Məhkəmə qərarları › İş №2-1(112)-4035/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4035/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4035/2020 05.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə 05 noyabr 2020-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 102 saylı sərəncamı ilə onun adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi, həmin torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq adına çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 102 saylı sərəncamı ilə iddiaçının adına Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün 1000 m2 torpaq sahəsi ayrılmışdır. Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 98 saylı sərəncamının 1-ci bəndində Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq ayrılmış 1000 m2 torpaq sahəsinin bazar qiymətinə satılması qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.2006-cı il tarixdə Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsi ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair akt tərtib edilərək imzalanmış və 27 mart 2006-cı il tarixdə Buzovna Bələdiyyəsinin xüsusi bank hesabına 800 (səkkiz yüz) manat keçirilmişdir. xx.xx.2019-cu il tarixdə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 m2 torpaq sahəsini dövlət reyestrindən qeydiyyatdan keçirərək çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ********** № li ərizə ilə müraciət edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli, **********67 saylı cavab məktubu ilə Xəzər rayonu, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfində yerləşən ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 m2 torpaq sahəsinə çıxarışın verilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi Xəzər Rayonu (keçmiş Əzizbəyov) Buzovna Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış torpaqların alqı-satqısına dair aktın keçmiş DTXK tərəfindən təsdiq edilməməsi və elektron bazada sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın aşkar olunmaması, həmçinin, ayrılmış torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisinə aid olunması, dörd torpaq sahəsinin eyni hasar daxilində olduğundan notarial qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməməsi göstərilmişdir. İddiaçı 2006-cı ildən sözügedən torpaq sahəsindən bu günə kimi faktiki olaraq istifadə edir və hər il Buzovna Bələdiyyəsinə torpaq vergisi ödəyir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olan ərazi dəmir-torla çəpərlənmiş və sözügedən torpaq sahəsi ilə ara məsafəsi 700 metrdir. Sözügedən torpaq sahəsi yalnız iddiaçının yaxın qohumu X2 məxsus torpaq sahəsi ilə eyni hasar daxilindədir və öz aralarında notarial qaydada təsdiqlənmiş razılıq ərizəsi vardır. Digər qonşularla sözügedən torpaq sahəsi arasında bütöv daş hasar var. Cavabdeh Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 № li Fərmanına istinad etsə də, torpaqların alqı-satqısına dair aktı keçmiş DTXK-i tərəfindən təsdiq edilməməsini əsaslandıra bilmir. Cavabdeh sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumatın elektron bazada aşkar olunmadığını qeyd edir və əlavə olaraq sözügedən ərazinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olmasını bildirir. Əgər həmin ərazi barədə elektron bazada heç bir məlumat yoxdursa, deməli, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması faktı da yoxdur. Beləliklə, cavabdeh orqan inzibati icraat zamanı işin bütün faktiki və hüquqi cəhətdən hallarını hərtərəfli, tam və obtektiv araşdırmamış, əsassız olaraq formal mülahizələrə istinad etmiş, heç bir sənəd, sübut təqdim etmədən tələbin təmin edilməsindən imtina etmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, buna görə də, iddiaçının pozulmuş mülkiyyət hüquqları bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuş, hazırlıq icraatının gedişində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4035/20 saylı, xx.xx.2020ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən iddiaya dair yazılı münasibət məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında göstərilmişdir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(112)-4035/2020 saylı qərardadına əsasən iddia “Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 102 saylı sərəncamı ilə Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə bağ evinin tikilməsi üçün ayrılmış 1000 kv.metr torpaq sahəsinin plan və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya ünvanlanmış **********67 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubunda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və izahatının sonunda iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı “Vətəndaş İddiaçı Buzovna qəsəbəsində 1000 kv.metr zəbt etdiyi torpaq sahəsinin bağ evinin tikilməsi üçün ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamını, torpaqların alqı-satqısına dair aktı və digər müvafiq sənədləri ərizəsinə əlavə etməklə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Maştağa yolunun sol tərəfindən yerləşən 1000 kv.metr torpaq sahəsinə aid adına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, ona imtina edilmiş, imtinaya səbəb kimi isə cavabdeh orqanın xx.xx.2019-cu il tarixli, **********67 saylı məktubunda bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt keçmiş DTXK tərəfindən təsdiq edilməmiş və elektron bazaya əsasən sözügedən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və dörd torpaq sahəsi eyni hasar daxilində yerləşdiyindən notariat qaydada təsdiq edilmiş bölgü sxeminin təqdim edilməsi və ya mərzlənməsi (hasarlanması, sənəd üzrə 1000.0 kv.m göstərilsə də, faktiki 4800 kv.m təşkil edir) məqsədəuyğundur. Bununla yanaşı yerləşmə cizgisində heç bir istinad bildirən məlumat yoxdur və bu səbəblərdən iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinin hüquqi əsası kimi “Vətəndaş İddiaçı Buzovna qəsəbəsində 1000 kv.metr zəbt etdiyi torpaq sahəsinin bağ evinin tikilməsi üçün ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli sərəncamına və həmin sərəncama əsasən tərtib edilmiş torpaqların alqı-satqısına dair akta istinad etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır. Həmin Məcəllənin 86.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının, habelə onlar üzərində icarə hüquqlarının alqı-satqısı torpaq hərracları və müsabiqələri vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 144.1.6-cı maddəsinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll olunan məsələlərə aid olunmuşdur. Konstitusiyanın 145.1 və 145.2-ci maddələrinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2001ci il tarixli Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən həmin Qanunun 6.5-ci maddəsinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli, 548 saylı Fərmanına əsasən müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 274 İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin: - 7-ci bəndinin tələbinə əsasən (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən) torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. - 18-ci bəndinə əsasən Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. - 19-cu bəndinə əsasən bələdiyyə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2002-ci il tarixli, 696 saylı Fərmanının tələbinə görə Əsasnamənin 7-ci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21ci, 22-ci bəndlərində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları həyata keçirirlər (mübahisəli sərəncamın qəbul olunduğu tarixdə qüvvədə olan redaksiyasına əsasən). Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları”nın “Vətəndaş İddiaçı Buzovna qəsəbəsində 1000 kv.metr zəbt etdiyi torpaq sahəsinin bağ evinin tikilməsi üçün ayrılması haqqında” Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi sərəncamının qəbul edildiyi və həmin sərəncam əsasında torpaqların alqı-satqısına dair aktın tərtib edildiyi tarixdə qüvvədə olan 5-ci bəndində göstərilmişdir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bələdiyyə torpaqlarının vətəndaşlara və hüquqi şəxslərə satışı onların ərizələrinə əsasən bələdiyyənin qərarı ilə, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı isə onlar arasında notarial qaydada bağlanan müqavilələrə əsasən həyata keçirilir. Həmin Qaydaların 08 iyul 2014-cü il tarixədək qüvvədə olan 8-ci bəndinin iyirmi dördüncü abzasında (8 iyul 2014-cü il tarixli, 215 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Torpaqların alqı-satqısı Qaydaları”nın 8-ci bəndinin iyirmi dördüncü abzası yeni redaksiyada verilmişdir) göstərilmişdir ki, bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. Məhkəmə, həm də, onu qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə “Torpaqların alqı-satqısı qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” təsdiq edilmişdir (8 iyul 2014-cü il tarixli, 215 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Torpaqların alğısatqısı Qaydaları”na Əlavə - “Torpaqların alğı-satqısına dair Akt” çıxarılmışdır). Göründüyü kimi sadalanan normalara əsasən müvafiq bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması üçün əvvəlcə rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmalı, ayrılması nəzərdə tutulan torpaq sahəsinin yeri, habelə torpaq sahəsinin yerləşdiyi zona və torpağın normativ qiyməti Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumu tərəfindən müəyyən edilməli, yalnız bundan sonra bələdiyyə torpağın dəyəri ödənildikdən sonra torpaq sahəsinin mülkiyyətə ayrılması barədə qərar qəbul etməli, torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilməli, aktı müvafiq bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalamalı və o, möhürlə təsdiq edilməli idi. Lakin iş materiallarından da göründüyü kimi, bələdiyyə tərəfindən mübahisələndirilən torpaq sahəsi satılarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl olunmamış, yəni bələdiyyə tərəfindən müvafiq icra hakimiyyəti orqanının rəyi alınmamış, əlavə olaraq torpaq sahəsinin yeri, yerləşdiyi zonası dəqiqləşdirilməmiş, həmin yerin planı və ölçüsü hazırlanmamış. torpaqların alqı-satqısına dair akt qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamış, yəni torpaq şöbəsinin müdiri tərəfindən imzalanmadan möhürlə təsdiq edilmişdir. Eyni zamanda bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair sərəncam vermək məsələsi bələdiyyə iclasında həll olunmaqla kollegial qaydada qərar qəbul olunmalı (həmin iclas protokollaşdırılmalı) olduğu halda, bələdiyyə sədrinin təkbaşına sərəncamı əsasında torpaq sahəsi ayrılmışdır. Göründüyü kimi, hazırki iş üzrə məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 102 saylı sərəncamı qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmişdir. Digər tərəfdən, işə əlavə edilmiş SOCAR**********30480092X00013 saylı, xx.xx.2020ci il tarixli mütəxəssis rəyində bildirilmişdir ki, Buzovna Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 102 nömrəli sərəncamı ilə vətəndaş İddiaçı ayrılmış torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsində olmuş və daha sonra Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 673 saylı sərəncamı ilə mülkiyyətçiyə (dövlətə) geri qaytarılmışdır. Həmçinin bildiririk ki, torpaq sahəsinin yaxınlığında (ən yaxın quyu 38-40 metr) çoxlu sayda ləğv olunmuş quyu mövcuddur. «Texniki təhlükəsizlik haqında» Azərbaycan Respublikası Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Lakin Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 102 saylı sərəncamı qəbul edilərkən göstərilən normaların tələbləri də nəzərə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair Xəzər rayonu (keçmiş Əzizbəyov) Buzovna bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 102 saylı sərəncamı qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş sənəd olduğundan onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması və reyestrdən çıxarışın verilməsi barədə tələbi əsaslı sayıla bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, Buzovna qəsəbəsi, Buzovna-Maştağa yolunun sol tərəfindəki ərazidə yerləşən 1000 kv.m torpaq sahəsinin bağ evinin tikinti üçün İddiaçı satılması barədə Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsinin 27 mart 2006-cı il tarixli, 102 saylı sərəncamı müvafiq dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun qəbul edilmədiyindən və bu hal da, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinin tələblərinə uyğun olmadığından iddiaçının hüquqlarının dövlət reyestrində qeydiyyata aılnmasına dair müraciəti cavabdeh tərəfindən əsaslı olaraq təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Eyni Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası tələbi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar