Məhkəmə qərarları › İş №2-1(112)-4046/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4046/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4046/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin bərpa edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür.

2. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının müvafiq ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilsin və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun” kimi nəzərə alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-ci il iyul ayında 816 saylı özünümüdafiə taburunda hərbi xidmətdə olmuşdur. May ayı 1992-ci il tarixində erməni separatçıları tərəfindən Şuşa şəhəri işğal olunmuşdu və Füzuli rayonun N saylı hərbi hissəsində hərbi xidmətini davam etdirdi. 1994-cü il tarixində hərbi tapşırığı yerinə yetirərkən ayağından yaralanmışdır və uzun müddət müalicə olaraq, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Tibbi Sosial Ekspert komissiyası tərəfindən Qarabağ müharibəsinin 1-ci dərəcəli əlil statusu verildi. 2004-cü il tarixindən 1-ci dərəcəli Qarabağ müharibəsi əlili kimi əmək pensiyası alırdı. Mart ayı 2019-cu il tarixdən Dövlət Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə avtomobil qeydiyyatına düşmək üçün ərizə ilə müraciət etmişdir. 2019-cu ildən 2023-cü il iyul ayına qədər avtomobil qeydiyyatına düşmək üçün dəfələrlə TSEK-ə müraciət etdi. Oradan imtina cavabı aldı. Halbuki, o, 4-cü dərəcəli ürək qan dövrü çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Bununla bağlı Bakı İnzibati məhkəməsinə iddia ərzəsi ilə müraciət etdi. Oktyabr ayı əmək pensiyası almaq üçün bankomata gəldi. Onun hesabına əmək pensiyası köçməmişdir. İddiaçı dərhal Xüsusi Şərtlərlə Təyinat üzrə Agentliyə zəng etdi. Bildirdilər ki, onun əlilliyi dayandırılıb. İddiaçı bununla əlaqədar Dövlət Sosial Ekspertiziya və Reabilitasiya Xidmətinə müraciət etdi. Bildirildi ki, onun əlilliyi yararsızdır və imtina cavabını DOST mərkəzindən ala bilər. Cavabda qeyd olunub ki, iddiaçı tam reabilitasiya olunmuş və diaqnozda göstərilən ürək qan dövrü çatışmazlığı yoxdur. 1-ci qrup əlillik ləğv olunub. Baş verən çətinliklər 2019-cu ildə Dövlət tərəfindən verilən minik avtomaşın üçün qeydiyyata düşməyi ilə bağlıdır. 3 ildən artıqdır ki, sənədləri toplayıb maşın əldə etmək üçün Tibbi Sosial Ekspertiza Komissiyasına müraciət edirdi. Orada imtina edib, cavab olaraq isə ona maşın düşmədiyini bildirildi. Bununla bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C. Abdullayev adına X9 institutuna müayinədən keçmək üçün müraciət etdi. Exokordioqrammada Atın fraksiya qrafasında ürəyin normal işlənməsi 53-75% göstərilməli halda onda 30% göstərici aşkar olundu. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Mərkəzi Klinik xəstəxanasında yenidən exokordioqrammada Atın fraksiyasında göstərici 28% aşkar olundu. xx.xx.2023-cü ildə göstərici 30% aşkar olundu. Bu bir daha göstərir ki, iddiaçının ürək qan dövrü çatışmazlığı göstərilən (53-75%) normadan aşağıdır. Belə ki, 2004-cü ildən 2023-cü ilin oktyabr ayına kimi müddətsiz İ qrup Qarabağ əlili kimi əmək pensiyası alırdı. Müraciətinin əsas səbəbi maşınla təmin olmaq idi. Heç bir əsas olmadan müayinədən keçirtdilər və qanunsuz olaraq əlillik statusundan məhrum etdilər. 20 oktyabr 2023-cü il tarixində (Hakim H. Ağalarov) məhkəmə tərəfindən minik maşını ilə bağlı iddiasının təmin olunması barədə qərar qəbul olunmuşdu. Həmin gün bildi ki, əmək pensiyası dayandırılıb və əlilliyi ləğv olunub.

4. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında baxılmış “Tam reabilitasiya olunması" barədə qərar qəbul edilmişdir. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0348003AABFR nömrəli xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 1767 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol diz oynağın odlu silah qəlpə yaralanması nəticəsində bud sümüyün kənari sınığı, sol diz oynağın artroz-artrit. Sol diz oynağın birinci cərrahi əməliyyatda yara işlənməsi, mülayim dərəcədə funksiya pozğunluğu ilə. Yaralanma nəticəsində sağ baldırın orta 1/3-nin dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qoltuqaltı ağac ilə daxil olmuş, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik olaraq iki dəfə miokard infarktı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol ayaqarxasında, hər iki baldırın orta 1/3-də, sol diz, sol sağrı, alın, sağ saidin aşağı 1/3 nahiyələrində çapıq toxumalar izlənilmiş, aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Müayinə zamanı vətəndaşda təngnəfəslik, avazıma, periferik ödem müşahidə edilməmiş, təqdim olunmuş tibbi sənədlərin doğruluğuna şübhə yaranmışdır. Şuşa Mərkəzi rayon Xəstəxanasının xx.xx.2022-ci il tarixli X6 müayinəsinin nəticəsi “Müayinə səyrici fonunda aparıldı. Nəticə: Sol mədəciyin sistola-diastolik ölçüləri böyümüşdür. Sistolik funksiyası ciddi azalmışdır. EF=20% diastolik funksiya relaksativ tipdə pozulub. Sac kameralar normaldır. Sol qulaqcığın ölçüsü böyümüşdür. Qlobal hipokineziya fonunda apex akinetik, anterior, lateral ciddi hipokinetikdir. SPAP=50 m m HG. Rəngli doppler: TÇ /-// dərəcə MÇ-İ dərəcə ” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Aorta sərtləşib. Çıxan aorta cüzi genişlənib (3.5 sm). Sol gulagcıg genişlənib (5.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, segmentar divar hərəkət pozğunluğu geyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=55%). Aortal və Mitral gapaglar fibrotikdir. 2 Mitral Regurgitasiya. 1 Aortal Regurgitasiya. Perikard təmizdir. Müayinə səyirci aritmiya fonunda aparıldı" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası”na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

5. İddiaçı əlillik vəziyyəti Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş, xx.xx.2018-ci il tarixdə müayinə edilərək “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 130-152 - Ürəyin digər xəstəlikləri => 142 - Kardiomiopatiya => 142.0 - Genişlənmiş Təsnifatı: kardiomiopatiya. Diaqnozun mətni: Dilatasion kardiomiopatiya.ÜQDÇ İV f.s. Səyrici artimiya. Sağ tərəfli hemiplegiya. Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism.Hipertoniya xəstəliyi İİ f.s. Meyar: 22.1 Birinci dərəcə əlillik => 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez...” birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir.

6. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarında qeyd olunur:

1. Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0348003AABFR nömrəli xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1.8 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz birinci dərəcə əlillik təyinatı barədə qərar verilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1994-cü il tarixli 1767 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “So/ diz oynağın odlu silah qəlpə yaralanması nəticəsində bud sümüyün kənari sınığı, sol diz oynağın artroz-artrit. Sol diz oynağın birincili cərrahi əməliyyatda yara işlənməsi, mülayim dərəcədə funksiya pozğunluğu ilə. Yaralanma nəticəsində sağ baldırın orta 1/3-nin dəri çapığı.” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qoltuqaltı ağac ilə daxil olmuş, hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik olaraq iki dəfə miokard infarktı keçirdiyini bildirmişdir. Müayinə zamanı sol ayaqarxasında, hər iki baldırın orta 1/3-də, sol diz, sol sağrı, alın, sağ saidin aşağı 1/3 nahiyələrində çapıq toxumalar izlənilmiş, aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamışdır. Müayinə zamanı vətəndaşda təngnəfəslik, avazıma, periferik ödem müşahidə edilməmiş, təqdim olunmuş tibbi sənədlərin doğruluğuna şübhə yaranmışdır. Şuşa Mərkəzi rayon Xəstəxanasının xx.xx.2022-ci il tarixli X6 müayinəsinin nəticəsi “Müayinə səyrici fonunda aparıldı. Nəticə: Sol mədəciyin sistola-diastolik ölçüləri böyümüşdür, Sistolik funksiyası ciddi azalmışdır. EF=20% diastolik funksiya relaksativ tipdə pozulub. Sağ kameralar normaldır. Sol qulaqcığın ölçüsü böyümüşdür. Qlobal hipokineziya fonunda apex akin etik, anterior, lateral ciddi hipokinetikdir. SPAP=50 mm HG. Rəngli doppler: TÇ /-// dərəcə MÇ-İ dərəcə” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamış, sənədin doğruluğuna şübhə yaranmışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi "Aorta sərtləşib. Çıxan aorta cüzi genişlənib (3.5 sm). Sol qulaqcıq genişlənib (5.3 sm). Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, segmentar divar hərəkət pozğunluğu qeyd olunmur, sistolik funksiya azalmayıb (LVEF=55%). Aortal və Mitral qapaqlar fibrotikdir. 2 Mitral Requrqitasiya. 1 Aortal Requrqitasiya. Perikard təmizdir. Müayinə səyirci aritmiya fonunda aparıldı" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reablitasiya olunması barədə qərar qəbul edilmişdir. Nəticədə əlillik təyinatına əsas verən diaqnozun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 oktyabr 2020-ci il tarixli 501 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi şərtləri və qaydası"na uyğun olaraq Minik avtomobilinə tibbi göstərişin olmaması barədə qərar qəbul edilmişdir.

7. İddiaçı əlillik vəziyyəti Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş, xx.xx.2023-cü il tarixdə müayinə edilərək “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 130-152 - Ürəyin digər xəstəlikləri => 142 - Kardiomiopatiya => 142.0 - Genişlənmiş Təsnifatı: kardiomiopatiya. Diaqnozun mətni: Dilatasion kardiomiopatiya.ÜQDÇ İV f.s. Səyrici artimiya.Sağ tərəfli hemiplegiya.Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3-nin kor qəlpə ilə yaralanması və yad cism.Hipertoniya xəstəliyi İİ f.s. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Tam reabilitasiya olması – X10 olması – X8ması barədə qərar qəbul edilmişdir.” müddətsiz əlilliyi ləğv olunmuşdur.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

10. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

İİ. İddianın növü və mümkünlüyü

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İddia tələbi İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddia növünə aiddir. 2.2 İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia). 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

13. Məhkəmə qeyd edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan həmin növ iddianın xüsusi mümkünlük şərti kimi İnzibati-Prosessual Məcəllənin 38-ci maddəsinə əsasən iddia müddətinə riayət edilməklə verilib-verilməməsi yoxlanılmalıdır.

14. İddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İPM-in 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.

15. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı ilə “tam reabilitasiya olması” barədə qərar qəbul edilmiş, iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur, iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

17. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

İV. Məhkəmənin mövqeyi

20. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı əlillik vəziyyəti Şuşa Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2018-ci il tarixli göndərişi əsasında qiymətləndirilərək ona birinci dərəcə əlillik müddətsiz verilmişdir. Həmin qiymətləndirmədə qeyd olunur: “Səbəb: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar. X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 130-152 - Ürəyin digər xəstəlikləri => 142 - Kardiomiopatiya => 142.0 - Genişlənmiş Təsnifatı: kardiomiopatiya. Diaqnozun mətni: Dilatasion kardiomiopatiya.ÜQDÇ İV f.s. Səyrici artimiya.Sağ tərəfli hemiplegiya.Hər iki ətrafında mina qəlpələri ilə çoxsaylı yaralanması. Sağ baldırın orta 1/3nin kor qəlpə ilə yaralanması və yad cism.Hipertoniya xəstəliyi İİ f.s. Meyar: 22.1 Birinci dərəcə əlillik => 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez...”.

21. İddiaçının minik avtomobili ilə bağlı müraciəti əsasında cavabeh tərəfindən aparılan əlavə əyani müayinə nəticəsində aşağı ətraflarında sümük əzələ patologiyası, nevroloji defisit, dayaq-hərəkət funksiyasının pozulması aşkar edilməmişdir. Əlillik təyinatına əsas verən xəstəliyin tam reabilitasiya olunması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.

22. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının cavabdehə müraciəti əlilliyin qiymətləndirilməsi ilə bağlı deyil, ona minik avtomobilinin verilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqan isə bu halda iddiaçıya reabilitasiya vasitəsi olan minik avtomobilinin verilməsinə dair tibbi göstərişlərin mövcud olub-olmamasını yoxlamalı və buna müvafiq olaraq məhz iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmaması barədə qərar qəbul etməli olduğu halda, xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı ilə “minik avtomobilinə tibbi göstərişin olmaması”, eyni zamanda “tam reabilitasiya olması” barədə nəticəyə gəlmişdir.

23. Hansıkı, cavabdeh orqan iddiaçının reabilitasiya vasitəsi ilə təmin olunub-olunmamasını yoxlayarkən onun cavabdeh orqanın qərarı ilə təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyi mövcud olmuş, habelə əlilliyinin qiymətləndirilməsi barədə göndəriş olmamışdır. Bu hal isə cavabdeh inzibati orqan tərəfindən iddiaçının tam reabilitasiya olunması barədə qərarı ilə əlilliyinin ləğv edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: Bənd 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 dekabr 2020-ci il tarixli 501 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”: 1.4. Reabilitasiya vasitələri ilə təmin edilmə bu Qaydanın əlavəsi ilə müəyyən olunmuş tibbi göstərişlər olduğu halda, Agentliyin tibbi-sosial ekspert komissiyalarının qərarı əsasında X3 müəyyənləşdirilməklə, minik avtomobilinə münasibətdə Sosial Xidmətlər Agentliyi tərəfindən, digər reabilitasiya vasitələrinə münasibətdə isə Agentliyin tabeliyindəki X5 (bundan sonra – Mərkəz) tərəfindən səyyar, ambulator və stasionar formada “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 2.1. Bu Qaydanın 1.4-cü bəndinə uyğun olaraq, X3 reabilitasiya vasitələrinə dair müvafiq göstərişlərin müəyyən edildiyi tarixdən etibarən minik avtomobilləri Sosial Xidmətlər Agentliyi və ya Nazirliyin tabeliyindəki “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin “DOST” mərkəzləri (bundan sonra – “DOST” mərkəzi), digər reabilitasiya vasitələri isə Mərkəz və ya “DOST” mərkəzi tərəfindən Şəxsin və ya onun qanuni nümayəndəsinin müraciəti əsasında onlara təhvil verilir. 3.1. Minik avtomobili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən xüsusi səbəblə, habelə Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə verilir. 3.2. Şəxs minik avtomobili və ya mühərrikli təkərli oturacaqla MEİS-də X4 tərtib edilmə ardıcıllığına görə formalaşan növbəliliyə (bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla) uyğun olaraq təmin edilir. Şəxs vəfat etdikdə onun növbəsi ləğv edilir.

26. “Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası”na əlavədə isə əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin verilməsinə dair tibbi göstərişlər, əks göstərişlər, reabilitasiya vasitələrinin istifadə, təminat, hazırlanma, təmir və ya dəyişdirilmə müddətləri əks olunmuşdur.

27. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2018-ci il tarixli göndəriş əsasında qəbul edilmiş xx.xx.2018-ci il tarixli inzibati aktın hüquqi qüvvəsinin olmaması və ya etibarsız sayılması ilə bağlı məhkəmələrə dəlil təqdim etməmişdir.

28. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən xx.xx.2018-ci il tarixli inzibati akt qüvvədə olmuşdur. İş materiallarına əlavə olunmuş əlillik altsistemindən çıxarışa əsasən görünür ki, əlilliyin təyinat tarixi xx.xx.2018-ci ildən olmaqla müddətsiz göstərilmişdir.

29. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda;

30. Cavabdeh isə “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada xx.xx.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir.

31. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilməli və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

33. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X7-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-17670/2023 nömrəli qərarı İddiaçı “tam reabilitasiya olması” hissəsində ləğv edilsin və onun əlilliyinin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar