Məhkəmə qərarları › İş №2-1(112)-4022/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4022/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4022/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə Cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə iddiaçının iddiadan imtina edilməsi haqqında ərizəsinə məhkəmənin binasında (ünvan: ünvan 1 Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********1 saylı, 23 yanvar 2020-ci il tarixli əmrinin İddiaçı barəsində ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə üzrə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin tələblərinə əsasən iddia tələbindən imtina edilməsinin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi təyin edilmiş məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddiaçının iddia tələbindən imtina edilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İnzibati Prosessual Məcəllənin 55.5-ci maddəsində qeyd edilmişdir ki, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İddiaçının ərizəsini və işdə olan sənədləri araşdıraraq, cavabdehin nümayəndəsini dinləyib məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və bu əsasla da iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, İnzibati Prosessual Məcəllənin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı iddiadan imtina edilməsi və icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin **********1 saylı, 23 yanvar 2020-ci il tarixli əmrinin İddiaçı barəsində ləğv edilməsi” tələbinə dair iddiasından imtinası qəbul edilsin və bu əsasla da iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar