Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4033/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının müəyyən edilərək dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək əmək pensiyasının əmək haqqının 2907,79 manatın 80%-i hesablanmaqla 2326,24 manat miqdarında müəyyən olunması və ümumilikdə 21.07.2020-ci ildən ödənişin gecikdirilməsinə görə 20684,48 manat məbləğində borcun tutulmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə Şaumyan RKK (Sovet Orqanı) işçisi olaraq 1979-cu ildə başlayıb, dövlət məvacibi (maaşı) allb və bu Şaumyan RKK-in Büronun protokolu ilə təsdiq edilmişdir və Şaumyan RKK-ın 11.03.1983-cu ilin 57-ci Büro Protokolun əsasında Daxili İşlər Nazirliyinə keçirilib. C.Naxcıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon Komsomol Komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında gedib, həmin vəzifə komsomol komitəsində qeydə alınıb, Daxili işlər orqanların aparatlarında işlədiyi müddət də dövlət qulluqçusu stajı kimi nəzərə alınmalıdır. Belə ki, DİN aparatında işlədiyi müddət 20.07.1987-25.10.1993 ilə kimi hesablanmışdır, bu isə 6 il 3 ay edir, hansı ki 18,75% bərabərdir. Beləliklə 62%+18.75%=80,75% (80% çox edir) və 80% sayılaraq 2326,23 manat edir. Lakin onun dövlət qulluqçusu kimi ancaq Azərbaycan Respublikasının Ali Məhkəməsinin aparatında işlədiyi dövr nəzərə alınmışdır. Bununla da ona maddi zərər vurulmuşdur, odur ki, qeyd edilən dövlərlər üzrə pensiya fərqi hesablanaraq ona ödənilməlidir.
3. Məhkəmə əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini və dövlət qulluğu stajının müəyyən edilərək əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmənin hazırki iş üzrə 20.12.2021-ci il tarixli qərardadı ilə iddianın tələbinin Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illərin və Daxili İşlər struktur qurumlarında işlədiyi 1987-1993-cü illərin dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilməsi qəbul edilmişdir.
5. Əmək pensiyasının yenidən hesablanmasından 14.04.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, ona Mərkəzi Filial tərəfindən 27 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yasa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyiniz vəzifələr üzrə ümumilikdə vəzifə maaşınız 1618,13 manat, qulluq stajına görə əlavəniz 384,31 manat, hakimiyyət səlahiyyətlərinin İcräsınä görə əlavəniz 59,84 manat, ixtisas dərəcəsinə görə əlavəniz 130,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəniz 560,21 manat olmaqla orta aylıq əmək haqqınız 2752,49 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında”'Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 9 ay 18 gün (15.08.1996- 13.03.2002-ci il və 07.06.2010-27.08.2020-ci ii tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınızın (2752,49 manat) 52,25 faizi- 1438,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabınıza köçürülür.
6. Əmək pensiyasının yenidən hesablanmasından 01.06.2021-ci il tarixli imtina onunla əsaslandırılmışdır ki, ona Mərkəzi Filial tərəfindən 27 avqust 2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşı 1618,13 manat, qulluq stajına görə əlavəsi 384,31 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavəsi 59,84 manat, ixtisas dərəcəsinə görə əlavəsi 130,00 manat mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 560,21 manat olmaqla orta aylıq əmək haqqı 2752,49 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 15 il 9 ay 18 gün (15.08.1996-13.03.2002-ci il və 07.06.2010- 27.08.2020-ci il tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajınıza uyğun olaraq orta aylıq əmək haqqınının (2752,49 manat) 52,25 faizi-1438,17 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daxili işlər orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi “Dövlət qulluğu haqqında” Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və daxili işlər orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanlarının aparatında çalışan, hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər-xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) “Dövlət qulluğu haqqında” Qanun şamil edilir. Eyni zamanda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya "Dövlət qulluğu haqqında" Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixindən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixinədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanına əsasən təsdiq olunmuş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması SiyahısTnda X6 Gənclər ittifaqı və həmin İttifaqda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində və X6 Gənclər İttifaqında işlədiyiniz müddəti əmək pensiyanızın hesablanması zamanı dövlət qulluğu stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil.
7. İddiaçı eyni tələblə daha əvvəl Bakı İnzibati Məhkəməsinə müraicət etmiş, lakin daha sonra iddiaçının ərizəsi əsasında məhkəmənin 25.10.2021-ci il tarixli qərardadı ilə (iş nömrə e-2-1(112)-5839/2021) iddia geri götürülmüş sayılmışdır. Həmin iş üzrə məhkəmə bir sıra sorğular verilmiş və aidiyyəti üzrə cavablar verilmişdir. Odur ki, məhkəmə həmin sorğulara cavabları hazırki iş üzrə nəzərə alır.
8. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 10 iyul 2021-ci il tarixli məktubu ilə İddiaçı arxiv şəxsi işi əsasında 1983-1996-cı illərdə daxili işlər orqanlarında xidmət etdiyi vəzifələrə dair məlumat göndərilmişdir: - 14.03.1983 - 26.11.1984 - Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patrul xidməti milis alayının 11-ci rotasının komandirinin siyasi-tərbiyəvi işlər üzrə müavini; - 26.11.1984 - 15.09.1985 - Bakı şəhər Daxili İşlər İdarəsinin Post-patrul xidməti milis alayının Çevik əməliyyat rotasının komandirinin siyasi hissə üzrə müavini; - 15.09.1985 - 20.07.1987 - Bakı şəhər Daxili İşlər İdarəsinin İctimai təhlükəsizliyin mühafizəsi şöbəsinin inspektoru; - 20.07.1987 - 31.03.1991 - Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin peşə hazırlığı şöbəsinin inspektoru; - 31.03.1991 - 31.12.1991 - Daxili İşlər Nazirliyinin X17 İdarəsinin peşə hazırlığı şöbəsinin inspektoru; - 31.12.1991 - 25.12.1992 - Daxili İşlər Nazirliyinin X7 İdarəsinin 4-cü şöbəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili; - 25.12.1992 - 03.02.1993 - Daxili İşlər Nazirliyinin X2 İdarəsinin Statistika şöbəsinin nəzarət üzrə inspektoru; - 03.02.1993 - 19.05.1993 - Daxili İşlər Nazirliyinin X2 İdarəsinin Uçot-qeydiyyat intizamına nəzarət bölməsinin nəzarət üzrə inspektoru; - 19.05.1993 - 25.10.1993 - Daxili İşlər Nazirliyinin X5 şöbəsinin rəis müavini; - 25.10.1993 - 01.02.1996 - Daxili İşlər Nazirliyinin “Dinamo” Bədən Tərbiyəsi və İdman Cəmiyyətinin Kadr və Kargüzarlıq bölməsinin rəisi. İddiaçı 01.02.1996-cı il tarixdə öz xahişi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsi, X17 İdarəsi, X7 İdarəsi, X2 İdarəsi göstərilən dövrlərdə DİN-in Aparatının struktur qurumuna daxil olmuşdur.
9. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin 05 avqust 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Dinamo” BTİC-nin kadrlar və kargüzarlıq bölməsinin rəisi vəzifəsindən polis mayoru rütbəsi ilə “öz xahişinə” görə 01.02.1996-cı il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti imtiyazlı hesablama ilə 2 il, 5 ay, 21 gün təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsinə əsasən polis əməkdaşlarının pensiya məbləğləri onların xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən, yəni sonuncu aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən kompensasiyasından və vəzifə maaşına hesablanan digər əlavələrdən hesablandığı baxımından onun xidmət etdiyi sonuncu vəzifənin təminat xərcliyi pensiya hesablanmasında əsas götürülmüşdür.
10. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən verilmiş 15.11.2021ci il tairxli arxiv arayışında qeyd olunur: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X1 saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, Məlik- X12 1979-cu ilin noyabr ayından 1983-cü ilin mart ayına kimi C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat-məktəb komsomol komitəsinin katibi vəzifəsində işləmişdir. Qeyd: 1. Şaumyan rayon (indiki Xətai rayonu) komsomol komitəsinin 1977-ci ildən sonra sənədləri Arxivə təhvil verilmədiyi üçün İddiaçıovun əmək haqqı barədə məlumat vermək qeyri mümkündür.
2. C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon komsomol komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında gedib, həmin vəzifə komsomol komitəsi tərəfindən təsdiq edilib və əmək haqqı işlədiyi komsomol komitəsindən alınıb (nümunə üçün 1976 və 1977- ci illərin əmək haqqı cədvəllərindən - F. 214, siy.10, sax.vah.30,v.16, sax.vah.69, v.9 arayışa əlavə olunmuşdir).
11. Azərbaycan Respublikası X9 24 avqust 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31.08.2003-cü il tarixədək) mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1 -ci bəndinə əsasən aparılmışdır. Həmin Fərmanın 2-ci bəndində müəyyən edilmişdir ki, sözügedən Fərmanın 1 -ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilən aktlara uyğun olaraq, X13 İttifaqının Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olduğu və müvafiq şəhər (rayon) komitəsindən əməkhaqqı aldığı halda, iddiaçının həmin komitənin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. İddiaçının daxili işlər orqanlarında işlədiyi müddətlə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1-ci maddəsinə əsasən daxili işlər orqanlarında xidmət keçmə bu orqanlarının funksiya, vəzifə və hüquqlarını öz peşə fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 4-cü maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, xüsusi rütbələr verilmiş, sıravi və kiçik, orta, böyük, ali rəis heyəti vəzifələrində işləyən və ya daxili işlər orqanlarının kadrlarında olan Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrinin müdavimləri daxili işlər orqanlarının əməkdaşları hesab olunurlar. Sözügedən Əsasnamənin 144-cü maddəsinə əsasən xidmət illərinə görə pensiya hüququna xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox daxili işlər orqanlarında xidmət etmiş əməkdaşlar malikdirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991 -ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) şamil edilir. Dövlət qulluğunda mövcud olan inzibati və yardımçı vəzifələrin təsnifatları və adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” ilə müəyyən edilmişdir. Qeyd edilən Toplu “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq təsdiq edildiyi üçün həmin Topluda nəzərdə tutulmuş vəzifələr adı çəkilən Qanunun şamil edildiyi dövlət orqanlarında mövcud olan vəzifələrin adlarıdır. Həmin Topluda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edildiyi dövlət orqanlarında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinin adları, müvafiq təsnifatlar üçün nəzərdə tutulmuş ixtisas dərəcələri birbaşa göstərilmiş, xüsusi rütbə nəzərdə tutulan vəzifələr isə Topluda nəzərdə tutulmamışdır. Qulluq stajına görə əmək pensiyasına əlavələr “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifə tutan şəxslərə təyin edildiyi və dövlət qulluğunun xüsusi növü hesab edilən dövlət orqanlarında, o cümlədən daxili işlər orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələr inzibati (o cümlədən, yardımçı) vəzifə hesab edilmədiyi üçün həmin orqanlarda qulluq (xidmət) müddətinin əmək pensiyasına əlavələr təyin edilərkən dövlət qulluqçusunun qulluq stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.
12. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən iddiaçı dəyişdirilmiş iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə 23.11.1979-14.03.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi və 20.07.1987- 25.10.1993-cü illərdə Daxili İşlər Nazirliyinin struktur qurumlarında işlədiyi dövrün dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.
13. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, sonuncu dəfə iddiaçı 13.12.2021-ci il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı Filiala müraciət etmişdir. 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət qulluğu haqqında” Qanuna əlavə edilmiş 22.7-2-ci maddəsinə uyğun olaraq qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Sözügedən qaydaların və şərtlərin hazırlanması Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2021-ci il tarixli 1398 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə olunmuşdur. Bununla əlaqədar olaraq iddia tələbində qeyd edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etdiyi dövrün dövlət qulluğu stajınızın hesablanması zamanı nəzərə alınması məsələsinə sözügedən qaydalar və şərtlər müəyyən edildikdən sonra baxıla bilər.
II. İddianın növü və mümkünlüyü
14. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır.
15. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
18. İddiaçıya dövlət qulluqçusu kimi yaşa görə pensiya artıq təyin olunub, qərar icra olunduğu təqdirdə həmin pensiya yenidən hesablanacaqdır.
III. Məhkəmənin mövqeyi
19. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
20. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunundan: 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il qulluq stajı tələb olunur.
22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının 15 il 9 ay 18 gün (15.08.1996-13.03.2002-ci il və 07.06.2010-27.08.2020-ci ii tarixləri arasındakı dövrlər) dövlət qulluğu stajı kimi nəzərə alınmışdır. Həmin illərdə iddiaçı müvafiq olaraq Xarici İşlər Nazirliyində və Azərbaycan Respublikasının Ali Məhkəməsinin aparatında işləmişdir.
23. Mübahisələndirilən dövr Şaumyan RKK-da işlədiyi 1979-1983-cü illər (mübahisələndirilən İ dövr) və Daxili İşlər struktur qurumlarında (aparatında) 1987- 1993-cü illərdə işlədiyi dövrdür (mübahisələndirilən İİ dövr).
24. Mübahisələndirilən İ dövrlə bağlı araşdırma:
25. İddiaçı 23.11.1979-14.03.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi katibi vəzifəsində işləmişdir.
26. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydalarının 9-cu bəndində müəyyən edilmişdir ki, dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.
27. 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (31.08.2003-cü il tarixədək) mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın 1 -ci bəndinə əsasən aparılmışdır.
28. Həmin Fərmanın 2-ci bəndində müəyyən edilmişdir ki, sözügedən Fərmanın 1 -ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan və pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət qulluğunda mövcud olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğunun müvafiq vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən həyata keçirilir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1-ci bölməsinin 3-cü hissəsində Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində mövcud olmuş katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır.
30. Məhkəmənin sorğusuna cavab olaraq X9 24.08.2021-ci il tarixli məktubunda bildirilir ki, X13 İttifaqının Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsi Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin nomenklaturuna daxil olduğu və müvafiq şəhər (rayon) komitəsindən əməkhaqqı aldığı halda, iddiaçının həmin komitənin katibi vəzifəsində işlədiyi müddət dövlət qulluğu stajı hesablanarkən nəzərə alına bilər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X4 tərəfindən verilmiş 15.11.2021-ci il tairxli arxiv arayışına əsasən müəyyən olunur ki, C.Naxçıvanski adına 2 №li ixtisaslaşdırılmış internat məktəbi komsomol komitəsinin katibi vəzifəsi Şaumyan rayon komsomol komitəsində işləyən işçilərin adlarının ümumi siyahısında gedib, həmin vəzifə komsomol komitəsi tərəfindən təsdiq edilib və əmək haqqı işlədiyi komsomol komitəsindən alınıb.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunundan:
32. 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir.
33. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.
34. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır və təmin olunmalıdır.
35. Mübahisələndirilən İİ dövrlə bağlı araşdırma:
36. İddiaçı 20.07.1987- 25.10.1993-cü illərdə Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsində, Daxili İşlər Nazirliyinin X17 İdarəsində, Daxili İşlər Nazirliyinin X7 İdarəsində, Daxili İşlər Nazirliyinin X2 İdarəsinin Statistika şöbəsində müxtəlif vəzifələrdə işləmişdir.
37. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Kadrlar İdarəsinin 10 iyul 2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsi, X17 İdarəsi, X7 İdarəsi, X2 İdarəsi göstərilən dövrlərdə DİN-in Aparatının struktur qurumuna daxil olmuşdur.
38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununun 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.
39. 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununa yeni məzmunda 22.7-1-ci və 22.7-2-ci maddələr əlavə edilmişdir. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
40. Qanunvericiliyə edilmiş qeyd edilən dəyişiklik X9 24.08.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının daxili işlər orqanlarında işlədiyi müddətlə bağlı yanaşmanın tətbiqini istisna edir.
41. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyə edilən müvafiq dəyişikliyə əsasən, şəxsin dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına daxil edilməlidir. Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına daxil edilməsinin müvafiq qayda və şərtlərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilməmiş olması hazırda iddia tələbinin təmin edilməməsi üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə hesab edir ki, həmin hissədə də iddia əsaslı hesab olunaraq təmin olunmalıdır.
42. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
43. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
44. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, iddia tələbi iddiaçının hüquqi marağına uyğun olaraq iddiaçının 23.11.1979-14.03.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi və 20.07.1987- 25.10.1993-cü illərdə Daxili İşlər Nazirliyinin struktur qurumlarında işlədiyi dövrün dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması kimi təmin edilməlidir.
45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 23.11.1979-14.03.1983-cü illərdə Şaumyan rayon komsomol komitəsinin C.Naxçıvanski adına hərbi məktəbin komsomol komitəsinin katibi və 20.07.1987- 25.10.1993-cü illərdə Daxili İşlər Nazirliyinin struktur qurumlarında işlədiyi dövr dövlət qulluqçusu kimi qulluq stajına daxil edilərək əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva