Məhkəmə qərarları › İş №2-1(112)-4037/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4037/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4037/2025 01.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı üçüncü şəxs X5 cəlb olunmaqla cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma öhdəliyinin inzibati orqanın üzərinə qoyulmasına dair iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X3 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16 A, mənzil 95 (yeni qaydalarla AZ1133, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, AB yaşayış sahəsi 4041-ci məhəllə ev 16 A mənzil 95 mülkiyyət hüququ üzrə ona məxsusdur. İş üzrə X5 onun keçmiş həyat yoldaşıdır. Onun evini nikahdan əvvəl atası 25 aprel 2014-cü il tarixli müqaviləyə əsasən almışdır, X5 ilə nikahları avqust 2014-cü ildə rəsmiləşdirilmişdir. Lakin həmin evə dair çıxarışı xx.xx.2023-cü ildə almışdır. Hal-hazırda X2 ayrılmışdır. O, başqa ünvanda yaşayır. O mülkiyyətində olan evdən X3 qeydiyyatdan çıxarılması üçün Suraxanı RPi-nin Qeydiyyat və şəxsiyyət vəsiqələri şöbəsinə müraciət etsə də həmin evdən qeydiyyatdan çıxarılmasından imtina edilmiş və bu barədə ona rəsmi məktub da verilmişdir. Belə hesab edir ki, həmin Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin cavabdehlərin həmin evdən qeydiyyatdan çıxarılmasından imtinası əsassızdır və həmin evdən qeydiyyatdan çıxarılması vəzifəsi Bakı şəhəri Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqələri şöbəsinə həvalə edilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeritam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi X5 başqa ünvanda yaşayır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında cəlb edilmişdir. II. Tərəflərin iştirakı və izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs məhkəmə iclası barədə məlumatlandırlsa da, iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. III. Tədqiq edilən sübutlar: Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 54/2-İ-21223/18/24 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətin müsbət həlli mümkün deyildir. Odur ki, aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2023cü il) çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16 A, mənzil 95 (yeni qaydalarla AZ1133, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. "xxxx" Mənzil Tikinti Koperativi ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, A/B yaşayış sahəsi, 4041-ci məhəllə ünvanında yerləşən "xxxx" MTK-ya məxsus tikilməkdə olan yaşayış binasının 3-cü giriş 3-cü mərtəbəsində 2 otaqlı 95 saylı mənzili X1 veməyi öhdəsinə götürmüşdür. "xxxx" Mənzil Tikinti Koperativinin arayışından görünür ki, X4 tərəfindən "xxxx" Mənzil Tikinti Koperativinin xəzinəsinə xx.xx.2014-cü il tarixində 3-cü korpus, 3-cü mərtəbə, 2 otaqlı, 95 saylı mənzil üçün 75192 manat ödənilmişdir. "xxxx" Mənzil Tikinti Koperativinin iclasının xx.xx.2014-cü il tarixli 01 saylı protokolundan çıxarışdan görünür ki, vətəndaş İddiaçı mnzil tikinti kooperativinə üzv qəbul edilmiş və ona MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, 4041-ci məhəllə, “AB” yaşayış sahəsi, 16 A ünvanda yerləşən kooperativ binanın 3-cü giriş, 3-cü mərtəbə, ümumi sahəsi 88.11 kv.m, yaşayış sahəsi 40.04 kv.m olan 2 otaqlı 95 saylı mənzil verilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Atlanta Mənzil Tikinti Kooperativinin 02 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, 4041-ci məhəllə, "AB" yaşayış sahəsi, 16 A ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasında 95 saylı mənzil İddiaçı məxsusdur. Həmin mənzildə daimi pasport qeydiyyatında olanlar və faktiki yaşayanlar barədə dəqiq məlumat yoxdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-48803/2024 saylı məlumatların və sənədlərin surətinin verilməsi barədə məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16A, mənzil 95 ünvanı üzərində X3 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. "xxxx" Mənzil Tikinti Koperativinin maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “AB yaşayış sahəsi, 16A ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" Mənzil Tikinti Koperativinə məxsusdur. Binanın 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 88.11 kv.m olan, 2 otaqlı, 95 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. Suraxanı rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı ilə cavabdeh X6 arasında Qaradağ rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il tarixdə, 636 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. IV. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. V. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, AB yaşayış sahəsi, 4041-ci məhəllə, ev 16 A, mənzil 95 (yeni qaydalarla AZ1133, ünvan 1 mənzil İddiaçı mülkiyyətindədir. 2014-cü ildə pay haqqını ödəməklə mənzili əldə etmiş və 2023-cü ildə mənzillin mülkiyyətinə keçməsinə dair çıxarış almışdır. Üçüncü şəxs iddiaçının keçmiş ailə üzvüdür. Belə ki, X5 iddiaçının həyat yoldaşı olmuş və nikahları pozulmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. - “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarda ifadə edilən hüquqi mövqeyinə əsasən: ...Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur... Konstitusiya Məhkəməsinin mövqeyini nəzərə alaraq məhkəmə qeyd edir ki, bu növ iddialara baxılarkən hər bir halda qeydiyyatdan çıxarılması tələb olunan şəxsin (şəxslərin) həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırmalıdır. Lakin üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvana əmlak (mülkiyyət, istifadə, icarə və sair) hüquqlarının yaranıb-yaranmaması, hazırda mövcud olub-olmaması (xitam verilməsi və ya itirilmiş hesab edilməsi) məsələsi inzibati mühakimə icraatı qaydasında baxılan hazırkı məhkəmə tədqiqatının predmeti ola bilməz. Çünki bu hüquqlar əmlak hüquqi xarakterli olub, mülki hüquq münasibətlərindən meydana gəlməklə, mülki mühakimə icraatı qaydasında baxılan işlərin predmeti ola bilər. İnzibati mühakimə icraatı qaydasında isə iddiaçının həmin şəxslər barəsində hüququna inzibati orqanın müdaxiləsinin qanuni olubolmaması məsələləri araşdırıla bilər. Məhkəmə hesab edir ki, hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxsin mübahisəli mənzilə dair hər hansı əmlak hüququna, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan şəxsləri mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq onu iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın inzibati icraat çərçivəsində qiymətləndirməklə həll edəcəyi məsələ deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsi qeydiyyatı həyata keçirən orqana hüquqi mübahisə doğurmayan hallar əsasında qeydiyyatdan çıxarılma əsaslarını müəyyənləşdirməklə qeydiyyatdan çıxarılmanı həvalə etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri Z.Xəlilov küçəsi - 540) apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar