Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-403/2025 28.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X3 kаtibliyi, İddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamın ləğv edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Mübahisənin predmeti
1. İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamın ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 265 saylı sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədnəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4, 32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakın istifadəçisi (mülkiyyətçisi) və xüsusi mülkiyyətdə olan torpaq sahəsinin mülkiyyətçisi ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri yaşayış binalarının tikintisi üçün həmin hüquqi şəxsin icarə əsasında istifadəsinə verilmişdir. İddiaçıya məxsus yaşayış evi və onun altında olan torpaq sahəsi üzrə Bakı şəhər İcra Hakimiyyətinin belə sərəncam verici qərar verməyə hüququ olmamışdır.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir.
4. Üçüncü şəxs məhkəməyə vəsatət təqdim edərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir.
5. Vəsatət onunla əsaslandırılmışdır ki, sözügedən sərəncamdan göründüyü kimi dövlət mülkiyyətində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq orqanların rəyləri nəzərə alınmaqla torpaq sahəsinin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün icarə əsasında cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 2.5-ci bəndində “Sifarişçi”yə tapşırılmışdır ki, tikinti işlərinə başlamazdan əvvəl obyektin tikinti layihəsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 X1 Ekspertiza Baş İdarəsinin müsbət rəyinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikinti işlərinə başlanılması üçün əsas olan obyektin tikintisinə icazənin alınmasını təmin etsin. Beləliklə,mübahisələndirilən sərəncamın məzmunundan göründüyü kimi sərəncam yalnız çoxmənzilli yaşayış kompleksinin tikintisi üçün torpaq sahəsinin istifadəyə verilməsi ilə bağlı məsələləri tənzimləyir. Ərazidə tikinti işlərinin hansı qaydada planlaşdırılması və həyata keçirilməsi isə sonrakı mərhələlərdə - layihənin razılaşdırılması, tikintiyə icazə və layihənin icrası mərhələlərində icra olunur. Hazırkı mübahisə predmeti olan cavabdehin üçüncü şəxsə torpağın icarə əsasında istifadəsinə verilməsi barədə sərəncamı həmin torpaq sahəsində tikintiyə icazə barədə məsələni həll etmədiyindən konkret hüquqi nəticə yaratmaq imkanına malik olan inzibati akt qismində qəbul edilmir. Belə olan halda sözügedən sərəncam yalnız hansısa inzibati icraatın başlanılmasının əsası kimi çıxış edə bilər.
II. İddianın növü və mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). - 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 32.2. aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). - 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur
9. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin mümkün sayılmamsını məhkəmədən xahiş etmişdir.
10. İş materiallarına əlavə edilmiş:
AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1970-ci il təvəllüdlü Azərbacan Respublikası vətəndaşıdır. ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 18 aprel 2023-cü il tarixli 3-35-1/2-Kol-36-226/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 265 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4,32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyinin tələblərinə əsasən qarşılıqlı razılıq əsasən "xxxx" MMC tərəfindən yaşayış və qeyriyaşayış binalarının tikintisi üçün "xxxx" MMC -nin icarə əsasında istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısının 265 nömrəli xx.xx.2022-ci il tarixli “Yaşayış və qeyriyaşayış binalarının tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamına əsasən, Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. 02 noyabr 2023-cü il tarixli 1762 nömrəli “Torpaq icarə müqaviləsi”nə əsasən, Bakı şəhər İcra Hakimiyyəti adından çıxış edən, gələcəkdə “İcarəyəverən” adlandırılacaq bir tərəfdən Bakı şəhər İcra Hakimiyyəti başçısı və digər tərəfdən gələcəkdə icarəçi adlandırılacaq "xxxx" MMC olmalaq, Bakı şəhər İcra Hakimiyyəti başçısının 150 saylı, xx.xx.2021-ci il tarixli sərəncamı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti Planlaşdırma Mərkəzinin xx.xx.2022-ci il tarixli MİHO/2.1.2-2-2022-429 nömrəli cizgisinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, 623 saylı məhəllə, Z.Əhmədbəyov, M.Naxçıvani və F.İbrahimov küçələrinin ərazisində yerləşən torpaq sahəsinə icarə müqaviləsi bağlanır, icarəyəverən icraə əsasında sahəsi 9746 (doqquz min yeddi yüz qırx altı) kv.m olan torpaq sahəsini gələcəkdə sahə adlandırılacaq ərazini icarəçiyə 49 il müddətinə istifadəsinə verir, icarəçi isə onu qəbul edir.
İİİ. Məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
11. Azərbaycan Respublikası Konstitusiyasının
- 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən:
- 152.1. mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. - 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. - 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. - 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. - 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. - 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
13. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:
- 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; - 2.0.2. inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6. inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.10. əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt; - 2.0.11. əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt. - 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 64.1. inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. - 64.2. inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. - 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: - 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; - 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; - 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; - 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda.
14. İddiaçı hazırkı iddia ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamının ləğv edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququ hər bir şəxsin əmlaka sahib olmaq, ondan istifadə etmək və sərəncam vermək hüququnu ifadə edir. Mülkiyyət hüququnun pozulmaması hüquqi dövlət prinsipinin əsas sütunlarından biridir. Heç bir fiziki və ya hüquqi şəxs mülkiyyətçinin razılığı olmadan onun əmlakına müdaxilə edə bilməz. Hazırki iş üzrə məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid küçəsi ünvanında üçüncü şəxs tərəfindən tikinti işləri həyata keçirilir, həmin əraziyə cavabdeh tərəfindən sərəncam verilmiş, lakin torpaq sahəsinin üzərində etibarlı mülkiyyət hüququna malik olan şəxsin hüquqlarının pozulması iddiası irəli sürülmüşdür. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanının yerləşdiyi ərazi Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamında göstərilən "xxxx" MMC-nin istifadəsinə verilmiş ərazinin daxilindədir. Məhkəmə tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, mülkiyyətçinin razılığı olmadan onun mənzilinə giriş çıxış məhdudiyyəti qoyulmuş, sözügedən tikinti fəaliyyəti mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə aparılmış və müəyyən edilmişdir ki, iddiaçıya məxsus mənzil üçüncü şəxs tərəfindən tikinti aparıldığı və hasara alındığı ərazidə yerləşir. Tikinti ərazisi mühafizə olunur, iddiaçıya məxsus mənzilin yerləşdiyi həyətinə mühafizəçinin icazəsi ilə keçməsi mümkündür. Göründüyü kimi mülkiyyətçi olan iddiaçının hüquqları üçüncü şəxs tərəfindən pozulmuş və bu hüququnun pozulmasına əsas olan hal cavabdeh tərəfindən qəbul edilmiş inzibati akt olmuşdur. Mülkiyyət hüququ şəxsin toxunulmaz, icazəsiz müdaxilədən qorunan əmlak üzərində sərbəst sərəncam vermək və istifadə hüququnu ehtiva edir. Mülkiyyətçinin razılığı olmadan həyata keçirilən hər hansı tikinti fəaliyyəti qanunsuz müdaxilə hesab olunur. Bu halda dövlət orqanı tərəfindən qəbul edilmiş inzibati aktın nəticələri iddiaçının hüquqlarının pozulması ilə nəticələndiyi və icrası hüquqi sabitliyi pozduğu üçün, həmin inzibati akt iddiaçıya münasibətdə qanuni inzibati akt hesab edilmə bilməz.
15.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən:
- 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. - 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
16. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməsi, Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamı İddiaçı aid hissədə (münasibətdə) ləğv edilməlidir.
17. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.
19. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 33, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRАRА АLDİ:
İddiа tələbi qismən təmin edilsin. Bakı şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli 265 saylı sərəncamı İddiaçı aid hissədə (münasibətdə) ləğv edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər.
Hаkim Miminаt Hаcıbəyоvа