəylə osteosintezdən sonra). Saq akromio-humeral məsafəsinin artması. Bazu sümüyünün aşadı enməsi, osteoparozu, saq bazu oynağının yaxınlaşdırıcı kontrakturası, saq dirsək və mil sinirlərinin travmadan sonra neyropatiyası, əzələ gücünün azalması, atrofiyası. Daimi ağrı sindromu və funksiyanın pozulması” kimi qeyd edilmişdir. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2024-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik boşluq ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Sol mədəcikdə false tendon izlənildi. Sol mədəciyin cüzi ekssentrik hipertrofiyası izlənilir. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq aparatı normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASP, VSD yoxdur Rəngli Doppler EXO- KQ-də patoloji axın geyd edilmir” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam edilməsi barədə qərar qəbul edilmişdir.

6. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2017-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017ci il tarixdə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. X1: Qan dövranı sistemi xəstəlikləri => İ80-İ89 - Venalar, limfa damarları və limfa düyünlərinin başqa rubrikalarda təsnif edilməyən xəstəlikləri = > İ83 - Aşağı ətraf venalarının vakrikoz gen...; Diaqnozun mətni: Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. Xroniki venoz çatmamazlığı ll-lll dərəcə. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, Sağ yuxarı ətrafın funksiyalarının ifadəli dərəcədə pozulması və ağrı sindromu ilə müşaiyyət olunan, sağ bazu sümüyünün yuxarı 1/3-ntn çoxqəlpəli qeyridüzgün bitişməkdə olan sınığı, metalosteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ bazu oynağının kontrakturası. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində əzələ və vətərin travması, Davamlı ağrı sindromu, əzələ atrofiyası və hissiyyat pozulması ilə sağ tərəfli postravmatik bazu pleksiti..; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ - İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74,174.3,180-İ80.3,183.0-İ83.9);. xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Diaqnozun mətni: Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün metalosintez əməliyyatından sonrakı vəziyyət. Sağ bazu oynağının yaxınlaşdırın kontrakturası. Bazu kələfin sağtərəfli (posttavmatik) pleksiti. Sağ yuxarı ətrafın hissiyat-hərəkət funksiyası pozulması. Osteoporoz. Posttravmatik ulnaris və radialis sinirlərin neyropatiyası. Ağrı sindromu. Sağ qolun əzələlərin atrofiyası. Hər iki aşağı ətrafın xroniki venoz çatmamazlığı İİ mərhələ. Hər iki aşağı ətrafın venektomiyadan sonrakı vəziyyət. Səthi dərialtı venaların residiv varikoz genişlənməsi. İmtina səbəbi Diaqnozun əlillik əlaməti təyin etməməsi - "Diaqnoz əlillik əlaməti təyin etmir" (G 54.8) və "Müalicənin davam etdirilməsi" (110-115) barədə qərar qəbul edilməsi olmuşdur.

7. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) XBT 10 kodu M24.6 “Oynağın ankilozu” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, 13.3.1-13.3.21 qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2) XBT 10 kodu S44 “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, ağağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 6.9.1. bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə); 6.9.2. mil və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.3. mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə); 6.9.4. mil və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.5. dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.6. mil, dirsək və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə). 3) XBT 10 kodu G54.0 “Bazu kələfinin zədələnməsi” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşakıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 6.9.1. bazu kələfi (dominant ətrafın nəzərə alınması ilə); 6.9.2. mil və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.3. mil və dirsək sinirləri (dominant ətrafın nəzərə alınması ilə); 6.9.4. mil və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.5. dirsək və orta sinirlər (dominant ətrafın nəzərə alınması ilə); 6.9.6. mil, dirsək və qoltuqaltı sinirlər (dominant ətrafın nəzərə alınması ilə). 4) XBT 10 kodu İ80-İ89 “Digər rubrikalarda təsnif olunmayan xroniki venoz çatışmazlığı ilə özünü göstərən venaların, limfa damarlarının və limfa düyünlərinin xəstəlikləri” xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 2.7.1. hər iki aşağı ətrafda İİB venoz çatışmazlığı və ya bir aşağı ətrafda trofik xora olan xroniki venoz xəstəliyi və ya xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci sinif klinik təzahürlərinə uyğun gələn, hər iki ətrafda əhəmiyyətli miqdarda ifrazat olmayan xoralı qüsur və ya trofik pozuntuları olan; xoralı olmayan, statodinamik funksiyaların orta dərəcədə (mülayim) pozulması ilə xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-5-ci siniflərinə uyğun gələn hər iki ətrafda zədələnmə; 2.7.2. xoralı qüsurlu, ifraz olunan möhtəviyyatın əhəmiyyətli dərəcədə sekresiyası, hər iki aşağı ətrafda trofik pozuntuları və statodinamik funksiyaların ciddi şəkildə pozulmaları ilə, xroniki venoz xəstəliklərinin beynəlxalq təsnifatının (CEAP sistemi) 4-6-cı sinif klinik təzahürlərinə uyğun gələn xroniki venoz xəstəliklər. 5) XBT 10 kodu M86 “osteomielit” (13.1. Digər osteopatiyalar) xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, aşağıdakı qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 13.1.1.1. prosesin aktivliyinin orta dərəcəsi, fistulanın tez-tez və ya daimi irinləməsi; 13.1.1.2. prosesin aktivliyinin təzahür edən dərəcəsi (ağır kəskinləşmələr hərarətlə, təzahür edən şişkinlik və yumşaq hissələrin iltihabı, sekvestrin irinləməsi və xaric olunması)

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-cü il tarixli T 150/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: 1-5. İddiaçı tibbi sənədlərinə əsasən adına X14 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İ00194898CFP nömrəli Forma TQS №-088 göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “S44-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması. Postrvmatik ulnaris və radsialis sinirlərin neyropatiyası. M24.5-Oynaqların kontarkturası. Sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası. S42- Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sınıqdan sonrakı vəziyyət. G56.3- Mil sinirinin zədələnməsi. Sağ mil sinirinin posttravmatik neyropatiyası. R52.1-Müalicəyə tabe olmayan daimi ağrı. Ağrı sindromu. Yanaşı xəstəliklər: 187.2-(Xroniki) (periferik) venoz şatmamazlıq. Hər iki aşağı ətrafın xroniki venoz çatmamazlığı İİ mərhələ (İV sinif xroniki xəstəliyi. CEAP). M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sağ qolun əzələlərinin atrofıyası. G56.2- Dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirin postravmatik neyropatiyası. Z98.8-Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ bazu sümüyünün yuxarı 1\3-nin qeyri-düzgün metalosintez əməliyyatından sonrakı vəziyyət. G54.8-Sinir köklərinin və kələflərinin digər zədələnmələri. Bazu kələfinin sağtərəfli (posttravmatik) pleksiti. R26-Hərəkətin və yerişin pozulmaları. Sağ yuxarı ətrafın hissiyat hərəkət funksiyası pozulması. Dayaq hərəkət funksiyasının və yerişin pozulması” diaqnoz ona stasionarda xəstənin şikayətləri, anamnestik və kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir. Qeyd edilən xəstəliklərin meyarlara görə qiymətləndirilməsi və qərardadda ekspertiza qarşısında qoyulmuş suallar əlilliyin təyininə aid olduğundan onların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası’nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.

9. Məhkəməni iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə edərək etirazın məzmununa uyğun izahat verdi və etirazın təmin olunmasını məhkəmədən xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.

12. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

13. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya əlillik təyin edilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

15. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır.

16. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

17. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

20. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2017-ci il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2017ci il tarixdə “Aşağı ətraf venalarının vakrikoz genəlməsi, Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi. Xroniki venoz çatmamazlığı ll-lll dərəcə. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq, Sağ yuxarı ətrafın funksiyalarının ifadəli dərəcədə pozulması və ağrı sindromu ilə müşaiyyət olunan, sağ bazu sümüyünün yuxarı 1/3-ntn çoxqəlpəli qeyridüzgün bitişməkdə olan sınığı, metalosteosintez cərrahi əməliyyatından sonrakı vəziyyət, sağ bazu oynağının kontrakturası. Yuxarı ətraf qurşağı və bazu səviyyəsində əzələ və vətərin travması, Davamlı ağrı sindromu, əzələ atrofiyası və hissiyyat pozulması ilə sağ tərəfli postravmatik bazu pleksiti..” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sağ bazu sümüyünün yuxarı 1/3-nin qeyri-düzgün metalosintez əməliyyatından sonrakı vəziyyət. Sağ bazu oynağının yaxınlaşdırın kontrakturası. Bazu kələfin sağtərəfli (posttavmatik) pleksiti. Sağ yuxarı ətrafın hissiyathərəkət funksiyası pozulması. Osteoporoz. Posttravmatik ulnaris və radialis sinirlərin neyropatiyası. Ağrı sindromu. Sağ qolun əzələlərin atrofiyası. Hər iki aşağı ətrafın xroniki venoz çatmamazlığı İİ mərhələ. Hər iki aşağı ətrafın venektomiyadan sonrakı vəziyyət. Səthi dərialtı venaların residiv varikoz genişlənməsi” diaqnozu ilə əlillik verilməsindən imtina edilmişdir. Əlilliyin təyin edilməsindən imtinanın əsası "Diaqnoz əlillik əlaməti təyin etmir" (G 54.8) və "Müalicənin davam etdirilməsi" (110-115) barədə qərar qəbul edilməsi olmuşdur.

21. Göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2. bəndinə uyğun olaraq 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

22. Daha sonra, Tibbi-sosial ekspert komissiyası tətəfindən əyani müayinə olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Xüsusi səbəbdən Diaqnoz əlillik əlaməti təyin etmir və Tibb müəssisəsi tərəfindən ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam edilməsi barədə qərar qəbul edilmişdir.

23. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarın ləğv edilməsi və əlilliyinin ləğv edildiyi tarixdən – xx.xx.2024-ci ilddən etibarən bərpa edilməsini xahiş edir.

24. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsinə onda mövcud olmuş xəstəliklərin hazırda aşkar olunmaması, xüsusi səbəbdən - xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdiriləcək və ikinci dərəcə əlillik təyinatına əsas ola biləcək xəstəliklərin klinik olaraq öz təsdiqini tapmaması səbəbindən “Diaqnoz əlillik əlaməti təyin etmir” və ümumi xəstəlik səbəbindən yeni göndəriş rəsmiləşdirildiyi halda “Ümumi xəstəlik ilə əlaqədar Müalicənin davam edilməs” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi həmin diaqnozun əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmaması əsas gətirilmişdir.

25. Həmin xəstəliklərin isə hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X10” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T 150/2025 saylı saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, iddiaçıda hal-hazırda “S44-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması. Postrvmatik ulnaris və radsialis sinirlərin neyropatiyası. M24.5-Oynaqların kontarkturası. Sağ bazu oynağının yaxınlaşdırıcı kontrakturası. S42- Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sınıq. Sınıqdan sonrakı vəziyyət. G56.3- Mil sinirinin zədələnməsi. Sağ mil sinirinin posttravmatik neyropatiyası. R52.1-Müalicəyə tabe olmayan daimi ağrı. Ağrı sindromu. Yanaşı xəstəliklər: 187.2-(Xroniki) (periferik) venoz şatmamazlıq. Hər iki aşağı ətrafın xroniki venoz çatmamazlığı İİ mərhələ (İV sinif xroniki xəstəliyi. CEAP). M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Sağ qolun əzələlərinin atrofıyası. G56.2- Dirsək sinirinin zədələnməsi. Sağ dirsək sinirin postravmatik neyropatiyası. Z98.8-Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. Sağ bazu sümüyünün yuxarı 1\3-nin qeyri-düzgün metalosintez əməliyyatından sonrakı vəziyyət. G54.8-Sinir köklərinin və kələflərinin digər zədələnmələri. Bazu kələfinin sağtərəfli (posttravmatik) pleksiti. R26-Hərəkətin və yerişin pozulmaları. Sağ yuxarı ətrafın hissiyat hərəkət funksiyası pozulması. Dayaq hərəkət funksiyasının və yerişin pozulması” mövcuddur. Onda olan həmin xəstəliklər anamnestik və kliniki, laborator instrumental müayinələri əsasında müəyyən edilmişdir.

26. Beləliklə, iddiaçıya dair tərtib olunan Forma 88-də əks olunmuş xəstəliklər inkar edilməmiş, ekspertiza nəticəsində aşkar olunmuş “S44-Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması. Postrvmatik ulnaris və radsialis sinirlərin neyropatiyası” xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd - Sinir sistemi xəstəlikləri – 6.9-cu yarımbənd – “Yuxarı ətraf qurşağı və bazu səviyyəsində sinirlərin travması S44” xəstəliyi əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmuşdur.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda sözügedən diaqnoza (6.9.1.- 6.9.5.) əsasən əlilliyin müddəti orqanizmin funksiyalarının pozulması 35-40% müəyyən olunmaqla 1 il nəzərdə tutulmuşdur.

28. Məhkəmə hesab edir ki, iddiaçıya əlilliyin təyin olunmaması iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə baxılan zaman əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğuna baxmayaraq, bunu etməmişdir, öz təşəbbüsü ilə əlavə sübutlar toplamamışdır.

29. Odur ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 02 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-6947/2024 nömrəli qərarı ləğv edilməli və İddiaçı orqanizmin funksiyalarının 35-40% pozulmasının 02 oktyabr 2024-cü il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

30. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X5-sosial ekspert komissiyasının 02 oktyabr 2024-cü il tarixli 3-17-4/3-3-6947/2024 nömrəli nömrəli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı orqanizmin funksiyalarının 35-40% pozulmasının 02 oktyabr 2024-cü il tarixdən 1 il müddətinə təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar