Məhkəmə qərarları › İş №2-1(112)-4025/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4025/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4025/2025 05.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ünvanlanmış xx.xx.2024-cü il 3-171/2-H-236875024 saylı məktubda müraciətinə cavab olaraq bildirilmişdir ki, güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə pensiya təyinatı mümkün hesab edilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək hüququnun olması qeyd olunmuşdur. İmtinanın əsası kimi "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə AR NK - nin xx.xx.2007–ci il 12 saylı Qərarına əsasən 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin fəhlələr yarımbəndində əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər b) rəhbərlər və mütəxəssislər yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndinin nəzərdə tutulduğu qeyd olunur. Qeyd olunan qanunvericilik aktlarına istinad edən cavabdeh hesab etmişdir tərəfindən təqdim olunmuş arayışlarda göstərilən sahələr güzəştli şərtlərlə pensiya təyin olunması üçün AR NK-nin təsdiq edilmiş siyahıda öz əksini tapmadığından və ya hal-hazırda həmin siyahıda olmadığından ona güzəştli şərtlərə pensiyanın təyin olunmasından imtina olunmuşdur. Hesab edir ki, cavabdeh ümumiyyətlə ona güzəştli şərtlərə pensiyanın təyin olunması üçün təqdim olunmuş sənədləri araşdırmayaraq formal bir imtina məktubu vermişdir. Necə ola bilər ki, tərəfindən təqdim olunmuş arayışlarda güzəştli şərtlərlə pensiya təyin olunması üçün xüsusatlar aydın şəkildə öz əksini tapmışdır. Mərkəzi Filiala təqdim etdiyi "Svift Texnikal" LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007- xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 23 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021-xx.xx.2021-ci tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi "Vorley Europe Limited” şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041-23 nömrəli arayışında isə xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. Cavabdehin imtina məktubuna əsasən işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmadığı "BP Exploration" LTD-nin 1 fevral 2024-cü il il tarixli arayışında xx.xx.2010-xx.xx.2016 il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İmtina məktubunda mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə həmin sahədə neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə biləvasitə məşğul olan təmirçi-çilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz, və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər vəzifəsi sözügedən neft, qaz, və qaz kondensatı hasilatı, qəbulu, və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz, və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ istehsalat xidmətləri sahəsinə, vəzifəsi isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun olmadığı qeyd olunmuşdur. Bildirmək istəyir ki, istinad etdiyi sahələrin güzəştli şərtlərlə pensiya təyinatı üçün AR NK-nin təsdiq etdiyi siyahıda öz təsdiqini tapmışdır, bundan başqa müəssisələr tərəfindən təqdim olunmuş arayışlarla da, təsdiq olunur. Arayışı təqdim etmiş müəssisələrin nə marağı ola bilərdi ki, bundan ona arayış təqdim etsinlər. Onun 60 yaşı tamam olduğundan və 12 il 6 aydan artıq müddətdə AR NK -nin təsdiq etdiyi güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin olunması üçün qeyd olunmuş sahələrdə işlədiyindən “Əmək Pensiyaları haqqında” AR Qanunun 9.1-ci maddəsində əsasən ona güzəştli şərtlərlə pensiya təyin olunmalı idi. Çox təssüf olsun ki, cavabdeh Qanunun tələbini kobud şəkildə pozaraq onu pensiya almaq hüququndan məhrum etməyə çalışır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Sonradan iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığı – xx.xx.2024-cü il tarixdən, yəni 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-236875/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli iş stajının olmamasıdır. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) fəhlələr yarımbəndində (a) əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilinqərlər, rəhbərlər və mütəxəssislər bəndində isə neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri vəzifələri və neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bəndi (10.5) nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq bildirirlər ki, iddiaçı tərəfindən təqdim edilmiş "Svift Texnikal" LTD şirkətinin 25 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə mexaniki işlər üzrə texnik, "xxxx" MMC-nin 4 oktyabr 2023-cü il tarixli arayışında xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə texniki xidmət üzrə planlama mühəndisi və “Vorley Europe Limited" şirkətinin 2 oktyabr 2023-cü il tarixli REF 041-23 nömrəli arayışında isə xx.xx.2021- xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində nəzarətçi (mexanik) vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi sahələr sözügedən arayışlarda istinad edilən, yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan sahələrə aid deyil. Eyni zamanda, iddiaçının işlədiyi vəzifələr həmin sahələrdə nəzərdə tutulmayıb. Bundan başqa, "BP Exploration" LTD-nin 1 fevral 2024- cü il tarixli arayışında xx.xx.2010- xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının həmin müəssisədə mexaniki (texniki) işlər üzrə texnik, xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində texniki xidmət üzrə planlaşdırıcı vəzifələrində işlədiyi qeyd olunub. İddiaçının mexaniki işlər üzrə texnik vəzifəsində işlədiyi müddətdə onun işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan əsas istehsalat sahəsinə, vəzifə isə hamin sahədə neft-məden avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirç içilingərlərə uyğun deyil. Eyni zamanda, sözügedən arayışda istinad edilən, neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsi sözügedən Siyahının neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində artıq mövcud deyil. Bundan başqa, texniki xidmət üzrə planlaşdırıcı vəzifəsində iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan Siyahıda nəzərdə tutulan neft, qaz və qaz kondensatının hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətləri sahəsinə, vəzifə isə həmin xidmətlərin rəisləri və onların müavinlərinə uyğun deyil. Yuxarıda qeyd olunan səbəblərə görə, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və qanunvericiliyin tələbləri baxımında İddiaçı "qüzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı və onun vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli qərarına əsasən İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür.

8. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-236875/2024 nömrəli məktubla imtina edilmişdir.

9. İş materiallarına iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi bilet, ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçası, “Şəxsin güzəştli şərtlə yaşa görə pensiya hüququ verrən işdə çalışmasına dair” arayışlar əlavə edilmişdir.

10. "xxxx" MMC tərəfindən verilmiş 06 PL/23 nömrəli, xx.xx.2023-cü il tarixli arayışa səasən İddiaçı xidməti müqavilə əsasında “mexanika üzrə təlimçi” kimi HAOR layihəsi üçün xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasında xidmət göstərmişdir.

11. Azərbaycan Respulikasının Milli Arxiv İdarəsi tərəfindən verilmiş 06 oktyabr 2023-cü il tarixli, 3-48-4/2-M-21xx-xx/2023 nömrəli məktubla bildirilmişdir ki, sorğuda qeyd olunan “Azəravtotəmirtikintiquraşdırma” Trestinin 2 saylı Təmir-Tikinti İdarəsinin və “Təsərrüfat hesablı Nəqliyyat Sahəsi”nin, eləcə də, “Qazangöl” kiçik müəssisəsinin arxiv sənədləri mühafizə üçün Azərbayan Respublikası Dövlət Arxivə və Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

12. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

13. Məhkəmənin sorğusuna əsasən "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 005-25 nömrəli, xx.xx.2025-ci il tarixli cavab məktubu ilə “Əmək haqqı cədvəli haqqında” arayış, işə qəbul edilmə və işdən azad olunma haqqında əmrlərin surəti, ƏMAS sistemindən çıxarış – məşğulluq təsnifatı qeyd edilməklə, vəzifə funksiyalarının təsvirinin surəti məhkəməyə təqdim edilmişdir.

14. Məhkəmənin sorğusuna əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş 12 fevral 2025-ci il tarixli, STA-2025-002 nömrəli cavab məktubu ilə güzəştli arayış, əmək haqqı barədə arayış, işə qəbul edilmə əmri, işdən azad edilmə əmri məhkəməyə təqdim edilmişdir. “Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” 11 fevral 2025-ci il tarixli arayışa əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən pəşədə (vəzifədə) X8 Kəməri layihəsində Mexaniki işlər üzrə Texnik (Neft, qaz xə qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) peşəsində “Svift Texnikal Azərbaycan LTD şirkətində xx.xx.2007-ci il – 14 dekabr 2010-cu il tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vzəifə üzrə sosial sığorta (əmək) stajı – 3 il 1 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: işçi çalışdığı peşə üzrə işləri Azərbaycanda X8 Kəməri boyunca çətin, açıq, isti və soyuq, qeyri-sabit, küləkli hava şəraitində, növbəli iş üsulu (gecə və gündüz vaxtında 12 saatlıq iş rejimi şəraitində) ilə yerinə yetirmişdir; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olmuşdur; eyni zamanda X5, Qaz Kompressorları və Hava Kompressorları (avadanlıqların işlək vəziyyətində səsin tezliyi 100 dB-i keçir və orada işləyən zaman iki qat qulaqcıqdan istifadə olunur) olan ərazidə müxtəlif növ ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq həmçinin onların carı və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqini aparmaqdan ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahısının 10.2 (a) yarımbəndinə və vəzifə koduna uyğundur.

15. Məhkəmənin sorğusuna əsasən BP Eksploreşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı 15 dekabr 2010-cu il tarixdən 18 iyun 2021-ci il tarixədək BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləyib. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası haqqında tələb olunan məlumatlar tərəflərindən 1 fevral 2024-cü il tarixli arayış ilə təqdim edilmişdir. Qeyd edilən arayışın surəti bu məktuba qoşma olaraq əlavə edilir. İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2016-cı ilədək işlədiyi “Mexanika işləri üzrə texnik” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq ediliş Siyahının 10.2 (a) bəndində qeyd olunan (“neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər” vəzifə adı ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə uyğunlaşdırılmışdır. Həmin Qərara 9 fevral 2024-cü il tarixində dəyişiklik edilərək, qeyd olunan vəzifə “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmiri çilingərlər” adlandırılmışdır. İddiaçı xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işlədiyi “Texniki xidmət üzrə planlaşdırıcı – Sahə” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (b) bəndində qeyd olunan “neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operatov istehsalat xidmətləri üzrə rəis müavini” vəzifə adı ilə müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə uyğunlaşdırılmışdır. İşlədiyi vəzifə üzrə güzəştli iş stajı ümumilikdə - 8 il, 2 ay, 6 gün təşkil edir.

16. Məhkəmənin sorğusuna əsasən "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 011-25 nömrəli, 28 aprel 2025-ci il tarixli məktubla təqdim edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında TAR sahəsində Nəzarətçi mexanik vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixindən (X-35 nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işlədiyi TAR sahəsində nəzarətçi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci hissəsinin b) bndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialında TAR sahəsində Nəzarətçi mexaniik vəzifəsi üzrə əmək stajı 11 il 07 gün təşkil edir. İşlədiyi vəzifənin xüsusiyyətləri: - Tikinti işləri sənəd toplusunu tərtib etmək mühəndislik sahəsinin/tələblərinin yerin yetirildiyini təsdiqləmək, yəni, dizayn və mühəndisliyin kontruktivliyi, təhlükəsizlik, iş kartlarının tərtib edilməsi, tikinti smetaları, ticarət intizamı profilləri, satıcı məlumatları, satıcı idarəçiliyi, materiallar və alətlər və s.; bütün işləri zəruri standarta əssən həyata keçirildiyinə, bütün cizgilərə, spesifikasiyalara, təftişlərə və sertifikatlaşdırmalara ciddi şəkildə riayət edildiyinə, eləcə də, Sifarişilərin bütün keyfiyyət təminatı sistemlərinə uyğun olduğunda təminat vermək; -Boru kəmərləri və NÖC sxemlərinin və digər cizgilərin Tikinti tələblərinə uyğun olaraq tərtibatına təminat vermək üçün Layihə Mühəndislik ofisi ilə əlaqə qurmaq; - Hər hansı işə başlamazdan əvvəl işçi qüvvəsinin uğursuz və qeyri-səmərəli istifadəsinə yol verməmək üçün Podratçının bütün lazımi materiallara, avadanlıqlar, ayaqaltı meydançalarına malik oluğuna təminat vermək; - Müntəzəm (gündəlik, həftəlik, aylıq) əsaslarla podratçıların tikinti işinin icra gedişinə nəzarət etmək və hesabat vermək, hər hansı məsələləri/narahatlıqları Sifarişçi və İdarəetmə qrupu qarşısında qaldırmaq; - Tikinti prosesi ilə əlaqədar bütün dəyişikliklərə nəzarət olunmasını idarə etmək/nəzərdən keçirmək; - Əsas əlaqələndirici şəxslər və Podratçılar və Təchizatçıların Tikinti obyekti üzrə nümayəndələri ilə yaxşı iş münasibətlərini qoruyub saxlamaq. Hər hansı əyani ziddiyyətləri həll etmək üçün onların inşaat metodları, planlaşdırma və prosedurları ilə hərtərəfli tanış olmaq və onların öz və məsuliyyətləri barədə tam məlumatlı olduqlarına təminat vermək. Göstərilən vəzifə xüsusiyyətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) və (b) bəndinə vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

17. "xxxx" MMC tərəfindən verilmiş 04 oktyabr 2023-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” arayışa əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixində "xxxx" MMC şirkətinin Texniki Xidmət üzrə planlaşdırma mühəndisi vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 a) tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı "xxxx" MMC şirkətində işlədiyi Texniki Xidmət üzrə planlama mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” əsasən güzəştli şərtlərlə pensiya hüququ verir və vəzifə koduna uyğundur. "xxxx" MMC şirkətində Texniki Xidmət üzrə planlama mühəndisi vəzifəsi üzrə əmək stajı 3 ay 16 gün təşkil edir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

24. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçının xx.xx.2024-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.2024-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.

25. İddiaçıya məxsus hərbi biletinə, əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu cavabdehin imtinası və etirazının dəlilləri bir daha təsdiq edir.

26. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlara (arayışlarda əmək funksiyaları və işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri əks olunmuşdur) əsasən müəyyən edilmişdir ki: - İddiaçı "xxxx" Şirkətində xx.xx.2007-xx.xx.2010-cu il tarixlərində X8 Kəməri layihəsində Mexaniki işlər üzrə Texnik (Neft, qaz xə qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) peşəsində işləmişdir. Təqdim edilmiş güzəştli arayışda göstərilən işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşənin adı (Neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər) və xüsusiyyətləri (Azərbaycanda X8 Kəməri boyunca çətin, açıq, isti və soyuq, qeyri-sabit, küləkli hava şəraitində, növbəli iş üsulu (gecə və gündüz vaxtında 12 saatlıq iş rejimi şəraitində) ilə yerinə yetirməsi; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olması; eyni zamanda X5, Qaz Kompressorları və Hava Kompressorları (avadanlıqların işlək vəziyyətində səsin tezliyi 100 dB-i keçir və orada işləyən zaman iki qat qulaqcıqdan istifadə olunur) olan ərazidə müxtəlif növ ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq həmçinin onların carı və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) yarımbəndinə nəzərdə tutulmuş peşələrin xüsusiyyətlərinə (Qərara edilmiş xx.xx.2024-cü il tarixli dəyişikliyədək – “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”)) uyğundur. - İddiaçı “BP Exporation (Caspian Sea) Limited” Şirkətində xx.xx.2010-xx.xx.2016-cı illərdə Mexanika işləri üzrə texniki (indiki Texniki xidmət üzrə texniki (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər vəzifəsinə uyğundur)). xx.xx.2018-xx.xx.2021-ci illərdə - Texniki xidmət üzrə planlaşdırıcı – Sahə - (indiki Texniki xidmət üzrə mütəxəssis – Sahə (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) işləmişdir. Onun Təqdim edilmiş güzəştli arayışda göstərilən işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərinə nəzər yetirdikdə müəyyən edilmişdir ki, iddiaçının işlədiyi peşələrin adları Mexanika işləri üzrə texniki (indiki Texniki xidmət üzrə texniki (neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingər; Texniki xidmət üzrə planlaşdırıcı – Sahə - (indiki Texniki xidmət üzrə mütəxəssis – Sahə (neft, qaz və qaz kondensatı hasilatı üzrə sexin operativ istehsalat xidmətləri üzrə rəis müavini) və xüsusiyyətləri (Texniki xidmət üzrə mütəxəssis - tutduğu vəzifələr üzrə işləri “X7 Kəməri və Sənqəçal Terminalında” çətin şəraitdə, açıq havada, küləkli, qeyri-sabit, isti və soyuq haba şəraitində növbə metoru ilə (gecə və gündüz vaxtında 12 saat istirahət, 12 saatlıq əmək şəraiti), yerinə yetirir; metal boruların əhatəsində idarəetmə və elektron avadanlıqların, ölçü cihazlarının quraşdırılması, monitorinqin aparılması, sınaqdan çıxarılması, texniki xidmət və təmiri ilə məşğul olur; bundan başa X3, Gas Kompressrları və Hava Kompressorlarında (hansı ki, işlək vəziyyətdə səsin tezliyi 100 dB i keçir və orada işləyən aman iki qat qulaqcıqdan istifadə olunur) olan hissəsində olan müxtəlif növ siyirtmələrə, nəzarət ölçü cihazlarına (təzyiq, tempratur, səviyyə, sərf ölçən, sürət ölçən) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi aparır; Neftin qazdan, sudan ayrılması prosesslərin gedişində istifadə olunan bütün növ NOC (təzyiq, temperatur, səviyyə, sərf ölçn, radar, nucleonic səviyyə cihazları) qulluq cari və planlaşdırılmış təmiri, dəyişdirilməsi və monitorinqi, eləcə də, su və nefti bir yerdən başqa yerlərə ötürmək üçün istifadə edilən bütün növ motorların da qulluğu bura daxildir; Texniki xidmət üzrə mütəxəssis (sahə)- 2 həftəlik texniki xidmət qrafikini tamamlamaq üçün yetərli resurslar və materialların təmin olunması; hər hansı iş başlanmamışdan öncə nəzərdə tutulmuş aadanlıq izolyasiyalarının yoxlanımasının aparılması; yüksək prioritet təmirbərpa/nasazlıqların aradan qaldırılması işlərinin koordinasiya edilməsi və təhlükəsiz icra olunması; bütün texniki xidmət işlərinin idarə olunması standartlarına uyğun surətdə tamamlanmasının təmin olunması; texniki xidmət işlərinin tamamlanmasında BP şirkətinin və üçüncü tərəf resurslarının monitorinqinin aparılması, effeklilik və səmərəliliyinin yaxşılaşdırılması və razılaşdırılmış texniki xidmət işləri qrafikinin tamamlanmasına mane olan sistem məsələlərinin həll olunması və/və ya yüngülləşdirilməsi; avadanlıqların texniki xidmət işlərinə sahə əsaslı texniki dəstək verilməsi; Kvalifikasiyanın idarə olunması üzrə X4 uyğun olaraq obyektlərə texniki xidmət texniklərinin bacarıq və səriştələrinin inkişafına və texniki xidmət üzrə texniklərin gördüyü hər hansı iş üçün minimum kvalifikasiya standartlarına cavab verməsinə dəstək verilməsi; txniki xidmət işlərinin BP şirkətinin dəyərlərinə uyğun olaraq təhlükəsiz, keyfiyyətli və etibarlı şəkildə yetinə yetirilməsi.) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.2 (a) və (b) yarımbəndlərində nəzərdə tutulmuş peşələrin (Qərara edilmiş xx.xx.2024-cü il tarixli dəyişikliyədək – “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər”) və neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidmət üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər) xüsusiyyətləri ilə eynidir. - İddiaçı "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına tərəfindən xx.xx.2021- xx.xx.2022-ci illərdə TAR sahəsində “Nəzarətçi mexanik” vəzifəsinə işə qəbul edilmişdir. Onun işlədiyi peşənin adı (mexanik) və xüsusiyyətləri (Tikinti işləri sənəd toplusunu tərtib etmək mühəndislik sahəsinin/tələblərinin yerin yetirildiyini təsdiqləmək, yəni, dizayn və mühəndisliyin kontruktivliyi, təhlükəsizlik, iş kartlarının tərtib edilməsi, tikinti smetaları, ticarət intizamı profilləri, satıcı məlumatları, satıcı idarəçiliyi, materiallar və alətlər və s.; - bütün işləri zəruri standarta əssən həyata keçirildiyinə, bütün cizgilərə, spesifikasiyalara, təftişlərə və sertifikatlaşdırmalara ciddi şəkildə riayət edildiyinə, eləcə də, Sifarişilərin bütün keyfiyyət təminatı sistemlərinə uyğun olduğunda təminat vermək; -Boru kəmərləri və NÖC sxemlərinin və digər cizhilərin Tikinti tələblərinə uyğun olaraq tərtibatına təminat vermək üçün Layihə Mühəndislik ofisi ilə əlaqə qurmaq; - Hər hansı işə başlamazdan əvvəl işçi qüvvəsinin uğursuz və qeyri-səmərəli istifadəsinə yol verməmək üçün Podratçının bütün lazımi materiallara, avadanlıqlar, ayaqaltı meydançalarına malik oluğuna təminat vermək; - Müntəzəm (gündəlik, həftəlik, aylıq) əsaslarla podratçıların tikinti işinin icra gedişinə nəzarət etmək və hesabat vermək, hər hansı məsələləri/narahatlıqları Sifarişçi və İdarəetmə qrupu qarşısında qaldırmaq; - Tikinti prosesi ilə əlaqədar bütün dəyişikliklərə nəzarət olunmasını idarə etmək/nəzərdən keçirmək; - Əsas əlaqələndirici şəxslər və Podratçılar və Təchizatçıların Tikinti obyekti üzrə nümayəndələri ilə yaxşı iş münasibətlərini qoruyub saxlamaq. Hər hansı əyani ziddiyyətləri həll etmək üçün onların inşaat metodları, planlaşdırma və prosedurları ilə hərtərəfli tanış olmaq və onların öz və məsuliyyətləri barədə tam məlumatlı olduqlarına təminat vermək) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 10.5.1-ci hissəsinin (İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri) b) bəndində (rəhbərlər və mütəxəssislər – mexanik) nəzərdə tutulmuşur. - İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC-də Texniki xidmət üzrə planlama mühəndisi vəzifəsində işləmişdir. Onun "xxxx" MMC şirkətində işlədiyi Texniki Xidmət üzrə planlama mühəndisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. “Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” əsasən güzəştli şərtlərlə pensiya hüququ verir.

27. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş “Güzəştli iş stajına dair” arayışlara əsasən işin yuxarıda qeyd edilən halları ilə bir daha öz təsdiqini tapır ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, cavabdehin sözügedən əsaslarla iddiaçının müraciətindən imtina etməsi onun hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilməlidir.

28. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlar güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar müəssisələr tərəfindən əsaslandırılmaqla tərtib edildiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

32. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

33. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

34. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».

35. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.

36. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.

38. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

41. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. X1 60 yaşından, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar