Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4033/2020 01.12.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 iştirakı ilə, X1 cavabdeh Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X10 İMEİ qeydiyyatı üçün əsassız olaraq köçürülmüş 181.175,70 (bir yüz səksən bir min yüz yetmiş beş manat yetmiş qəpik) manat məbləğin geri qaytarılması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, X14 xx.xx.2016-cı il tarixindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 8 oktyabr tarixli 266 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Terrorçuluq barədə bilə-bilə yalan məlumatların yayılması hallarının qarşısının alınmasına dair X15”nın 10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 212 saylı Qərar ilə xx xxxxxx 2011-ci il tarixində “X12ının aparılması Qaydaları” təsdiq edilmişdir. Yuxarıda qeyd edilən Qaydalar Azərbaycan Respublikasına gətirilən X12a alınmasını tənzimləyir və bununla da, mobil cihazlar barədə məlumatların vahid bazada toplanmasına şərait yaradır. Qaydaların 2.1-ci bəndində qeyd edilmişdir ki, MCQS (X12 sistemi) Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Qaydalara 2018-ci ildə dəyişiklik edilərək aşağıdakı bənd əlavə edilmişdi: 4.4-1. Satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X12a alınmasına görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Belə ki, normalardan göründüyü kimi, X12a alınması üçün dövlət rüsumunun alınması yalnız bu Qaydalara müvafiq əlavə və dəyişiklik edildikdən sonra həyata keçirilməyə başlanılmışdır. Ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektləri azaddırlar. Buna baxmayaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X13 (MHM) tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən İMEİ qeydiyyatı üçün müvafiq xidmət haqqı alınmaqdadır. MHM yuxarıda qeyd edilən Nazirlər Kabinetinin Qərarının 2.1-ci bəndini rəhbər tutaraq bu xidmət haqqının alınmasını əsaslı hesab edir. Halbuki, həmin Qaydaların 2.1-ci bəndində MHM-in fəaliyyətinin maliyyələşdirilməsini təmin etmək üçün qanunvericilikdə göstərilən mənbələr mütləq şərt kimi qeyd olunub. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X5 xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş etirazda bildirilmişdir ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulmuş X12 Sistemi (bundan sonra-MCQS) xüsusi texniki-texnoloji infrastruktura malikdir. Həmin infrastruktura mürəkkəb proqram-avadanlıq kompleksi, telekommunikasiya kanalları, məlumat bazası və internet saytı daxildir. MCQS-in fəaliyyətinin təmin edilməsi və infrastrukturunun saxlanılması üçün müvafiq miqdarda xərc tələb edilir ki, bura infrastruktura daimi texniki xidmət və dəstəyin göstərilməsi, sistemin mürəkkəb xarakterinə uyğun olaraq yüksək isxtisaslı işçi heyyətinin saxlanılması, proqram təminatının lisenziyalarının, infrastruktur elementlərinin vaxtaşırı yenilənməsi və s. xərcləri daxildir. Göstərilən xərclərin qarşılanması X12ı üçün alınan xidmət haqqı hesabına həyata keçirilir və qeydiyyat üçün xidmət haqqının alınması qanunsuz və əsassız deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X12ının aparılması Qaydası”nın 2.1.-ci bəndində göstərilmişdir ki, MCQS Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra-Nazirlik) tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Beləliklə də, mobil cihazın qeydiyyatı üçün xidmət haqqının qanunsuz olması, yəni müvafiq normativ-hüquqi aktda nəzərdə tutulmaması barədə iddia əsassızdır. Sonda iddianın təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddianın mümkünlüyü ilə əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə “X12ının aparılması Qaydası” təsdiq edilmişdir. Həmin Qaydanın 1.2.3-cü bəndinə əsasən X12 sistemi (MCQS) dedikdə Azərbaycan Respublikasının telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların, bu Qaydada nəzərdə tutulmuş texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalı üçün nəzərdə tutulmuş informasiya sistemi başa düşülür. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Hazırkı iş üzrə iddiaçı X12ı üçün ondan alınan xidmət haqqının qanuniliyini mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarına əsasən X12ı sistemi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilir və o, bu fəaliyyəti həyata keçirən yeganə səlahiyyətli orqandır və bu fəaliyyətin həyata keçirilməsi Nazirlik tərəfindən Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X10 həvalə olunmuşdur. X6 Nizamnaməsinə əsasən o hüquqi şəxs statusuna malikdir. Başqa sözlə, X12ının başqa idarə və qurum tərəfindən həyata keçirilməsi mümkün deyil. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə cavabdeh qismində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış etməlidir ki, bu baxımdan da iddiaya mahiyyəti üzrə baxılması mümkün hesab edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxsin vergi uçotu haqqında ********** qeydiyyat nömrəli şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, X4 ödəyicilərinə xidmət və uçot idarəsində vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, xx xxxxxx 1998-ci il tarixdə Dövlət Müəssisəsi olan Rabitə Nazirliyinin Respublika X3 Nizamnaməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şöbəsi tərəfindən təsdiq edilmiş, xx xxxx 2006-cı il tarixdə Rabitə Nazirliyinin Respublika X3 (xx xxxxx 1999-cu il tarixdə adı dəyişdirilmiş və Rabitə Nazirliyinin X9muşdur) Nizamnaməsinə əlavə və dəyişikliklər edilimişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 69 №li xx xxxxxx 2018-ci il tarixli “X12ının aparılması” haqqında əmrin təsdiq olunmuş surətindən müəyyən edilir ki, xx xxxxxx 2018-ci il tarixindən satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən X12a alınması üçün xidmət haqqının məbləği ƏDV xaric hər bir mobil cihazın hər biri İMEİ nömrəsi üzrə 1.60 (bir manat altmış qəpik) manat miqdarında müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X13 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Mərkəzə İMEİ qeydiyyatı üçün köçürülmüş vəsaitin geri qaytarılması barədə Nazirliyə ünvanlanmış xx.xx.2020-ci il tarixli müraciətə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X12ının aparılması Qaydaları”nın 2.1-ci bəndinə əsasən MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Qaydaların 2.1-ci bəndinə əsasən MCQS-in göstərilən xidmətlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulduğundan İMEİ-lərin qeydiyyatı ilə əlaqədar göstərilən xidmət ödənişli əsaslarla həyata keçirilir. Beləliklə, iş materiallarından məlum olur ki, sahibkar X14 İMEİ-lərin qeydiyyatı ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X10 ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etmiş, müraciəti təmin edilməmiş, əsas kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X12ının aparılması Qaydaları”nın 2.1-ci bəndinə istinad edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən mobil cihazların İMEİ qeydiyyatının həyata keçirilməsi üçün ödədiyi 181.175,70 (bir yüz səksən bir min yüz yetmiş beş manat yetmiş qəpik) pulun geri qaytarılmasını tələb edir və tələbin əsası kimi ona istinad edir ki, bu xidmət haqqının ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2011-ci il tarixli, 212 nömrəli qərarı ilə təsdiq edilmiş “X12ının aparılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikasında X12a alınması qaydasını və onlara telekommunikasiya şəbəkələrində xidmət göstərilməsinin xüsusiyyətlərini tənzimləyir. Bu Qaydalara əsasən qeydiyyata alınmamış mobil cihazların ölkə ərazisində tətbiqi istisna olunur. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən MCQS Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qurulur, Nazirliyin müəyyən etdiyi texniki şərtlərə uyğun fəaliyyət göstərir və göstərilən xidmətlər və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir. Qaydaların 2.1-ci bəndindən göründüyü kimi, MCQS-nin maliyyə mənbələri qanunla dəqiq müəyyən edilməmiş, sistemin qanunla qadağan edilməyən mənbələr hesabına maliyyələşdirilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. İşin hallarından göründüyü kimi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X13 fəaliyyətinin təmin edilməsi və infrastrukturunun saxlanılması üçün qeydiyyat xidməti müəyyən edilmiş xidmət haqqı müqabilində həyata keçirir. Eyni zamanda, iş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X6 Nizamnaməsinin 5- ci maddəsinə 2006-cı ildə edilmiş dəyişikliyə görə “-öz məhsullarına (iş, xidmət, mal) qiymətlərin, tariflərin və ödəmə qaydasının, qanunvericilikdə başqa qayda nəzərdə tutulmayıbsa, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilməsi” Mərkəzin hüquqlarına aiddir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.22-ci maddəsinə əsasən satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxs tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən X12a alınması üçün dövlət rüsumu ödənilir. Qanunun normasına əsasən Məhkəmə hesab edir ki, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazların istehlakında dövlət rüsumunun ödənilməsinin istisna hal təşkil etməsi həmin cihazların qeydiyyatı məqsədilə xidmət haqqının tutula bilməməsi kimi qiymətləndirilə bilməz. Dövlət rüsumunun tətbiq olunmamasına baxmayaraq satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə idxal edilən X12ı xidmət haqqı tətbiq edilməklə həyata keçirilə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçi tərəfindən məhkəməyə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin X7 mobil cihazların İMEİ qeydiyyatının aparılması ücün ödənilmiş 181.175,70 (bir yüz səksən bir min yüz yetmiş beş manat yetmiş qəpik) manat pulun geri qaytarılması məqsədilə istinad etdiyi halların əsasını sübut edə bilməmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, X1 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası əsassız oldugundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə qarşı “ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4033/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4033/2020
01.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver