Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4033/2021 09.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budad oğlunun katibliyi ilə, İddiaçıın nümayəndəsi, vəkil X2 iştirakı ilə, İddiaçıun cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X16 olmaqla) üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X16 olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 24 saylı evdə pasport qeydiyyatında olan X5 həmin mənzildə heç bir zaman yaşamadığını və istifadə hüququnun olmamasını nəzərə alaraq pasport qeydiyyatının ləğv edilməsi vəzifəsinin Yasamal rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, X16 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 24 saylı evdə pasport qeydiyyatına alınmışdır. Belə ki, cavabdeh onun mənzilinə qeydiyyata alınmış, lakin həmin mənzildə heç bir zaman faktiki olaraq yaşamamış və onun mənzilə dair heç bir istifadə hüququ yoxdur. Həmçinin mənzilin saxlanmasında və kommunal xərclərin ödənilməsində cavabdeh bu günə kimi iştirak etməmişdir. Buna görə də məcbur olub cavabdeh X5 qeydiyyatına xitam verilməsi barədə iddia ərizə vermişdir. Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 24 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 24 noyabr 2020-ci il tarixli, Seriya MH № ********** nömrəli çıxarışa əsasən İddiaçı məxsusdur. Bildirir ki, cavabdeh X16 ona məxsus mənzildə pasport qeydiyyatına alınmış, lakin heç bir zaman həmin mənzildə yaşamamışdır. Qeyd edir ki, Bakı şəhəri Yasamal rayonu Mənzil- Kommunal Təsərrüfat Birliyinin 60 saylı Mənzil- Kommunal İstismar sahəsi tərəfindən verilmiş arayışa əsasən cavabdeh X16 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 24 saylı evdə pasport qeydiyyatına alınmış, lakin heç bir zaman həmin mənzildə yaşamamışdır. Həmçinin bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, 24 saylı evdə yerləşən mənzildə X16 heç vaxt yaşamadığına dair çoxsaylı şahidlər də mövcuddur. X16 heç bir zaman mənzilin saxlanmasında və kommunal xərclərin ödənilməsində iştirak etməmişdir. Həmçinin onun mənzilə dair heç bir istifadə hüququ da yoxdur. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə X5 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 24 saylı evdə pasport qeydiyyatının ləğv edilməsi barədə ərizə ünvanladığına baxmayaraq, Bakı səhəri Yasamal Rayon Polis İdarəsinin 26 yanvar 2021-ci il tarixli, ***-**** M-32221 saylı məktubu ilə cavabdeh şəxsin pasport qeydiyyatının ləğv edilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsi qeyd edilmişdir. Hesab edir ki, dövlət qurumunun bu imtinası əsassızdır, bu səbəbdən də cavabdeh şəxsin pasport qeydiyyatının ləğv edilməsi vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. İddiaçı bildirir ki, ona məxsus mənzildə onunla əlaqəsi olmayan şəxsin mülkiyyətçi kimi iradəsi əleyhinə daimi qeydiyyatda olması onun üçün bir sıra neqativ nəticələr (həmin şəxslərə görə əlavə kommunal haqqı ödəmək, mənzili satacağı halda onun yazılı ərizəsini almalı olmağı, həmin şəxsə ünvanlanacaq poçt göndərişlərinin ona məxsus mənzilə gələcəyi və s.) yaradır. Bu isə şəxsi həyata və ailə həyatına hörmət hüququnun pozulmasına səbəb olur. Hesab edir ki, X5 onun ünvan 2 ünvanında yerləşən və mülkiyyətində olan mənzilində qeydiyyatda qalması tamamilə əsassız və qeyri-qanunidir. Mülkiyyətində olan sözü gedən mənzildə qeydiyyatda qalması onun hüquqlarını kobud surətdə pozur, mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də, iddiaçı mülkiyyətçi kimi pozulmuş hüquqlarının bərpa edilməli və cavabdeh X5 onun mülkiyyətində olan mənzilində yaşayış sahəsinə istifadə hüququna xitam verilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan şifahi dinləmələr keçirmədən baxılmasına etirazı olmadığını bildirmiş, digər tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Elektron Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil 1********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə X10 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmiş və bu barədə 24 noyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********70-05101-093006 reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli, 04/4106 inventar nömrəli Texniki Pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin sənəd üzrə torpaq sahəsi 0.0348, 0.0348 faktiki sahə üzrə, 0.0348 tikintialtı sahə göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 60 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən vəkil C.Quluzadəyə ünvanlanan 21 yanvar 2021-ci il tarixli 05 saylı məktubdan görünür ki, MKİS-də olan məlumatlara əsasən X5 ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatdadır, lakin yaşamır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X7, xx.xx.2003-cü il təvəllüdlü X16, xx.xx.1988-cü il təvəllüdlü X24, xx.xx.1978-cü il təvəllüdlü X3, xx.xx.2008-cü il təvəllüdlü X6, xx.xx.2015 cü il təvəllüdlü X1, xx.xx.2000-ci il təvəllüdlü X8, xx.xx.1962-ci il təvəllüdlü X9, xx.xx.1977-cü il təvəllüdlü X4, xx.xx.1981-cü il təvəllüdlü X15 qizi, xx.xx.1966-cı il təvəllüdlü X11, xx.xx.1992-ci il təvəllüdlü X30 oglu, xx.xx.1964-cü il təvəllüdlü X12 ünvan 4 ünvanda qeydiyyatdadırlar. İşdə olan cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 091-3615M-322 saylı imtina məktubundan görünür ki, İddiaçının üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı müraciətlərinə baxılmış, cavabdeh tərəfindən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə istinad olunaraq, şəxsin yaşayış sahəsindən çıxarıldıqda, və ya yaşayış sahəsindən istifadə hüquqlarına xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi əsasında müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarıldığı, iddiaçının mülkiyyətində olan Yasamal rayonu, Əlibaba Abdullayev küçəsi, ev 24 ünvanından X5 qeydiyyatdan çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən cavabdehdən sorğu əsasında üçüncü şəxsin iddiaçıya məxsus ünvan 2 ünvanına qeydiyyata alınmasına əsas olmuş sənədlər tələb edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, 091-10644-1221 saylı məktubla məhkəmə məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, xx.xx.2003-cü il təvəllüdlü X16 xx.xx.2016-cı il tarixdə “3 saylı ASAN xidmət” Mərkəzi tərəfindən atası X13 qeydiyyatda olduğu ünvan 2 ünvanına qeydiyyata alınmışdır. X5 atası X20 xx.xx.2020-ci il tarixdə ölüm səbəbindən qeydiyyatdan çıxarılmışdır. Beləliklə işin hallarından görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətlərindədir. 14 oktyabr 2003-cü il təvəllüdlü X16 qeyd olunan mənzildə heç vaxt yaşamamış, mənzilə istifadə hüququ yoxdur. İddiaçı üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxsin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 9-cu maddəsinin 6-cı bəndinə əsasən qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbindən göründüyü kimi, şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. X16 iddiaçıya məxsus mənzildə yaşamadığı halda İddiaçıya məxsus mənzilə pasport qediyyatına alınmışlar. Üçüncü şəxs X16 yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, onun qeyd edilən mənzilə istifadə hüququ olmadığından və qeydiyyatı formal xarakter daşıdığından iddiaçının həmin şəxsin iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev küçəsində yerləşən 24 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 2 ünvanından X5 qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-4033/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4033/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver