Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4043/2022 30.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X18 Ağa qızının katibliyi, İddiaçı, Cavabehin nümayəndəsi X2, 3-cü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X11 işə cəlb edilməklə qeydiyyatın ləğv edilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia etdiyi “C” tikilisi fərdi yaşayış evi üzərndə X7 aid mülkiyyət hüququn ləğvi və onun həmin fərdi yaşayış evi üzərində və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə müvafiq çıxarışın və planın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(112)- 957/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə (hakim Elvin Əliyev) Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 742 saylı sərəncamı ilə qismən “C” tikilisi ləğv edilsə də, onun iddia etdiyi “C” tikilisi fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməmişdir. Həmin məhkəmə qərarı əsasında Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 742 saylı sərəncamında onun tələbi nəzərə alınmaqla dəyişiklik edilmişdir. Baxmayaraq ki, hazırki cavabdeh məhkəmə prosesinə cəlb edilmişdir, lakin məhkəmənin sözügedən qərarının icrası ilə əlaqədar qəbul edilmiş Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 286 saylı sərəncamı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfinədn icra edilməmişdir və hal-hazırda həmin daşınmaz əmlaklar (“A”, “B”, “C” tikililəri) X4 mülkiyyətindədir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qeydiyyata alınması üçün fərdi yaşayış evi “C” tikilisi və torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınmasına dair sənədlər təqdim edilməmişdir. Hesab edir ki, X5 “C” tikilisi üzərində mülkiyyət hüuquna xitam verilməli, bu barədə reyestr məlumatlarında müvafiq qeyd aparılmalı və həmin “C” tikilisi və onun yerləşdiyi torpaq sahəsi üzərində onun mülkiyyət hüququ tanınmalıdır. Onun 10 sentyabr 2021-ci il tarixli cavabdehə göndərdiyi müraciətə cavab olaraq, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasını göstərirlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4043/2022 saylı, 16 mart 2022-ci il tarixli qərardadına əsasən X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, iddia etdiyi “C” tikilisi fərdi yaşayış evi üzərində X7 məxsus çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqəlar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət araşdırılmış və daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında ləğv edilə bilməsi ilə bağlı vətəndaşa **********41 saylı, xx.xx.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən 3-cü şəxs iddianı qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normalarına əsasən hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-957/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 742 saylı sərəncamının mərhum X8 məxsus 2-ci Yasamal küçəsi 31 saylı evdə 22,8 kv.m.; 22.8 kv.m yaşayış otaqları, 10.4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3.7 kv.m.; 3,7 kv.m. ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız sayılmışdır. - Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamına əsasən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-957/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına dəyişiklik edilmişdir. Qeyd olunan məhkəmə qərarında Yasamal rayon İcra Hakimiyyəti başısının 742 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının mərhum X8 məxsus 2-ci Yasamal küçəsi, 31 saylı evdə 22,8 kv.m.; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3,7 kv.m.; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız sayılması qərara alınmışdır. Qeyd olunanlar nəzərə alınaraq, Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına dəyişiklik edilmiş, Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-cii l tarixli sərəncamının mərhum X8 məxsus 2-ci Yasamal küçəsi, 31 saylı evdə 22,8 kv.m.; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3,7 kv.m.; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız hesab olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********41 nömrəli, xx.xx.2021-ci il tarixli məktuba əsasən iddiaçının Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsi 31 saylı fərdi yaşayış evinə dair verilmiş dövlət reyestrindən çıxarışın ləğv edilməsi və qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2021-ci il tarixli ərizəsinə baxılaraq bildirilmişdir ki, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkmə qərarı və ya mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında ləğv edilə bilər. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********28 nömrəli, xx.xx.2022-ci il tarixli “ünvana dair müvafiq sənəd surətlərinin verilməsi barədə” məktub və həmin məktubla təqdim edilmiş sənədlərin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 31 saylı fərdi yaşayış evi 19 saylı DNK-nın 2-V/304 reyestr nömrəli, xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2006-cı il tarixdə X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********97 nömrəli, xx.xx.2022-ci il tarixli “Qeyd olunan ünvana dair müvafiq sənədlərin surətlərinin verilməsi barədə” məktuba əlavə edilmiş sənədlərdən müəyyən edilmişdir ki: Bakı şəhəri, Yasamal rayonu, 2-ci Yasamal küçəsi, 31 saylı fərdi yaşayış evi Bakı şəhərində bələdiyyələşdirilməmiş tikintilərin qeydiyyat kitabında 239 nömrəsi ilə, 16070-ci səhifədə, xx.xx.1970-ci il tarixdə qeydiyyata alınmış reyestrindən çıxarışa əsasən X6 adına qeydiyyata alınmış, həmin əmlaka dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Naziliyi tərəfindən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndiriməsinə aid” pasport tərtib edilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli xx.xx.2005-ci il tarixli səərncamına əsasən 2-ci Yasamal küçəsi 31 saylı evdə yaşayan X1 rayon İcra Hakimiyyətinə şəxsi mülkiyyətində olan evində aparılmış əlavə tikintilərin sənədləşdirilməsi haqqında müraciət etmişdir. Müraciəti araşdıran zaman məlum olmuşdur ki, qeyd olunan ev C.Cabbarovun anası mərhum X8 məxsusdur. X.Cabbarova 1983-cü ildə vəfat etmişdir. Evdə hazırda mərhumun oğlu C.Cabbarov yaşayır. Keçmiş illərdə mərhumun vərəsələri tərəfindən evin “A” tikintisində yarımzirzəmi 27.0 kv.m artırılmış, birinci mərtəbədə “1”, “2”, “3” hissələrinə bitişik 27.0 kv.m şüşəbənd, həyətdə 29,7 kv.m; 19.66 kv.m; 8,9 kv.m ölçüdə yaşayış otaqları, 11,5 kv.m ölçüdə dəhlizdən ibarət yaşayış evi, 22,8 kv.m; 22,8 kv.m yaşayıq otaqları, 10,4 kv.m; 10,4 kv.m ölçülərdə dəhlizlər, 3, kv.m; 3,7 kv.m ölçülərdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evi tikilmişdir. Aparılmış tikintilərin texniki vəziyyəti qənaətbəxş olmaqla istismar üçün yararlıdır. Qeyd olunanlar nəzərə alınaraq, mərhum X8 məxsus 2-ci Yasamal küçəsi 31 saylı evdə “A” tikintisində yarımirzəminin 27,0 kv.m artırılması, birinci mərtəbədə “1”, “2”, “3” hissələrinə bitişik 27.0 kv.m şüşəbənd, həyətdə 29,7 kv.m; 19,66 kv.m; 8,9 kv.m yaşayış otaqları, 11,5 kv.m ölçüdə dəhlizdən ibarət yaşayış evi, 22,8 kv.m; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m; 10,4 kv.m ölçülərdə dəhlizlər, 3,7 kv.m; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evi tikilməsi faktı təsdiq edilmiş, 2-ci Yasamal küçəsi 31 saylı evin sənədlərinə və texniki pasportuna müvafiq dəyişiklik edilməsi Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən xahiş edilmişdir. Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən 22 dekabr 2005-ci il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edilmişdir ki, 06 mart 1983-cü ildə vəfat etmiş X6 vərəsəsi Bakı şəhəri, 2-ci Yasamal küçəsi, ev 31-də yaşayan X9r və o miras əmlakdan irs almalıdır. Bakı şəhəri İnventarlaşdırma bürosundan kitab 239, səh. 16070, xx.xx.1970-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, 2-ci Yasamal ev 31-də yerləşən yaşayış sahəsi 149.0 kv.m olan 8 səkkiz otaqlı evdən ibarətdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 15 noyabr 2021-ci il tarixli, **********41 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsini xahiş etdiyi tikililər, ünvan 4 ünvanında yerləşən mərhum X6 mülkiyyətində olmuş fərdi yaşayış evinin “A” tikintisində onun vərəsələri tərəfindən yarımirzəmi 27,0 kv.m artırılmış, birinci mərtəbədə “1”, “2”, “3” hissələrinə bitişik 27.0 kv.m şüşəbənd, həyətdə 29,7 kv.m; 19,66 kv.m; 8,9 kv.m yaşayış otaqları, 11,5 kv.m ölçüdə dəhlizdən ibarət yaşayış evi, 22,8 kv.m; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m; 10,4 kv.m ölçülərdə dəhlizlər, 3,7 kv.m; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evi tikilmişdir. Həmin tikililərin tikilməsı faktı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti baçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən təsdiq edilmişdir. Bakı şəhəri 19 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 dekabr 2005-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən X11 Bakı şəhəri İnventarlaşdırma bürosundan kitab 239, səh. 16070, xx.xx.1970-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, 2-ci Yasamal ev 31-də yerləşən yaşayı şsahəsi 149,0 kv.m olan 8 otaqdan ibarət evə dair miras əmlakdan irs almışdır. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti başçısının 742 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamına əsasən X4 mübahisəli tikililərə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti başçısının 742 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamının inzibati məhkəmə icraatında mübahisələndirilməsi nəticəsində qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-957/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal rayon icra Hakimiyyəti başçısının 742 nömrəli xx.xx.2005-ci il tarixli sərəncamı, mərhum X8 məxsus 2-ci Yasamal küçəsi 31 saylı evdə 22,8 kv.m.; 22.8 kv.m yaşayış otaqları, 10.4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3.7 kv.m.; 3,7 kv.m. ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız sayılmışdır. Sözügedən qərarın icrası ilə əlaqədar olaraq Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 286 nömrəli xx.xx.2019-cu il tarixli sərəncamı qəbul edilmiş və həmin sərəncama əsasən Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına dəyişiklik edilmiş, Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-cii l tarixli sərəncamının mərhum X8 məxsus 2-ci Yasamal küçəsi, 31 saylı evdə 22,8 kv.m.; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3,7 kv.m.; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız hesab olunmuşdur. Göründüyü kimi, iddiaçının iddia etdiyi tikililərin 3-cü şəxsin adına qeydiyyata alınmasına əsas olmuş hüquqmüəyyənedici sənəd olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına dəyişiklik edilərək, sözügedən sərəncam Yasamal rayon İcra Hakimiyyəti başçısının 742 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamı mərhum X8 məxsus 2-ci Yasamal küçəsi, 31 saylı evdə 22,8 kv.m.; 22,8 kv.m yaşayış otaqları, 10,4 kv.m.; 10,4 kv.m ölçüdə dəhlizlərin, 3,7 kv.m.; 3,7 kv.m ölçüdə mətbəxlərdən ibarət iki mərtəbəli yaşayış evinin tikilməsi faktının təsdiq edilməsi hissəsində etibarsız hesab edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Beləliklə məhkəmə işin yuxarıdakı hallarını qanunvericiliyin qeyd edilən normalarına tətbiq etməklə hesab edir ki, iddiaçının ləğv edilməsini xahiş etdiyi tikililərin 3-cü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılmasına əsas olmuş hüquqmüəyyənedici sənəd qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edildiyindən və qanunvericiliyin normalarına əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayıldığından və heç bir hüquqi nəticə yaratmadığından, 3-cü şəxsin adına aparılmış qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin “C” tikilisinə dair X4 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4043/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4043/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver