Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4019/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən təxris məsələlərini həll etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş, lakin ona verilməmiş 3 aylıq Mənzil kirayə kompensasiyasi ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023-ci il DSX rəisinin əmrinə rəhbər tutaraq xx.xx.2023-cü ildə vəzifəsini təhvil-təslim edərək Ağstafa rayonu Böyük-Kəsik qəs Baki şəh gələrək, 25 oktyabr 2023-cü ildə şəxsi heyənin siyahisindan cixarilaraq Xətai rayon SHXCİ qeydiyyata alınmışdır. 1997-ci il 3 oktyabr tarixli, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasinin Qanununun 120-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən növbəti 3 aylıq məzuniyyətə buraxılmışdır. İstifadə etdiyi 3 aylıq məzuniyyətə görə Təminat xərci ilə təmin olunmuşdur. Lakin məzuniyyətdə 3 ay olduğu müddət Mənzil kirayə kompensasiyasi ilə əsassız təmin olunmamışdır. Bu baradə DSX Sərhəd Nəzarəti komandanlığa xx.xx.2023cü il tarixdə müraciət etmişdir. Müraciəti bu günə kimi cavabsiz qalib.
3. İddiaçı daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən təxris məsələləri həll etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş lakin, mənə və ailə üzvlərimə xx.xx.2023- cü ildən xx.xx.2023-cü ilə, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə,xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Bakı şəhəri, Binəqədi rayon üzrə verilməyən 3 (üç) aylıq Mənzil- kirayə kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehə (Dövlət Sərhəd Xidmətinə) həvalə edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-4019/2021 nömrəli qərardadı ilə iddia tələbi “iddiaçıya və ailə üzvlərinə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək Bakı şəhəri, Binəqədi rayonu üzrə verilməyən 3 (üç) aylıq mənzil kirayə kompensasiyasının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.
5. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 həqiqətən Dövlət Sərhəd Xidmətində xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəlik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır.
6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
7. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qurum olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının tələbi faktiki olaraq təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva