Məhkəmə qərarları › İş №2-1(112)-4024/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4024/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4024/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə dəyişdirilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 nömrəli evin ümumi sahəsi 60 kv.m olan 29 nömrəli mənzilinin (yaşayış sahəsinin) qeyri-yaşayış sahəsinə dəyişdirilməsi barədə sərəncam verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 nömrəli evin ümumi sahəsi 60 kv.m olan 29 nömrəli mənzili 21 oktyabr 2013-cü ildə AN-İ №0382154 olan alqı-satqı müqaviləsi əsasında X1 alınmışdır. Həmin mənzil tərəfindən alqı-satqı yolu ilə əldə edildikdən sonra onun xüsusi mülkiyyət hüququ 29 noyabr 2023-cü ildə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Onun alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və halhazırda xüsusi mülkiyyətində olan mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən A.M.Şərifzadə küçəsinə baxan iki pəncərəsi Bakı şəhəri Cavabdeh Başçısının 06 oktyabr 2004-cü il tarixli, 915 nömrəli sərəncamı əsasında giriş qapısı edilərək bu günə kimi istifadə edilməkdədir. Onun mülkiyyətində olan yaşayış sahəsi yerləşdiyi binanın birinci mərtəbəsində olmaqla binada yaşayan digər mülkiyyətçilərə heç bir maneə törətməməkdədir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 nömrəli evin ümumi sahəsi 60 kv.m olan 29 nömrəli mənzili üzərində onun mülkiyyət hüquqları qeydiyyata alındıqdan sonra tərəfindən müvafiq ərizə ilə hazırki iş üzrə cavabdeh olan Bakı şəhəri Cavabdehnə müraciət edərək mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən ona verilmiş cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. O, Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş imtina ilə qətiyyən razılaşmır. Mənzil Məcəlləsi: 20.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf iddia tələbinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilən sənədlərdən görünür ki: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 130 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan 29 nömrəli mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır. -Daşınmaz Əmlakların Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportdan görünür ki, X7 məxsus ünvan 1 ünvanında yerləşən **********78-05101-093022 nömrəli mənzil barədə texniki pasport xx.xx.2013-cü il tarixdə tərtib edilmişdir. Binanın yerləşdiyi torpaq sahəsi barədə məlumatlara əsasən: torpaq sahəsinin sənəd üzrə ölçüsü 0.0764 ha, faktiki sahəsi 0.0764 ha, tikintialtı sahəsi 0.0764 ha təşkil edir. Mənzilin yerləşdiyi bina 1963-cü il tarixdə inşa olunmuş 5 mərtəbəli binadır. Mənzil 1-ci mərtəbədə yerləşir, 3otaqlıdır,ümumi sahəsi 60.0 kv.m, yaşayış sahəsi 47.0 kv.m təşkil edir. Otaqların təyinatı: dəhliz-4.9 kv.m, yaşayış otaqları-17.4 kv.m, 12.7 kv.m, 16.9 kv.m, mətbəx 5.1 kv.m, sanitar qovşaq 3.0 kv.m təşkil edir. -AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə satıcı X2 Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 130,mənzil 29 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m təşkil edən 3 otaqdan ibarət mənzili alıcı İddiaçı mülkiyyətinə vermişdir. -Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayonu İcra hakimiyyəti Başçısının xx.xx.2004-cü il tarixli 915 nömrəli “Şərifzadə küçəsi 130 saylı evin 29-cu mənzilində qapı oyuğu açılması faktının təsdiq edilməsi haqqında” Sərəncama əsasən Şərifzadə küçəsi 130 saylı evin 29-cu mənzilində yaşayan vət. X3 rayon İcra Hakimiyyətinə mənzilindən Şərifzadə küçəsinə baxan iki pəncərənin giriş qapısı edilməsinin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciətin araşdırılması zamanı məlum olmuşdur ki, mənzilin keçmiş sakini tərəfindən uzun illər bundan əvvəl Şərifzadə küçəsinə baxan iki pəncərə giriş qapısı edilmiş və hal-hazırda istifadə olunur. Qeyd olunanlara əsaslanaraq: vətəndaş X8 məxsus Şərifzadə küçəsi 130 saylı evin 29- cu mənzilinin Şərifzadə küçəsinə baxan iki pəncərəsinin giriş qapısı edilməsi faktı təsdiq edilməsi qərara alınmışdır. -İddiaçı Cavabdehnə ünvanladığı ərizəsində bildirmişdir ki, ünvan 4 saylı evin ümumi sahəsi 60 kv. m olan 29 nömrəli mənzilini 21 oktyabr 2013-cü ildə alqı-satqı yolu ilə almışdır.. Hazırda mənzil tam olaraq onun mülkiyyətindədir. Əvvəlki mülkiyyətçısi tərəfindən mənzilin A. M. Şərifzadə küçəsinə baxan iki pəncərəsi giriş qapısı edilmiş və bu fakt Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının 06 oktyabr 2004-cü il tarixli, 915 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir. Yaşayış sahəsi həmin binanın birinci mərtəbəsində yerləşməklə, bir neçə ildir ki, mağaza kimi istifadə edilir, giriş-çıxışı ayrı olduğundan binada yaşayan digər mülkiyyətçilərə heç bir maneçiliyi yoxdur. Onun mülkiyyətində olan ünvan 4 saylı evin ümumi sahəsi 60 kv. m olan 29 nömrəli yaşayış sahəsindən hazırda mağaza kimi istifadə edildiyini nəzərə alaraq həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı şəhəri Cavabdeh xx.xx.2025-ci il tarixli 5- 21/3-30/2025 nömrəli məktubu ilə təqdim edilən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2023-cü il tarixli 4 nömrəli göstərişinə əsasən Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə(və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilərkən AR Mənzil Məcəlləsinin və Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin tələblərinə, həmçinin yuxarı Dövlət orqanlarının xüsusi hallar zamanı yaranmış zərurət ilə əlaqədar olan şifahi tapşırıqlarına riayət olunması tapşırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)-4024/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1.ünvan 1 ünvanında yerləşən mənzilin faktiki vəziyyətdə ölçüsü nə qədərdir? 2.Mənzildə texniki pasportda göstərilməyən əlavə yenidənqurma, artırılma, yenidən planlaşdırma işləri aparılmışdırmı? 3.ünvan 1 ünvanında yerləşən mənzilin faktiki vəziyyətdə qeyri-yaşayış kimi istifadə edilən ümumi ölçüsü nə qədərdir? 4.ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan yaşayış sahəsi tikinti normalarının tələblərinə uyğun inşa edilməklə təhlükəsizlik və dayanıqlığa dair normativ tələblərə cavab verirmi? 5.ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan yaşayış sahəsi qeyriyaşayış sahəsi kimi istifadə olunmağa yararlıdırmı? Yəni, sahənin qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmərtəbəli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunurmu? 6.ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m olan yaşayış sahəsinin qeyriyaşayış sahəsi kimi istifadə olunması üçün sahədə əlavə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb olunurmu? Əgər tələb olunursa, əlavə hansı işlərin görülməsi tələb olunur? Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin səlahiyyətinə (sərəncamına) buraxılmışdır. Ekspertizanın keçirilməsi mübahisəli ərazidə tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-10/2908/2025 nömrəli məktubu ilə təqdim edilən xx.xx.2025-ci il tarixli 10/2908 nömrəli ekspert rəyinə əsasən: 1-ci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 saylı evin, 29 saylı mənzilin faktiki vəziyyətdə qeyri-yaşayış kimi istifadə edilən ümumi sahəsinin 134.26 kv.m təşkil etdiyi müəyyən edilmişdir. 2-ci sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 saylı evin, 29 saylı mənzilin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin və digər göstəricilərinin mənzilə dair tərtib olunmuş Texniki Pasportun göstəricilərinə uyğun olmadığı, mənzildə texniki pasportunda göstərilməyən əlavə yenidənqurma, artırılma, yenidən planlaşdırma işləri aparıldığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 saylı evin, 29 saylı mənzilin faktiki vəziyyətinin, tikililərinin planlı yerləşməsinin və digər göstəricilərinin iş materiallarına əlavə edilmiş və "xxxx" MMC tərəfindən 2014-cü il tarixdə tərtib edilmiş layihə sənədlərinə uyğun olduğu müəyyən edilmişdir. 3-cü sual üzrə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinin və Mərkəzə təqdim edilmədiyindən bu sual üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 130 saylı evin, 29 saylı mənzilinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20-ci maddəsinin (Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri) 20.3-cü bəndinin tələblərinin uyğun olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin məktubunda qeyd olunanlar nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsinin qeyri- yaşayış sahəsi kimi istifadə olunması üçün yanğın təhlükəsizliyi tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş İdarəsinin mütəxəssis rəyi Mərkəzə təqdim edilmədiyin, qərardadın dördüncü sualının bu hissəsi üzrə tədqiqat aparılmadı. 5-ci sual üzrə: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 3083,40 kv.m olan yaşayış sahəsinin faktiki vəziyyətinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 23cü maddəsində (Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri) 23.2-ci bəndinin tələblərinə uyğun olduğundan, sözügedən yaşayış sahəsinin qeyri-yaşayış sahəsi kimi istifadə olunması üçün sahədə əlavə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb olunmur. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli 5- 21/1-H72-162/2024 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli Göstərişinin 1ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə) keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iş üzrə iddia məcburetmə haqqında iddia növünə aid olmaqla cavabdehdən əliverişli inzibati akın- qeyri-yaşayış sahəsinə keçirilmə barədə sərəncamın qəbul edilməsi barədədir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakılara istinad edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -20.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. -20.2. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. -20.3. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir. -21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. -21.2. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. 21.2-1. Bu Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X6 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X6 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. -21.3. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. -21.4. Sahənin keçirilməsi və ya ondan imtina haqqında qərar sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən bu Məcəllənin 21.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. -21.10. Keçirilmiş sahə yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilərkən yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ekoloji və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə, o cümlədən, çoxmənzilli binalarda qeyri-yaşayış sahələrinin istifadəsinə dair tələblərə riayət olunmalıdır. -22.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 21.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. -22.2. Sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Yuxarıda sadalanan normalardan göründüyü kimi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Bunun üçün ərizəçi sahənin keçirilməsini həyata keçirən orqana Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ərizəçinin müvafiq icra hakimiyyəti orqanına hansı sənədlər təqdim etməli olduğunu tənzimləyirsə, Məcəllənin 22.1-ci maddəsi inzibati orqanın yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsindən imtina etməsi əsaslarını tənzimləyir. Mənzil Məcəlləsinin 22.1.1-ci maddəsi ərizəçinin 21.2-ci maddə ilə tələb olunan sənədləri müvafiq icra hakimiyyəti orqanına təqdim etmədiyi halda sahənin keçirilməsindən imtinanı nəzərdə tutur. Məcələnin 22.1.2-22.1.3-cü maddələrdə sadalananlar isə müvafiq icra hakimiyyəti orqanının sahənin keçirilməsinə dair müraciətlə əlaqədar öz icraatı gedişində özünün yoxlamalı olduğu və həmin halları aşkar etdikdə sahənin keçirilməsindən imtina barədə qərar qəbul etməsinə əsas verəcək əsaslarıdır. Başqa sözlə, qanunvericilik ərizəçi üçün Məcəllənin konkret olaraq 21.2-ci maddəsində sadalanan sənədləri təqdim etməyi tələb edir, yerli icra hakimiyyəti orqanına isə təqdim edilən sənədlər əsasında müvafiq icraat apararaq həmin sənədlərin sahənin keçirilməsini təmin etməyə əsas veribverməməsini yoxlamağı və müvafiq qərar qəbul etməyi həvalə edir. İşin hallarından müəyyən olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 130 ünvanında yerləşən ümumi sahəsi 60 kv.m olan 29 nömrəli mənzil xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı xüsusi mülkiyyəti olaraq qeydə alınmışdır. İddiaçı 29 noyabr 2023-cü ildə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və halhazırda xüsusi mülkiyyətində olan mənzilin əvvəlki mülkiyyətçisi tərəfindən A.M.Şərifzadə küçəsinə baxan iki pəncərəsi Bakı şəhəri Cavabdeh Başçısının 06 oktyabr 2004-cü il tarixli, 915 nömrəli sərəncamı əsasında giriş qapısı edilərək bu günə kimi istifadə edilməsini və yaşayış sahəsinin yerləşdiyi binanın birinci mərtəbəsində olmaqla binada yaşayan digər mülkiyyətçilərə heç bir maneə törətməməsini əsas gətirərək həmin mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin imtina əsasları ondan ibarətdir ki, Azərbaycan Respublikası Dövter Şəhərsalma və Arxitektura Komitəsinin 28 fevral 2023-cü il tarixli, 4 nömrəli Göstərişinin 1-ci bəndinə əsasən yaşayış sahələrinin qeyri-yaşayış sahələrinə (və ya əksinə keçirilməsi ilə əlaqədar qərar qəbul edilməsi dayandırılmışdır. Məhkəmə hazırkı halda iddia tələbinin məcburetmə haqqında iddia növündə olmaqla İPM-nin 14-cü maddəsinə əsasən bütövlükdə hüququn mövcud olmasını yoxlamalı olduğunu, cavabdehin imtina dəlilindən asılı olmadığını nəzərə alaraq məhkəmə aşağıdakıları müəyyən etmişdir. Təqdim edilmiş texniki pasport və ekspert rəyi ilə müəyyən edilmişdir ki, mənzil binanın birinci mərtəbəsində yerləşməklə 3 otaqlı, ümumi sahəsi 60.0 kv.m təşkil etdiyi halda faktiki vəziyyətdə ölçüsü 134.26 kv.m-dir. Sözügedən mənzildə müvafiq icra hakimiyyətinin razılığını ifadə edən sərəncam olmadan əlavə tikinti işləri aparılmış və nəticədə mənzilin ölçüsü əlavə sahə hesabına artırılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23.1-ci maddəsinə görə yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsində isə təsbit edilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 24.5-ci maddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 24.6-cı maddəsinə əsasən bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. İşin faktiki hallarından isə müəyyən edilir ki, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mübahisə predmeti olan mənzildə yuxarıda qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən qurulma və ya yenidən planlaşdırılma işləri aparılmamış, həmin mənzildə əlavə sahə inşa edilməklə genişləndirilmə işləri aparılmışdır. Belə ki, mənzilin texniki pasportundakı ölçülərdən kənara çıxan dəyişikliyin edilməsi mənzilin texniki pasportunda müvafiq dəyişikliyin edilməsini tələb edən konfiqurasiya dəyişikliyi deyil, mənzilin ümumi sahəsindən kənara çıxan əlavə tikilinin inşa edilməsidir ki, bu hal yenidən qurma və ya yenidən planlaşdırma hesab oluna bilməz. Sənədlə olan ölçüdən 2 dəfədən artıq ölçüdə mənzilin faktiki vəziyyətdəbütövlükdə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsi əsaslı hesab edilə bilməz. Digər tərəfdən hazırkı halda mənzil bütövlükdə 134.26 kv.m ölçüdə qeyri-yaşayış sahəsi kimi istifadə edilsə də həmin sahənin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq şərtlərə cavab vermir. Qeyri-yaşayış sahəsi kimi iddia edilən mənzilin yaşayış sahəsi tikinti normalarının tələblərinə uyğun inşa edilməklə təhlükəsizlik və dayanıqlığa dair normativ tələblərə cavab verməsi, sanitar sanitariya-gigiyena, ekoloji tələblərə dair tələblərə uyğun olduğu müəyyən olunmamışdır. Bundan əlavə ekspert rəyi ilə mənzilin qeyri- yaşayış sahəsi kimi istifadə olunması üçün yanğın təhlükəsizliyi tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Beləliklə, hazırkı iş üzrə mübahisəli mənzilin mövcud vəziyyətdə qeyri-yaşayış sahəsinə keçirilməsinə əsas ola biləcək hüquqi əsaslar müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı "yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə dəyişdirilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar