Məhkəmə qərarları › İş №2-1(112)-4039/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4039/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4039/2021 27.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin qismən ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmanın ləğv edilməsi barədə istinad edilmiş Silahlı Qüvvələrin İntizam Nizamnaməsinin 61-ci maddəsinin “Ə” bəndinə əsasən verilmiş 0153 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinin hissəvi olaraq ləğv edilməsi, “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”nin 156 maddəsinin “V” bəndinə əsasən yəni xəstəliyə görə hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılmaqla xidmət vaxtı başa çatmamış həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı, məharət dərəcəsinin bərpa olunması, xəstəliklə bağlı ehtiyata buraxılarkən maddi təminatların və 13-cü əmək haqqının ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx xxxxxx 1979-cu ildə doğulmuşdur. 2001-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində çavuş gizir rütbəsində xidmətdə olunmuşdur. Xidmətinin 13 ilini ön cəbhədə qulluq etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2016-cı il tarixli 207 və 208 nömrəli əmirləri ilə “Lələtəpə” yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Xidmətdə olduğu müddətdə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 093t nömrəli, xx xxxx 2013-cü il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə, xx xxxx 2016-cı il tarixli əmirlə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallar, xx xxxx 2018-cü il tarixli əmrlə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2018) yubileyi medalı; xx xxxx 2018-ci il tarixli əmirlə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubley medalları ilə təltif olunmuşdur, 2011ci ildə bir, 2012-ci ildə bir, 2014-cü ildə iki, 2015- ci ildə üç, 2016-cı ildə bir, 2017-ci ildə bir, 2018-ci ildə beş dəfə Fəxri Fərmanlara təltif olunmuşdur. Barəsində müsbət xasiyyətnamə verilmişdir. O, məzuniyyətə gedərkən N nömrəli hərbi hissənin texniki nəzarət məntəqəsinin rəisi vəzifəsində işləmişdir. Məzuniyyətdən qayıtdıqdan sonra vəzifəsinə uyğun olaraq avtomobillərə buraxılan yanacaq-sürtkü materiallarının sənədlərinə baxarkən onun imzasının saxtalaşdırıldığını görüb komandirə məruzə etmişdir, (bundan sonra komandir onu şərəf məhkəməsinə vermişdir.) Şərəf məhkəməsində komandir verilən məlumatları yoxlayıb qanuni tədbir görmək əvəzinə ona Aərbaycan Respublikası Silahlı Qüvvələrinin intizam Nizamnaməsinin 61-ci maddəsinin, “ə” bəndi ilə yəni xidmət vaxtı başa çatmamış ehtiyata buraxılma inzibati cəzası verilmişdir. Hansı ki, onun xidmət etdiyi illərdə birinci dəfə ona intizam tənbehi verilmişdir. Silahlı Qüvvələrinin hüquq idarəsinin rəisinə də müraciət etmişdir. Müraciətlərin göndərilməsi barədə qəbzləri ərizəsinə əlavə etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 3128 nömrəli göndərişi ilə Müdafiə nazirliyinin mərkəzi hərbi poliklinikasının hərbi həkim komissiyasında göndərilmişdir. Həkim komissiyasının yekun rəyi alınmadan onu ordudan təxris etmişlər. O, bu barədə müvafiq şəxslərə xəstəliklə bağlı hərbi həkim komissiyasının rəyini göstərdikdə özlərinin səhv etdiklərini bildirərək əlavə təqdimatla onun ordu sıralarından “hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə əsasən “Xəstəliyə görə” ehtiyata buraxılmağına söz vermişdirlər. O etirazımı bildirərək N saylı hərbi hissə komandirinin özbaşnalığından, cinayət əməllərindən Sumqayıt Hərbi prokurorluğuna məlumat göndərmişdir. Onu 40 gün müddətinə məzuniyyətə göndərmişdirlər. Sonradan onu hərbi hissəyə çağıraraq xidmət müddətinin başa çatması ilə bağlı təyinat vərəqəsini götürüb hərbi komissarlığa göndərməyini bildirmişdirlər. Ştatlı Hərbi-Həkim Komissiyasının 3323 nömrəli, xx xxxx 2020-ci il tarixli qərarında müəyyən edilmiş xəstəlik və travmanın hərbi xidmət dövründə alındığı göstərilməklə, sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıq barədə şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3cü maddəsinə görə inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Şabran rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçı hazırki işin baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin qismən ləğv edilməsi və s.” tələbinə dair 2-1(112)-4039/2021 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar