Məhkəmə qərarları › İş №2-1(112)-4044/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4044/2023

20.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4044/2023 20.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illlik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı olduğu faktını nəzərə alınaraq, pensiya hüququnun yarandığı xx.xx.2018-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il tarixdə Quba rayonunda anadan olmuşdur. Hazırda fərdi əməklə məşğul olur. Belə ki, ilk dəfə 1980-ci il tarixdə əmək fəaliyyətinə başlamışdır. Qeyd etmişdir ki, orta məktəbi bitirdikdən sonra 1980-1982-ci illər ərzində Hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 1982-ci il tarixdə Quba rayonu S.Vurğun adın sovxozda fəhlə kimi işə başlamışdır. 1983-cü ildə təhsillə əlaqədar olaraq öz xahişi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü ildən 1984-cü ilə kimi Bakı şəhəri 22№-li Texniki məktəbində elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. 1984-cü ildən 1997-ci ilə kimi Abşeron Quraşdırma İdarəsində əl ilə elektrik qaynaqçısı işində çalışmışdır. xx.xx.1997-ci ildən xx.xx.2003-cü ilə kimi əvvəlki adı X7 və İstirahət evində çilingər işində çalışmışdır. xx.xx.2003-cii ildən-xx.xx.2007-ci ilə kimi Bos Şelf LTD-də əl ilə elektrik qaynaqçısı peşəsində çalışmışdır. xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə kimi 6 saylı "Neftqaztikinti" Quraşdırma idarəsində əl ilə elektrik qaynaqçısı vəzifəsində çalışmışdır. Bu günə kimi ümumilikdə 28 il əmək stajı var. Ona pensiya təyin olunması ilə əlaqədar olaraq cavabdeh orqana rəsmi müraciət etməsinə baxmayaraq bundan əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazları məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1- ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 13 il 14 gün (xx.xx.1980 - xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982 - xx.xx.1983-ci il, xx.xx.1984 - xx.xx.1985-ci il, xx.xx.1997 – xx.xx.2003-cü il, xx.xx.2003 - xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir və və bu qanunvericiliklə tələb edilən müddətdən (25 il) azdır. Güzəştli iş stajı isə 3 il 11 ay 10 gün (xx.xx.2003 xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İşin mübahisələndirilən halı İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrlərdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 15 may 2020-ci il tarixli Əmək pensiyaları haqqında” Qanunun 1.0.1,1.0.2 və 1.0.5-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; İddiaçı təqdim etdiyi "xxxx" ASC-nin arayışında xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək əməkhaqqı alması barədə məlumat mövcud deyildir. Yuxanda qeyd edilən təməl prinsipə əsasən vətəndaş əməkhaqqı almadığı üçün həmin dövr sığorta stajı kimi hesablana bilməz. Beləliklə, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq hesab edilir ki, İddiaçı sözügedən müəssisədə ona əməkhactctı ödənilməsi barədlə məlumat mövcud olmadığından həmin dövrlərin sosial sığoria stajına daxil edilməsi qanunamüvafiq deyildir. Məhz bu səbəblərə görə də İddiaçı Qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq, sizdən İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarına əsasən xx.xx.1961-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1982-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş Г 601296 nömrəli, xx.xx.1984-cü il tarixli diplomun surətinə əsasən İddiaçı xx.xx.1983-cü ildə Azərbaycan SER Bakı şəhərindəki 22 nömrəli Texniki Məktəbinə daxil olmuş xx.xx.1984-cü ildə elektrik qaynaqçısı ixtisasını bitirmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИТ-İ ******* nömrəli, xx.xx.1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1982-ci ildə S.Vurğun adına sovxozda fəhlə vəzifəsinə qəbul olunmaqla inşaat briqadasına təhkim olunmuşdur, xx.xx.1983-cü ildə ərizəsinə əsasən inşaat briqadasından azad edilmiş və 6-cı briqadaya təhkim edilmişdir, xx.xx.1983-cü ildə oxumağa getməsi ilə əlaqədar sovxozun fəhləsindən azad edilmişdir. xx.xx.1984-cü ildə "Qafqazenergomontaj" tresti Mingəçevir quraşdırma idarəsində üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilib, xx.xx.1984-cü ildə işdən azad edilib, xx.xx.1984-cü ildə 3-cü dərəcəli qaynaqçı qismində keçirilmiş, xx.xx.1985-ci ildə trest rəisinin sərəncamı ilə Abşeron idarəsinə keçirilməklə işdən azad edilmiş, xx.xx.1985 ci ildə "Qafqazenergomontaj" tresti Abşeron quraşıdırma idarəsi "KEM" Volqodonsk quraşdırma trestindən keçirilməklə BQİ-nə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1987-ci ildə kursların bitirməsindən sonra İİİ kateqoriyalı boru kəmərlərinin REDS-nə buraxılmış və dördüncü dərəcə verilmiş, 20.02.97-ci ildə işdən azad edilmiş, xx.xx.2003-cü ildə "xxxx" LTD-ə müqaviləyə əsasən qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci ildə əmək müqaviəsinə xitam verilmiş, xx.xx.2008-ci ildə “Neftqaztikinti” Trestində 6 saylı Tikinti Quraşdırma İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq 4-cü dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.2008-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalminj Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin X2 müəssisəsi X6 02 nömrəli, 29 sentyabr 2022-ci il tarixli Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı oğluna ondan ötəri ki, o, həqiqətən Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, Q.Qarayev 14 ünvanında yerləşən ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin X2ndə (əvvəlki adı X7 və İstirahət evi) xx.xx.1997-ci il tarixli 04 saylı əmri ilə slesar-santexnik vəzifəsinə qəbul olunmuş. xx.xx.2003-ci il 32 saylı əmrlə tutduğu vəzifədən azad olunmuşdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Arayışında qeyd olunmuşdur ki, Verilir həmin arayış İddiaçı Seytəl oğluna ondan ötrü ki, həqiqətən Abşeron quraşdırma idarəsinə xx.xx.1985-ci il tarixindən (əmr №154k) xx.xx.1997-ci il tarixinə kimi əl ilə elektirik qaynaqçısı işində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pcnsiyyası hüquqi verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahsında 35-ci hissədə ( ümumi peşələr ) öz əksini tapmış, əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı Seytəl oğlunun güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı yaranmışdır. Abşeron quraşdırma idarəsinin adı dəyişdirilib Enerjiquraşdırma KEM ASC adlanmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin X2 X6 xx.xx.2023-cü il tarixli, 3-17-3/2-10038/23 nömrəli məktubu ilə ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin X2ndə (əvvəlki adı X7 və İstirahət evi) xx.xx.1997-ci il 04 saylı əmri, xx.xx.2003-cü il 32 saylı əmri ilə slesar santexnik vəzifəsində işləmiş İddiaçı Seyfeli oğlunun işə qəbul və işdən çıxma barədə əmrlərin surətindən görünür ki: -X7 və İstirahət evinin (hal-hazırda Əlilliyi olan Şəxslərin X2) 04 saylı xx.xx.1997-ci il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı oğlu xx.xx.1997-ci il tarixdən slesar-santexnik vəzifəsinə qəbul edilmişdir. -X7 və istirahət əvinin (hal-hazırda Əlilliyi olan Şəxslərin X2) 32 saylı xx.xx.2003-cü il tarixli əmrindən çıxarışdan görünür ki, İddiaçı oğlu xx.xx.2003-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü ildə təqdim olunmuş "xxxx" ASCnin Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən də xx.xx.1985-ci ildən №154 xx.xx.1997-ci il tarixli əmr Pr/10/k tarixinədək Qafqaz enerjiquraşdırma X3 idarəsində elektrik qaynaqçısı peşəsində işləmişdir. Abşeron quraşdırma idarəsi fəaliyyəti dayandırlaraq, onun nəznində "xxxx" ASC açılmışdır (əmr 24k, xx.xx.2001, həmin vaxtı arxiv sənədləri ASC tətil verilməyib). AB Milli Arxiv idarəsi tərəfindən sənədlərin saxlanılması müddəti müəyyən edilib (12 aprel 2016-cı il tarixi 3/1 nömrəli əmr). Həmin sənədə əsasən mühasibat uçotu sənədlərin saxlanılması müddətli 5 il, kadr uçotu sənədlərinin saxlanılma müddəti isə 75 il müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-64314/2023 nömrəli məktubu ilə göndərilmiş sığortaolunan İddiaçı (SSN: **********712) xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlardan görünür ki, "xxxx" MMC tərəfindən 2006- 2007-ci illərin yanvar-dekabr ayları üçün, SOCAR “Neftqaztikinti” Tresti tərəfindən 2008-ci ilin aprel, may ayları üçün məcburi dövlət sosial sığorta haqları ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC-nin Arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötəri ki, həqiqətən də xx.xx.1985-ci ildən №154 xx.xx.1997-ci il tarixli əmr sərəncamına əsasən Qafqaz enerjiquraşdırma X3 idarəsində elektrik qaynağı mütəxəssisi kimi işləmişdir. Azərbaycan Respublikası Milli Əmlak Nazirliyi tərəfindən təşkil olunan özəlləşdirmə prosesində "xxxx" ASC təşkilatı Yaşar Seyfəl oğlu bu müddət ərzində işləməmişdir (əmr 24k xx.xx.2001-ci il). Ancaq özəlləşdirmə idarəsi tərəfindən verilmiş olan arxiv sənədləri ASC-yə təhvil verilmədiy üçün həmin vaxt ərzidə arxivləşdirilməmişdir. Yaşar Seyfəl oğlunun "xxxx" ASC-də işlədiyi dövr ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli sərəncamı təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və müddətində məhkəməyə təqdim olunmasını xahiş etmişsiniz”. Sərəncamın icrasını təmin etmək məqsədilə arxiv sənədlərini Milli Əmlak Komitəsinin Özəlləşdirmə İdarəsinə müraciət etmək zəruridir. İddiaçı "xxxx" ASCdə işləmədiyi üçün (2001-2023-cü illərdə) hər hansı sənəd yoxdur. Təqdim edilən sorğular əmək qaydaları kitabçasının əsasında verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2- 4006/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Xidmətin arxivində olan, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-48-4/2-1070/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, ləğv olunmuş “Qafqazenerjitəmir” X3 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı filialına və Abşeron rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, C- 2023/BOSS/BAC/GHA/L-806 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək BOS Şelf MMC- də “Əl ilə Qaynaq aparan elektrik qaynaqçısı” vəzifəsində çalışmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”, 35-ci hissədə “Ümumi peşələr” öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 3 il, 11 ay, 12 gün iş stajı yaranmışdır. İşçi ilə olan əmək münasibəti dövründə zərərli işlə bağlı verilmiş güzəştlər (əlavə əmək məzuniyyəti, əmək haqqına əlavələr) nəzərə alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Milli Gəlirlər Baş İdarəsi Hüquqi şəxslərin Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli **********976400 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, nizamnaməsinə əsasən "xxxx" ASC Azərbaycan Respublikası Əmlak Nazirliyi tərəfindən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin “Azəristilikenerjiquraşdırma” X3 İdarəsinin bazasında təsis edilmiş və onun hüquqi varisidir. İnzibati icraat materialları ilə təqdim olunmuş sənədlərin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına ərizə ünvanlayaraq ona güzəştli şərtlətlə pensiya təyin olunmasını xahiş etmişdir. Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli cavabında qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə 13 aprel 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçanızda və "xxxx" ASC-nin sizə dair 30 sentyabr 2022-ci il tarixli K-04 nömrəli arayışında xx.xx.1985xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyinizə dair aparılmış qeydlər əmək haqqı arayışı əsasında təsdiq olunaraq müvafiq sənədlər tərəfinizdən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının iddia tələbi ilə bağlı cavabdehə etdiyi ilkin müraciət və verilmiş imtina cavabı iş materiallarına əlavə edilmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia, mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Hazırkı iş üzrə iddiaçının tələbi ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğu üçün məhkəmə hazırkı iddia tələbini ƏPQ-nun 9.8-ci maddəsi və xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq qiymətləndirir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçı 57 yaş həddinə çatmalı, xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2018-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin: “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddət iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasıı”nın: -4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;(....) 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;(....) Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin tam hesaba alınmasını mümkün sayır. Məhkəmə iddiaçının əmək fəaliyətinin, eləcə də təhsil müddətinin müəyyən hissələrdə üst-üstə düşdüyündən üst-üstə düşən həmin dövrlərdən birini, eyni zamanda üst-üstə düşməyən hissəni ümumi əmək stajına aid edilən iş stajı dövrü kimi qəbul edir. Beləliklə, hazırkı iş üzrə iddiaçının hərbi bilet, diplom, arxiv əmrləri və əmək kitabçasına əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.1980- xx.xx.1982-ci il tarixdə hərbi xidmət dövrü 02 il 01 ay 06 gün, xx.xx.1982-xx.xx.1983-cü il tarixədək sovxozda işlədiyi dövr 01 il 25 gün, xx.xx.1983 (xx.xx.1983-xx.xx.1983-cü ilədək sovxozda işlədiyi təhsil dövrü ilə üst-üstə düşən hissə nəzərə alınmır)- xx.xx.1984-cü ilədək təhsil dövrü 07 ay 07 gün, xx.xx.1984-xx.xx.1984-cü ilədək 07 ay 02 gün, xx.xx.1984-xx.xx.1985-ci ilədək 05 ay 10 gün, xx.xx.1985-20.02.97-ci ilədək 11 il 08 ay 21 gün, xx.xx.1997 (xx.xx.1997-xx.xx.1997-ci ilədək əmək fəaliyyətinin üst-üstə düşən hissələri nəzərə alınmır)- xx.xx.2003-cü il tarixədək X7 və İstirahət evində işlədiyi dövr 06 il 08 ay 12 gün, xx.xx.2003 (xx.xx.2003-cü ildən xx.xx.2003cü il tarixədək əmək fəaliyyətinin üst-üstə düşən hissələri nəzərə alınmır)-xx.xx.2006-cı il tarixədək 02 il 02 ay 01 gün olmaqla ümumilikdə 25 il 04 ay 24 gün təşkil edir. Cavabdeh imtinasında iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövr ərzində əməkhaqqı alması barədə məlumatın olmadığını əsas gətirərək həmin dövrü iddiaçının ümumi stajına daxil etmədiyindən ümumi iş stajının xx.xx.2006-cı il tarixədək 13 il 14 gün olduğu, eyni zamanda həmin dövrü nəzərə alınmadığından güzəştli iş stajının isə 3 il 11 ay 10 gün olduğunu əsas gətirərək iddiaya etiraz edir. Məhkəmə aşağıdakılara əsasən cavabdehin imtina dəlili ilə razılaşmır Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir; -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərindən çıxış etməklə hesab edir ki, xx.xx.2006-cı il tarixədək ümumi iş stajını təsdiq edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi digər mötəbər sənədlər, o cümlədən əmək haqqı cədvəlləri nəzərə alına bilər. Başqa sözlə, qanunvericilikdə xx.xx.2006-cı il tarixədək iş stajının hesablanması zamanı işçinin işlədiyi dövrün sığorta stajına daxil edilməsi üçün əmək kitabçası olduğu halda əmək kitabçası ilə yanaşı həmin dövrə əmək haqqı cədvəllərinin təqdim edilməli olmasına dair imperativ tələb yoxdur. Əmək kitabçası bilavasitə işçi kimi müəssisə, idarə və təşkilatda işləyən şəxs barəsində, onun əmək fəaliyyətinin əsas dövrləri qeyd edilməklə tərtib edilir. İşçinin əmək fəaliyyəti dövrü onun işə başlaması və işdən çıxması tarixləri arasındakı fərqlə müəyyən edilir. İddiaçıya aid əmək kitabçasına xx.xx.1985 ci ildə "Qafqazenergomontaj" tresti Abşeron quraşıdırma idarəsi "KEM" Volqodonsk quraşdırma trestindən keçirilməklə BQİ-nə üçüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilməsi, xx.xx.1987-ci ildə kursların bitirməsindən sonra İİİ kateqoriyalı boru kəmərlərinin REDS-nə buraxılması və dördüncü dərəcə verilməsi, 20.02.97-ci ildə işdən azad edilməsi barədə əmrlərin nömrəsi, tarixi, müəssisələrin səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmiş qeydlər daxil edilmişdir. Əmək kitabçasında əmək fəaliyyəti qeydlərinin, səhifələrin ardıcıllığı pozulmamışdır. Həmin qeydlərin mötəbərliliyini şübhə altına alacaq hər hansı hala isə məhkəmə icraatında rast gəlinməmişdir. Başqa sözlə, nə qədər ki, iddiaçının mübahisələndirilən dövr üzrə fəaliyyəti əmək kitabçasında olan qeydlərdə öz əksini tapmış və həmin qeydlərin mötəbərliyini şübhə altına alacaq sübut təqdim edilmədiyi nəzərə alındıqda, o zaman əmək kitabçası əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən iş stajı faktına dair həqiqi vəziyyəti dəqiq əks etdirməklə özü-özlüyündə şübhə doğurmur. Bundan əlavə müəyyən olunur ki, "xxxx" Dövlət Şirkətinin Qafqaz enerjiquraşdırma X3 idarəsi özəlləşdirilmiş və yenidən təşkili nəticəsində "xxxx" ASC yaradılaraq xx.xx.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçının adının "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilərin siyahısında olmaması onun həmin müəssisədəki əmək fəaliyyətini şübhə altına almağa əsas vermir. Belə ki, adıçəkilən idarə Əmlak Komitəsinin sərəncamı ilə özəlləşdirilərkən və bazasında 2000-ci ildə ASC yaradılarkən iddiaçı 1997-ci ildən həmin idarədən işdən azad edilmiş idi və onun adının özəlləşdirmədə iştirak hüququna malik müəssisənin mövcud işçilərinin siyahısında aşkar olunmaması mümkündür. Eyni zamanda qeyd edilməlidir ki, “Qafqazenerjitəmir” X3 İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı filialına və Abşeron rayon Dövlət Arxivinə mühafizə üçün təhvil verilməmişdir. “Qafqazenerjitəmir” X3 İdarəsinin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətində idarənin arxiv sənədləri saxlanılmasa da həmin ASC hüquqi varis olaraq təqdim etdiyi arayışda İddiaçı həqiqətən də xx.xx.1985-ci ildən №154 xx.xx.1997-ci il tarixli əmr Pr/10/k tarixinədək Qafqaz enerjiquraşdırma X3 idarəsində elektrik qaynaqçısı peşəsində işləməsi faktını təsdiq edir. Beləliklə, sadalanan sübutlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1985ci ildən xx.xx.1997-ci ilədək işlədiyi dövrün təsdiq edilməsi üçün əmək kitabçası qeydləri yetərli və mötəbərdir. İddiaçının işlədiyi dövrlə bağlı sənədlərin arxivə təhvil verilməməsi iddiaçının ziyanına təfsir və tətbiq edilə bilməz və ya həmin dövrlə bağlı həddindən artıq sübut etmə yükü iddiaçının üzərinə qoyula bilməz. Cavabdeh iddiaçının mübahisələndirilən dövr ərzində əmək haqqı almaması, dolayısı ilə işləmədiyini iddia etsə də bunu sübut edən təsdiqedici sənədləri məhkəməyə təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –İİQ) 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Eyni zamanda İİQ-nin 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İİQ-nin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, qanunvericiliyin müddəalarına uyğun olaraq mübahisə olunan dövr iddiaçının əmək kitabçasında qeyd edildiyindən, bununla iddiaçının işləməsi, həm də sənədlərlə iş yerinin mövcudluğu təsdiq edildiyindən, həmin qeydlərin cavabdehdə şübhə doğurması barədə cavabdeh hər hansı mötəbər sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, bəhs edilən dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməli, bununla əlaqədar həddindən artıq sübutetmə yükü iddiaçının üzərinə qoyulmamalıdır. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixədək tələb olunan 25 il ümumi iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi əl ilə elektirik qaynaqçısı işində işlədiyi vəzifələr siyahıdakı 23200000—19906 peşəsinə uyğun hesab edilir. "xxxx" ASC də hüquqi varis olaraq Abşeron quraşdırma idarəsində işlədiyi vəzifəni “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısınıda ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə uyğunlaşdırmışdır. Məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən vəzifələr ümumi peşələrə aiddir, əmək kitabçasında işlədikləri vəzifələrin adları bilavasitə Siyahıda olan əl ilə elektrik qaynaqçısı peşəsinin adı ilə eynidir. Əksi sübut olunmadığı (hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparıldığı) sürəcə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi məhz əl ilə elektrik qaynaqçısı peşəsini ehtiva edir. Həmçinin, iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi “Əl ilə Qaynaq aparan elektrik qaynaqçısı” peşəsinin Ümumi peşələr” bölməsində öz əksini tapmış “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” bəndinə əsasən zərərli iş olması barədə "xxxx" MMC tərəfindən güzəştli arayış təqdim edilmişdir. Beləliklə, iddiaçının işlədiyi vəzifələr həm sahə, həm də peşə adı ilə 23200000— 19906 kodundakı zərərli işə uyğundur, onun xx.xx.1985-ci il tarixindən xx.xx.1997-ci il tarixinə kimi və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək ümumilikdə güzəştli iş stajı 13 il 10 ay 22 gün təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:

İddia tələbi təmin edilsin İddiaçı 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci ildən əvvəlki üç il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar