Məhkəmə qərarları › İş №2-1(112)-402/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-402/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-402/2021 04.03.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh X4 -N saylı hərbi hissəyə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N05 saylı Hərbi Hissə 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin dəyişdirilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respubliksı Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbi xidmətdən buraxılmasının əsasının dəyişdirilərək, xəstəliyə görə buraxılması kimi qeyd edilməsi və son haqq-hesabın aparılaraq əmək haqqının ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1995/N0N0 saylı, xx xxxxxx N0N0-ci il tarixli qərardadı ilə N nömrəli hərbi hissə iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-1995/N0N0 saylı, xx xxxx N0N0-ci il tarixli qərardadı ilə N nömrəli hərbi hissə iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. Cаvаbdеh Azərbaycan Respubliksı Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndəsi xx.xx.N0N0-ci il tarixində məhkəmə dəftərxanası vasitəsilə vəsatət təqdim edərək, iddiaçının mübahisələndirdiyi əmrin N nömrəli hərbi hissənin əmri olduğunu qeyd etmiş, əsl olmayan cavabdehin əsl cavabdeh N nömrəli hərbi hissə ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi xx xxxx N0N1-ci il tarixli ərizə ilə müraciət edərək, əsl olmayan cavabdeh Azərbaycan Respubliksı Müdafiə Nazirliyinin əsl cavabdeh X4 -N saylı hərbi hissəsi ilə əvəz olunmasını xahiş etmişdir. Məhkəmənin N-1(11N)-40N/N0N1 saylı xx xxxx N0N1-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh X4 -N saylı hərbi hissəsi ilə əvəz olunmuşdur. Məhkəmənin N-1(11N)-40N/N0N1 saylı xx xxxx N0N1-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi iş üzrə 3-cü şəxs qismində cəlb edilmişdir. İddiaçının səlahiyyətli nümayəndəsi xx.xx.N0N1-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, X4 Komandanının xx xxxxxxxx N019cu il tarixli 078 gm nömrəli əmrin dəyişdirilməsi yəni xəstəlik səbəbi ilə ehtiyata buraxılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N019-cu ilin aprel ayından Naxçıvan MR-nın Naxçıvan şəhərində yerləşən 500 saylı H/h-də gizir rütbəsində xidmətə başlamış. İşlədiyi müddətdə intizamlı, hərbi hissənin daxili qaydalarına ciddi əməl etməklə, funksiyalarına məsuliyyətlə yanaşaraq, eləcə də hərbi hissə rəhbərliyinin qanuni tələblərini tam, vaxtında və keyfiyyətlə yerinə yetirmiş, həmçinin qısa müddətdə hərbi hissənin zabit və əsgərləri arasında öz davranışları ilə böyük nüfuz qazanmış, hər kəs tərəfindən hörmətə layiq görülmüşdür. İşinin son dərəcə gərgin və fiziki güc tələb etməsinə baxmayaraq, onların öhdəsindən tam gəlməyi bacarmış, hər gün eyni vaxtda, yəni səhər saat 06:00-dan, axşam saat N3:00-dək çöl şəraitində və ayaq üstə dayanmaq rejimində faəliyyət göstərmişdir. İyun ayında artıq ayaqlarının diz nahiyyələrində kəskin ağrıların başladığını və bu nahiyyələrə maye yığıldığı müəyyən edilmişdir. Dəfələrlə bu barədə hərbi hissə rəhbərliyinə məlumat verməyinə baxmayaraq, buna etinasız, laqeyd və başdansovdu yanaşmışlar. Artıq xəstəlik daha kəskin xarakter aldığından, hər axşam hərarətlə müşahidə olunmağa başladığından, tamam halsız vəziyyətə düşdükdən, artıq xəstəliyin dərinləşməsi səbəbindən işləyə bilmədiyindən və surətlə arıqlama prosesi başladığını gördükdən sonra onu hərbi hospitalda əvvəlcə müayinəyə göndərdilər. Müayinə zamanı onda diz qapaqlarına maye yığılması, qara ciyərin “hepati- C” infeksiyası və şəkərli diabet aşkar olunmuşdur. Bundan sonra o, ciddi tələb və israr etdikdən sonra rəhbərlik hospitalda stasionar müalicə adı ilə yerləşdirilməyinə razılıq verdi. Hərbi hospitalda olduğu müddətdə faktiki sadaladığı xəstəliklərlə heç bir əlaqəsi olmayan “natriyxlor”, “besilin” preparatlarından başqa ona heç bir dərman köçürülməsi olmamış, 10 günün tamamında müalicənin başa çatdığını bildirərək onu hərbi hissəyə işini davam etdirməyə göndərdilər. Onda yaxşılaşmağa doğru heç bir dəyişikliklər olmadığını, təyin olunan lazımsız dərmanların onun müalicəsinə heç bir təsir göstərmədiyini, vəziyyətinin daha da pisləşdiyini, belə bir vəziyyətdə işləyə bilməyəcəyini onların diqqətinə çatdırmağına baxmayaraq, ona ordunun yarısının hepatit xəstəsi olduğunu deyərək işə çıxmağını tələb etdilər. Onun təyinatı üzrə mükəmməl müalicə almağı üçün Bakıya göndərilməyini hospitalın rəhbərliyindən tələb etməyinə baxmayaraq, buna birmənalı şəkildə rədd cavabı verilmiş. Belə ki, hospitalın baş həkimi nə qədər qəribə səslənsə də, bu barədə hüquqşünasla konsilium etdiyini və hüquqşünasın onun Bakıda daha ciddi səhiyyə müəssisəsində müalicə olunmadığını mənfi rəy bildirdiyini əsas götürərək, bu tələbini qəbul edə bilməyəcəyini demişdir. Bütün bunlardan sonra xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirdiyi üçün hərbi hissənin rəhbərliyinin adına raport yazaraq onu işdən azad etmələrini istəsə də, “şərəf məhkəməsi” adlı toplantı keçirərək hazırkı durumu ilə heç bir əlaqəsi olmayan xidməti uyğunsuzluq müddəası ilə onu xx xxxxxxxx N019-cu ildə işdən azad etmişlər. Raportundan da göründüyü kimi o xəstəliyi ilə əlaqədar işdən azad olunmağını xahiş etsə də, hərbi hissə rəhbərliyi ona qarşı qərəzli və qanunazidd mövqe tutaraq onu tamam ayrı maddə ilə işdən xaric etmişdir. Hərbi hissə rəhbərliyi ona qarşı qanunsuz əməllərini davam etdirərək, işdən azad olunduqdan sonra onun bir aylıq əmək haqqını, həmçinin son haqq-hesabı aparmadan, ona heçnə düşmədiyini, ona nə əmək haqqı, nə də digər müavinətlərin verilməyəcəyini bildirmişlər. Bəzi hallarda hərbi qulluqçuların səhhətində yaranmış problemlərlə əlaqədar, onların bu və ya digər vəzifələrdə çalışması məqsədəuyğun hesab edilməyərək, xidmətə uyğunsuz kimi işdən azad edilirlər. Bu iki anlayışı qarışdırmaq olmaz. Belə ki, işçinin səhhətinin daha da pisləşməsi müşahidə olunan səbəbdən işdən azad olunmasını xidməti uyğunsuzluq kimi qəbul etməyə heç bir əsas yoxdur. Ona əsas tibbi göstərişin müstəsnalıq təşkil etməsidir. Deyilənləri nəzərə alaraq, bu qənaətə gəlmək olar ki, cavabdeh ona qarşı qərəzli mövqe tutaraq işdən xaric olma əmrində qanuna zidd və tamam aidiyyəti olmayan maddə ilə, yəni xəstəliyi ilə əlaqədar deyil, heç bir əsası olmayan xidməti uyğunsuzluq maddəsi ilə xidmətdən azad etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh X4 -N saylı hərbi hissəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, ehtiyatda olan gizir İddiaçı xx.xx.N005-ci ildən xx.xx.N010-cu ilədək N nömrəli hərbi hissədə (hazırki X4) xidmət etmiş, sonuncu tarixdə xidmət müddəti başa çatdığına görə müddətini artırmadığı üçün ehtiyata buraxılmışdır. N019-cu ilin mart ayında xidmətə qəbul olunması ilə bağlı müraciət etmiş, Müdafiə nazirinin müavini - X4 Komandanı tərəfindən müraciətinə müsbət qərar verilərək xx.xx.N019-cu ildə gizirlərin həqiqi hərbi xidmətinə qəbul edilmiş və N nömrəli hərbi hissədə bölüyün başçavuşu vəzifəsinə təyin olunmuşdur. Lakin, gizir İddiaçı ona göstərilən etimadı doğrultmamış, təkrar xidmətə qəbul edilməsinə baxmayaraq intizamsızlıq etmiş, bu səbəbdən N019-cu ilin iyul və avqust aylarında N nömrəli hərbi hissə komandiri ona “Töhmət” intizam cəzası vermişdir. Bundan sonra gizir İddiaçı xidmətində dönüş yaratmamış, əvvəlki vəzifəsinin musiqiçi olduğunu, bölüyün baş çavuşu kimi xidmət edə bilmədiyini əsas gətirərək xidmətdən yayınmış, xidmət etmək istəmədiyini bildirmişdir. Bu səbəbdən hərbi hissə komandiri tərəfindən onun gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə qərar qəbul olunmuş və o, xx.xx.N019-cu ildə şərəf məhkəməsində dinlənildikdən sonra məhkəmə onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılması barədə qərar qəbul etmişdir. Hərbi hissə komandiri şərəf məhkəməsinin qərarı ilə razılaşmış və onun təqdimatı əsasında gizir İddiaçı xx.xx.N019-cu ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmamışdan əvvəl səhhəti ilə bağlı N nömrəli hərbi hissə komandirinin xx xxxxxx N019-ci il tarixli göndərişi ilə N nömrəli hərbi hissəyə müalicəyə göndərilmiş, N1 avqustda isə hospitalda stasionar müalicəyə qəbul olunmuşdur. Müalicəyə qəbul olunan günü hərbi hissədə onunla yazılı söhbətləşmə aparılmış, ona Hərbi Həkim Komissiyasından keçirilməsi barədə sual olunmuş, lakin o Hərbi Həkim Komissiyasından keçirilməsinə ehtiyac olmadığını bildirmişdir. Aparılmış müalicələr nəticəsində sağalma baş verdiyidən gizir İddiaçı xx xxxxxxxx N019-ci ildə kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. Gizir İddiaçı xidməti vəzifələrinin icrasına səhlənkar yanaşması, yol verdiyi intizamsızlıqlar və vəzifəsinin öhdəsindən gələ bilməməsi səbəbindən x xxxxxxxx N019-ci ildə tabor komandiri tərəfindən “gizirlərin şərəf məhkəməsi”ndə dinlənilməsi üçün hərbi hissə komandirinə müraciət olunmuş, nəticədə xx xxxxxxxx N019-ci ildə şərəf məhkəməsinə çıxarılmışdır. Şərəf məhkəməsində gizir İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmış və hərbi hissə komandiri vəsatəti təmin edərək bu barədə Müdafiə nazirinin müavini-X4 Komandanına təqdimat göndərmişdir. xx xxxxxxxx N019-ci ildə gizir İddiaçılə ikinci yazılı söhbətləşmə aparılan zaman ona yenə də Hərbi Həkim Komissiyasından keçirilməsi sual olunmuş, lakin ehtiyac duymadığını bildirdiyindən komissiyadan keçirilməmişdir. Həmçinin, həmin vaxt gizir İddiaçı söhbət vərəqəsində “Gizirlərin Şərəf Məhkəməsi”nin onun barəsində verdiyi “xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılsın” qərarına “Xidmət etməyi bacarmıram. Şərəf Məhkəməsinin qərarı ilə razıyam. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istəyirəm” sözləri ilə münasibətini bildirmişdir. Beləliklə də gizir İddiaçı xidmət etməkdə çətinlik çəkdiyindən “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmasını özü istəmiş, əvvəlcədən bunu bilmiş və etiraz etməmişdir. Nəticədə gizir İddiaçı xx xxxxxxxx N019-ci ildə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx N008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1 -ci maddəsində göstərilmişdir ki, “Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, .... hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Hərbi-həkim komissiyası hərbi xidmət, orqanlarda xidmət keçən, hərbi xidmət və orqanlarda xidmət keçmiş vətəndaşlarda xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki: c) hərbi xidmət, orqanlarda xidmətkeçmə dövründə alınmış xəsarət, xəstəlik nəticəsində, yaxud hərbi xidmətdən, orqanlarda xidmətdən buraxıldıqdan sonra 3 (üç) ay ərzində vətəndaşda əlillik təyin edilmiş olsun, yaxud o, vəfat etsin”. Lakin, İddiaçı xidmətdə olarkən Hərbi Həkim Komissiyasından keçirilməyə ehtiyac duymadığından keçirilməmiş, ona zəruri tibbi yardım göstərilmiş, sağalma baş verdiyinən kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ehtiyata buraxıldıqdan sonra isə xəstəliyini əsas tutaraq ehtiyata buraxılma əmrinin dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdir. İş materiallarından da görünür ki, İddiaçı hazırki tarixədək onda hər hansı bir əlilliyin olması və ya hərbi xidmətə yararsız olması ilə bağlı məhkəməyə sənəd təqdim etməmişdir. Hazırda onda olan xəstəliyin səbəb əlaqəsi müəyyən edilməmiş, onun 07.9.N019-cu il tarixinə hərbi xidmətə yararsız olması ilə bağlı sübutlar mövcud deyil. İddiaçı xx.xx.N019-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan zaman səhhətində xidmətə yararsız hesab olunacaq dərəcədə pozuntu olmamışdır. İddiaçının etibarnamə nümayəndəsi XN məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı hepatit “C” və qara ciyər serrozu olduğu halda onu şərəf məhkəməsinə cəlb edib və xidməti uyğunsuzluq əsasları ilə hərbi xidmətdən ehtiyata buraxmışlar. N saylı hərbi hissə iddiaya qarşı etiraz vermişdir. Öz etirazında qeyd edir ki, N019-cu ilin iyul-avqust ayında iddiaçıya “töhmət intizam cəzası” verilmişdir. Həmin töhmətin verilməsi barədə əmrlərin surəti iddiaçıya təqdim edilməmişdir. Halbuki qanunvericiliyə görə həmin əmrlərin surəti ona rəsmi təqdim edilməlidir. Töhmət verilməsi barədə əmrlərin və onların iddiaçıya təqdim olunması barədə sübutlar iş materiallarına daxil edilməmişdir. Bundan əlavə töhmət verilməmişdən və şərəf məhkəməsi çağırılmamasından əvvəl xidməti araşdırma aparmalı idi. Xidməti araşdırmanın nəticəsi aktlaşdırılmalı idi. Həmin aktın bir surəti də iddiaçıya təqdim edilməli idi. Şərəf məhkəməsinə iddiaçının xəstəliyi barədə məlumat verilməyib. Belə olan halda şərəf məhkəməsi qanun pozuntusu ilə keçirilib və onun qərarı qanun pozuntusu ilə qəbul edilib. 'Məlumdur ki, Hepatit “C” infeksion xəstəlikdir. Qaraciyəri yoluxdurur və qaraciyər alovlanmasının - hepatitini əmələ gətirir. Əksər hallarda simptomları müşahidə olunmur, ancaq xroniki hepatiti izləmək mümkündür. Xəstəliyin sonrakı gedişi qaraciyərin liflərinin dağılması - qaraciyər sirrozu ilə nəticələnir. Hepatit C virusu (HCV) qan vasitəsilə yayılır. C hepatitinə qarşı heç bir vaksin yoxdur. İnfeksiyanın simptomları tibbi baxımdan idarə edilə bilər və pasientlərin proporsiyası anti-virus dərmanlarının uzun kursu ilə virusdan təmizlənilə bilər. Erkən tibbi müdaxilə faydalıdır, HCV infeksiyası ilə adamlar tez-tez mülayim simptomları yaşayır və buna görə də müalicə haqqında fikirləşmir. Qaraciyər sirrozu və qaraciyər xərçəngi hepatit C virusunun təsirindən yarana bilir. Belə ki qaraciyər serrozu diaqnozu olan xəstə ilə bağlı şərəf məhkəməsi qurulması və qanunsuz əsaslarla ordu sıralarından təxris olunması qanunsuzdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuni qaydada məlumat verilmiş 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N05 saylı Hərbi Hissə nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş inzibati iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia tələbi ilə iddiaçı əmrin dəyişdirilməsini xahiş edir. İddia tələbi mübahisələndirmə haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati prosessual Məcəlləsinin N.N.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.N-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər. İş materiallarından aydın göründüyü kimi, mübahisələndirilən inzibati akt xx.xx.N019-cu il tarixlidir, iddiaçı hazırki iddia tələbi ilə qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməmiş, xx.xx.N019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Həmçinin, İPM-in 3N.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qanunun normasından da göründüyü kimi, əlavə ərizənin verilməsi yeni bir iddia ilə məhkəməyə müraciət edilməsini deyil, mübahisələndirmə haqqında iddia zamanı həmin nəticələrin aradan qaldırılmasına dair tələblə çıxış etməyi nəzərdə tutur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. İş materiallarına əlavə edilmiş sənədlər: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsi tərəfindən № 490 nömrəli xx xxxx N0N0-ci il tarixli məktubla göndərilmiş İddiaçı şəxsi işinə aid olan sənədlərin təsdiq edilmiş surətlərindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı aid xx xxxxxx N006-cı il tarixli xidməti dəftərçəsində qeyd edilmişdir ki, MNM-ƏЙOK № 035 gm xx.xx.N019-cu il tarixdə Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikası Qanununun 36.1.3 və 38.1.4-cü maddələrinə müvafiq olaraq, ehtiyatda olan gizir İddiaçı bağlaşma əsasında 5 (beş) il müddətinə gizlərin həqiqi xidmətinə könüllü qəbul olunub. 500N-ci təlim Əlahiddə Ümumqoşun taborunun təlim Ordu (100 №-li h/h) bölüyünün (qumbara 500-cü motoatıçı atan hazırlığı üzrə) təlim briqadası baş çavuşubvəzifəsinə təyin edilib (500 №-li hərbi hissə) HИİ-05007NA. MNM- ƏЙOK № 078 gm xx.xx.N019-cu il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılıb. - 1764 №-li xəstəlik tarixi Çıxarış epikrizdən görünür ki, N nömrəli hərbi hissə kardiopulmonologiya bölməsinə xx.xx.N019-cu ildə daxil olmuş gizir İddiaçı xx.xx.N019-ci il tarixdə reaktiv oliqoartrit, hər iki diz oynaqlarının zədələnməsi ilə C virus hepatiti daşıyıcısı diaqnozu qoyulmuş, aparılan müalicə nəticəsində xəstədə klinik, laborator sağalma baş vermiş, kafi vəziyyətdə öz hərbi hissəsinə yazılmışdır. - N-ci təlim tabor komandirinin birinci müavini-qərargah rəisi mayor Musa Bəndəliyevin N nömrəli hərbi hissə komandirinə xx.xx.N019-cu il tarixli raportundan görünür ki, N-ci təlim taborunun 6-cı təlim bölüyünün baş çavuşu gizir İddiaçı vəzifə borclarının icrasına səhlənkar yanaşması, verilən əmr və tapşırıqları vaxtında və düzgün yerinə yetirməməsi, tabeliyində olan şəxsi heyətin məişət şəraiti ilə maraqlanmaması, bölükdə olan silahların, əşya əmlakın uçotunu və qeydiyyatını vaxtında aparmaması, ona tutulan iradlardan, verilən intizam cəzalarından heç bir nəticə çıxarmaması səbəbindən gizirlərin şərəf məhkəməsində dinlənilməsi barədə göstəriş verilməsi xahiş edilmişdir. - xx.xx.N019-cu ildən hərbi qulluqda olan N-ci təlim taboru bölüyünün baş çavuşu gizir İddiaçı xidməti vərəqəsindən görünür ki, 500 H/H komandirinin xx.xx.N019-cu il tarixli əmri ilə növbətçilik zamanı xidməti düzgün təşkil etmədiyinə görə töhmət cəzası, N nömrəli hərbi hissə komandirinin xx.xx.N019-cu il tarixli əmri ilə vəzifə borclarının icrasına səhlənkar yanaşdığına görə xx.xx.N019-cu ildə töhmət cəzası verilmişdir. - N nömrəli hərbi hissənin gizirlərinin şərəf məhkəməsinin xx xxxxxxxx N019-cu il tarixli qərarının surətindən görünür ki, N-ci təlim taborunun 6-cı təlim bölüyünün (qumbaraatan hazırlığı üzrə) baş çavuşu gizir İddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyini, tutduğu vəzifəsinin öhdəsindən layiqincə gəlməyi bacarmadığını, bölüyün əşya əmlakını qorunmasına və onların saz saxlanılmasına nəzarət etmədiyinə, növbətçilik zamanı xidməti düzgün təşkil etməyi bacarmadığına və ona göstərilən iradlardan heç bir nəticə çıxarmadığını nəzərə alıb, onu Azərbaycan Ordusundan həqiqi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. -Müdafiə Nazirinin müavini- X4 Komandanının xx xxxxxxxx N019-cu il tarixli № 078 gm saylı əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, 500-cü Motoatıcı Təlim briqadasının (N nömrəli hərbi hissə) 500N-ci Təlim taborunun təlim bölüyünün (qumbaraatan hazırlığı üzrə) baş çavuşu gizir İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - N nömrəli hərbi komandirinin xx xxxxxxxx N019-cu il tarixli № N57 saylı (nizami hissə üzrə) əmrin surətindən görünür ki, Müdafiə nazirinin müavini-X4 Komandanının xx.xx.N018-ci il tarixli 078 nömrəli əmrinə əsasən gizir İddiaçı, N-ci təlim tabrunun təlim bölüyünün (icrrat hazırlığı üzrə) baş çavuşu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, xx xxxxxxxx N019-cu il tarixdən hərbi şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinə göndərilmiş. İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx N017-ci il tarixli NN nömrəli əmrinə əsasən N019-cu il üzrə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş pul mükafatını almağa layiq olmaması qeyd edilmişdir. İddiaçı -N019-cu ilin növbəti məzuniyyətindən N5 (iyirmi beş) gün istifadə etdiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 500 saylı Hərbi Hissəsinin xx xxxxxx N0N0-ci il tarixli № N016 saylı arayışından görünür ki, xx xxxxx N019-cu ildə ehtiyatdan sonuncu dəfə həqiqi hərbi xidmətə çağrılmış N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu gizir İddiaçı xx xxxxxxxx N019-cu ildə həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən 1 il tam xidməti olmadığına görə Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx N017-ci il NN nömrəli qərarının 35.3-cü maddəsinə əsasən xidmətdə fasilə olarsa, xidmət müddətinə gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində hərbi xidmətə yalnız sonuncu dəfə qəbul edilmə günündən başlayan dövr hesablanır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx N017-ci il NN nömrəli qərarının 35.6.4-cü maddəsinə əsasən, xəstəliyə və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılma halları istisna olmaqla, həqiqi hərbi xidmətə sonuncu dəfə çağırıldıqdan sonra bir il xidmət etməmiş ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara birdəfəlik və işdənçıxma müavinəti ödənilmir. İddiaçı hazırki iddia ilə X4 Komandanının xx xxxxxxxx N019-cu il tarixli № 078 gm saylı əmrinə dəyişlik edilməsini, hərbi xidmətdən ehtiyata buraxılmasının səbəbinin xəstəliyə görə, yəni “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v bəndi iləxəstəliyə görə qeyd edilməsini xahiş edir. Buna əsas kimi hepatit C xəstəliyi ilə əlaqədar qaraciyərin funksiyasının itirildiyini bildirir və Səhiyyə müəssisəsindən xəstəlik tarixindən çıxarışları təqdim edir, həmçinin, iddia edir ki, onun bu xəstəliyi hərbi xidmət zamanı alınmış, hərbi hissədən hospitalda müalicəyə göndərilən zamanı lazimi müalicə almamış, yalnış olaraq vəziyətinin kafi olduğu qənaətinə gəlinmiş, xidməti uyğunsuzluğa əsas verən heç bir hərəkət etməmişdir. Məhkəmə iddiaçının qeyd edilən iddialarını əsassız hesab edir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: - 155-ci maddəsinə əsasən Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən yerinə yetirilir. - 156-cı maddəsinin e bəndinə əsasən xidməti uyğunsuzluğa görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin e bəndi ilə ehtiyata buraxılmasını qanunsuz sayır və buna heç bir əsas olmadığını bildirir. Məhkəmə araşdırması zamanı iş materiallarına iddiaçının şəxsi iş materialları, hərbi xidmət zamanı aldığı cəzalara dair xidməti vərəqədən çıxarış, xidməti xasiyyətnaməsi, şərəf məhkəməsinin protokol və qərarı, həmçinin, iddiaçı ilə yazılı söhbətləşmə vərəqələri əlavə edilmişdir. -xx xxxxxx N019-cu il tarixli gizir İddiaçı söhbət vərəqəsindən görünür ki, o, xidmətilə bağlı maneçilik yaradanın olmadığını, sadəcə səhhəti ilə bağlı problemlərinin olduğunu, hərbi həkim komisiyyasından keçdiyini, kafi olaraq xidmətə yaralı hesab edildiyini, xidmətində dönüş yarada bilməyəcəyini, ehtiyata buraxılmaq istədiyini, HHK-ya göndərilməsinə ehtiyac duymadığını bildirmişdir. - xx xxxxxxxx N019-cu il tarixli gizir İddiaçı söhbət vərəqəsindən görünür ki, xidmət etməyi bacarmadığını, şərəf məhkəməsinin qərarı ilə razı olduğunu, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmaq istədiyini bildirmiş, HHK-nın rəyinə ehtiyac duymadığını qeyd etmişdir. N nömrəli hərbi hissə tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, gizir İddiaçı bölüyün baş çavuşu kimi vəzifəsini qüsurlarla yerinə yetirir, verilən tapşırıqlara məsuliyyətsiz yanaşır, bölükdə səhər baxışının aparılmasına və axşam yoxlanışının keçirilməsinə biganəlik göstərir. Verilən tapşırıqların yerinə yetirilməsi zamanı üzərində nəzarət olunmasına ehtiyac duyulur, göstərilən iradlardan dərhal nəticə çıxarmağı bacarmır. Sərbəst qərarlar qəbl etməkdə çətinlik çəkir. Ətrfındakıları inandırmaq qabiliyyətinə malik deyil. Bilik səviyyəsini və bacarığını artırmaq üçün öz üzərində çalışmır.Təşkilatçılıq qabiliyyəti yoxdur. Xidmət etdiyi kollektivdə hörmətə malik deyil. İş materiallarında və işin araşdırılmış hallarından görünür ki, iddiaçı şərəf məhkəməsi zamanı, ondan əvvəl və sonra aparılmış söhbət vərəqələrində xidmətə uyğun olmadığını, ximdətində dönüş yarada bilmədiyini etiraf etmiş, şərəf məhkəməsinin qərarı ilə razılaşmışdır. Məhkəmə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v bəndi ilə yəni xəstəliklə ehtiyata buraxılması dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin v) bəndinə əsasən hərbi qulluqçuların Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılma əsaslarından biri də xəstəliyə görə — (hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar) əsasıdır. Göründüyü kimi, qeyd edilən bənd üzrə ehtiyata buraxılma üçün hərbi qulluqçunun HHK-nın hərbi xidmətə yararsız sayılması barədə rəyi mütləqdir. Məhkəmə araşdırması zamanı Məhkəmənin sorğusuna əsasən gizir İddiaçı N nömrəli hərbi hissədə müalicədə olması ilə bağlı barəsində olan 1764 nömrəli Xəstəlik tarixinin təsdiq olunmuş surəti təqdim edilmişdir. Gizir İddiaçı müalicəsi, ona qoyulmuş diaqnozlar əksini tapmışdır. Xəstəlik tarixindən də göründüyü kimi, reaktiv oliqoartrit, hər iki diz oynağının zədələnməsi ilə C virus hepotitinin diaqnozu qoyulmuş, müalicələr almış, sağlamlıq vəziyyəti kafi olduğundan öz hərbi hissəsinə yazılmışdır. Şərəf məhkəməsindən sonra da onunla aparılmış söhbətləşmədə HHK-nın rəyinə ehtiyac olmadığını bildirmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin xx.xx.N0N0-ci il tarixli 1373 saylı məktubundan görünür ki, iddiaçı tərəfindən xx.xx.N019-cu il tarixdən 3 ay ərzində xəstəliyinin hərbi xidmətlə səbəbli əlaqəsinin müəyyən edilməsi ilə bağlı müraciət olmamışdır. Beləliklə, iddiaçı tərəfindən onda hər hansı bir əlilliyin və ya hərbi xidmətə yararsız olması ilə bağlı sübutlar təqdim edilməmiş, hazırki xəstəliyinin məhz hərbi xidmət zamanı aldığı xəstəliklə səbəbli əlaqəsi müəyyən edilməmiş, hərbi xidmətdən ehtiyata buraxılan dövrə sırf hazırki xəstəliklərin olmasına dair sübutlar təqdim edilməmişdir. Bununla da Məhkəmə qeyd edir ki, xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu onunla bağlıdır ki, hərbi qulluqçuların malik olmalı olduğu hərbi intizam onların yüksək şüurluluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xx.xx.N019-cu ildən gizir kimi həqiqi hərbi xidmətdə olmuş, N nömrəli hərbi hissənin N-ci təlim taborunun 6-cı təlim bölüyünün baş çavuşu vəzifəsində xidmət etmiş, bölüyün baş çavuşu kimi bölükdə hərbi intizamın daim yüksək səviyyədə saxlanılmasını təmin etməyə borclu olmuşdur. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehin tərəfindən qəbul edilmiş əmr əsaslı olmuş, qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilməmişdir. Həmçinin, iddiaçının öz iddia ərizəsində qeyd etdiyi digər tələbinə -son haqq hesabın aparılmasına münasibətdə də Məhkəmə qeyd edir ki, iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr əsaslı olduğundan, iddiaçının ilkin tələbdən yaranan tələbi də əsassızdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun N.0.N-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun N.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun N.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun N.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun N.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 17-ci maddəsinə əsasən əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.N-ci maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cаvаbdеh X4 -N saylı hərbi hissəyə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N05 saylı Hərbi Hissə 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin dəyişdirilməsi”nə dair iddiası əsassız olduğundan, iddia tələbi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin N-ci, 34-cü, 68-ci, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh X4 -N saylı hərbi hissəyə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirliyi və N05 saylı Hərbi Hissə 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar