Məhkəmə qərarları › İş №2-1(112)-4020/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4020/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4020/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Balakən rayonunda qeydiyyatdadır, işləmir),cavabdehin nümayəndəsi X2 (Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində qeydiyyatdadır, ixtisası: hüquqşünas, hüquqşünas vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində X1rşı cavabdehin üzərinə öhdəliyinin qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baхaraq müəyyən еtdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində X1rşı “Gürcüstan Respublikasının İTUG seriyalı 000058 nömrəli Bakalavr Diplomu üzrə universitetinin Hüquq, Biznes və X13 inzibatçılığının bakalavr akademik dərəcəsi ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini оnunla əsaslandırmışdır ki, iddiaçıya 2003-cü ildə Gürcüstan Respublikasının Beynəlxalq Universitetinin, Hüquq, Biznes və Humanitar Elmləri məktəbinin xx xxxx 2018-ci il tarixli 6 nömrəli qərarı ilə Biznes inzibatçılığının bakalavr akademik dərəcəsi verilmiş və bu barədə ona İTUG seriyalı 000058 nömrəli bakalavr diplomu verilmişdir. Universitetdə keçirilən bütün dərslərdə iştirak etmişdir və həmin müddətlərdə Gürcüstan Respublikasının ərazisində olmuşdur. Bunu iddiaçıya məxsus pasportda olan qeydləri təsdiq edir. Gürcüstan Respublikasının İTUG seriyalı 000058 nömrəli Bakalavr Diplomu üzrə Universitetinin, Hüquq, Biznes və X14 inzibatçılığının bakalavr akademik dərəcəsi tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə elektron ərizə sistemi ilə xx.xx.2019 -cu il tarixində A78D5AB79167901 saylı ərizə ilə rəsmi qaydada müraciət etmişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi müraciətinə dair mənfi qərar qəbul etmişdir. İddiaçı Azərbaycan Respublikasının Təhsil Nazirliyinin imtinasını tam əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin еdilməsini məhkəmədən хahiş еtmişdir. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə X9 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin ekspert qrupu tərəfindən iddiaçının sənədləri araşdırılarkən, İddiaçı təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar ekspert qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində iddiaçının ali təhsil sənədlərinin araşdırılması zamanı müəyyən edilmişdir ki, Gürcüstan Respublikası Gürcüstan X4 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında İddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür (Gürcüstan Respublikası ərazisinə keçmə faktları barədə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin bazasında 2014-2018-ci illər haqqındakı qeydlərdə öz əksini tapmışdır). Göründüyü kimi, Gürcüstan Respublikası Gürcüstan X4 diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Ekspert qrupu tərəfindən İddiaçı aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (gürcü dili) bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi, onun aldığı ixtisası mənimsənilməsini şübhə altına alır.Qeyd olunanlar və ekspert komissiyasının rəyi əsasında İddiaçı adına Gürcüstan Respublikası Gürcüstan X7 tərəfindən verilmiş İTUG 000058 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomunun ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia ərizəsində göstərilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazda göstərilən məzmunda izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəməyə təqdim edilmiş: Gürcüstan Respublikası Gürcüstan X7 tərəfindən verilmiş İTUG 000058 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomuna əsasən iddiaçı həmin universitetin biznes inzibatçılığı ixtisası üzrə tam kursunu bitirmiş, ixtisas üzrə bakalavr dərəcəsi vermişdir. İTUG 000058 nömrəli diplomun əlavəsindən göürünür ki, iddiaçı Gürcüstan Respublikası Gürcüstan X5 imtahanlar vermiş və test sınaqlarından keçmişdir. “Sərhəd keçmə məlumatı”na əsasən iddiaçı xx/xx/2014-xx/xx/2014,xx/xx/2014xx/xx/2014, xx/xx/2014-xx/xx/2014, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, 5/09/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015-xx/xx/2015, xx/xx/2015xx/xx/2015, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, xx/xx/2016xx/xx/2016, xx/xx/2016-xx/xx/2016, 26 11.2016-xx.xx.2016, xx.xx.2016 - xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx.xx.2017-xx.xx.2017, xx/xx/2017-xx/xx/2017, xx/xx/2017-xx/xx/2017, xx/xx/2017-xx/xx/2017, xx/xx/2017xx/xx/2018, xx/xx/2018-xx/xx/2018, xx/xx/2018-xx/xx/2018, xx/xx/2018-xx/xx/2018, xx/xx/2018-xx/xx/2018, xx/xx/2018-xx/xx/2018, xx/xx/2018-xx/xx/2018, xx/xx/2019xx/xx/2019 tarixləri əhatə edən dövrlərdə Azərbaycan Respublikasının ərazisindən kənarda olmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən” çıxarışdan görünür ki, iddiaçıya Gürcüstan Respublikası Gürcüstan X7 tərəfindən verilmiş İTUG 000058 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) üzrə elektron ərizə sistemindən” çıxarışdan görünür ki, iddiaçıya Gürcüstan X7 tərəfindən verilmiş İTUG 000058 nömrəli xx.xx.2018-ci il tarixli bakalavr diplomunun Azərbaycan Respublikasının ərazisində tanınması bağlı ekspert tərəfindən mənfi rəy verilmişdir. İddiaçı təhsil aldığı dövrün 1-ci ilində 6 ay 28 gün, 2-ci ilində 3 ay 10 gün, 3-cü ilində 5 ay 21 gün, 4-cü ilində isə 5 ay 12 gün təhsil aldığı Gürcüstan Respublikasında olmuşdur. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etdi ki, iddiaçı Gürcüstan X7 əyani formada olmaqla təhsil almışdır, həmin təhsil müəssisəsi tərəfindən ona ali təhsil haqqında (bakalavr) diplom verilmişdir, iddiaçı həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, Umarov X12 X4 tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında Gürcüstan Respublikasında qısa müddət ərzində olduğundan diploma əlavə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri-mümkündür. Nostrifikasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı ekspert qrupu tərəfindən iddiaçının aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini (gürcü dili) bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаnın üzərinə inzibаti аktın qəbul еdilməsi ilə bаğlı müvаfiq öhdəliyin qоyulmаsınа dаir iddiаlаrа və yа inzibаti оrqаnın hərəkətsizldiyindən müdаfiəyə dаir iddiаlаrа (məcburеtmə hаqqındа iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 33.1-ci mаddəsinə əsаsən, məcburеtmə hаqqındа iddiа vаsitəsi ilə iddiаçı оnun аrzulаdığı inzibаti аktı qəbul еtmək vəzifəsini cаvаbdеhin üzərinə qоymаğı məhkəmədən tələb еdə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli, 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Həmin Qaydaların 2.13-cü bəndinə əsasən bakalavriat səviyyəsində ixtisaslar üzrə təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır, 2.14-cü bəndinə əsasən tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr yekun dövlət attestasiyasına buraxılırlar, 2.15-ci bəndinə əsasən yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 6 həftədir, 2.16-cı bəndinə əsasən yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı (fənlərarası) və ya buraxılış işinin müdafiəsindən ibarətdir, 2.17-ci bəndinə əsasən ixtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriat səviyyəsində 240- 300 kredit (tibb təhsilində 300-360 kredit) müəyyənləşdirilir. İxtisaslar üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Ali təhsil müəssisələrində bakalavriat səviyyəsinin tədris proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında “bakalavr” ali peşə-ixtisas dərəcəsi verilir. İşin faktiki hallarına əsasən iddiaçı Gürcüstan Respublikasının ərazisində təhsil aldığı dövrün 1-ci ilində 6 ay 28 gün, 2-ci ilində 3 ay 10 gün, 3-cü ilində 5 ay 21 gün, 4-cü ilində isə 5 ay 12 gün olmuş, yəni təhsilin normativ müddətinin tələbinə əməl edilməmişdir. İddiaçı əyani formada təhsil almasına baxmayaraq, heç bir semestr ərzində tam şəkildə Gürcüstan Respublikasında olmamışdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı təhsil aldığı gürcü dilini ixtisası üzrə təhsil proqramı mənimsəyə biləcək dərəcə yaxşı bilmir. İş materallarına əlavə edilmiş iddiaçı ilə aparılan müsahibənin video yazısından görünür ki, iddiaçı ekspert tərəfindən verilən ona verilən sadə sualları belə cavablandırmaq çətinlik çəkmişdir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.27-8.28-ci bəndlərinə görə Nazirlik xarici ölkələrin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyası) həyata keçirir, vətəndaşlara sənədlərin ekvivalentliyi haqqında şəhadətnamələr verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Qeyd olunan Qaydaların 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 2.3-cü bəndində göstərilmişdir ki, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının İPM-nin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin X1rşı “Gürcüstan Respublikasının İTUG seriyalı 000058 nömrəli Bakalavr Diplomu üzrə universitetinin Hüquq, Biznes və X13 inzibatçılığının bakalavr akademik dərəcəsi ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68,69,85,110-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin X1rşı “Gürcüstan Respublikasının İTUG seriyalı 000058 nömrəli Bakalavr Diplomu üzrə universitetinin Hüquq, Biznes və X13 inzibatçılığının bakalavr akademik dərəcəsi ixtisasının tanınması və diplomun ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) barədə iddia tələbi rədd edilsin. Qərardan apelyasiya şikayəti qərar tam formada təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar