Məhkəmə qərarları › İş №2-1(112)-4029/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4029/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4029/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh-Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 X5 üzrə Mərkəzi Filialın nümayəndəsi-“Əkrəm Həsənov və Partnyorları” vəkil bürosunun vəkili X2 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 X5 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X6 X5 idarəsinə (hazırda Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 X5 üzrə Mərkəzi Filialı və bundan sonra mətndə DSMF X5 üzrə Mərkəzi Filialı) qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1987-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “xxxxxxxxxxx adına xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nda, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək “xxxxxxxxxxx” Şirkətinin Azərbaycandakı nümayəndəliyində və xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək “xxxxxxxxxx” MMC-də işlədiyi illərin ümumi sosial sığorta stajına daxil edilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güşəztli şərtlərlə yaşa görə əmək pensiyası verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” üzrə güzəştli iş stajı kimi nəzərə alınaraq, 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh DSMF X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh DSMF X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1959-cu ildə doğulmuş, xx.xx.1976cı ildə tarixdən xx.xx.1977-ci il tarixədək Sovxozda işçi vəzifəsində işləmişdir. Daha sonra hərbi xidmətə yollanmış və xx.xx.1977-xx.xx.1979-cu il tarixlərində hərbi xidmətdə olmuşdur. Hərbi xidməti qurtardıqdan sonra xx.xx.1980-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “H.Z.Tağyev adına xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nda müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2003-cü ildə Bakı şəhəri MKTB X1 MKTB 133 saylı MKİS-ə 5-ci dərəcəli liftçi peşəsinə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Daha sonra həmin tarixdən xx.xx.2011-ci il tarixədək “Rigblast Energy Services LTD” kompanyasının Bakı şəhər nümayəndəliyində “quraşdırıcı” vəzifəsində işləmişdir. xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək isə “xxxxxxxxxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə “təmizləyici” vəzifəsində işləmişdir. xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək “xxxxxxxxxx” məhdud məsuliyyətli cəmiyyətində “Təmizləyici” vəzifəsində işləyir. Bu barədə əmək kitabçasında və arxiv arayışında müvafiq qeydlər aparılmışdır. İşlədiyi yerlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəşti şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların,peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə öz əksini tapmış “Təmizləyicilər” bəndinə uyğundur. DSMF X5 İdarəsinə müraciət etmiş,lakin cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********0 nömrəli məktubu ilə müraciətinin təmin olunmasından imtina olunmuşdur. Pensiyanın təyin edilməsindən imtina olunması barədə məktub onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən sonuncu iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların kişilərin 60 yaşına çatdıqda , azı 25 il sığorta stajına malik olduqda və bunun azı 12 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Həmçinin bu Qanunun 21-ci maddəsinin 21.1-ci bəndində ancaq qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahikarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilməsi nəzərədə tutulmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində tələb olunan ümumi əmək stajı olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi mümkün deyildir və çalışdığı vəzifələrin ümumi peşələr bölməsinə aid olduğu, güzəştli şərtlərlə pensiyanın verilməsi üçün lazım olan siyahıya düşmədiyi qeyd olunmuşdur. Cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. Ona görə ki, işləməsiəmək kitabçası və təqdim etdiyi arayışla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2020-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF X5 idarəsi (hazırda DSMF X5 üzrə Mərkəzi Filialı) məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddianı aşağıdakılara görə əsassız hesab edirlər: Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı isə müvafiq güzəştli iş stajına malik deyil. Belə ki, iddiaçının sənədlərində xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısın”da qeyd olunan neftin, qazın, qaz kondensatının, kömür və şistin emalı sahəsinə fəaliyyət göstərmir. Bundan başqa, iddiaçının güzəştli arayışda istinad olunan xx.xx.2013-cü il tarixindən hazırki vaxtadək “xxxxxxxxxx” MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin, tankların neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, iddiaçının xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxx adına Toxuyucutikişsənaye kombinatı”nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində nəzərdə tutulan əyirici istehsalatının sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkərsarıma maşınlarına və toxuculuq dəzghlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, müvafiq siyahının 26-cı hissəsinin pambıqparça və pambıqistehsalı bəndində barabanda darayanar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1987xx.xx.1988-ci il tarixləri araındakı dövr ərzində “xxxxxxxxxxx adına xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, həmçinin əmək kitabçasında da qeyd olunduğu kimi 2002-ci ildə MKİS-nin 5 saylı yataqxanasında komendant vəzifəsində işləsə də, həmin idarə tərəfindən qeyd olunan dövrdə əmək haqlarının ödənilməsi ilə bağlı çətinliklər yarandığından işəgötürənin razılığı ilə “”Rigblast energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyi ilə əmək müqaviləsi bağlayaraq, orada da işləməyə başladığını göstərmiş və məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili-X3 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbinə dair iddiasının rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdlü YaqubovƏhliman Məmməd oğlu xx.xx.1977ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.1980-ci il tarixli əmək kitabçasında qeyd olunmuş məlumatlara və “”Rigblast energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyi ilə İddiaçı Məhəmməd oğlu arasında bağlanmış əmək müqaviləsi və ona edilmiş “Dəyişikliklər”ə əsasən İddiaçı Məhəmməd oğlu xx.xx.1976-cı ildə “Ptqavan” sovxozuna fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1977-ci ildə azad olunmuşdur. xx.xx.1980-ci ildə “Lenin adına Yeni toxuculuq fabriki”nə (hazırda “xxxxxxxxxxx” adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC) lent sexinin 2-ci dərəcəli nəqledici vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildə 5 saylı f/k 3-cü dərəcəli fəhlə keçirilmiş, xx.xx.1984-cü ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə müvəqqəti olaraq lent sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə müvəqqəti olaraq lent sexinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə daimi işə keçirilmiş, xx.xx.1992-ci ildə növbə mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı ildə MKİS-nin 5 saylı yataqxanaya komendant vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə işdən azad olunmuşdur. xx.xx.2003-cü ildə Bakı şəhəri MKTB Departamentinin xüsusi təyinatlı MKTB 133 saylı MKİS-yə 5-ci dərəcəli liftci peşəsinə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə işdən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdə “”Rigblast energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyidirilmişdir) quraşdırıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə dənizdə texnik təmizləyici vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə işəgötürənin adı dəyişdirilərək, “xxxxxxxxxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur (iş materiallarında olan arayışa əsasən xx.xx.2012-ci il tarixində “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir), xx.xx.2013-cü il tarixdə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixdə “xxxxxxxxxx” MMC-yə “Sənaye təmzləyicisi” vəzifəsinə qəbul olunmuşdur. Azərbaycan Respublikası “xxxxxxxxxxx” adına “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” açıq səhmdar cəmiyyəti tərəfindən verilmiş 111 №li xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı “xxxxxxxxxxx” adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyricilik istehsalatında xx.xx.1984-xx.xx.1986, xx.xx.1987xx.xx.1988-ci illərdə darayıcı sexində barabanda darayan xx.xx.1988-xx.xx.1990-ci illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir. “Stork Technical Services (xxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş HR-LT-2019-005 №li arayışda göstərilmişdir ki, İddiaçı Məhəmməd oğlu xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixinə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləyib; xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cu il tarixinə kimi “xxxxxxxxxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçı Məhəmməd oğlunun işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, eşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmziləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil etdiyi qeyd olunmuşdur. “xxxxxxxxxx” LLC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda İddiaçı Məhəmməd oğlunun xx.xx.2013-cü il tarixdən hazırki vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu qeyd olunmuşdur. “xxxxxxxxxx” LLC tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli arayışda İddiaçı Məhəmməd oğlunun xx.xx.2013-cü il tarixdən həmin şirkətdə “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının hazırkı tələblə xx.xx.2019-cu il tarixdə cavabdeh inzibati orqana etdiyi müraciətə cavab olaraq, DSMF X7 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********0 №li imtina məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İdarəyə təqdim edilmiş sənədlərdə xx.xx.2011xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxx” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan neftin, qazın, qaz kondensantının kömür və şistin emalı sahəsinə fəaliyyət göstərmir. Bundan başqa güzəştli arayışında istinad olunan xx.xx.2013cü il tarixindən bu günədək “xxxxxxxxxxx” MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məsğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxx adına xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində (32) nəzərdə tutulan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkərsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Ələavə olaraq qeyd edirlər ki, sözügdənsiyahının 26-cı hissəsinin pambıqparça və pambıq istehsalı bəndində barabanda darayanlar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. Müraciətçinin xx.xx.1987xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “xxxxxxxxxxx adına xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx”nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Göründüyü kimi iddiaçıya 60 yaşından pensiya təyin olunması üçün əsas şərt iddiaçının 25 il sosial sığorta stajına malik olması, bu müddətin azı 12 il 6 ayını Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən işlərdə işləməsi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsidir. İş materiallarından və tərəflərin izahatlarından da göründüyü kimi, hazırki iddia ilə bağlı iddiaçının ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı işin mübahisələndirilməyən hallarındadır. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun xx.xx.2019-cı il tarixədək 25 ildən artıq, ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, cavabdeh orqan iddiaya dair imtina məktubunda və yazılı etirazında bildirmişdir ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçünmüvafiq güzəştli iş stajına malik deyil. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr- “Yüngül sənaye” adlanan 26-ci bölməsində-barabanlarda darayanlar (əl ilə) (26.2); “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” adlanan 10-cu bölməsində-təmizləyicilər və “Ümumi peşələr” adlanan 35-ci bölməsində-rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan 60 yaşının tamamlandığı günə, yəni xx.xx.2019-cu il tarixə güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı hazırkı tələblə 2019-cu ildə cavabdeh inzibati orqana müraciət etdiyi nəzərə alınmaqla, iddia təmin edilməli və ona 60 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh DSMF X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin tabeliyində Dövlət X6 X5 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar