Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-403/2020 15.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X9 X8 üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1981-ci ildən xx xxxxxx 1984-cü ilə qədər Bakı şəhərlərarası telefon stansiyasının kommutator sexində 3cü sinif telefonçusu vəzifəsində, xx xxxxxx 1985-ci ildən xx xxxxxx 1997-ci ilə qədər və yenidən xx xxxxxx 1997-ci ildən xx xxx 2001-ci ilə qədər "xxxxxxxxx’’ İB-nin X5 qovşağının kommutator sexində 3-cü və 4-cü sinif telefonçu vəzifəsində, xx xxx 2001-cı ildən xx xxxxxx 2018-ci ilə qədər X6 stansiyasının şifarişli xidmət sexində 4-cü və 5-ci dərəcəli telefonçu vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərə görə 52 yaşdan əmək pensiyası təyin edilməsi və xx.xx.2014-cü il tarixdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 idarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, pensiya hüququnun yarandığı xx.xx.2014-cü ildən 52 yaşdan ona pensiya təyin edilməsi, müraciət edildiyi tarixdən geri 3 ilin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsinin adının Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X9 X8 üzrə Mərkəzi Filialına dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Hal-hazırda heç bir yerdə işləmir. Güzəştli şərtlərlə pensiya təyin olunmasına görə pensiya yaşı tamam olmuşdur. Belə ki, xx xxxxxx 1981-ci ildən xx xxxxxx 1984-cü ilə qədər Bakı şəhərlərarası telefon stansiyasının kommutator sexində 3cü sinif telefonçusu vəzifəsində, xx xxxxxx 1985-ci ildən xx xxxxxx 1997-ci ilə qədər və yenidən xx xxxxxx 1997-ci ildən xx xxx 2001-ci ilə qədər “xxxxxxxxx” İB-nin X5 qovşağının kommutator sexində 3-cü və 4-cü sinif telefonçu vəzifəsində, xx xxx 2001-ci ildən xx xxxxxx 2018-ci ilə qədər X6 stansiyasının şifarişli sexində 4-cü və 5-ci dərəcəli telefonçu vəzifəsində işləmişdir. İşlədiyi həmin illər əmək kitabçasında qeyd edilmişdir.O, əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, lakin həmin idarədən verilmiş xx.xx.2019-cu ıl tarixli **********9 nömrəli məktuba əsasən ona bildirmişlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vardır.Cavabdeh xx xxxxxxxx 2019-cu il tarixli məktubuna əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmiş və ona görə də o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir.Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. x xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın 10 ilini güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.İdarəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan “Bakı şəhərlərarası Telefon Stansiyasında” işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin sıyahısı”nda nəzərdə tutulmamışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu İddiaçı münasibətdə tətbiq edilə bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının x xxxxxx 2006-ci il tarixinədək, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsinə qədər güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşına çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. Belə ki, iddiaçının işlədiyi peşə yuxarıda qeyd edilən Qərarda mövcud deyildir. Belə olan halda iddiaçının qeyd edilən peşələrdə işlədiyi müddətlər güzəştli iş stajına hesablanmamalıdır. Göründüyü kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə tələb edilən güzəştli iş stajı olan 10 ili tamamlanmamışdır. Bu mənada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. Bununla əlaqədar məhkəmə təcrübəsinə müraciət edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin X4 işi üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli, 2-1(102)-283/2019 saylı qərarından çıxarış: “Apellyasiya instansiya məhkəməsi qərarında belə hesab edir ki, əgər Nazirlər Kabinetinin yuxarıda qeyd edilən qərarı ilə təsdiq edilmiş Siyahının bir hissəsində peşənin zərərli olması hər hansı yerdə bir dəfə də olsa müəyyən edilmişsə, onda həmin peşə iş şəraiti nəzərə alınmadan həmişə zərərli hesab edilməli və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsas olmalıdır.Məhkəmə hesab edir ki, bu yanlış fikirdir. Siyahıda göstərilən eyni peşənin sahibi quruda və ya dənizdə, yerin altında və ya üstündə, habelə qısamüddətli və ya uzunmüddətli və sair fərqli işlərdə çalışarsa, həmin şəraitdən asılı olaraq onun işi zərərli və zərərsiz hesab olunabilər. Göründüyü kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin bu cür işlərlə bağlı mövqeyi ondan ibarətdir ki, hər hansı peşə adlarını Siyahı ilə müəyyən edilmiş peşə adlarına özbaşına şəkildə uyğunlaşdırmaq olmaz və ya uyğunlaşdırma üçün peşələrin xarakterinin əsas gətirilməsi kifayət deyildir. Yalnız iddiaçının əmək kitabçasında qeyd edilmiş konkret peşə adının siyahıda açıq şəkildə göstərilməsi güzəştli şərtlərlə pensiya hüququnun əldə edilməsi üçün əsas ola bilər. Bundan başqa “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Əmək və X7 Nazirliyinin Kollegiyasinin xx xxxxxx 2017-ci il tarixli 17 saylı Qərarının Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə müraciətə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. (bənd 2.2) Qeyd edilən 2 saylı əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir, (əlavənin 2.4-cü bəndi) Lakin göründüyü kimi, iddiaçı güzəştli şərtlərlə pensiya hüququnun yaranmasını təsdiq edəcək güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışları təqdim etməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 53 saylı arayışdan görünür ki, İddiaçı “xxxxxxxxx” MMC-nin Kommersiya departamenti, Müştəri xidmətləri şöbəsinin Çağrı mərkəzi sektorunda xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək çağrı mərkəzi üzrə təmsilçi vəzifəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiya Nazirliyi “xxxxxxxxx” MMC-nin X6 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 07 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1981-ci ildən (k/ə 9,xx.xx.1981-ci il) xx.xx.1984-cü il tarixinə qədər Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində 3-cü sinif telefonçu vəzifəsində işləmişdir. xx.xx.1984-cü ildən Azərbaycan SSR ƏQM-in 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad olunmuşdur (k/ə 126, xx.xx.1984-cü il). xx.xx.1985-ci ildən (k/ə 75, xx.xx.1985-ci il) xx.xx.1997-ci ilə qədər “xxxxxxxxx” İB-nin X5 qovşağının Kommutator sexində 3-cü sinif telefonçu vəzifəsində işləmişdir. xx.xx.1997-ci ildən Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir (“xxxxxxxxx” İB-nin k/ə 349, xx.xx.1997-ci il tarixli əmri). xx.xx.1997-ci il tarixdən (k/ə 180, xx.xx.1997-ci il) xx.xx.2001-ci il tarixə qədər “xxxxxxxxx” İB-nin Bakı Şəhərlərarası Telefon qovşağının Komutator sexində 4-cü tarif dərəcəli telefonçu vəzifəsində işləmişdir. xx.xx.2001-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 70 maddəsinin “a” bəndinə əsasən (müəssisənin ləğv edilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2001-ci ildən (k/ə 36,xx.xx.2001-ci il) xx.xx.2018-ci il tarixinə qədər X6 Stansiyasınin Sifarişli xidmət sexində 4-cü dərəcəli, xx.xx.2003-cü ildən (k/ə 258,xx.xx.2003-cü il) 5-ci dərəcəli telefonşu vəzifəsində işləmişdir. xx.xx.2018-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) əmək müqaviləsinə xitam verilmişdir. (k/ə 82, xx.xx.2018-ci il) İşdə olan iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Bakı Şəhərlərarası Telefon Stansiyasına kommutator sexinə ştat cədvəli üzrə okladla telefonist öyrəncisi kimi qəbul edilmiş, xx.xx.1981-ci il tarixdə 3-cü dərəcəli telefonist keçirilmiş, 05..08.1984-cü ildə tutduğu vəzifədən öz istəyi ilə azad edilmiş, xx.xx.1985-ci il tarixdə səyyar xidmətin komutator sexinə ştat cədvəli üzrə okladla 3-cü dərəcəli telefonist kimi qəbul edilmiş, xx.xx.1988-ci il tarixdən BTS 3-cü dərəcəli telefonisti kimi keçirilmiş, xx.xx.1990-cı il tarixdən BTF və Bakı İB TS Bakı Şəhərlərarası Telefon Stansiyasının telefon rabitəsi istehsal bölməsi və onun struktur bölməsinə kommutator sexinin 3-cü dərəcəli telefonisti keçirilmiş, xx.xx.1992-ci il tarixdən İBTS “xxxxxxxxx” kimi sayılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X9 X8 İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxılaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə istinad olunaraq, idarəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan “Bakı şəhərlərarası Telefon Stansiyasında” işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçıya onun işlədiyi telefonçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadığı əsası ilə güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsassız olmuşdur. İddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla 52 yaşı xx.xx.2014-cü il tarixdə tamam olduğundan, onun pensiya hüququ xx.xx.2014-cü il tarixdən yarandığından, məhkəmə qeyd edir ki, hazırkı işə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş tələbinə uyğun baxılmalıdır. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Lakin həmin Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajına malik olması mübahisələndirildiyindən, məhkəmə tərəfindən iddiaçının işlədiyi telefonçu vəzifəsinin güzəştli iş stajı verən vəzifəyə aid olub-olmaması araşdırılmış, bununla bağlı İddiaçı işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 1 saylı və 2 saylı Siyahılarda, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulub-tutulması barədə məlumatın verilməsi sorğu əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 1-2-118/811-20 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısının (2 nömrəli əlavə) XXİX. Rabitə bölməsinin 23100000-19093, 23100000-10095, 23100000-19096 bəndlərində şəhərlərarası, sifariş, sorğu kommutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları, 300 və daha çox nömrəsi olan şəhər telefon stansiyalarında yerli telefon rabitəsinin telefonçuları və şəhər telefon rabitəsində sorğu xidmətinin telefonçuları vəzifələri və peşələri nəzərdə tutulmuşdur.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın rabitə ilə bağlı 30-cu bölməsində həmin vəzifələr, peşələr nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li Siyahısında nəzərdə tutulduğundan, onun pensiya hüququnun yaranıb-yaranmdığının müəyyən edilməsi üçün, göstərilən siyahı qüvvədə olan dövr üzrə qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının həmin vəzifə üzrə güzəştli iş stajının xx.xx.2006-cı il tarixədək neçə il təşkil etməsi barədə məlumatın məhkəməyə təqdim edilməsi sorğu əsasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 102-xx/xx/0245-20 saylı arayışdan göstərilmişdir ki, 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən də xx.xx.1981-ci il tarixdə Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində 3-cü sinif telefonçu vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə keçmiş Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz ərizəsi ilə) işdən azad edilmişdir; xx.xx.1985-ciil tarixdə Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində 3-cü sinif telefonçu vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.1997-ciil tarixdə Azərbaycan Respublikasının keçmiş Əmək Qanunları Məcəlləsinin 38-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqəadar) işdən azad edilmişdir; xx.xx.1997-ciil tarixdə “xxxxxxxxx” İB-nin Bakı Şəhərlərarası Telefon Qovşağının Kommutator sexində 4-cü tarif dərəcəli telefonçu vəzifəsinə işə qəbul edilmişdir; xx.xx.2001-ciil tarixdə “xxxxxxxxx” İB-nin Bakı Şəhərlərarası Telefon Qovşağı ləğv edildiyindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmişdir; xx.xx.2001-ciil tarixdə “xxxxxxxxx” İB-nin X6 Stansiyasının Sifarişli xidmət sexində 4-cü dərəcəli telefonçu vəzifəsinə işə qəbul edilmişdir;xx.xx.2003-cü il tarixdə 5-ci dərəcəli telefonçu vəzifəsinə keçirilmişdir;xx.xx.2018-ci il tarixdə Əmək Məcəlləsinin 69.3cü maddəsinə əsasən (öz ərizəsi ilə) işdən azad edilmişdir.İddiaçı xx.xx.2018-ci ilə kimi işləmiş olduğu “telefonçu” vəzifəsi (peşəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı ilə güzəştli şərtlərlə pensiyaya çıxmağa əsas verən vəzifə (peşə) hesab edilirdi. Həmin siyahıya əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan güzəştli iş stajı 23 il 10 ay 11 gün təşkil etmişdir.Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərar qüvvədən düşmüş hesab edilmiş və həmin qərarla “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” təsdiq edilmişdir. Həmin siyahıda İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində və X1 Stansiyasının Sifarişli xidmət sexində işləmiş olduğu “telefonçu” vəzifəsi (peşəsi) güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələrin siyahısında nəzərdə tutulmamışdır. Göründüyü kimi iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə Bakı Şəhərlərarası Telefon Stansiyasının Kommutator sexində və X6 Stansiyasının Sifarişli Xidmət sexində işlədiyi telefonçu vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının XXİX. Rabitə bölməsinin 23100000-19093 bəndində şəhərlərarası, sifariş, sorğu kommutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləyən şəhərlərarası telefon rabitəsinin telefonçuları vəzifəsinə uyğundur və həmin dövr üzrə güzəştli iş stajı 23 il 10 ay 11 gün təşkil etmişdir. Belə olan halda iddiaçının xx xxxxxx 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 52 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 73, 75.1, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALİR: İddia təmin edilsin. İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və pensiya təyin edilməsi üçün müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və X7 Nazirliyinin tabeliyində Dövlət X9 X8 üzrə Mərkəzi Filialı həvalə edilsin. Qərardan tərəflərə təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) tərəflər apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-403/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-403/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver