Məhkəmə qərarları › İş №2-1(112)-4026/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4026/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4026/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşından yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq iddiaçıya 57 yaşından yəni xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilə qədər “Azərkimyatəchizat” idarəsində fəhlə işləmiş, 19 may 1980-ci ildən xx.xx.1982-ci illər arasında hərbi xidmətdə olmuş, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər "Azərkimyatəchizat" idarəsində təchizatçı vəzifəsində işləmiş, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər Sumqayıt kimya idarəsində, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilə qədər "Azərdənizneftinşaat" trestində fəhlə, xx.xx.1990-cu ildən xx.xx.1990-cı ilə qədər "Xəzərdənizneftsosıaltikinti" trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində usta vəzifəsində, xx.xx.1990-cı ildən xx.xx.2003-cü ilə qədər həmin müəssisədə iş icraçısı vəzifəsində, xx.xx.2006-cı ildən xx.xx.2011-ci ilə qədər "xxxx" MMCdə iş icraçısı vəzifəsində, xx.xx.2011-ci ildən xx.xx.2013-cü ilə qədər "xxxx" MMC-də inşaat mühəndisi vəzifəsində işləmiş, xx.xx.2013-cü ildən xx.xx.2018-ci ilə qədər "xxxx" MMC-də direktor vəzifəsində, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə qədər "xxxx" MMC-də baş mühəndis vəzifəsində işləmişdir, hazırda əmək fəaliyyətini davam etdirir. İddiaçı 1979- 1986-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda təhsil almışdır. 2006-cı ilə qədər ümumi iş stajı 25 ildən çox, güzəştli iş stajı isə təkcə xx.xx.1990-cı ildən xx.xx.2003cü ilə qədər iş icraçısı vəzifəsində işlədiyi müddəti götürülsə 13 (on üç) il, 01 (bir) ay, 09 (doqquz) gün təşkil edir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. O, 57 yaşı tamam olduğu və güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı olduğu üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə X7 Şəxsi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsassız olaraq 03 noyabr 2022-ci il tarixli, **********7 saylı məktubla iddiaçının xahişindən imtina etmişdir. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" qərarının kod 22900000, XXVİİ bəndinin ( "Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri") b yarımbəndindəki (kod 2290000b) Rəhbərlər və mütəxəssislər, 22900000-24441 iş icraçıları vəzifələri ilə eynidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, iddiaçı Q.M.X3 təqdim etdiyi "xxxx" ASC- nin iddiaçıya dair 27 sentyabr 2022-ci il tarixli 01/101 nömrəli arayışında xx.xx.1983-cü il tarixdən xx.xx.2003-cü il tarixədək dövr ərzində 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (15 il 2 ay 13 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Cavabeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ. İddianın növü və mümkünlüyü

4. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

5. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.

İİİ. Tədqiq edilmiş sənədlər

AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1962-ci il tarixli Azərbaycan Respublikası vətəndaşıdır. HB 972169 nömrəli diplomun surətindən görünür ki, iddiaçı 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri institutuna daxil olmuş və 1987-ci ildə həmin institutu bitirmişdir. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən, iddiaçı 19 may 1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası "xxxx" ASC-nin 01/101 nömrəli, xx.xx.2022-ci il tarxili arayışına əsasən bildirilmişdir ki, X1 xx.xx.1983-cü ildən “Azərdənizneft inşaat” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsində 2-ci dərəcəli fəhlə və usta peşələri üzrə işləmişdir. xx.xx.1990-cı ildə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və X10 X4 Respublikası Komitəsinin 15 yanvar 1990-cı il tarixli 12/35-10d saylı əmr –Qərarına əsasən – “Azərdənizneftinşaat” trestinin 5 saylı Tikinti Quraşdırma İdarəsi yeni yaradılan “Xəzərdənizneftsosialtikinti” trestinin tabeliyinə verilib və 2 saylı Tikinti Quraşdırma İdarəsi adlanıb. xx.xx.1990-cı ildə iş icraçısı vəzifəsinə keçirilib. xx.xx.2003-cü il Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" ASC yaradılmışdır. xx.xx.2003-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatın ixtisara düşməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilməklə tutduğu vəzifədən azad edilib. İşlədiyi müddətdə öz hesabına məzuniyyətdə olmamışdır. İş icraçısı vəzifəsində çalışan işçilərə nəinki, öz hesabına məzuniyyət verilmirdi, hətta obyektlərin tikintisi vaxtında başa çatdırılması ilə əlaqədar həmin şəxslər növbəti məzuniyyətə belə vaxtında buraxılmırdı və yaxud növbəti məzuniyyətdən vaxtından əvvəl geri çağırıldı. "xxxx" MMC-nin arayışına əsasən bildirilmişdir ki, X1 xx.xx.2006-cı ildə "xxxx" MMCyə iş icraçısı vəzifəsinə qəbul edilib, xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Əmək Məcələsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. "xxxx" MMC-nin təsisçilərinin xx.xx.2014-cü il qərarına əsasən Embavvod İnşaat MMC-nin adı dəyişdirilərək "xxxx" MMC olmuşdur. "xxxx" MMC-nin təsisçilərinin 30 aprel 2014-cü il tarixli qərarına əsasən, "xxxx" MMCnin təsisçilərinin dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər lahiyəsinin təsdiq edilməsi, "xxxx" MMC-nin adı "xxxx" adı ilə dəyişməsi ilə əlaqədar nizamnaməyə edilən dəyişikliklər lahiyəsinin təsdiq edilməsi, "xxxx" MMC-nin dövlət qeydiyyatı məlumatlarında baş vermiş, dəyişikliklərin qeydə alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdimn edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın, digər hazır sənədlərin götürülməsi və bununla bağlı digər hərəkətlərin edilməsi cəmiyyətin direktoru X2 həvalə edilməsi qərara alınmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 03 noyabr 2022-ci il tarixli, **********7 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, "xxxx" ASC- nin iddiaçıya dair 27 sentyabr 2022-ci il tarixli 01/101 nömrəli arayışında xx.xx.1983-cü il tarixdən 03.11,2003-cü il tarixədək dövr ərzində 5 saylı Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri "xxxx" ASC-də çoxsaylı yoxlamalarda olmuş və müəssisənin xx.xx.1995-ci il tarixdən sonra fəaliyyətdə olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (15 il 2 ay 13 gün (xx.xx.1979xx.xx.1980-ci il, xx.xx.1980- xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa, İddiaçı təqdim etdiyi sənədlərə əsasən güzəştli iş stajını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası "xxxx" ASC-nin 01/03 nömrəli, xx.xx.2023-cü il tarixli arayışına əsasən bildirilmişdir ki, X1 xx.xx.1990-cı ildən xx.xx.2003-cü ilə qədər “Xəzərdənizneftsosialtikinti” trestinin 2 saylı Tikinti Quraşdırma İdarəsində iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası İqtisadi X6 Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı Sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" ASC yaradılmışdır. İşlədiyi vəzifə (sahə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21 iyun 1993-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının kod 22900000, XXVİİ bəndinin (“Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpaası və təmiri”) b yarımbəndindəki (kod 2290000b) rəhbərlər və mütəxəssislər, 22900000-2441 iş icraçıları vəzifələri ilə eynidir. İddiaçı tərəfindən əlavə olaraq əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası "xxxx" ASC-nin Bakı İnzibati Məhkəməsinə ünvanladığı 01/79 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən bildirilmişdir ki, “Xəzərdənizneftsosialtikinti” tresti – xx.xx.1990-cı ildə “Xəzərdənizneftqaz” İstehsalat Birliyinin və Neft və Qaz Sənayesi X4 Respublikası Komitəsinin 15 yanvar 1990cı il trixli 12/35-10d saylı Əmr-Qərarına əsasən yaradılmışdır. Trest Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tərkibində fəaliyyət göstərmişdir və Neft Şirkətinin tikinti və təmin işlərinin böyük hissəsi məhz "Xəzərdənizneftsosialtikinti” tresti tərəfindən həyata keçirilmişdir. Trest yarandığı gündən bir gün də öz fəaliyyətini dayandırmayıb. Əmlak Məsələləri Dövlət Komitəsinin 31 mart 2003-cü il tarixli, 92 saylı sərəncamı ilə “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin əsasında "xxxx" ASC yaradılmışdır və cəmiyyət bu gün də vergi ödəyicisi kimi öz fəaliyyətini davam etdirir. Müəssisənin fəaliyyətini dayandırmaması vergi orqanları tərəfindən verilən cavab məktubu ilə öz təsdiqini tapır. Həmçinin "xxxx" ASC-nin (keçmiş “Xəzərdənizneftsosialtikinti” tresti) müəyyən müddətdə öz fəaliyyətinin dayandırması barədə DSMF tərəfindən irəli sürülən iddianın əsassız olması Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-139/2023-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, **********219900 nömrəli “müraciətin cavablandırılması haqqında” məktubuna əsasən bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində “Xəzərdənizneftsosialtikinti” Trestinin xx.xx.1994-cü il tarixdə KOL-1417 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmçinin, hazırda vəziyyəti aktiv olan "xxxx" ASC (VÖEN: **********) xx.xx.2003-cü il tarixli Nizamnamənin 1.1-ci bəndinə əsasən “Xəzərdənizneftsosialtikinti” Trestinin çevrilməsi nəticəsində yaradılıb və onun hüquqi varisidir. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir.

İV. Məhkəmənin mövqeyi

7. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir.

8. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

9. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.

10. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 7-ci maddəsinə əsasən,63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

11. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

12. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır.

13. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməməsinin əsas səbəbi işlədiyi müəssisiənin ("xxxx" ASC) xx.xx.1995-ci ildən sonrakı fəaliyyəti ilə bağlı olmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, “Xəzərdənizneftsosialtikinti” Tresti xx.xx.1994-cü ildə dövlət qeydiyyatından keçmiş və hal-hazırda fəaliyyətini davam etdirir. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji iş üzrə (2-1(102)-139/2023 saylı, xx.xx.2023-cü il tarixli) qərarı ilə, "xxxx" ASC-nin xx.xx.1997-xx.xx.2004-cü il tarixləri arası fəaliyyətinin olmasına qiymət verilmişdir. Hazırda iddiaçının “Xəzərdənizneftsosialtikinti” Trestində işlədiyi dövrlər sığorta stajına daxil edildikdə onun xx.xx.2006-ci il tarixinə 25 ildən artıq sosial sığorta stajı, 12 il 6 aydan artıq isə güzəştli iş stajı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXVİİ bəndinin kod 22900000 Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpaası və təmiri” b yarımbəndindəki (kod 2290000b) rəhbərlər və mütəxəssislər, 22900000-2441 iş icraçısı güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəsidir. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı (Xətai Tikinti Mexanizasiya” ASC) arayışları və əmək kitabçası ilə təsdiq edilir.

14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

15. İş materiallarında Xətai Tikinti Mexanizasiya” ASC-nin mübahisəli dövr üzrə fəaliyyətini təsdiq edən sübutların mötəbərliyini şübhə altına alan hər hansı sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 12 il 06 aydan çox və ümumi iş stajı 25 ildən çox olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 16 may 2019-cu il tarixdə tamam olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 16 may 2019-cu il tarixdən təyin edilməlidir.

16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

18. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 57 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan xx.xx.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar