Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4040/2023 02.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «bina tikintisi ilə bağlı bütün sərəncamların və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsi, binanın sökülməsi» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının Cavabdeh2nə və Bakı Şəhər İcra Hakimiyyətinə qarşı «bina tikintisi ilə bağlı bütün sərəncamların və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamənin ləğv edilməsi, binanın sökülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, döngə 1, 3 A saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş MH seriyalı ******* nömrəli 12 iyun 2009-cu il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı2 mülkiyyətindədir. Ev tikmək üçün torpaq sahəsi əvvəlcə 2003-cü ildə onun oğlu X5 və kürəkəni X2 ayrılmış və sonradan 2005-ci ildə X3 və İddiaçı2 notarial qaydada bağışlanmışdır. 2005-ci ildə Bakı ŞİH-nin rəhbərləri, "xxxx" MTK-nin səhmdarları, "xxxx" MMC-nin səhmdarları, Bakı şəhəri Suraxanı RİH-in rəhbərləri tərəfindən Bakı ŞİH başçısının 126 saylı 20 may 2005-ci il tarixli sərəncamı ilə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış sahəsinin şərq hissəsində şadlıq evinin tikintisi üçün ayrılmış ərazinin 0,4 ha sahəsində yaşayış binasının layihələndirilməsi və tikintisinə "xxxx" MMC-yə icazə verilmiş, sonradan "xxxx" MMC-nin və "xxxx" MTK-nın qarşılıqlı razılığına əsasən Bakı ŞİH başçısının 12 oktyabr 2005-ci il tarixli 267 saylı sərəncamı ilə Bakı ŞİH başçısının 20 may 2005-ci il tarixli 126 saylı sərəncamı ləğv edilmiş və həmin 0,4 ha torpaq sahəsi "xxxx" MTK-na ayrılmışdır, yəni fərdi yaşayış evi tikmək üçün iddiaçların ailəsinə torpaq sahəsi "xxxx" MTK-dan 2,5 il əvvəl ayrılmış. 2012-ci ildən indiyədək onların fərdi yaşayış evindən 7 metr məsafədə "xxxx" MTK tərəfindən inşa olunmuş 15 mərtəbəli binanın son 2 mərtəbəsi tikilən zaman və binada mənzil sahibləri məskunlaşdıqdan sonra və hazırda da binadan tikinti materiallarının tökülməsinə görə evin damı tamamilə sıradan çıxmışdır. Belə ki, dam örtüyündə binada tökülən tikinti materiallarının və başqa əşyaların təsiri nəticəsində damda çoxlu sayda deformasiyalar, deşiklər açılmış, su novakçaları sıradan çıxmış, damdan axan yağış suları evinin tavanını və divarını sıradan çıxartmış, 2-ci mərtəbədəki otaqlar kif göbələyi ilə örtülmüş, ev yaşayış üçün yarasız hala gətirilmiş, damın dirəkləri sınmış, dam örtüyü rənglənmiş, dam qum və beton ilə örtülmüş, dam örtüyünün elementləri qopub yerə düşmüşdür, su navolçalarından axan sular bünövrənin altını yumuş və armaturları paslandıraraq evin özülünü dağıtmışdır. "xxxx" MTK-nin sahibləri ilə "xxxx" MMC sahibləri və onların havadarları 2019-cu ildə yenidən əlaqəyə girərək yaşayış olan binanın üstündə əlavə 2 mərtəbələri tikən zaman 9 fevral 2020-ci il tarixdə və 21 aprel 2020-ci il tarixdə və sonralar 10 sm x 10 sm x 3 m ölçüdə taxta binadan düşərək evdəki 1 ədəd kondisioneri sıradan çıxarmış və həyətə düşmüşdür, binanın hörgüsündə istifadə olunan kərpic divarı küləkli havada uçurdaraq evin damına, hasarın üstünə, həyətə tökülmüş, damı, navolçaları, hasarı, qaz, su, kanalizasiya, elektrik və telefon xəttini sıradan çıxartmış, həyət binadan tökülən tullantı ilə örtülmüşdür ki, bu da insan həyatı üçün təhlükəlidir. 17 mart 2022-ci il tarixdə binadan atılan beton qırıntıları (bəziləri 10 kq-dan ağır idi), üzlük daşlar, metlax və s. tikinti materialları yenidən evə ziyan vurmuş, həyat üçün təhlükə yaratmışdır. 1 iyul 2022-ci il tarixdə binadan yeniyetmələr penoplastı yandıraraq kağıza büküb toyuq hininin və talvarın üstünə atmışlar və nəticədə talvar, hin, talvarın üstündəki taxtalar, plastik borular, su sayğacı yanmış, evin pəncərələrinin şüşələri sıradan çıxmışdır. Küləkli havada evdən ümumiyyətlə çıxa bilmaq mümkün deyil. Baş verənlərin səbəbi Bakı ŞİH qanun pozuntuları törətməklə, yəni binalar arasında ara məsafəsini gözləməyərək "xxxx" MTK-ya hündürmərtəbəli bina tikmək üçün torpaq sahəsi ayırmaqla ölkədə keçmişdə, bina tikilən zaman, indiki və gələcəkdə istifadə edilə bilinəcəkcək tikinti haqqında olan qaydaların, qanunların və Tikinti və Şəhərsalma Məcəlləsinin tələbləri kobudcasına pozulmuş və faktiki olaraq iddiaçıların həyatını təhlükə altında qoyulmuşdur. Belə ki, 11 iyun 1999-cu il tarxində «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edilmiş, həmin Qanunun icrası məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 30 avqust 1999-cu il tarixli 187 saylı Fərman verilmiş və bu Fərmanın icrası məqsədi ilə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Kollegiyasının 5 saylı 25 oktyabr 2001-ci il tarixli qərarı ilə «Dövlər şəhərsalma və norma və qaydaları» təsdiq etmişdir. Bu Qayadların 4.13-cü bəndində göstərilir ki, mərtəbəliyi 5 və daha çox olan və qarşı qarşıya duran binaların, bu binaların uzun tərəfləri və yaşayış otaqlarında pəncərələri olan yan divarları arasında məsafə ən hündür binanın 1,5 H-dan az olmamalıdır. 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə əsasən binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Bu Məcəllənin 69.4-cü maddəsinə əsasən, ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. Bu Məcəllənin 69.5-ci maddəsinə əsasən, ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: (69.5.1) divar hündürlüyünün 0,6 hissəsi. Ara məsafəsi ilə bağlı müfəssəl qayadalar yenidən Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 11 mart 2014-cü il tarixində 72 saylı qərarla təsdiq edilmişdir. Ona görə də Bakı ŞİH "xxxx" MTK-ya torpaq sahəsini ayıran zaman Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin təsdiq etdiyi 5 saylı 25 oktyabr 2001-ci il tarixli «Dövlər şəhərsalma və norma və Qaydaları»nın 4.13-cü bəndinin normalarına, (yəni yan divarları arasında məsafə ən hündür binanın 1,5 H-dan az olmamalıdır) və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.5.1-ci maddəsinin (divar hündürlüyünün 0,6 hissəsi) tələblərinə əməl etməklə, yəni ara məsafəsinə əməl etməklə torpaq sahəsini "xxxx" MTK-ya ayırmalı idi. Lakin "xxxx" MTK-ya məxsus hündürmərtəbəli bina iddiaçıların evinin 7 metrliyində ayrılmış və tikilmişdir. Halbuki, 45 metr hündürlüyündə olan bu 15 mərtəbəli bina (45m X 0,6 = 27m) həmin evdən 27 metr aralıda inşa olunmalı və sonra bu bina evdən 27 m məsafədə inşa olunmasına icazə verilməli idi. Əgər nəzərə alınsa ki, "xxxx" MTK-ya ayrılmış torpağın sahəsinin eni cəmi 32 m-di,r onda hündürmərtəbəli bina tikilməsi üçün burda torpaq sahəsi ümumiyyətlə ayrılmamalı idi. Bu da, binaya verilən sənədlərin qeyri-qanuni olduğuna əsaslı sübutdur. Bundan başqa, bina iddiaçıların həyatı üçün potensial təhlükə mənbəyi olduğundan, pnların Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsi ilə təsbit olunmuş “təhlükəsiz yaşamaq hüququ” pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Bu barədə dəfələrlə "xxxx" MTK-nın rəhbərlərinə, Suraxanı RİH-ə, Bakı ŞİH-ə, Daxili İşlər Nazirliyinə, Cavabdeh2nə şikayət ərizəsi ilə müraciət edilmişdir. Ərizələrdə göstərilmişdir ki, hündürmərtəbəli binadan həyətə düşən istənilən əşya iddiaçıların ailə üzvlərinin həyatına son qoya bilər, onların təhlükəsiz yaşamağının təmin edilməsində kömək edilsin. Bütün şikayət məktublarına cavablarda "xxxx" MTK-nın rəhbərlərinə tapşırılmışdır ki, iddiaçıların həyətyanı sahəsinə tikinti materiallarının və başqa material və tullantıların atılmasının qarşısı alınsın. "xxxx" MTK faktiki olaraq göstərilən nöqsanların qarşısını almamışdır. Bakı ŞİH-nin və Suraxanı RİH-nin qanunsuz hərəkətləri və hərəkətsizliyi "xxxx" MTK-nın rəhbərlərinə rəvac vermişdir ki, onlar, iddiaçıların həyatını daima təhlükə altında saxlasın, yəni öz evlərində və həyətində sərbəst yaşamaq onlar üçün qeyri-mümkündür ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə ziddir. Bundan başqa, Bakı ŞİH-ə dəfələrlə müraciət edilərək "xxxx" MTK-ya verilmiş sərəncam və icazələrin ləğv olunması və binanın sökülməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı ŞİH bundan da imtina etmişdir. 2022-ci ilin mart ayının 17-də yenidən binadan (bu dəfə binanın damından) 3 nəfər şəxs evin damına və həyətə müxtəlif tikinti materialları atmış və bununla da evin dam örtüyündə və su navolçalarında müxtəlif deşiklər açılmışdır. Polisə şikayət olunduqdan sonra İdarədən gəlib baxış keçirilmişdir, lakin iİndiyədək cavab yoxdur. 2019 və 2020-ci illərdə binada sakinlər yaşamasına baxmayaraq 15 mərtəbənin üstündə əlavə 2 mərtəbənin tikintisi aparılıb, Suraxanı RİH rəhbərliyi dəfələrlə sakinlərlə görüşüb, lakin tikintinin aparılmasının qarşısını almayıb, ancaq binanın sakinlərin faktiki olaraq çoxsaylı şikayət və tədbirlərindən sonra tikinti dayandırılıb. Bundan sonra əlavə mərtəbələr sökülüb və yenə də evə, həyətə beton qırıntıları tökülüb. Göründüyü kimi, iddiaçıların öz evində təhlükəsiz yaşaması mümkün deyil və yuxarıda göstərilən dəlillər də bunu sübut edir. Hesab olunur ki, "xxxx" MTK-ya bina inşa etmək üçün verilən sərəncamlar, icazələr ləğ edilməli, bina sökülməlidir. Bu hərəıkətlər iddiaçılara məxsus olan qeyri-maddi nemətlərə, yəni yaşayış yeri seçmə, dinc yaşama hüquqlarını pozmaqla onlara mənəvi sarsıntı, iztirab verir. Bakı ŞİH-in qanunsuz hərəkətləri (hərəkətsizliyi) təqsirli hərəkətinin nəticəsi olaraq keçirilən əsəb gərginliyi nəticəsində iddiaçının ailəsində 2 nəfər onkoloji xəstəliyə, 2 nəfər 2-ci tip diabet xəstəliyinə, 4 nəfər isə allergiya xəstəliyinə tutulub. Yuxarıda göstərilənlər sənədlər onu sübut edir ki, "xxxx" MTK-yə Bakı ŞİH bina tikmək üçün verdiyi sənədlər qeyri-qanunidir və yuxarıda göstərilən epizodlar, hadisələr sübut edir ki, iddiaçılar öz evində həmişə təhlükə altında yaşayırlar ki, bu da Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə ziddir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusuyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150-ci maddələrinə əsaslanaraq, məhkəmədən "xxxx" MTK-ya bina tikmək üçün verilmiş bütün sərəncamların ləğv edilməsi, "xxxx" MTK-ya verilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə”nin ləğv edilməsi, binanın sökülməsinin təşkil olunması, dövlət rüsumunun cavabdeh Bakı ŞİH tərəfindən iddiaçılara ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədlə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. Lakin cavabdehlərin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı1 və cavabdeh AR Cavabdeh2 nümayəndəsi gəlmişlər, digər cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 30.4 və 62.3-cü maddələrinin tələblərini rəhbər tutaraq, iş üzrə iclasın keçirilməsini mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın əsassız olduğunu bildirdi və qeyd etdi ki, bina 2013-2014-cü illərdə "xxxx" MTK tərəfindən inşa olunmuşdur və iddia həmin quruma qarşı qarşı yönəlməlidir. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.3) inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçıların iddiası iki cavabdehə – Bakı ŞİHə və Azərbaycan Respublikası Cavabdeh2nə qarşı sərəncamların və şəhadətnamənin ləğv edilməsi və binanın sökülməsi tələblərindən ibarətdir. İddiaçıların mübahisələndirdiyi sərəncamlar 2005-ci ildə qəbul olunmuşdur və həmin sərəncamların rəsmi təqdim edilib-edilməməsi məlum oilmasa da, iddiaçıların həmin sərəncamlar əsasında müvafiq ərazidə tikinti işləri aparılmasından ötən müddət ərzində məlumatlı olması inkar edilən deyil. Həmçinin qeyd olunmalıdır ki, iddiaçılar üçün arzuladıqları məqsəd baxımından tikinti işlərinin tamamlanma mərhələsində sərəncamların mübahisələndirilməsi əlverişli iddia kimi çıxış edə bilməz. Bu baxımdan, onların mülki məhkəmə icraatı qaydasında tikinti işlərini aparan quruma qarşı iddia qaldırması daha məqsədyönlü sayıla bilər. İddiada tələb kimi irəli sürülən “binanın sökülməsi” də yuxarıda qeyd edildiyi kimi, mülki məhkəmə icraatının predmeti ola bilər. Halbuki, iddiaçılar bu tələbi inzibati məhkəmə icraatı qaydasında Azərbaycan Respublikası Cavabdeh2nə qarşı irəli sürmüşlər və inzibati məhkəmə icraatı çərçivəsində iddiaya bu hissədə və həmin cavabdehə qarşı baxılması mümkün deyil. Eləcə də iddiada “torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” də mübahisə predmeti kimi çıxış edir, lakin həmin şəhadətnamə hazırkı cavabdehlər tərəfindən verilmədiyindən, iddiaya həmin hissədə baxıla bilməz. Cavabdehin dəyişdirilməsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, bu hal cavabdehlərə münasibətdə İPM-in 30-cu maddəsində təsbit olunmuş həmiştirakçılıq prinsipləri ilə uzlaşmadığından, məhkəmə tərəfindən iddiaçı tərəfə müvafiq dəyişikliklə bağl tövsiyə edilməmişdir. Nəzərə alınmalıdır ki, həm mübahisə predmeti olan sərəncamların qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – 1964-cü il tarixli Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinn müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Məhkəmənin qənaətinə görə üçüncü şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldıran hal kimi çıxış edə bilməz. Mümkünlük şərtlərinin yoxlanılması baxımından ilk növbədə iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia sərəncamların ləğv edilməsi barədədir. Yəni, hazırkı iddia “mübahisələndirmə haqqında” iddia qismində təqdim olunur. İnzibati aktın mübahisələndirilməsi haqqında iddialar xüsusi rejimə və xüsusi mümkünlük şərtlərinə tabedir. Bu qəbildən olan iddialar üzrə qanunverici tərəfindən komkret müddət məhdudiyyəti nəzərdə tutur və iddiaçı tərəf iddianı müddət kriteriyalasına riayət etmədən qaldırmışdır. İddia ərizəsində həmin sərəncamların iddiaçılar tərəfindən müvafiq iddia müddəti ötürülməklə mübahisələndirilməsinin səbəbləri göstərilməmiş və bu məsələlərdən ümumiyyətlə bəhs olunmamışdır. İnzibati məhkəmə icraatında iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş bütün şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin inzibati orqan olması ilə bağlı şərtlər, eləcə də inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Bu şərtlərdən biri də iddianın qanunla müəyyən edilmiş müddətdə verilməsidir. Ona görə də, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, iddianın iddia müddətinə dair normalara riayət olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi sabitliyin və təhlükəsizliyi, eləcə də mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Belə şəxslər qanunla müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda haqlı sayıla bilməzlər. Bir xüsusatı da məhkəmə vurğulayır ki, hazırkı iddia iki iddiaçı – İddiaçı1 və İddiaçı2 tərəfindən qaldırılsa da, söküntüsü tələb olunan və barəsində verilmiş sərəncamlar mübahisələndirilən tikilinin yaxınlığında yerləşən (aralarındakı ara məsəfəsinin az olması iddianın əsaslarından biri kimi çıxış edir) müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində onlardan birinin – İddiaçı2 mülkiyyəti kimi qeydiyyata alınmışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hər iki cavabdehə qarşı irəli sürülən tələblər üzrə hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4040/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4040/2023
02.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver