Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4048/2022 14.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, üçüncü şəxs X2 iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) «evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, iddiaçının X1 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında ev inşa edilmişdir. İddiaçı həmin evdə doğulandan qeydiyyatdadır və ailəsi ilə birlikdə orada yaşayır. X1 25 sentyabr 2001-ci il tarixdə vəfat etmişdir. İddiaçının qardaşı X2 müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 saylı ev mərhum X1nun adına 6 avqust 2003-cü il tarixdə 30/100 qeydi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 10 fevral 2004-cü il tarixli 2v-08 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin ev cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X2 adına mülkiyyət hüququ ilə 11 mart 2004-cü il tarixdə qetdiyyata alınmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının X1nun adına 30/100 saylı qeydlə mülkiyyət hüququnun qeydə alınması qanunsuzdur, reyestrdə aparılmış həmin qeydiyyat və bu qeydiyyat əsasında həmin əmlakın xüsusi mülkiyyət kimi 11 mart 2004-cü il tarixdə X2 adına aparılmış qeydiyyat ləğv edilməlidir. Belə ki, işdən göründüyü kimi, X5 tərəfindən onun atasının vəfat etməsi faktı gizlədilərək və iddiaçının həmin evdə qeydiyyatda olması faktının gizlədildyi forma 2 arayışı əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən ev cavabdeh tərəfindən vəfat etmiş şəxsin adına reyestrdə qeydə alınmışdır və həmin qeyd əsasında da sonrakı tarixdə əmlak vərəsəlik hüququ ilə X2 adına mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Bununla da cavabdeh tərəfindən vəfat etmiş şəxsin adına cavabdeh tərəfindən reyestrdə aparılan qeydiyyat qanunsuzsur və ləğv edilməlidir, eləcə də həmin qeydiyyat əsasında X2 adına aparılmış 11 mart 2004-cü il tarixli reyestdəki qeydiyyat ləğv edilməlidir. Göstərilənlərə və İPM-nin 32-ci maddəsinə əsaslanaraq, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının mərhum X1nun adına mülkiyyət hüququ ilə reyestrdə aparılmış 30/100 saylı qeydin və həmin qeyd əsasında X4 adına aparılmış 11 mart 2004-cü il tarixli qeydin ləğv edilməsi barəsində qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 28, 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və məhkəmə sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilməklə cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 12 yanvar 2022-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı 10 noyabr 2021-ci il tarixdə İdar\yə müraciət etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlak (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən ev) üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında ləğv edilə bilər. Qeyd edilən daşınmaz əmlakla bağlı dəfələrlə məhkəmə mübahisəsi olmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən əmlakın üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcələsinin 140-cı maddəsinə, İPM-in 35.1, 48.2-ci maaddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 4, 23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» 19 may 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Üçüncü şəxs X2 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, iddia tələbi mümkünsüz sayılmalı, iddianın rədd olunması barədə qərardad qəbul edilməlidir. İddiaçı ilə üçüncü şəxs arasında mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər Xəzər Rayon Məhkəməsində məhkəmə mübahisəsi olmuşdur. Belə ki, İddiaçı 2009-cu ildə Xəzər Rayon Məhkəməsində mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ona (hazırkı üçüncü şəxsə) verilmiş «reyestrdən çıxarışın və ondan irəli gələn nəticələrin ləğvi» barədə iddia qaldırmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)- 55/2011 saylı iş üzrə 18 mart 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Ali Məhkəmənin 24 may 2012-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra hazırki iş üzrə İddiaçı yenə də ona qarşı mərhum atasının adına olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ilkin çıxarışın ləğv olunması tələbi ilə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Rayon Məhkəməsinin 9 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Ali Məhkəmənin müvafiq qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və həmin tələbləri təmin olunmamışdır. İddiaçının mübahisələndirdiyi iddia tələbinə aidiyyatı məhkəmələrdə baxılmış, yekun məhkəmə aktı qəbul edilərək, onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaları təmin olunmamış, hazırkı mübahisəyə hüquqi qiymət verilmişdir. Digər tərəfdən, Xəzər rayon Məhkəməsində X5 (hazırkı üçüncü şəxs) İddiaçı (hazırkı iddiaçıya) və digərlərinə qarşı “zəbt olunmuş evin boşaldılması“ tələbi ilə iddia qaldırmış və mülki iş məhkəmənin icraatındadır. Həmin iş üzrə cavabdeh İddiaçı işin məhkəmə baxışına süni maneə yaratmaq üçün qərəzli olaraq məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının iddia tələbində mübahisələndirdiyi reyestr qeydi hüquqi akt deyil, mübahisə predmeti ola bilməz. Göstərilənlərə və İPM-in 1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsaslanaraq, iddia tələbinə etiraz olunur və məhkəmədən iddianın mümkdn sayılmaması, iddia tələbinin rədd olunması barədə qərardad çıxarılması xahiş olunur. İş üzrə məhkəmə iclası təyin edilmiş və iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı, onun nümayəndəsi və üçüncü şəxs gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbində iddiaçının cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mərhumun adına və üçüncü şəxsin adına aparılmış qeydlərin ləğvini tələb etdiyini bildirdi və iddianın mümkün sayılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 İPM-in 25-ci maddəsinə əsasən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə prosesdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır «Daşınmaz əmlakın dövlət reyestri haqqında» AR Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respiblikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı daşınmaz əmlakın dövlət reyestrində müvafiq fərdi yaşayış evinə dair mərhum atasının adına aparılmış qeydiyyatı və sonradan vərəsəlik hüququ haqqında şəhadəıtnamə əsasında vərəsə kimi üçüncü şəxsin adına aparılmış növbəti qeydiyyatı mübahisələndirir. Məhkəmə hazırkı iş üzrə müəyyən edilən aşağıdakı xüsusatları diqqətə çəkir: - Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair İddiaçı mərhum atasının adına aparılmış qeydiyyat hazırda mövcud deyil, vərəsəlik hüququ haqqqında şəhadətnamənin əsasında üçüncü şəxs X2 adına qeydiyyat aparılmışdır (cavabdehin 29 aprel 2022-ci il tarixli məktubu və ona qoşmadan məlum olur). Bu səbəbdən mərhum adına aparılmış, lakin hazırda mövcud olmayan qeydiyyatın ləğvi tələb oluna bilməz. Nəzərə alınmalıdır ki, müvafiq mülki mübahisəyə artıq mülki məhkəmə icraatı qaydasında baxılmışdır; - Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair üçüncü şəxs X2 adına qeydiyyat “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından, həmin qeydiyyatın ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz; - “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilmədiyindən, qüvvədə olduğundan və həmin şəhadətnamədə hazırkı üçüncü şəxs X5, hansı ki, müvafiq evə dair qeydiyyat onun adına aparılmışdır, tək vərəsə kimi çıxış etdiyindən, hazırkı İddiaçı evə hər hansı hüququ olmadığından, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da mövcud deyil; Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlir ki, İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz, odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4048/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4048/2022
14.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver