Məhkəmə qərarları › İş №2-1(112)-4047/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4047/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4047/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri ünvan 1i Rayon Polis İdarəsinə (üçüncü şəxslər X9, X10, X11, X12) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı Şəhəri ünvan 1i Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək üçüncü şəxslər X3, X4, X5 və X8 İddiaçı məxsus Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32, 11 saylı mənzildən qeydiyyatdan çıxardılması vəzifəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ünvan 1i Rayon Polis İdarəsinin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, ünvan 1i rayonu. 3-cü mikrorayon. Hüseynbala Əliyev küçəsi, ev 32. mənzil 11 ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. İddiaçı Kamran X2 ilə xx.xx.2009-cu il tarixində rəsmi nikaha daxil olmuş. 2021-ci ilədək iddiaçı Lalə Hüseynova ilə birlikdə həmin mənzildə yaşamışdır. 2012-ci il tarixində Lalə Hüseynova sözügedən mənzilə rəsmi olaraq qeydiyyata alınmışdır. İddiaçı Lalə Hüseynova ilə birgə nikahdan iki övladı xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X9 olmuşdur. İddiaçı və Lalə Hüseynova arasında münasibətlərinin pisləşməsi ilə əlaqədar boşanma ilə bağlı Bakı şəhər ünvan 1i rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər ünvan 1i rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-1181/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılması qət edilmişdir. Məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra belə Lalə Hüseynova və uşaqları Bakı şəhəri, ünvan 1i rayonu, H.B.Əliyev küçəsi, ev 32, mənzil 11-də qeydiyyatda qalmağa davam etmişlər. 2022-ci il tarixində X17 rayon məhkəməsinə “mənzilə köçürmə” tələbi ilə müraciət etmişdir. ünvan 1i rayon Məhkəməsi tərəfindən Lalə Hüseynovanın İddiaçı qarşı tələbi əsaslı hesab edilmiş. ünvan 1i Rayon Məhkəməsinin 2(006)-3961/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı ünvan 1i rayon Məhkəməsi tərəfindən qət edilmiş qətnaməni əsassız hesab etmişdir. Bu səbəblə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti ilə müraciət edərək birinci instansiya məhkəmsiə tərəfindən çıxardılmış qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 1i rayon Məhkəməsi ümumiyyətlə Lalə Hüseynovanın gəlin köçdüyü tarixi əsas götürməklə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə istinad etməklə səhvə yol vermişdir. Belə ki, AR qanunvericiliyində gəlin köçdüyü tarix deyə hüquqi anlayış mövcud deyildir. Şəxsin rəsmi qey diyyata alındığı tarix əsas götürülə bilər. Lalə Hüseynova 2012-ci ildə rəsmi olaraq pasport qey diyyatına alınmışdır. Eyni zamanda 2009-cu ildə mübahisəli mənzil ümumiyyətlə İddiaçı mülkiyyətində olmamışdır. Həmin mənzil 7 noyabr 2012-ci ildə X10 və İddiaçı arasında bağlanmış bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir. Bununla da aydın olur ki, İddiaçı 2012-ci ildən mənzilin mülkiyyətçisidir, deməli mülkiyyətçi kimi Lalə Hüseynova ilə münasibətin yaranması 2009-cu ildə baş verə bilməz. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində isə göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı apellyasiya şikayətinə baxılmış, nəticədə 2( 103)-3488/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri ünvan 1i Rayon Məhkəməsinin 2(006)-3961 /2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi və iddiaçı X8 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməməsini qət etmişdir. AR DİN-nin "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan məlum olur ki. İddiaçı məxsus olan mənzildə X9. X10, X11. X12 qeydiyyatdadırlar. Göründüyü kimi X9, X5 və X1 mənzildə qeydiyyatda saxlanılması üçün heç bir əsas mövcud deyildir. Üçüncü şəxs X10 isə 2012-ci ildə bağışlama müqaviləsi əsasında sözügən mənzili İddiaçı bağışladığı andan artıq həmin mənzildən istifadə hüququnu itirmişdir. Bu səbəblə X6 da sözügedən məznildən qeydiyyatdan çıxmalıdır. İddiaçı mənzildə qeydiyyatda olan üçüncü şəxslərə müraciət edərək onlara qeydiyyatdan çıxmalarını təklif etmiş, lakin üçüncü şəxslər tərəfindən təklifi qəbul olunmamışdır. İddiaçı üçüncü şəxsləri qeydiyyatdan çıxarma məqsədi ilə Bakı şəhər ünvan 1i rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxardılmasını xahiş etmişdir. Müraciətdən 35 gün keçməsinə baxmayaraq cavab verilməmişdir. Adı qeyd olunan şəxslərin iddiaçıya məxsus olan mənzildə qeydiyyatda olması iddiaçının sahiblik və istifadə hüquqlarımın pozulması ilə nəticələnmişdir. Belə ki, İddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan ona məxsus mənzili istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X9, X10, X11, X12 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və üçüncü şəxslərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında təəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -xx.xx.2012-ci il tarixli Bağışlama Müqaviləsinə əsasən X6 Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32, 11 saylı mənzili İddiaçı bağışlamışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32, 11 saylı mənzil xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, xx.xx.2010-cu il tarixli X9, xx.xx.1967-ci il təvəllüdlü X10,xx.xx.2009-cu il tarixli X11, xx.xx.1983-cü il tarixli X12 Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32, 11 saylı mənzil ünvanından qeydiyyatdadır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-3488/2023 nömrəli qətnamədən müəyyən edilir ki, iddiaçı X12 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının, övladları xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X3 Bakı şəhəri, ünvan 1i rayonu, H.B.Əliyev küçəsi, ev 32, mənzil 11-ə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı Şəhəri ünvan 1i Rayon Məhkəməsinin 2(006)-3961/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 3488/2023 nömrəli qətnaməsi ilə iddiaçı X12 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri ünvan 1i Rayon Məhkəməsinin 2(006)-3961/2022 saylı, 29.11,2022ci il tarixli qətnaməsi ləğv edilmiş. İş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı X12 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-3488/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı X8 cavabdeh İddiaçı qarşı "mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3488/2023 nömrəli qətnaməsi 18 dekabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2- 34258/2024 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2010-cu il tarixli X9 xx.xx.2016-ci il tarixdən, xx.xx.1967-ci il təvəllüdlü X10 xx.xx.2009-cu il tarixdən, xx.xx.2009-cu il tarixli X11 xx.xx.2016-cı il tarixdən, xx.xx.1983-cü il tarixli X12 xx.xx.2013-cü il tarixdən Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32,11 saylı mənzildə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olan sənədlər saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri ünvan 1i Rayon Polis İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, bildirişdə adları qeyd olunan şəxslərin qeydiyyata alınması barədə əsas olan sənədlər "Din-in sistemində istifadə olunan sənədlərin saxlama yeri və müddətləri haqqında Siyahının təsdiq edilməsi barədə ” Din-in xx.xx.2015-ci il tarixli Qə6- 001-15 nömrəli Qərarına əsasən 5 (beş) il arxivdə saxlanıldıqdan sonra yandırılaraq məhv edilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Eyni Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, “yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd edilən 24 sentyabr 2020-ci il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, Konstitusiya Məhkəməsinin adıçəkilən Qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. İş üzrə yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32,11 saylı mənzil xx.xx.2012-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. Sözügedən ünvana dair təqdim edilmiş hüquqmüəyyənedici səndlərin surətindən müəyyən olunur ki, iddiaçının qeydiyyatdan çıxarılmasını xahiş etdiyi üçüncü şəxslər keçmiş arvadı X12 və övladları X11, X7r. X10 isə mənzilin əvvəlki mülkiyətçisi olmaqla həmin mənzili bağışlama müqaviləsinə əsasən iddiaçının mülkiyyətinə vermiş şəxsdir. Üçüncü şəxs X9 ilə iddiaçı arasında bağlanılmış nikah münasibətlərinə 2021-ci il tarixdə xitam verilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə X8 istifadə hüququ olmayan şəxs olmaqla mənzilə köçürülməsinə dair iddia tələbi təmin edilməmiş, eyni zamanda qətnamədə qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə igə nikadan doğulmuş uşaqların X8 yanında qalmaları müəyyən edildiyindən Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən uşaqların yaşayış yeri iddiaçının yaşayış yeri sayılır. Göründüyü kimi üçüncü şəxs X8 mübahisəli ünvana hər hansı əmlak, istifadə hüququnun olmadığına dair qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcuddur. Qeydiyyatdan çıxarılma ilə bağlı mübahisənin həllinə dair digər hal-faktiki yaşama ilə bağlı məsələyə gəlincə də işin mübahisəsiz halıdır ki, üçüncü şəxslər mübahisəli ünvanda yaşamırlar. Nəzərə almaq lazımdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin—müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. Qeyd edilməlidir ki, üçüncü şəxs X1 mənzilə istifadə hüququnun mövcud olmaması barədə məsələ öz həllini tapdığından, qanunla himayəsində olan, valideynin yaşadığı yer həm də yetkinlik yaşına çatmayan uşaqların yaşayış yeri hesab olunduğundan hazırkı halda məhkəmə üçüncü şəxsin yetkinlik yaşına çatmayan uşaqlarının da həmin ünvandan qeydiyyatdan çıxarılmasını əsaslı hesab edir. Beləliklə, yuxarıda qeyd edilən qanun normalarının və Konstitusiya Məhkəməsinin mövqeyinə uyğun olaraq məhkəmə bu nəticəyə gəlir ki, üçüncü şəxslər iddiaçı ilə birlikdə yaşamayan, ona məxsus ünvana dair əmlak hüquqları olmayan şəxs (lər) olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Bakı şəhəri ünvan 1i Rayon Polis İdarəsinin isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32, 11 saylı mənzil qeydiyyatında olan X9, X10, X11, X12 həmin mənzildən qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri ünvan 1i Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia tələbi təmin edilsin. X12, X9, X11 və X4 Bakı şəhəri, ünvan 1i rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev küçəsi, ev 32, mənzil 11 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri ünvan 1i Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər.

Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar