Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4023/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, Cavabdeh3 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil-Kommunal İstismar sahəsinə, 3 saylı Bakı Cavabdeh2nə və Cavabdeh3 ASCyə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdehlər Bakı şəhəri Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil-Kommunal İstismar sahəsinə, 3 saylı Bakı Cavabdeh2nə və Cavabdeh3 ASCyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin - Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 62 saylı Mənzil-Kommunal İstismar sahəsinin və Bakı şəhəri Suraxanı rayon Cavabdeh3 ASC-nin üzərinə iddiaçının kommunal xidmətlər üzrə borcunun olmadığını tanımaları öhdəliyinin qoyulması, cavabdeh 3 saylı Bakı Cavabdeh2n üzərinə iddiaçıya elektrik sayğacı üçün Smart kart verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestri tərəfindən xx.xx.2022-ci ildə İddiaçı verilmiş Çıxarışa əsasən, o, Bakı şəhəri Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 31, 35 saylı mənzilin mülkiyyətçisidir. Mənzili aldığı gündən icbari ödənişləri vaxtı-vaxtında ödəmişdir. Lakin cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 62 saylı Mənzil-Kommunal İstismar sahəsi iddiaçıdan əvvəlki mülkiyyətçinin borclarına görə ondan 300 manat tələb edirlər, 3 saylı Bakı Cavabdeh2 və Bakı şəhəri Suraxanı rayon "xxxx" ASC də əvvəlki mülkiyyətçinin borclarını ödəməyini tələb edirlər. Mənzil-Kommunal Xidməti üçün xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən 2023-cü ildə evlərin saxlanılması üçün xidmət haqqı kimi 16,32 manat və məişət tullantılarının daşınması üçün 3,60 manat, cəmi 19,92 manat ödəmişdir. 2024-cü ildə də həmin məbləğ ödənmişdir. Ona görə də 62 saylı Mənzil-Kommunal İstismar sahəsinə borcu yoxdur. Buna baxmayaraq, cavabdeh ondan dəfələrlə 300 manat borc tələb edir. Mənzil aldıqdan sonra Smart kart almaq üçün çavabdeh 3 saylı Bakı Cavabdeh2nə müraciət etdi. "xxxx" MMC-yə külli miqdarda borcu olduğu əsas gətirilərək imtina edildi. xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən Azərişıq ASC-nin Suraxanı ESİ-yə 2184,00 manat məbləğində pul ödənmişdir. Cavabdeh3 ASC-nin xx.xx.2024-cü il tarixli Bildiriş- Xəbərdarlığına görə əvvəlki mülkiyyətçidən 334,11 manat istilik borcu yaranmışdır. Təqdim etdiyi qəbzdə müəyyən edilmiş 30 manat məbləğində pulu xx.xx.2024-cü il tarixdə ödəmişdir. İddiaçının Cavabdeh3 ASC-yə borcu yoxdur. Yuxarıda göstərilənlərə baxmayaraq, cavabdehlər əvvəlki mülkiyyətçinin borclarını ödəməyini təkidlə tələb edirlər. Bununla bağlı, iddiaçı xx.xx.2024-cü ildə cavabdehlərə yazılı surətdə müraciət edib, kommunal xidmətlərə görə borcunun olmaması barədə arayış vermələrini xahiş etdi. Cavabdeh Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 62 saylı Mənzil- Kommunal İstismar sahəsi ərizəyə cavab vermədi. Azərişıq ASC telefonla bildirdi ki, həmin borc məbləği sistemdə oturmuşdur və onu silmək olmur, buna görə də əvvəlki mülkiyyətçinin borcunu ödəmək lazımdır. Cavabdeh3 ASC-nin xx.xx.2024-cü il tarixli cavabından görünür ki, “...alqı-satqı müqaviləsi bağlanılarkən mənzilin əvvəlki sahibindən kommunal xidmətlərə görə yaranmış borclarla bağlı münasibətlərə aydınlıq gətirilməli idi. Lakin, tərəfinizdən bununla bağlı heç bir zəruri tətbir görülməmiş və əvvəlki sakinlə aranızda alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh3 ASC-yə bu barədə müvafiq məlumat verilmədiyi üçün mənzildə istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə ödənilməmiş borc qalmışdır”. İddiaçı Bakı şəhəri Suraxanı rayonu, “V” yaşayış sahəsi, ev 31, 35 saylı mənzilin dövlət reyestrinin Çıxarışına əsasən xx.xx.2022-ci ildən mülkiyyətçisi olmuş, buna görə də mənzilin saxlanmasına görə və kommunal xidmətlərə görə ödənişlər üzrə həmin tarixdən məsul şəxsdir. Kommunal xidmətlərə görə bocları mənzilin əvvəlki mülkiyyətçisi ödəməlidir. Cavabdehlər Bakı şəhəri Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 62 saylı Mənzil-Kommunal İstismar sahəsi, Bakı şəhəri Suraxanı rayon Cavabdeh3 ASC və Suraxanı Azərişıq ASC uzun müddət ərzində mənzilin əvvəlki mülkiyyətçisinə qarşı kommunal xidmətlərə görə yaranmış borcları ödəmədiyinə görə heç bir qanunla nəzərdə tutulmuş tədbir görmürlər.
3. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın mümkünlüyü
5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının:
4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.
14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.
8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdehlər Bakı şəhəri Suraxanı rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil-Kommunal İstismar sahəsi, 3 saylı Bakı Cavabdeh2 və Cavabdeh3 ASC inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi cavabdehlər inzibati orqan deyildirlər.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının “qərara aldı” hissəsində qeyd olunur: 1.Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.
2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.
3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.
11. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 189 nömrəli, 19 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na görə Cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti təbii inhisar sübyektlərinə aid edilərək bu siyahıya daxil edilmişdir.
12. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbi ikinci hissədə 3 saylı Bakı Cavabdeh2nə qarşı yönəldə də, smart kartın verilməsi “Azəriqaz” İB və "xxxx" ASC tərəfindən göstərilən xidmətlərə aiddir. "Təbii inhisar subyektlərinin siyahısı"na əsasən isə “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyəti təbii inhisar sübyektlərinə aid edilərək bu siyahıya daxil edilmişdir.
13. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdehlər arasında mübahisə iddiaçıya məxsus ünvanda mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən ödənilməyən kommunal xidmətlər üzrə hesablanmış borc məbləği nəticəsində yaranmış hüquq münasibətlərindən irəli gəlir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir.
14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.
15. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı istehlak və müqavilə münasibətlərindən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.
16. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
17. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
18. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva