Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4033/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinə dair yerləşmə cizgisinin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən torpaq sahəsinin yerləşmə sxeminin və yerquruluşu planının tərtib edilərək ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-südçülük sovxozu ünvanında yerləşən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə torpaq sahəsinin yerləşmə sxeminin və yerquruluşu planının verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Həmin müraciətinə məsələnin həllinin Cavabdeh səlahiyyətləri daxilində olmadığı və aiddiyəti üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etməli olduğu bildirilmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etsə də, həmin müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına dair qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. İlkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin səlahiyyətləri xaricindədir. Bildirmək istəyir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 15 yanvar 1990-ci il tarixli 22№-li qərarı və Azərbaycan SSR X8 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82№-li əmrinə uyğun olaraq anası - X4 xx.xx.1990-cı il tarixli həyətyanı torpaq sahəsinin verilməsinə aid akta əsasən Abşeron rayonu, Maştağa qəsəbəsi Tərəvəzçilik-südçülük sovxozu ünvanında fərdi yaşayış evi tikdirmək məqsədilə 0,12 ha torpaq sahəsi ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. Torpaq sahəsinin ayrılması haqqında aktın surətini və Azərbaycan SSR X8 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82 №-li əmrinin çıxarışını iddia ərizəsinə əlavə edir. Qeyd edir ki, X3 xx.xx.2019-cu il tarixində vəfat etməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixində vərəsəlik işi açılmışdır və o, mərhumun varisidir. Nəzərə çatdırır ki, tərəfindən bütün ərizələr etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən yazılmışdır. Bakı şəhəri Cavabdehnə ayrılmış torpaq sahələrinin yerləşmə sxemlərinin, ayrıc aktları, baş planları və koordinatlarnın verilməsi üçün müraciət etsə də, torpaq sahəsinə cizginin verilməsinin mümkün olmadığı bildirilmişdir. Odur ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-südçülük savxozu ünvanındakı torpaq sahəsinin yerləşmə sxeminin və yerquruluşu planın tərtib edilməsi ilə bağlı məsələnin həlli üçün məhkəməyə müraciət edir. Qeyd etmək istəyir ki, əvvəl torpaq sahasi Abşeron İcra Hakimiyyətinin balansında olsa da, hal-hazırda Cavabdeh balansındadır və Cavabdeh inzibati icraat qaydasında özü sorğu verərək Abşeron Rayon İcra Hakimiyyətindən torpaq sahəsinin koordinatlarını və yerləşmə sxemini tələb etməlidir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin təqdim edilməsi barədə sərəncam təqdim edilməsinə baxmayaraq iddia ərizəsinə qarşı hər hansı bir münasibət (etiraz) təqdim edilməmişdir.
4. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
6. Notarial qaydada təsdiq edilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır.
7. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən 26 iyul 2021-ci il tarixli DA-01119-2021 nömrəli məktubla verilmiş Azərbaycan SSR X8 Komitəsinin 13 fevral 1990-cı il tarrixli 82 nömrəli əmrindan çıxarışa əsasən torpaq istifadəçiliyinin və rayon təşkilatlarının razılığını nəzərə alaraq, Azərbaycan SSR Nazirlər Soveti 15 yanvar 1990-cı il tarixli 22 nömrəli qərarı ilə Azərbaycan SSR X8 Komitəsinin və Abşeron rayon XDS İcraiyyə Komitələrinə icazə vermişdir ki, kolxoz və sovxozların ictimai torpaqlar hesabına həyətyanı torpaq fondu artırılsın.
2. Taprşırılsın Yerquruluşu Layihə institutuna... ... və Abşeron rayonlarının XDS İcraiyyə Komitələrinə birgə həyətyanı torpaq sahələri ayrılmış vətəndaşlara sahələrin yerində təhkim edib, onlara torpaqdan istifadə hüququna dair şəhadətnamə versin.
8. Abşeron rayonu Maştağa Sovxozu “Həyətyanı torpaq sahəsinin verilməsinə aid” xx.xx.1990-cı il tarixli akta əsasən Abşeron rayonu Maştağa tərəvəzçilik-südçülük sovxozu qəsəbə sakini X1 tərəvəzçilik-südçülük sovozunun” xx.xx.1990-cı il tarixli 22 nömrəli əmrinə əsasən fərdi yaşayış evi tikdirmək üçün verilən 0.12 ha torpaq sahəsi yer üzərində ara nişanları ilə ayrılaraq vətəndaşa daimi istifadə üçün təhkim edilmişdir.
9. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış Ş-41/2-091/2-t/1 nömrəli xx.xx.2022-ci il tarixli imtina məktubuna əsasən bildirilmişdir ki, Cavabdeh səlahiyyətləri daxilində olmadığıdan aidiyyət iüzrə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə müraciət etməlidir.
10. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli **********66 nömrəli məktuba əsasən bildirilmişdir ki, torpaq sahəsnin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı) həmin torpaq sahəsinin ayrılmasına qərar qəbul etmiş təşkilat tərəfindən tərtib olunur. İlkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin səlahiyyətləri xaricindədir.
11. Bakı şəhəri Sabunçu rayon qeydiyyat şöbəsinin Maştağa qəsəbə bölməsi tərəfindən AZ-İİ seriyalı 016197 nömrəli Ölüm haqqında şəhadədətnaməyə əsasən X5 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2019cu ilin 09 ayının 14-ü günündə 164 nömrə ilə qeyd edilmişdir.
12. Bakı şəhəri 7 saylı Notariat ofisinin notariusu tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 26 sentyabr 2022-ci il tarixli 853 nömrəli məktuba əsasən, X2 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinə müraciət daxil olmuşdur. X3 xx.xx.2019-cu il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən oğlu İddiaçı mərhumun varisi olması barədə məlumat verərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik südçülük sovxozu ərazisində yerləşən 0.12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan SSR X8 Komitəsinin 13 fevral 1990-cı il tarixli 82 nömrəli əmrinə əsasən Abşeron rayon XDS İcraiyyə Komitəsinə kolxoz və sovxozların ictimai torpaqlar hesabına həyətyanı torpaq fondu artırılmış, ... və Abşeron rayonlarının XDS İcraiyyə Komitələri ilə birgə həyətyanı torpaq sahəsi ayrılmış vətəndşalara sahələrin yerində təhkim edib, onlara torpaqdan istifadə hüququna dair şəhadətnamə verilməsi əmr edilmiş, həmin əmrin icrası ilə əlaqədar iddiaçının mərhum anası X3 adına Abşeron rayonu Maştağa Sovxozu tərəfindən 0.12 ha ölçüdə “Həyətyanı torpaq sahəsinin verilməsinə dair” xx.xx.1990-cı il tarixli akt tərtib edilmişdir. İddiaçının mərhum anası həmin torpaq sahəsi ona ayrıldığı zamandan torpaq sahəsini istifadə etməsinə baxmayaraq, bugünədək torpaq sahəsinin yerləşmə cizgisini əldə edə bilməmişdir. T.Bədəlova xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən, onun vərəsəsi kimi, hazırki iş üzrə iddiaçı müəyyən edilmişdir. İddiaçı sözügedən sənədlər əsasında ona yerləşmə cizgisinin verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən onun müraciətindən yerləşmə cizgisinin verilməsinin onların səlahiyyətində olmaması əsası ilə imtina edilmişdir.
20. Halbuki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında apardığı inzibati icraat zamanı işin hallarını nəzərə almamış, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə cavab verən qaydada, lazımi şəkildə araşdırma aparmamış, işin faktiki və hüquqi hallarına düzgün qiymət verməmiş, nəticədə iddiaçının müraciətinə əsassız olaraq imtina cavabı verməklə, sonuncunun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur.
21. Belə ki, 2001-ci ilə qədər qüvvədə olmuş 9 noyabr 1991-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsi nəzərdə tuturdu ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılar daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək; 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaqdan istifadə hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq; 3) torpaq kadastrının aparılmasını təşkil etmək; 4) onların ərazisində və istifadəsində olan torpaqlarda əsas məhsul istehsalını nizama salmaq; 5) yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yertəsərrüfat quruluşu planlarının hazırlanması və həyata keçirilməsini təşkil etmək...; Həmin Qanunun 23-cü maddəsinə əsasən isə vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpağayırma qaydasında həyata keçirilir. Həmin Qanunun 100-cü maddəsinə əsasən yer quruluşu tədbirləri aşağıdakıları nəzərdə tutur: 1) respublika və zona proqnozlaşdırma sxeminin, torpaqların yaxşılaşdırılması proqnozlarının, eləcə də yer quruluşu sxemlərinin hazırlanmasını; 2) inzibati ərazi qurumları sərhədlərinin yerdə (naturada) müəyyən edilməsini; 3) torpaqların yerləşdirilməsində mövcud uyğunsuzluqlar, narahatlıqlar aradan qaldırılmaqla, yeni torpaq mülkiyyətçilərinin, sahiblərinin, istifadəçilərinin və icarəçilərinin torpaqlarının dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) torpaq sahələri ayrılması, torpaq üzərində mülkiyyət, torpağa sahiblik və ondan istifadə hüququnu təsdiq edən dövlət sənədlərinin (aktlarının) hazırlanmasını...»
22. Torpaq qanunvericiliyinin qeyd olunan tələbləri baxımından, həmin dövrdə rayon icraiyyə komitəsinin aktı ilə fərdi yaşayış evinin tikintisi üçün iddiaçının mərhum anasına torpaq sahəsi ayrılarkən, həmin vaxt qüvvədə olmuş torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq ilk öncə yer quruluşu sənədlərinə və torpağayırma qaydasına uyğun ayrılacaq torpağın naturada planı hazırlanmamış, sadəcə, torpaq ayrılması barədə aktın qəbulu ilə kifayətlənmiş, hal-hazırda da buraxılmış həmin nöqsanın aradan qaldırılaraq həmin torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində rəsmiləşdirilməsi üçün Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına təqdim edilməsi tələb olunan torpaq sahəsinin plan cizgisinin tərtib olunmasından əsassız olaraq imtina etmişdir.
23. Ən azından, plan-cizginin yoxluğu, həmin aktla ayrılan torpaq sahəsinin yerini, konfiqursiyası və ölçülərini dəqiqliyi ilə müəyyən olunmasını imkansız edir. Yəni, plancizgi mövcud olmadığı halda, torpaq sahəsinin əraziyə uyğun gəlib-gəlməməsini müəyyən edilməsini mümkünsüz olur və məhkəmə tərəfindən yerində baxış keçirilməsini səmərəsiz edir.
24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999- cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş (xx.xx.2012-ci il tarixli Fərmanla qüvvədən düşmüşdür) «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 28-ci bəndi isə nəzərdə tuturdu ki, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təmin etmək, torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsində kömək etmək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir.
25. Eyni zamanda, hazırda qüvvədə olan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir
26. Göründüyü kimi, cavabdeh, qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən öhdəliyini, o cümlədən, qəbul etdiyi X8 Komitəsinin əmri və torpaq sahəsinin verilməsi barədə aktla iddiaçının mərhum anasına ayrılan torpaq sahəsinin plan cizgisinin tərtib olunub ona verilməsindən imtina etməklə, iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun məhdulaşdırmış və onun “legitim gözlənti” hüququnu pozmuşdur.
27. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur.
28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar.
29. Həmin Qanunun 24-cü maddəsinin müddəalarına əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludu; 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur; 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Beləliklə, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Tərəvəzçilik-Südçülük sovxozu ünvanında yerləşən X4 ayrılmış 0.12 ha ölçüdə torpaq sahəsinə dair İddiaçı torpaq sahəsinin torpaq sahəsinin plan cizgisinin tərtib olunaraq verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva