Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4030/2020 31.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsi hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiаçı İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, xadimə işləyir), cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəzifəsi baş mütəxəssis – böyük inspektor) iştirakı ilə, iddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı dövlət sosial yardımının təyin edilməsi” barədə iddia tələbinə dair işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli imtinalarını qanunsuz hesab edərək, İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsinin həmin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ailəsinə təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqsədi ilə xx.xx.2018-ci il tarixli,**********49902 nömrəli elektron ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin həmin gün də ünvanlı sosial yardımın alınması üçün müraciətinin təmin edilməsindən imtina haqqında ona bildiriş verilmişdir. İmtinanın səbəbi kimi həyat yoldaşı X5 xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınması və gəliri barədə məlumatın təqdim edilməməsi bildirilmişdir. X2 2012-ci ildən etibarən vergi ödəyicisi kimi uçotdan çıxmışdır. Lakin, məlum olmayan səbəbdən vergi orqannın elektron bazasında qeydiyyatdan çıxarılmamışdır. Buna baxmayaraq iddiaçı eyni qayda ilə yenidən ailəsinə təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi məqsədi ilə xx.xx.2018-ci tarixdə **********70701 nömrəli elektron ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2018-ci il tarixdə yenidən ona imtina cavabı verilmişdir. İmtinanın səbəbi kimi, bu dəfə də həyat yoldaşının “Əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi barədə məlumatda “bəli” əvəzinə “xeyr” qeyd edilməsi bildirilmişdir. xx.xx.2019-cu ildə bir daha təyin ediləcək ünvanlı sosial yardımın rəsmiləşdirilməsi üçün cavabdehə müraciət etmişdir. Yenə də həmin gün ona imtina cavabı verilmişdir. İmtinaya səbəb kimi ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması bildirilmişdir. Lakin ona ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği haqqında heç bir məlumat verilməmişdir və bu məbləğin nə qədər olması göstərilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş sərəncamla cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən iddiaya dair etirazın bildirilməsi tələb olunsa da cavabdeh iddia tələbinə dair etirazını təqdim etməmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə Dövlət Sosial Müdafiə Fondunun işdə cavabdeh qismində iştirakı zəruri hesab edilərək işə cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə Dövlət Sosial Müdafiə Fondu iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, iddiaçı ona ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün xx.xx.2019-cu il tarixdə elektron ərizə ilə müraciət etmişdir. Vətəndaşın müraciətinə xx.xx.2019-cu il tarixdə elektron formada baxılaraq imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çoxdur (103,40 manat -telefon xərci + 198,80 manat-işıq + 1406,40 manat-qaz) : 12-orta aylıq) : 4 – adambaşına düşən = 35,59 manat). Ölkə üzrə təsdiq olunmuş yaşayış minimumu 190 manat (10%-i 19 manat). Göründüyü kimi, adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği (35,59 manat) ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması (19 manat) səbəbindən iddiaçıya imtina verilərkən müvafiq qaydalara istinad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi F.Hüseynzadə iddiaya dair etirazında göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və məhkəmədə iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin izahat və çıxışlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqələrinə əsasən Samirə Bağırova və Əhməd Bağırov adlı azyaşlılar İddiaçı ilə Həmid Bağırovun nikahından doğulmuşlar və müvafiq olaraq xx.xx.2014-cü il və xx.xx.2010-cu il təvəllüdlüdürlər, hər ikisinin qeydiyyat yeri Bakı şəhəri, Nardaran qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 8 göstərilmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən X1 Lətafət Malik qızı ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmuşdur, nikahdan sonra ər və arvada Bağırov soyadı verilmidir. X5 şəxsiyyət vəsiqəsinə əsasən o, Bakı şəhəri, Nardaran qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 8-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı şəhər Mədəniyyət Baş İdarəsinin 2 nömrəli Maliyyə və İqtisadi Regional Bölməsinin 17 №-li, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı X7 xadimə işləyir, əmək stajı 1 il 5 aydır, əmək haqqı 2019-cu ilin iyun-avqust aylarında 195 manat, sentyabr, dekabr aylarında 271 manat, oktyabr ayında 266,22 manat, noyabr ayında 282,31 manat, 2020-ci ilin yanvar-may aylarında 271 manat olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzinin xx.xx.2020-ci il tarixli arayışına əsasən X9 xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər 2-ci qrup ümumi səbəbdən əlilliklə bağlı 130 manat sosial müavinət almışdır. “Şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış”ın nəticələrinə dair sənədə əsasən iddiaçının əri X9 “Düz bağırsağın blastoması İV mərhələ, qanaxma ilə ağırlaşma, düz bağırsağın blastomaslna görə cərrahi əməliyyat – sol tərəfli kolostomiya, S vari bağırsağın polipi, müstəqil birincili (çox lokalizasiyalı bədxassəli yenitörəmə” xəstəliyindən əziyyət çəkir və ikinci qrup əlildir. X5 və İddiaçı notariat qaydasında təsdiq edilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2018-ci il tarixli ərizələrinə əsasən onlar ailələri üçün 2 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailəni təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması əsası ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının xx.xx.2019-cu il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması əsası ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və ailə üzvü X5 əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimi barədə məlumatda uyğunsuzluq, ərizə-bəyannamədə əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimə xeyr qeyd edilməsi, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən əvvəlki 12 ayda muzdlu işdən gəliri olan hesab edilməsi əsası ilə imtina edilmişdir. “Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair bildiriş”ə əsasən iddiaçının xx.xx.2018-ci il tarixli müraciətinə görə sosial yardımın təyin olunmasından ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması və ailə üzvü X5 xx.xx.2011-ci ildən vergi ödəyicisi kimi uçota alınması olub gəliri barədə məlumatın təqdim edilməməsi əsası ilə imtina edilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 2/209 №li arayışına əsasən X9 ailə üzvləri İddiaçı, oğlu xx.xx.2010-cu il təvəllüdlü X10, qızı xx.xx.2014-cü il təvəllüdlü X8 ilə birlikdə Nardaran qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 8-də yaşayır. “xxxxxx” ASC Sabunçu sukanal idarəsi üzrə ödənişlərin siyahısına əsasən xx.xx.2018xx.xx.2019 dövrü üzrə Həmid Bağırov tərəfindən Nardaran qəsəbəsində yerləşən evdə su istehlakı ilə bağı 2 manat ödəniş edilmişdir, elektrik enerjisinin istehlakı ilə bağlı sənədə əsasən iyun 2018-ci il – yanvar 2019-cu ilin, yanvar 2017-ci il – may 2018 –ci il dövrlərində iddiaçının ailəsinin istehlak etdiyi elektrik enerjisinin ayda 10 manatdan çox olmaması müəyyən olunur, təbii qazın istehlakı barədə sənədə əsasən iddiaçının ailəsinin 2014-cü ilə 324 manat borcu olmuşdur, smart tipli sayğacın kartına heç bir məbləğ ödənilməmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı və onun rəsmi nikahda olduğu X9, onların iki azyaşlı uşaqları Azərbaycan Respublikasının vətəndaşlarıdırlar, iddiaçı ailəsi tərəfindən müvəkkil edilmiş şəxs kimi 2018-ci ilin mart,iyun, 2019-cu ilin mart aylarında cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək ünvanlı sosial yardımın ödənilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir, imtinanın əsası kimi ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləğinin ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olması, ailə üzvü X5 əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimi barədə məlumatda uyğunsuzluq, ərizə-bəyannamədə əvvəlki 12 ayda muzdlu işdən gəliri olub seçimə xeyr qeyd edilməsi, aidiyyəti qurumun informasiya sistemindən əldə edilən məlumata əsasən əvvəlki 12 ayda muzdlu işdən gəliri olan, ailə üzvü X5 xx.xx.2011-ci ildən vergi ödəyicisi kimi uçota alınması olub gəliri barədə məlumatın təqdim edilməməsi göstərilmişdir.İddiaçı qeyd edilən imtinaların qanunsuz hesab edilərək onun ailəsinə ünvanlı sosial yardımın verilməsi ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia);.. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər, həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-ci maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması ) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2019-cu il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində təsdiq edilmişdir. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) göndərir. Həmin Qaydaların3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Həmin Qaydaların 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Həmin Qaydaların 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir:5.5.1. əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə);5.5.2. istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər;5.5.3. işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. Həmin Qaydaların 5.7-ci bəndinə əsasən shibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. İşin faktiki hallarına əsasən iddiaçının ailəsi 4 nəfərdən ibarətdir, onlardan ikisi azyaşlıdır, biri isə ikinci qrup ümumi xəstəlik üzrə əlildir, “Düz bağırsağın blastoması İV mərhələ, qanaxma ilə ağırlaşma, düz bağırsağın blastomaslna görə cərrahi əməliyyat – sol tərəfli kolostomiya, S vari bağırsağın polipi, müstəqil birincili (çox lokalizasiyalı bədxassəli yenitörəmə” xəstəliyindən əziyyət çəkir, xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilə qədər 2-ci qrup ümumi səbəbdən əlilliklə bağlı 130 manat sosial müavinət almışdır, iddiaçı isə X7 xadimə işləyir, əmək stajı 1 il 5 aydır, əmək haqqı 2019-cu ilin iyun-avqust aylarında 195 manat, sentyabr, dekabr aylarında 271 manat, oktyabr ayında 266,22 manat, noyabr ayında 282,31 manat, 2020-ci ilin yanvar-may aylarında 271 manat olmuşdur, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ailəsinin qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut, ümumiyyətlə iddia ilə bağlı hər hansı bir etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçının ərinin vergi uçotunda olmasının aşkar edilməsi də ünvanlı sosial yardımın təyin edilməsindən imtina üçün əsas deyildir, belə ki, yuxarıda qeyd edilən qaydaların 5.7-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Yəni vergi ödəyicisinin gəlir əldə etməsi barədə təqdim edilmiş bəyannamələr, vergi yoxlaması aktları kimi sənədlər əsas götürülür.Şəxsin vergi uçotunda olması hələ onun gəlir əldə etməsi anlamına gəlmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumat bazasında iddiaçı haqqında olan xx.xx.2020-ci il tarixli məlumatda qeyd edilmişdir ki, Qeydiyyat Mərkəzindən gələn 1406,40 manat məbləği haqqında məlumat imtina səbəbi deyildir, həmçinin iddiaçı göstərmişdir ki, həmin məbləğ istehlak edilmiş təbii qazın dəyəri deyil, təbii qazın sayğac olmadan sərf edilməsi ilə bağlı hesablanmış cərimə məbləğidir.Bu hal işin faktiki halları ilə təkzib edilməmiş, cərimə məbləğinin iddiaçı tərəfindən ödənilməsi barədə məlumat təqdim edilməmişdir. Məhkəmə bütün qeyd edilən halları nəzərə alaraq hesab edir ki, iddiaçının ailəsinə ünvanlı sosial yardımın təyin edilməsindən imtina etməkdə cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqlı olmamışdır. Yuxarıda qeyd edilən Qaydaların 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.1.31-ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilən bütün hallara məcmu qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli imtinalarını qanunsuz hesab edilərək İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməlidir. Məhkəmə onu da qeyd edir ki, iş üzrə qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qərardadla cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddianı mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2,32,33,34,68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli imtinaları qanunsuz hesab edilərək İddiaçı ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinə Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4030/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4030/2020
31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver