Məhkəmə qərarları › İş №2-1(112)-4046/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4046/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4046/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat X5 qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X8 Xüsusi Şərtlərlə Təyinat X5 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona 27 il sığorta stajını nəzərə almaqla 09.02.1981-ci il tarixdən 01.07.1994-cü ilə və 16.07.2010-cu il tarixdən 02.04.2019-cu il tarixə kimi Cəlilabad Qİİ-də qaynaqçı kimi 22 il 01 ay 08 gün sığorta stajı olmaqla 02.04.2019-cu il tarixdən yaşa görə güzəştli əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və yaranmış fərqin ona birdəfəyə ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə ünvan 1 ünvanda yaşayır. Hal-hazırda Lənkəran Qİİ-nin Cəlilabad rayonu üzrə xidmətində 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işləyir. Əmək fəaliyyətinə 31.12.1980-cı ildən başlamışdır. 01.09.1974-cü il tarixdən 01.07.1977-ci ilə kimi Cəlilabad rayonu 108 saylı Peşə məktəbində təhsil almışdır. 08.11.1977-ci il tarixdən 15.11.1979-cu il tarixə kimi hərbi xidmətdə olmuşdur. 31.12.1980-cı ildən 01.07.1994-cü ilə və 16.07.2010-cu il tarixdən halhazıra kimi X7 İstismarı İdarəsində Cəlilabad QİS-də qaz qaynaqçısı işləyir. O “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlə qaynaqçı kimi pensiyaya çıxmaq istəyir. 02.04.2019-cu il tarixə kimi onun 60 yaşı tamam olmuş və 27 il sığorta stajı var. 09.02.1981-ci il tarixə kimi Cəlilabad Qİİ-də qaynaqçı kimi 22 il 01 ay 08 gün sığorta stajı vardır. O, yaşa görə güzəştli şərtlə əmək pensiyası almaq üçün 2020-ci ili ayında Filiala müraciət etmişdir və ona 29.12.2020-ci il tarixdə **********3 saylı imtina məktubu verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çatışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda İddiaçı 1992-ci ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 8344,24 manat, 1992-2006-cı illər arasındakı dövr ərzində 1905,16 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 16680,73 manat olmaqla cəmi pensiya kapitalı 26930,13 manat təşkil edir. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 37200 manat hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə, Cəlilabad rayonu, Zəhmədabad kəndində doğulmuşdur. - Cəlilabad rayon İcra Hakimiyyəti Başçısı Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 36/66 №-li, 18.11.2020-ci il tarixli arayışından görünür ki, Əliyev X1 şəhəri, Həmşəra küçəsi, 65 №-li evdə yaşayır. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 08.11.1977-ci ildən 15.11.1979-cu ilə qədər (2 il 0 ay 8 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin 316937 №-li, 23.06.1977-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1974-cü ildə Pirişib 108 №-li orta texniki peşə məktəbinə daxil olmuş və 1977-ci ildə tam kursu bitirərək elektrik qaz qaynaqçısı peşəsi və ümümi orta təhsil almışdır. İmtahan komissiyasının qərarı ilə ona 3-cü dərəvə ixtisası verilmişdir (3 il 0 ay 0 gün) - “Azəriqaz” X7 İstismarı İdarəsinin **********80280674X00019 №-li, 05.11.2019-cu il tarixli əmək haqqı barədə arayışından görünür ki, İddiaçı Yədulla oğlu 26.07.2010-cu il tarixdən 31.12.2015-ci il tarixədək əmək haqqı almışdır. - “Azəriqaz” X7 İstismarı İdarəsinin **********80280674X00027 №-li, 08.11.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı Yədulla oğlu həqiqətən Lənkəran RQİİ-də Cəlilabad XS-nin TBX-də qaz qaynaqçısı peşəsində işləyir, ona 2016-cı ilin yanvar ayından 2019-cu ilin noyabr ayınadək əmək haqqı hesablanmışdır. - “Azəriqaz” X7 İstismarı İdarəsinin **********80020123X00002 №-li, 05.11.2019-cu il tarixli arayışından görünür ki, Cəlilabad XS-nin Lənkəran RQll-nin arxivinə təhvil verdiyi arxiv sənədlərinin siyahısı 1986-2015-ci illəri əhatə edir.Bu səbəbdən İddiaçı Yədulla oğlunun işə qəbul olunma tarixi barədə məlumat verə bilmirlər. İddiaçı Yədulla oğlunun əmək kitabçasında qeyd olunmuş 10.02.1989-cu il tarixində 5-ci dərəcəli əl qaynaqçısı işinə keçirilməsi və 01.07.1994-cü il tarixində işdən azad edilməsi barədə Lənkəran RQllnin arxivində müvafiq araşdırma aparıldı və heç bir məlumat aşkarlanmadı. 26.07.2010-cu il tarixindən o həqiqətən X4 Sahəsinin Qaz kəmərlərinin və avadanlıqlarının istismarı, qəza-dispetçer xidmətinə 5-ci dərəcəli qaz- qaynaqçısı peşəsinə qəbul edilib(əmr №04k, 26.07.2010-cu il). 19.01.2015-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib (əmr №43k, 19.01.2015-ci il). 21.01.2015-ci il tarixindən Lənkəran RQll-nin Cəlilabad rayonu üzrə təmir-bərpa xidmətinə, 5-ci dərəcəli Qaz-qaynaqçısı peşəsinə qəbul edilib (əmr №353k 21.01.2015-ci il). Hal-hazıradək Cəlilabad XS-nin təmir-bərpa xidmətinin 5-ci dərəcəli Qaz qaynaqçısı peşəsində çalışır. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təstiq olunmuş surətindən görünür ki, iddiaçı 30.11.1980-ci ildən 31.01.1981-ci ilə qədər Sovxozda fəhlə (2 ay 2 gün), 09.02.1981-ci ildən 01.11.1982-ci ilə qədər PMK-1 Trestində elektrik qaynaqçısı (1 il 8 ay 23 gün), 11.11.1982-ci ildən 10.02.1989-cu ilə qədər Lənkəran SMU-da elektrik qaynaqçısı və 5-ci dərəcəli elektrik qaynaqçı (06 il 3 ay 0 gün), 10.02.1989-cu ildən 01.07.1994-cü ilə qədər Cəlilabad Trestində 5-ci dərəcəli elektrik qaz qaynaqçısı (5 il 4 ay 22 gün), 16.07.2010-cu ildən 19.01.2015-ci ilə qədər “Azəriqaz” İB-nin Regionlar üzrə Qaz İstismar İdarəsi Cəlilabad QİS-də 5-ci dərəcəli qaz qaynaqçısı (4 il 6 ay 4 gün) vəzifəsində işləmiş və 21.01.2015-ci ildən hal-hazıradək “Azəriqaz” İB-nin X7 İstismar İdarəsi İdarəsinin Cəlilabad rayonu üzrə 5-ci dərəcəli qaz qaynaqçısı vəzifəsində işləyir. - Filialın iddiaçının 02.12.2020-ci il tarixində daxil olmuş ərizəsinə cavab olaraq verdiyi 07.12.2020-ci il tarixli, **********3 №-li məktubdan görünür ki, onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq münasibətdə 36719,55 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29773,50 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. - Həmin maddəni qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıa güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 60 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Məhkəmə araşdırması zamanı İddiaçı 60 yaşa, tələb olunan ümumi (27 il 2 ay 11 gün) və güzəştli (22 il 1 ay 1 gün) iş stajlarına malik olması, lakin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının ona münasibətdə əmək pensiyasının minimum məbləğində az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan 36719,55 manatdan az, yəni 29773,50 manat olması müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunla tələb olunan fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar