Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4029/2023 10.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 56 yaşı tamam olduğu vaxtdan 20 aprel 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İ. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq iddiaçıya yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddiaçı sonradan iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək 2022-ci ilin aprel ayın 20-də 56 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmənin hazırki iş üzrə qəbul etdiyi 10 oktyabr 2023-cü il tarixli Qərardadı ilə, iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi SOCAR “Azneft” istehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma idarəsində 17 il 8 ay 17 gün olmaqla ümumilikdə 34 il ümumi əmək stajı vardır. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri AR Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş siyahının Neft, qaz və qaz kondensatının hasilatı” bölməsinin 10.2 bəndində öz əksini tapıb. İddiaçı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinin icrasından imtina edilmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cаvаbdеh Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, İddiaçı 26 may 2022-ci il tarixli müracətinə münasibətdə verilmiş cavab məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (58 yaş); 2) ümumi 20 ii sığorta stajı olduqda; 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Həmin Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, sözügedən Qanunun qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıgdan sonra İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacagdır. İddiaçı xx.xx.1966-cı il təvəllüdlüdür və hazırda 56 yaşı var. Bundan başqa, İddiaçı 26 may 2021-ci il tarixli müraciətinə münasibətdə cavabdeh orqan tərəfindən verilmiş 28 iyul 2021-ci il tarixli imtina məktubuna əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin, işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşagıdakı şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatdıqda (55 yaş); 2) ümumi 20 il sığorta stajı olduqda; 3) stajın 10 ilini əmək şəraiti zərərli və ağır işlərdə işlədikdə. Hazırda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan nir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya natı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının jı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 52800,00 manat ıblandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35,82 manat təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 33.1. məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
8. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iddiaçının, cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi təmin edilməməlidir.
İİİ. Tədqiq edilmiş sənədlər
AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1966-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin 217 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) xx.xx.2005-ci ildən xx.xx.2014-cü il tarixədək “Abşeronneft” NQÇİ-nin 1 saylı Neft və qazçıxarma sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyib. xx.xx.2014-cü ildən xx.xx.2021-ci il tarixədək “Abşeronneft” NQÇİ-nin Elmi tədqiqat və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyib. xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək Layların, quyuların tədqiqi və istehsalat işləri sahəsində quyuların tədqiqi üzrə operator peşəsində işləyir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 17 il 8 ay 17 gün təşkil edir. Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin B.B-03/161 nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.2005ci il tarixindən hal-hazırkı dövrə qədər (xx.xx.2021) SOCAR “Azneft” İstehsalat Birliyinin «Abşeronneft» NQÇİ-də Elmi-tədqiqat və istehsalat işləri sahəsinin Layların və quyuların tədqiqi, işlənməsi və elmi tədqiqat laboratoriyasında Quyuların tədqiqi üzrə operator peşəsində çalışır. İddiaçı 1 saylı neft və qazçıxarma sahəsində dərinlik bucurğadı vasitəsilə quyunun dərinliyinin ölçülməsi, mayenin səviyyəsi və su-neft ayırıcı səviyyəsinin ölçülməsi, quyunun istismar kəmərinin şablonla yoxlanılması və dibinin dərinliyinin müəyyən edilməsi, quyularda neft və qazın hasilatının ölçülməsi, dinamometrlə nasosun işinin tədqiq edilməsi, dərinlik cihazları ilə tədqiqat işlərinin aparılması, tədqiqat cihazlarının və dərinlik bucurğadının profilaktik yoxlanılması, hazırlıq və son əməliyyatın aparılması işlərini həyata keçirir. İş yerlərində istehsalat amillərinin zərərli parametrlərin səviyyəsininə görə vəzifə (tarif) maaşına 1.04 artım əmsalı tətbiq edilir. Yuxarıda göstərilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Neft, qaz və qaz kondensatının hasilatı” 10.2 bölməsinə aiddir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 26 oktyabr 2022-ci il tarixlin “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubuna əsasən bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş 9.1-ci maddəsinə əsasən iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermirdi. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınması olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 52800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36485,82 manat təşkil edirdi. Buna görə də həmin tarixədək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Sözügedən Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən qadınlara münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə (hazırda 58 yaş) çatdıqdan sonra iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə baxılacaqdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 9 mart 2023-cü il tarixli 3-17-1/2- 49049/23 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.2006-cı il tarixədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20603,67 manat, 2006-cı ildən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 25803,44 manat olmaqla cəmi 46407,11 manat təşkil edir. İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 09 ay 17 gün iş stajı pensiya kapitalına çevirməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20603,67 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2023-cü il tarixinə indeksləşdirilərək 25603,44 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə sorğusu əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı 6 aprel 2023-cü il tarixli 3-17-1/2-73370/2023 nömrəli “İddiaçı dair müvafiq məlumatların göndərilməsi haqqında” cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20603,67 manat, 2006-cı ildən xx.xx.2021-ci il tarixinədək olan dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 25803,44 manat olmaqla cəmi pensiya kapitalı 46407,11 manat təşkil edir. Zeynəb Əliyevanın 1 yanvar 2006-cı il tarixinədək olan 22 il 09 ay 17 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 20603,67 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında xx.xx.2023-cü il tarixinə indeksləşdirilərək 25803,44 manat pensiya kapitalı qeydə alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə inzibati icraat materialları təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
11. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir.
12. Azərbaycan Respublikası Konstitusiyasına əsasən:
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 38. hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
13. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir.
14. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının 58 yaşı tamam olmadığı üçün, yəni iddiaçı pensiya yaşına catmadığı üçün mövcud qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ yaranmamışdır. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin 2022 –ci ilin 29 iyun tarixindək qüvvədə olmuş redaksiyasını nəzərə almaqla 56 yaşından təyin edilməsi tələbinə gəldikdə isə müəyyən olunur ki, iddiaçının bunun üçün tələb olunan fərdi hesabın sığorta hissəsində olan pensiya kapitalının məbləği kifayət etmir. “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin 2022 –ci ilin 29 iyun tarixindək qüvvədə olmuş redaksiyasına əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 46407,11 manat təşkil etmişdir. Bu isə pensiya təyin edilməsi üçün tələb olunan 52800,00 manat məbləğindən azdır.
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 52. məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 56 yaşı tamam olduğu vaxtdan 20 aprel 2022-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında iddiası təmin edilməməlidir.
17. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddia tələbi təmin edilməsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа