Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4036/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili “LCG Vəkil Bürosu”nun vəkili Vəkil, cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, İddiaçı 57 yaşı tamam olduğu 27.02.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o hal-hazıırda "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda əmək şəraiti ağır və zərərli olan operator vəzifəsində çalışmaqdadır. Hazırk vəzifəsi əmək şəraitinin ağır və zərərli olması barədə iş yerindən müvafiq arayış mövcuddur. Əmək fəaliyyətinə 1983-cü ildə hazırki adı "xxxx" MMC olan zavodda başlamışdır və bu günədək olan ümumii iş stajı 25 ildən, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə olan iş stajı isə 12 ildən artıqdır. Qeyd olunan hallar və Əmək Pensiyaları haqqında AR Qanununun tələblərini nəzərə alaraq tərəfindən 07.09.2021-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahiş edilmişdir. Müraciəti 15.09.2021-ci ildə Mərkəzi Filialda icraata götürülsə də, “Əmək Pensiyaları haqqında” AR Qanununun 31.2-ci maddəsinin tələbi pozulmaqla 10 gün müddətində cavablandırılmalı olan müraciət 22.10.2021-ci il tarixli məktubla cavablandırılmış və ona imtina cavabı verilmişdir. İmtinanın əsası kimi güzəştli iş stajının 12 il 6 aydan az olması, əmək kitabçasında 04.12.1995-02.01.2003-cü illər ərzində işlədiyi müəssisənin möhürünün yaxşı görünməməsi səbəbindən ümumi iş stajının 25 ildən az olması və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum məbləğindən aşağı olması qeyd olunmuşdur. Belə ki, güzəştli iş stajının 12 il 6 aydan az olması ilə bağlı qeyd olunan halın mövcud olmadığı hazırki iş yeri olan "xxxx" MMC-nin 01.03.2021-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Bundan əlavə əmək kitabçasında 04.12.1995-02.01.2003-cü illər ərzində işlədiyi müəssisənin möhürü ilə öz əksini tapmışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 30.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 məhkəmə iclasında verdyi izahatında iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq və iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; - iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1960-cı ildə Neftçala rayonunda doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - NZ seriyal; ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1960-ci il təvəllüdlü X1 22 oktyabr 1978-ci ildən 21 oktyabr 1980-cii ilədək hərbi xidmətdə olmuşdur. - notarial qaydada təsdiq və tərcümə edilmiş ИT-İ seriyalı ******* nömrəli 02.02.1981-ci il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı 02.02.1981-ci ildə “Azqaztikinti” trestinin 1 saylı TQİ-nə 2-ci dərəcəli çilingər-quraşdırıcı vəzifəsinə təyin edilmişdir (Əmr № 17-ok, 02.02.1981-ci il); 04.01.1982-cii ildə “Azqaztikinti” trestinin 4 saylı TQİ keçirilməsi ilə 1 saylı TQİ-dən işdən azad edilmişdir (Əmr № ok-14, 01.02.1982-ci il); 04.01.1982-ci ildə Lənkəran “Azqaztikinti” trestrinin 4 saylı TQİ-nə 1 saylı TQİ-dən keçirilmə ilə 4 saylı TQİ çilingər quraşdırıcı vəzifəsinə qəbul edilmişdir (Əmr № 8&19, 03.02.1982-ci il); 01.03.1982-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 14-4, 03.03.1982-ci il); 19.11.1982-ci ildə Neftçala rayonunda müvəqqəti olaraq çörək köşkünə satıcı təyin edilmişdir (Əmr № 200, 19.11.1982-ci il); 13.12.1982-ci ildə işdən azad edilmişdir (Əmr № 215, 13.12.1982-ci il); 08.07.1983-cü ildə Azərbaycan SSR Neftçala şəhəri 1 May adına Yod-Brom zavodu 2 saylı Yodtərkibli suyun hasilatı sexinə birinci dərəcə üzrə kompressor stansiyası maşşinistinin şagirdi vəzifəsinə qəbul edilmişdir (Əmr № 183-K, 07.08.1983-cu il); 01.01.1984-cü ildə 2-ci dərəcəli kompressor stansiyası maşinisti ixtisası verilmişdir (Əmr № 4-K, 04.01.1984-cü il); 01.05.1984-cü ildə 1 May adına Yod-Brom zavodu və yeni (tikilən) Neftçala Yod-Brom zavodu X7-Brom zavodu vahid müəssisəsinə birləşdirilmişdir (Əmr № 120-K, 03.05.1985-ci il); 01.05.1985-ci ildə həmin sexdə 2-ci dərəcəli nasos qurğuları maşinisti vəzifəsinə keçirilmişdir (Əmr № 112-K, 30.04.1985-ci il); 01.05.1985-ci ildə həmin sexdə 3-cü dərəcəli nasos qurğuları maşinist dərəcəsi verilmişdir (Əmr № 113- K, 05.05.1985-ci il);91.08.1994-cü ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 156-k, 01.08.1994-cü il); 01.08.1994-cü ildə Xıllı qəsəbə orta məktəbinə təsərrüfat müdiri vəzifəsinə qəbul olunmuşdur (Əmr № 66, 01.08.1994-cü il); 01.12.1995-ci ildə öz xahişi ilə vəzifəsindən azad edilmişdir (Əmr № 9, 01.12.1995-ci il); 04.12.1995-ci ildə İİ dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 19); 01.01.2003-cü ildə öz ərizəsinə əsasən vəzifəsindən azad edilmişdir (Əmr № 01-k, 02.01.2003-cü il); 01.09.2014-cü idə "xxxx" Şirkətlər Qrupu MMC- X3 Zavoduna 2-ci dərəcəli fəhlə vəziifəsinə qəbul edilmişdir (Əmr № 190-k, 01.09.2014-cü il); 02.10.2017-ci ildə Metal Konstruksiya zavodunun Qalvanika sexinə operator vəzifəsinə təyin edilmişdir (Əmr № 906, 02.10.2017-ci il); 29.01.2019-cu ildə Metal Konstruksiya zavodunun Qalvanika sexinə qalvanika operatoru vəzifəsinə təyin olunmuşdur (Əmr № Ş 061t/k, 29.07.2019-cu il); 04.09.2020-ci ildə Metal Konstruksiya zavodunun Qalvanika sexinə fəhlə vəzifəsinə təyin olunmuşdur (Əmr № 354/k, 04.09.2020-ci il). "xxxx" MMC tərəfindən verilmiş 27.11.2020-ci il tarixli 06 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 08.07.1983-cü ildən 01.08.1994-cü ilədək 1 May adına Yod-Brom zavodunda işləmişdir. "xxxx" MMC tərəfindən verilmiş 01.03.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı çalışdığı peşənin adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında vardır. O, tərkibində zərərli maddələr olan və ya konserogenlər olan qatışıqlarda metalların aşılanması ilə məşğul olur. Əmək kitabçasına əsasən, İddiaçı çalışdığı iş yeri və həmin iş yerlərində çalışma müddətləri aşağıdakı kimi olmuşdur: 01.09.2014-cü ildən 02.10.2019-cu il tarixədək “ATEF Şirkətlər Qrupu" MMC-nin "Metal Konstruksiya” Zavodunda qalvanıka sexində fəhlə vəzifəsində çalışıb.02.10.2019-cu ildən "xxxx" Şirkətlər Qrupu” MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanıka sexində operator vəzifəsinə keçirilib. Hazırda həmin vəzifədə çalışmaqdadır. İddiaçı əmək şəraiti ağır və zərərli olan işlərdəki iş stajı 6 il, 5 ay, 29 gün təşkil edir. İddiaçının hazırkı tələblə cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş **********9 saylı 22 oktyabr 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərində qeyd olunan 01.09.2014-02.10.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanika sexində işlədiyi fəhlə və 02.10.2019-cu il tarixindən bugünədək işlədiyi operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqü verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay (01.01.1984-01.08.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Eyni zamanda Mərkəzi Filiala tərəfindən təqdim edilmiş 2 fevral 1981-ci il tarixli HT-İ ******* nömrəli əmək kitabçasının surəti araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 10-13-cü səhifələrində 04.12.1995- 02.01.2003-cü il tarixləri arasındakı dövr ərzində aparılmış qeydlərdə möhürlərin oxunması mümkün olmamışdır. Bu səbəbdən də onun ümumi iş stajı 25 ildən az (19 il 3 ay 16 gün) təşkil edir. Bundan başqa fərdi hesabınının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37000,00 manat hesablandığı halda, fərdi hesabınının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 14350,92 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin təyinatı baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 01.01.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçının mübahisəli əmək fəaliyyəti illəri nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) : - 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.3-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddət sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsili, hərbi xidmət dövrü də nəzərə alınmaqla, onun 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı üçün müvafiq güzəştli iş stajı ilə bağlı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlar (“Güzəştli arayış”)da qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 01.09.2014-02.10.2019-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-nin “Metal Konstruksiya” Zavodunda qalvanika sexində işlədiyi fəhlə və 02.10.2019-cu il tarixindən hazırki vaxtadək işlədiyi operator vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqü verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay (01.01.1984- 01.08.1994-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu isə o, deməkdir ki, iddiaçıya 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməsi şərti iş üzrə ödənilmir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4036/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4036/2022
25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver