Məhkəmə qərarları › İş №2-1(112)-4045/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4045/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4045/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsi və Biləsuvar rayon İcra və Probasiya Şöbəsi) “şikayət ərizəsinə cavab verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı (üçüncü şəxslər İmişli Regional Ədliyyə İdarəsi və Biləsuvar rayon İcra və Probasiya Şöbəsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 mart 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 13 mart 2020ci il tarixli şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Ədliyyə Nazirinə məhkəmə qərarının icra edilməməsi barədə şikayət ərizəsi ilə müraciət edərək məhkəmə qərarının icra edilməsinə köməklik göstərməsini xahiş etmişdir. Şikayət ərizəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ümumi şöbəsinə təqdim edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Yerli icra qurumu tərərəfindən məhkəmə qərarı icra edilməmişdir. Yerli icra qurumu məhkəmə qərarının icra edilməsi barədə müraciətlərini cavablandırmamış, həmçinin məhkəmə qərarının icra edilməsi üçün zəruri tədbirlər görülməsini təmin etməmişdir. Bununla əlaqədar olaraq cavabdeh təşkilata şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin cavabdeh təşkilat müraciətin cavablandırılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 13 mart 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi, 13 mart 2020-ci il tarixli şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 20.05.2021-ci il tarixli məktubda qeyd edilir: İcraatınızda olan 2-1(112)-4045/2021 saylı iş üzrə bildiririk ki, İddiaçı Ədliyyə Nazirliyinə ünvanlanmış 13.03.2020-ci il tarixli müraciətinə digər orqanlardan daxil olan aidiyyəti müraciətlərlə birgə 14.04.2020-ci il tarixdə cavab verilmişdir. Həmin məktuba əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 14.04.2020-ci il tarixli məktubda qeyd edilir: Pul tələbinə dair məhkəmə qərarının icrası ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, Birinci vitse-prezidentinin Katibliyindən, Nazirlər Kabinetinin Aparatından daxil olmuş və Nazirliyə birbaşa ünvanlanmış müraciətlərinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinin 15.08.2018-ci il tarixli icra sənədinə əsasən İlqar Kərimovdan 7500 manat tutularaq Sizə ödənilməlidir. İcra sənədi üzrə Biləsuvar rayon icra və probasiya şöbəsində başlanılmış icraat zamanı borclu İ.Kərimov xeyrinizə yalnız 1100 manat ödəmiş, məbləğin qalan hissəsinin ödənilməsini təmin etməmiş, onun tələbin yönəldilə biləcək əmlakı və gəliri aşkar edilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan Apelyasiya Məhkəməsinin müvafiq qərarı ilə 500 manat miqdannda inzibati qaydada cərimə edilmiş və həmin cərimə məbləği dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə qərarının icrası nəzarətdə saxlanılmaqla, tələbin təmin edilməsi istiqamətində zəruri icra tədbirlərinin davam etdirilməsi yerli icra qurumuna tapşırılmışdır. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən dövlət orqanları informasiya sahibi sayılırlar. Həmin qanunun 10.1-ci maddəsinə əsasən informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamıya bərabər şərtlərlə informasiya əldə etmək hüququnu təmin etməyə borcludur. Həmin Qanunun 21.3-cü maddəsinə əsasən informasiya sorğusunun təmin edilməsindən imtina barədə cavab Azərbaycan Respublikası qanunvericiliyinin müvafiq maddələri də göstərilməklə, aydın və əsaslandırılmış şəkildə tərtib edilməlidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən aşağıdakı hallarda informasiya sorğusu icra olunmuş sayılır: 27.1.1. informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı 13.03.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən də həmin müraciətə cavab verilmişdir. İddiaçı həmin müraciətə cavabdeh tərəfindən cavab verilmədiyini bildirsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubundan görünür ki, iddiaçının ərizəsinə cavabdeh tərəfindən baxılaraq cavab verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar