Məhkəmə qərarları › İş №2-1(112)-4026/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4026/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4026/2024 21.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinə qarşı “texniki baxış keçirilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I.Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı X6 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan ** UP *** qeydiyyat nişanlı LİFAN LF 7132/2 320 markalı, XETÇBEK tipli, 2014-cü il buraxılışlı, Y140100919 saylı mühərrikli, banı LLV1C2A19E0085328 olan, tünd göy metallik rəngli nəqliyyat vasitəsinə texniki baxış keçirilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 1-ci Qarabağ müharibəsi əlilidir. Bununla əlaqədar olaraq 2014-cü ilin may ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya “NAZLİFAN” markalı avtomobil verilmişdir. Bundan sonra cavabdeh tərəfindən 07 iyul 2014-cü il tarixdə AC seriyalı, 245102 №- li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamədən görünür ki, ** UP *** qeydiyyat nişanlı LİFAN LF 7132/2 320 markalı, XETÇBEK tipli, 2014cü il buraxılışlı, Y140100919 saylı mühərrikli, banı LLV1C2A19E0085328 olan, tünd ğöy metallik rəngli nəqliyyat vasitəsinin sahibi iddiaçıdır. Bu şəhadətnamədə qeyd edilmişdir ki, əlil avtomaşını satmaq, bağışlamaq olmaz, digər şəxsin istifadəsinə icazə verilmir. İddiaçı əlil olduğu üçün sürücü qismində köhnə tanışı X3 ilə razılığa gəlmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti tərəfindən 22 iyul 2014-cü il tarixdə verdiyi 12/8-1319 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Kontoruna müraciət edərək, iddiaçının avtompbilini idarə etmək üçün X1 adına etibarnamə verilməsini xahiş etmişdir. 22 iyul 2014-cü il tarixdə iddiaçı 4 saylı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X5 vasitəsilə X2 ona məxsus olan ** UP *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixədək idarə etməyə dair etibarnamə vermişdir. 2023-cü ildə iddiaçı avtomobili texniki baxışdan keçirmək istədikdə ona imtina cavabı vermişdirlər. Azərbaycan Respublikası DİN Bakı şəhəri Sabunçu rayon polis idarəsinə ərizə ilə müraciət etdikdə cavab məktubunda qeyd edimişdir ki, Lifan LF markalı ** UP *** dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkət qayda pozuntuları əsasında tətbiq edilmiş cərimə məbləğləri ödəndikdən sonra avtomobil texniki baxışdan keçirmək mümkündür. Bundan sonra iddiaçı şikayətlə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinə müraciət etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-A-106142 saylı cavabda qeyd edilmişdir ki, əvvəlki məktubla cavab verilmişdir. Vəziyyəti belə gördükdə sürücü Fəxrəddin Heybətov Bakı şəhəri Nəsimi rayon məhkəməsinə şikayətlə müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3274/2023 saylı qərarı ilə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.

3. İş materiallarına əlavə olunmuş 2014-cü il tarixli Akta əsasən “NAZLİFAN” markalı avtomaşın heç bir qüsur olmadan tam komplekləşdirilmiş şəkildə Qarabağ müharibəsi əlili İddiaçı təhvil verilmişdir.

4. AC 245102 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsinə əsasən 90UP646 qeydiyyat nişanlı, LİFAN LF 7132/2 320 markalı, XETÇBEK tipli, 2014-cü il buraxılış ili olan, Y140100919 saylı mühərrikli, banı LLV1C2A19E0085328 olan, tünd göy metallik rəngli nəqliyyat vasitəsi xx.xx.2014-cü ildə İddiaçı adına qeydiyyata alınmışdır.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti tərəfindən Ədliyyə Nazirliyi Dövlət Notariat Kontoruna ünvanlanan xx.xx.2014-cü il tarixli məktubda qeyd edilmişdir ki, Qarabağ müharibəsi əhli İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, Nazirlikdən pulsuz aldığı “Nazlifan” markalı ** UP *** dövlət qeydiyyat nişanı olan minik avtomobilinin X3 tərəfindən idarə olunmasına icazə verilməsini xahiş etmişdir. «Xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 1993-cü il tarixli 433 saylı qərarı ilə təsdiq olunmuş təlimatın 16-cı bəndinə görə İddiaçı istifadəsindəki ** UP *** dövlət qeydiyyat nişanı olan “Nazlifan” markalı minik avtomobilinin X1 idarə etməsinə icazə verilir. Qeyd olunanları nəzərə alaraq, həmin avtomobili idarə etmək üçün X1 adına etibarnamə verilməyi xahiş olunmuşdur.

6. Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında ƏN-İİİ 181965 nömrəli, xx.xx.2014-cü il tarixli Etibarnaməyə əsasən İddiaçı tərəfindən LİFAN LF 7132/2 320 markalı, mühərrik nömrəsi Y140100919 olan, LLV1C2A 19E0085328 BAN nömrəli, 2014-cü il buraxılış ili, 90UP646 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti X2 8 il 9 ay 12 gün müddətinə (xx-xx-2023 tarixədək qüvvədə olmuşdur) verilmişdir.

7. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3274/2023 nömrəli Qərarı ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.

8. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Lifan LF markalı 90UP696 dövlət qeydiyyat nişanlı avtomobillə törədilən yol hərəkət qayda pozuntuları əsasında tətbiq edilmiş cərimə məbləğləri ödəndikdən sonra avtomobili texniki baxışdan keçirmək mümkündür.

9. Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, ilkin müraciətlə bağlı aparılmış araşdırmanın nəticəsi barədə xx.xx.2023-cü il tarixli, 3-13-49/2-A-106142/11/23 nömrəli məktubla Sizə rəsmi cavab verilmişdir. Bir daha nəzərə çatdırılmışdır ki, xətanın aşkarlanması və sənədləşdirilməsində hər hansı qanun pozuntusuna yol verilməsi halı müəyyən olunmamışdır.

10. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Lifan” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2019-2023-cü illər ərzində idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin istifadəçisi X3 barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Həmin qərarlar qanunvericilikdə müəyyən olunmuş müddətdə icra edilmədiyindən Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq tətbiq edilmiş cərimə məbləğlərinin üzərinə dəbbə pulu hesablanmaqla ödəniləcək ümumi məbləğ 9.957 (doqquz min doqquz yüz əlli yeddi) manat təşkil etmiş, habelə nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur.

11. Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə əsasən X2 münasibətdə tətbiq edilmiş cərimə məbləğləri barədə məlumat məhkəməyə təqdim edilmişdir.

12. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın növü və mümkünlüyü

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. İddianın növü öhdəliyin icrası haqqında iddiadır.

15. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

16. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 4. Yol hərəkəti sahəsində dövlətin vəzifələri Yol hərəkəti sahəsində dövlətin aşağıdakı vəzifələri vardır: 18) nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarət etmək, qanunla müəyyən edilmiş hallarda texniki baxışları həyata keçirmək, konstruksiyası və ya texniki vəziyyəti müəyyən olunmuş standartlara, habelə mühərrik, ban və şassi nömrələri qeydiyyat sənədlərində göstərilmiş nömrələrə uyğun gəlməyən nəqliyyat vasitələrinin istismarını qadağan etmək; Maddə 30. Nəqliyyat vasitələrinin texniki vəziyyəti və onların texniki baxışdan keçirilməsi İV. Nəqliyyat vasitəsinə təminatlı texniki xidmət göstərilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında”, “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərilməsi haqqında”, “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri haqqında” və “Nəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir stansiyaları haqqında” nümunəvi əsasnamələrlə müəyyən edilir. Vİİİ. Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər və nəqliyyat vasitəsi bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara təqdim edildikdə və onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdə, həmin orqanlar təxirəsalınmadan nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlayır, mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında” nümunəvi Əsasnamədən:

1. Ümumi müddəalar 1.3. Dövlət texniki baxışının əsas məqsədi aşağıdakılardır: nəqliyyat vasitələrinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə müvafiq olmasına nəzarət etmək; nəqliyyat vasitələrinin mənsubiyyətini və digər qeydiyyat məlumatlarını dəqiqləşdirmək; nəqliyyat vasitələri ilə bağlı cinayət tərkibli hadisələrin və inzibati hüquqpozmaların qarşısını almaq; dövlət texniki baxışı keçirilərkən sürücülərin müvafiq kateqoriyalı (altkateqoriyalı) sürücülük vəsiqələrinə və nəqliyyat vasitəsinə sərəncam hüququ verən müvafiq sənədə malik olmalarına, sürücülük vəsiqəsinin etibarlılıq müddətinə, nəqliyyat vasitələrinin sahiblərindən alınan dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun və “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilən utilizasiya haqqının ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək.

4. Dövlət texniki baxışının keçirilmə qaydaları 4.1. Hər bir nəqliyyat vasitəsinə dövlət texniki baxışının keçirilməsi həmin nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildikdən sonra nəqliyyat vasitəsinin tipinin, modelinin, dövlət qeydiyyat nişanının, eləcə də şassi (rama), ban və mühərrik nömrələrinin, rənginin nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilən qeydlərə uyğunluğunun yoxlanılması və axtarışda olan nəqliyyat vasitələrinin qeydiyyat sənədlərinin siyahısının tutuşdurulması ilə başlanır.

18. Məhkəmə qeyd edir ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının hazırkı iş üzrə tələbi ona məxsus “Lifan” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi ilə bağlıdır.

19. Məhkəmə müəyyən edir ki, qanunvericiliyin tələblərinə əsasən nəqliyyat vasitəsinə münasibətdə qüvvədə olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə olduqda həmin nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir və yalnız müvafiq cərimə ödənildikdən sonra nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi mümkündür.

20. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən “Lifan” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2019-2023-cü illər ərzində idarə olunması zamanı yol hərəkəti qayda pozuntuları törədilməsi halları üzrə xüsusi texniki vasitələrin Baş X11 İdarəsinin mərkəzi informasiya sisteminə ötürülmüş məlumatları əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə uyğun olaraq nəqliyyat vasitəsinin istifadəçisi X3 barəsində inzibati tənbeh vermə haqqında elektron qərarlar çıxarılmışdır. Həmin qərarlar qanunvericilikdə müəyyən olunmuş müddətdə icra edilmədiyindən Məcəllənin 150.11-ci maddəsinə uyğun olaraq tətbiq edilmiş cərimə məbləğlərinin üzərinə dəbbə pulu hesablanmaqla ödəniləcək ümumi məbləğ 9.957 (doqquz min doqquz yüz əlli yeddi) manat təşkil etmiş, habelə nəqliyyat vasitəsinin saxlanılması barədə qərarlar qəbul olunmuşdur.

21. İddiaçı iddia tələbinin əsaslandırmaq üçün Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(006)-3274/2023 nömrəli Qərarını məhkəməyə təqdim etmişdir.

22. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 3(006)-3274/2023 nömrəli Qərarına əsasən X3 barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12459301 saylı inzibati xəta haqqında qərar mübahisələndirilmiş və məhz həmin inzibati xəta haqqında qərara münasibətdə inzibati iş üzrə icraata xitam verilmişdir. Baş X11 İdarəsinin mərkəzi informasiya sistemindən çıxarışa əsasən müəyyən edilir ki, 2019-2023-cü illər ərzində X2 münasibətdə çox saylı inzibati xəta haqqında qərarlar qəbul edilmişdir (xx.xx.2022-ci il tarixli, EQ 12459301 saylı inzibati xəta haqqında qərardan başqa) və həmin qərarlar hazırda qüvvədədir.

23. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan nəqliyyat vasitəsinə münasibətdə yol hərəkəti əleyhinə olan inzibati xəta haqqında iş(lər) üzrə qüvvədə olan inzibati tənbeh vermə haqqında elektron qərarlar və cərimə müəyyən olduğundan, cavabdeh tərəfindən nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsindən imtina edilməsi nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

24. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

25. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar