Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-403/2024 13.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X7 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlillik dərəcəsinin verilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi, ikinci dəcərə əlilliyin verilməsi və əlilliyə görə təqaüdün travma aldığı dövr 1993-cü ildən hazırki dövrə qədər hesablanaraq verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1993-1997-ci illərdə 1-ci Qarabağ müharibəsi iştirakçısı kimi hərbi xidməti döyüş bölgəsində keçmiş və döyüşlərdə iştirak etmişdir. Hərbi xidmətə ilk öncə Bakı şəhərində Qala qəsəbəsində yerləşən hərbi hissəyə çağırılmışdır. Orada xidmət keçdiyi zaman müharibə olduğuna görə onu Füzuli rayonuna aparmışlar və o, ağır döyüşlərdə iştirak etmişdir. Döyüşlərdən birində onun yaxınlığında partlayan qrat partlaşyışında beyninə qəlpə girmişdir. Hospitala aparılmış və 1993-cü il dekabrında 7 gün komada yatmış, sonra hospitaldan çıxmış və dəfələrlə müalicələr almışdır. 1997-ci ildə isə təxris olunmuşdur. Bundan başqa qeyd edir ki, dəfələrlə müxtəlif klinikalarda müalicələr almışdır. 2 dəfə Maştağa 7 saylı psixoloji klinikada, 3 dəfə Nəsim rayon Polis İdarəsinin yanında yerləşən 2 nömrəli psixiatrik klinikada yataraq müalicələr almışdır. Bundan başqa, dəfələlrə qeydiyyata düşməsə belə özəl klinikalarda müalicələr almışdır. Ekspertizadan keçirilən zaman ona qoyulan diaqnozda qeyd edilmişdir ki, üzvi mənşəli şəxsiyyət pozğunluğu, baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə); baş beyin xəstəliyi, travması disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davranış tipli nəzərəçarpan davamlı psixopata bənzər davranış dekompensasiyalarla, tez-tez olan qıcolma tutulmaları ilə (ayda 8 dəfə); Miopiya, OUmiopiya. Əlavə olaraq bildirmişdir ki, o, uzun illərdir ki, bu xəstəlikdən əziyyət çəkir. Məhkəməyə belə gec müraciət etməsinin bəzi səbəbləri var. Əvvəla hərbi xidmətdən gəldikdən sonra cavab olduğuna görə ailəsi bu xəstəliyinin bilməsini istəməmiş, gələcəkdə ailə qurması və digər səbəblərdən heç kəsə bildirməmiş, ailəsinin maddi vəziyyəti yaxşı olduğuna görə müalicələri öz hesabına qarşılamış və bu səbəbdən də, əlilliklə bağlı əvvəllər müraciət etməmişdir. Bundan sonra illər keçdikdən sonra ailəsinin maddi vəziyyəti ağırlaşmış və o, xəstəliyi ilə əlaqədar bir çox işlərdə də, işləyə bilmədiyinə görə maddi vəziyyəti daha da, ağırlaşmışdır. Habelə, müharibə iştirakçısı olması ilə əlaqədar əvvəllər heç müharibə veteranı adı belə verilməmişdir. Məhkəməyə müraciət etdikdən sonra ona müharibə veteranı adı verilmişdir. Hazırda xəstəliyi çox kəskinləşib və artıq heç bir işdə işləyə bilmir. Yaşı ilə əlaqədar xəstəliyi ilə mübarizə aparmaq ona çox çətinləşib. Yanında bir adam olmasa xəstəliyi tutan zaman hər an ölə bilər. Nəhayət əlilliyi ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən ona əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığı tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ilin dekabr ayında aldığı və xx.xx.2018-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın sağ təpə nahiyəsində bir ədəd, ənsə nahiyəsinin sol yarısında bir ədəd, sağ budun bayırarxa səthində iki ədəd köhnə çapıq toxumalar” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon İdarəsinin xx.xx.2018-ci il tarixli 1479 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 416 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.2018-ci il tarixli 614 nömrəli aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim-mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır”. Qeyd edir ki, müraciətinə baxılaraq ona imtina barədə sistemdən çıxarış 18 avqust 2022-ci il tarixdə verilmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin ona əlillik dərəcəsinin verilməsindən imtinasının qanunsuz hesab edilməsi, 2ci dərəcə əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş, sərəncamın icrası ilə əlaqədar cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi təqdim edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçının əlillik vəziyyətinə Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif- Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Diaqnoz və ağırlaşmaları təstiq edən müxtəlif diaqnostik və laborator müayinələrin olmaması səthi yazılışı və təstiq etməməsi ixtisaslı həkim müayinələrin qeyd edilməməsi.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: F07.0 Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi 1993-cü il qeyd olunmuşdur.Lakin müayinə və müalicə olunması 2019-cu ili əhatə edir.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2019-cu il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Baş-beyin travmatik xəstəliyi nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi.emosional davamsız tipli nəzərəçarpan davamlı tipli psixopata bənzər davranış və tez-tez dekompensasiyalarla. Anamnezində qıcolma tutmaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin başlanma tarixi 12.1993-cü ildə göstərilsə də,son illərə qədər ambulator və stasionar müalicələr qeyd edilməyib.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F06 - Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəli...; Diaqnozun mətni: Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər dəqiqləşdirilmiş psixi pozğunluqlar, BBT-ı nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla,tez-tez olan qıcolma tutmaları (ayda 8 dəfə). Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstələndiyi 1993-cü ildən 2019-cu ilədək olunan müayinə və müalicələr barədə məlumat verilmir.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2020-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş-beyin travmatik xəstəliyi nəticəsində üzvi ifadəli şəxsiyyət dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış və tez-tez dekompensasiyalarla.Anamnezində qıcolma tutmaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: müalicəsinin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OUmiopiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə e mi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə xx.xx.2021-ci il tarixli 0170003AAENU saylı göndəriş əsasında baxıldıqdan sonra xx.xx.2022-ci il tarixdə verilən əlillik təyinatından imtina qərarından iddiaçının 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o 2022-ci ilin avqust ayında, yəni təxminən 9 ay sonra imtina qərarından məhkəməyə şikayət etmişdir. Azərbaycan Respublikası İPM-nin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirka edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İddiaçı tərəfindən müayinə sənədləri iş materiallarına əlavə edilmişdir.
8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının TSEK müayinə sənədlərinə əsasən: - iddiaçının əlillik vəziyyəti Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OU-miopiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. -İddiaçının əlillik vəziyyətinə G00067716LRS nömrəli göndəriş əsasında yenidən baxılmış və Diaqnozun mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış pozuntuları dekompensasiyalarla tez-tez olan qıcolma tutmaları ilə ayda 8 dəfə” Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək imtina verilmişdir.
9. Məhkəmənin 2-1(112)-2308/2023 saylı xx.xx.2023-cü il tarixli məhkəmə tibbi ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsi tərəfindən T201/2024 saylı ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyində qeyd edilmişdir ki, 1975-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2. Səhiyyə Nazirliyinin “MTE və PA” Birliyi Phş müalicə müəssisəsi olmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkməsi barədə konkret fikir söyləmək mümkün olmadı. Lakin adma tərtib edilmiş G00067716LRS nömrəli Forma 88-də göstərilən diaqnozda olan xəstəliklərdən əziyyət çəkməsi qeyd edilmişdir. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün son Forma 088 göndərişində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış pozuntuları, dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə)” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsi qeyd edilsə də, şəxsin əyani müayinəsində müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nm hər-hansı müddəsini şamil etməyə əsas vermədi.
ƏSASLANDİRMA HİSSƏSİ: İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb məcburetmə haqqında iddia növünə aiddir.
11. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
13. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
14. Məcburetmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciəti təmin edilmədiyindən aidiyyəti üzrə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
15. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
16. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddət bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
18. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin edilməsinə yönəlmişdir.
19. Bununla bağlı işin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti Bakı 7 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəs...; Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları, Baş-beyin travması nəticəsində kəskin ifadəli şəxsiyyətin dəyişikliyi,emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış dekompensasiyalarla ,tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə). Miopiya, OUmiopiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. İddiaçının əlillik vəziyyətinə G00067716LRS nömrəli göndəriş əsasında yenidən baxılmış və Diaqnozun mətni: “Üzvi mənşəli şəxsiyyət pozuntusu, Baş beynin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış pozuntuları dekompensasiyalarla tez-tez olan qıcolma tutmaları ilə ayda 8 dəfə” Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə xx.xx.2023-cü il tarixdə qiymətləndirilərək imtina verilmişdir. Məhkəmənin qərardadına əsasən təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə təqdim edilmiş ekspert rəyinə əsasən də, müəyyən edilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün son Forma 088 göndərişində “Üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beynin travması nəticəsində kəskin ifadəli şəxsiyyət dəyişikliyi, emosional davamsız tipli nəzərəçarpan davamlı psixopatabənzər davranış pozuntuları, dekompensasiyalarla, tez-tez olan qıcolma tutmaları ilə (ayda 8 dəfə)” diaqnozundakı xəstəliklərdən əziyyət çəkməsi qeyd edilsə də, şəxsin əyani müayinəsində müəyyən edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nm hər-hansı müddəsini şamil etməyə əsas verməmişdir.
20. Göründüyü kimi, iddiaçıda müəyyən edilmiş diaqnozun əlillik əlaməti təyin etməməsi məhkəmə araşdırması zamanı bir daha öz təsdiqini tapmışdır.
21. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
22. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
23. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
24. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
26. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X5 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
27. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
29. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
32. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
33. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
34. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva