Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4048/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Təhsildə Keyfiyyət Təminat Agentliyi” publik hüquqi şəxsə qarşı “diplom üzrə ixtisasın tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Təhsildə Keyfiyyət Təminatı Agentliyi"nin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barada xx.xx.2024 cü il tarixli, NA00033431 nömrali Qərərın lağv edilməsi və 36194 nömrəli bakalavr diplomunun tanınması öhdəliyinin cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-2020-ci illərdə Türkiyə Respublikası Atatürk Universiteti Biznesin İdarəçiliyi fakültəsinin Menecment bölməsi üzrə Qiyabi formal təhsil almış, təhsilini xx.xx.2020-ci il tarixində bitirərək 55842 nömrəli diplom almışdır. Bununla da iddiaçıya Universitet tərəfindən bakalavr-ali ixtisas peşə dərəcəsi verilmişdir. Diplom müvafiq qaydada apostil edilmiş və notarial qaydada təsdiq olunmuşdur. İddiaçı qeyd edir ki, Atatürk Universiteti Türkiyənin Ali Təhsil Çurasının (YÖK-X4) müvafiq qərarı əsasında Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə əyani, qiyabi formada təhsil almağına imkan yaratmışdır. İddiaçı tərəfindən xx.xx.2024 cü il tarixində xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsinə (nostrifikasiyaya) dair cavabdeh “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” PHŞ-ə lazımi qaydada müraciət edərək diplomun tanınması üçün müraciət edilmişdir. Lakin cavabdeh qurum “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi” barədə xx.xx.2024 cü il tarixli, NA00033431 nömrəli Qərarı qəbul edərək xarici təhsilə dair kvalifikasiyanın tanınmasından imtina etmişdir. Cavabdeh öz qərarını “açık öğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunması ilə əsaslandırmışdır. İddiaçı hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olaraq qəbul edildiyindən ləğv edilməli və cavabdehin üzərinə kvalifikasiya şəhadətnaməsinin verilməsi, diplom üzrə ixtisasın tanınmasına dair vəzifə qoyulmalıdır. Belə ki, cavabdeh öz qərarını "açık öğretim” təhsilalma formasının ənənəvi təhsil formasına aid olmamasını qeyd edərək Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023 tarixli "Xarici dövlətlərin ali təhsil yardım kvalifikasiyalarının tanınması Qaydalarının 3.10.1 və 4.1.5-ci bəndlərinə istinad etsə də, həmin müddəalarda distant təhsillə bağlı heç bir məsələ tənzimlənmir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında əyani, qiyabi, distant və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Qanunun 1.0.9-cu maddəsinə əsasən distant (məsafədən qiyabi) təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqramtexniki vasitələr əsasında təşkil olunduğu təhsil alma formasıdır. İddiaçının təhsil aldığı “açık öğretim” təhsil forması da həmçinin, bu anlayışa uyğun gəlməklə birlikdə, iddiaçının bakalavr diplomuna əlavə edilmiş qiymətlər cədvəlindən və ümumvətəndaş pasportundakı giriş-çıxış möhürlərindən də göründüyü kimi, təhsil aldığı müddətdə Türkiyədə üzbəüz müəyyən edilmiş bütün imtahan dərs və yoxlamalardan uğurla keçmiş ve bütün təhsil proqramını yeterli səviyyədə mənimsəmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyənləşdirmək ve kvalifikasiyaların tanınmasını həyata keçirmək dövlətin təhsil sahəsindəki vəzifələrdəndir. Həmin qanunun 44.2-ci maddəsin əsasən, Azərbaycan Respublikası vətəndaşlarının xarici ökələrdə, əcnəbilərin va vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normativ hüquqi aktlarla tənzimlənir. Hamçinin, Azərbaycan Respublikası Nazirler Kabinetinin xx.xx.2010 tarixli 75 nömrəli Qərərı ila təsdiq edilmiş "Ali təhsil pilləsinin dövlət standartı və proqramTnın 5.4-cü bəndinə əsasən distant təhsil Azərbaycan Respublikasında təhsil formalarından biri kimi qabul olunmuşdur. Həmçinin, 2017-ci il oktyabrın 31-da imzalanmış "Azərbaycan Respublikası Hökumeti ila Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında" Sazişin (təsdiq edilməsi: xx.xx.2018 tarixli 1004-VQ nömrəli Qanuna əsasən) qeyd olunur ki, həmin Sazişin məqsədi beynəlxalq hüquq normalarına və tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq hər iki tərəfin müvafiq qurumları arasında bərabərlik va qarşılıqlı hörmət əsasında təhsil sahəsində əməkdaşlığı inkişaf etdirməkdir. Həmin Sazişin 12-ci maddəsinə əsasən Azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, türkiyəli tələbələrə ali təhsil müəssisələrinin diplomlarının ekvivalentliyi va tanınması Türkiyə Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq hayata keçirilir. “Təhsil haqqında” Qanunda və həmin qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsil formasının bilavasitə təsbit olunmasına baxmayaraq, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları ve müddəti ilə bağlı Respublikada hər hansı qanunvericilik aktlarının mövcud olmaması va distant təhsilin dövlət standartları müəyyən edilməməsi iddiaçının Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən verilmiş ali təhsili uğurla bitirdiyini təsdiq edən diplomun tanınmasından imtinaya səbəb ola bilməz. Çünki, bu hal şəxsin iradə ifadəsindən asılı olaraq yaranmamışdır va hüquqi müəyyənlik prinsipinə ziddir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı aldığı ixtisasın ölkə ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq iddiaçıya müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Agentlikdə iddiaçının sənədləri araşdırılarkən, iddiaçının təqdim etdiyi diplomun Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydalan”na uyğun gəlmədiyi müəyyən edilmişdir. Belə ki, iddiaçının “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması üzrə təhsil aldığı müəyyən edilmişdir. Qeyd etmək istəyirik ki, “Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” (açıq təhsil) təhsilalma forması müəyyən edilməmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, “açıköğretim” təhsil forması qeyri-ənənəvi təhsil formasıdır. Türkiyə Cümhuriyyətinin “AÇİK YÜKSEKÖĞRETİM YÖNETMELİĞİ1 haqqında qanunun 8-ci maddəsinə əsasən imkanlar daxilində a) aii təhsildə çap edilmiş tədris alətləri, kasetlər, videolar, lentlər, lentlər və filmlər, b) Radio və televiziya c) oxşar avadanlıq və sistemlərdən istifadə olunur. Qeyd olununan maddəyə əsasən məlum olur ki, tələbə tədris zamanı hər hansı dərs ixtisas dərsi tədris edilmədən, göndərilmiş materillar əsasında diplom əldə edir. “Açıköğretim" təhsil forması beynelxalaq təcrübədə modul tipli təhsil formasına uyğundur. Sözügedən təhsil Azerbaycan Respublikası qanunvericilik sistemində mövcud deyildir. Həmçinin bu hal ilə bağlı Türkiyə Respublikası qanunvericiliyində də “açıköğretim” və “distant” təhslin fərqli anlayışlar olduğu qeyd olunmuşdur. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması (nostrifikasiya) Qaydalarfnın 1.3-cü bəndinə əsasən tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, "Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Qüvvədə olan qaydaların 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarfnm 3.10.1-ci bəndinə əsasən, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmaması xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsasdır. Qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi iddiaçıya məxsus olan diplomun tanınmasına hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçın Türkiyə Respublikasının Atatürk Universiteti tərəfindən verilmiş bakalavr diplomu üzrə aldığı ixtisasın Azərbaycan Respublikasının ərazisində tanınması və tanınma haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə qoyulması barədə iddia tələbi rədd edilməsi xahiş edilmişdir.
4. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2024-cü il tarixli, NA00033431 nömrəli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” Qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsil əldə etmədiyi müəyyən edilmişdir. Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən “açık öğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür. Lakin, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulmuşdur. Beləliklə, "açık öğretim" təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan Respublikası təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalan"nın 3.10.1-ci və 4.1.5-ci yarımbəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 3.10.1-ci bəndinə əsasən ərizəçinin xarici ali təhsilə dair kvalifikasiyasının tanınmasından imtina edilməsi qərara alınmışdır.
5. xx.xx.2021-ci il tarixli, 55842 nömrəli Bakalavr Diplomuna əsasən İddiaçı Atatürk Universitetinin xüsusi qanun və təlimatlarına əsasən təhsilini müvəffəqiyyətlə başa vurduğu üçün Türkiyə Respublikası qanunvericiliyinin verdiyi hüquq və səlahiyyətlərdən faydalanmaq üzrə bu diploma layiq görülmüşdür. İxtisası: Menecment Adı və soyadı İddiaçı Atasının adı: Mansır Anasının adı: İradə Doğulduğu tarix və yer: Gəncə - 1985-ci il Diplomun verildiyi tarix: xx.xx.2021-ci il TR şəxsi №: **********1 Məzun olduğu tarix: xx.xx.2020-ci il Qeydiyyatlara uyğundur.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi və bildirdi ki, 2014-cü ildə universitetə qəbul olmuş və 2020-ci ildə bitirmişdir, pandemiya dövründə də imtahanlarda canlı iştirak etmişdir. Belə ki, Türkiyə Respublikası Atatürk Universitetində “açıköğretim” formasında, yəni qiyabi formada təhsil almışdır. İldə 4 dəfə dərslərdə iştirak etmiş və imtahanlar canlı keçmişdir. Universitetə ingilis dili, riyaziyyat və türk dili üzrə imtahan verərək qəbul olmuşdur. Hazırda diplomun tanınmasını tələb etməkdə məqsədi gələcəkdə magistratura və doktorantura səviyyəsində təhsil almaqdır.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı mülahizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi bildirdi ki, Azərbaycan Respublikasında “açıköğretim” təhsilalma forması mövcud deyil. “Qiyabi” və “açıköğretim” eyni mənanı ehtiva edən təhsilalma formaları deyil. Belə ki, qiyabi təhsilalma formasında dərslərdə iştirak etmək tələbi mövcuddur, “açıköğretim” təhsilalma formasında isə belə tələb yoxdur. Nəzərə alınmalıdır ki, Bakı Dövlət Universitetində qiyabi təhsil alan vətəndaşın diplomu Türkiyə Respublikasında tanınmamış və imtina səbəbi olaraq Türkiyədə qiyabi təhsilalma formasının olmadığı bildirilmişdir. “Açıköğretim” modultipli təhsildir. “Açıköğretim” təhsilalma formasında müəllimlə kommunikasiya yoxdur, tələbələr dərslərsə iştirak etmir, yalnız imtahanlar üzbəüz sessiyalarla həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin əvvəlki qərarlarında “açıköğretim” təhsilalma forması distant təhsilalma formasının bir növü kimi nəzərə alınmışdır. Buna baxmayaraq Azərbaycan Respublikası Ali Məhkəməsi son qərarlarında yeni mövqe formalaşdırmışdır. Digər tərəfdən İddiaçının “qiyabi” formada təhsil aldığı qəbul edildiyi təqdirdə belə, İ, İİİ və İV təhsil illəri üzrə Türkiyə Respublikasında olma müddəti “qiyabi” təhsilə dair tələbləri ödəmir. Nəzərə alınmalıdır ki, Rusiya Federasiyasında qiyabi təhsil olsa da, Gürcüstanda və Türkiyədə qiyabi təhsil mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin yeni mövqeyini əks etdirən qərarlarında eyni dövr üzrə sərhədkeçmə məlumatlarına baxmayaraq sadəcə təhsilalma forması nəzərə alınmışdır. Cavabdeh orqan hesab edir ki, İddiaçı “açıköğretim” təhsil formasında təhsil aldığından hazırki iddianın perspektivi yoxdur.
II. İddianın növü və mümkünlüyü
8. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi zahirən məcburetmə növündə iddiaya bənzəsə də, iddia tələbi faktiki olaraq diplomun tanınması ilə bağlıdır. Diplomun tanınması zamanı inzibati orqan inzibati akt qəbul edir. Lakin bu, müvafiq iddianın məcburetmə növündə iddia kimi qiymətləndirilməsi üçün yetərli deyildir. Belə ki, həmin qərarla iddiaçı üçün status müəyyən edilmir. Müvafiq qərarla şəxsin diplomu tanınır və ya tanınmaqdan imtina edilir.
9. İPM-in 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Odur ki, iddia müəyyən etmə növündə iddiadır.
11. İddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.
12. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, imtina məktubunun iddiaçıya çatdırılma tarixi müəyyən edilmir. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8.bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). 13.2. Azərbaycan Respublikasında müəyyən edilmiş təhsilalma formaları çərçivəsində evdə təhsil, fərdi təhsil və stasionar təhsil təşkil oluna bilər. 13.3. Zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. 29.0.21. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyınin müəyyən edilməsi (nostrifikasiyası) qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir...
14. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 156 nömrəli Fərmanının 2.2-ci bəndində əsasən Qanunun 29.0.21 (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarının müəyyən olunması üzrə) və 44.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
15. Qüvvədən düşmüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”: 3.6. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.5 Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: 8.7.1. Ali təhsil müəssisəsi tələbələrinin həftəlik maksimal tədris yükünün həcmi 45 saatdır (auditoriya və auditoriyadankənar məşğələlər nəzərə alınmaqla). Həftəlik auditoriya dərsləri bakalavriat səviyyəsində 30, magistratura səviyyəsində isə 16 saatdan çox olmamalıdır. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir və bir kredit 30 saata bərabərdir. 8.7.2. Əyani forma üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240, magistraturada isə 120-160 saat nəzərdə tutulur.
17. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Türkiyə Respublikası Atatürk Universiteti tərəfindən onun adına verilmiş 55842 nömrəli xx.xx.2021-ci il tarixli bakalavr diplomunun tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminat Agentliyinin üzərinə qoyuımasını tələb etmişdir.
18. Məhkəmənin hazırki iş üzrə mövqeyi Ali Məhkəmənin İnzibati Kollegiyasının analoji iddia tələbi ilə bağlı 2-1(102)-293/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarına uyğundur: eyni universitet (Türkiyə Respublikası Atatürk Universiteti), eyni ixtisas (menecment), eyni təhsilalma forması (“açıköğretim”).
19. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-293/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qərarında qeyd edilmişdir: “25. İddiaçı Türkiyə Respublikası Atatürk Universiteti Biznes İdarəçiliyi fakültəsinin Menecment bölməsi üzrə təhsil almış, təhsilini xx.xx.2019-cu il tarixində bitirmişdir. İddiaçı təhsili “açıq öyrətim” formasında almışdır.
26. Açıq öyrətim ali təhsil qurumlarında üz-üzrə və distant təhsil istisna olmaqla, tələbələrin və müəllimlərin məkandan asılı olmayaraq qarşılıqlı əlaqəsi və ünsiyyəti olmadan həyata keçirilən təhsil formasıdır. Tələbə tədris zamanı hər hansı dərs, ixtisas dərsi tədris edilmədən, göndərilmiş materiallar əsasında diplom əldə edir. “Distant (məsafədən)” təhsil isə ali təhsil müəssisələrində təlim-tədris prosesinin informasiya və kommunikasiya texnologiyaları əsasında planlaşdırıldığı və həyata keçirildiyi, tələbə ilə müəllimin və tələbələrin öz aralarında qarşılıqlı ünsiyyəti/əlaqəsi əsasında dərslərin şəxsən müəllim tərəfindən eyni mühitdə olma zərurəti olmadan ancaq sinxron şəkildə keçirildiyi təlim-tədris formasıdır. Açıq öyrətim distant təhsilalma formasından fərqli olaraq özündə təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətini ehtiva etmir. Elə bu səbəbdən həm də açıq öyrətim distant təhsilin xüsusi forması kimi də qəbul edilə bilməz.
27. Göründüyü kimi, “açık öyrətim” təhsil “distant (məsafədən)” təhsil ilə eyni olmamaqla fərqli təhsilalma formalarıdır.
28. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə “açıq öyrətim” formasında xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır.
29. “Təhsil haqqında” Qanunun 13-cü maddəsində əyani, qiyabi, distant (məsafədən), sərbəst (eksternat) təhsilalma forması müəyyən edilmişdir, yəni təhsil qanunvericiliyində “açıq öyrətim” təhsilalma forması nəzərdə tutmamışdır.
30. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Qanunun diplomların tanınması və ekvivalentliyi adlanan 12-ci maddəsində qeyd edilir ki, azərbaycanlı tələbələrə Türkiyə Respublikasının ali təhsil müəssisələri tərəfindən verilən diplomların ekvivalentliyi və tanınması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq,...həyata keçirilir.
31. İddiaçı təhsil aldığı dövrdə qüvvədə olmuş Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydalarının 2.2-ci bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır.
32. Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlarda isə iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıq öyrətim” təhsil forması nəzərdə tutulmamışdır.
33. Yuxarıda göstərilən halları ümumiləşdirən məhkəmə kollegiyası bildirir ki, distant təhsil və açıq öyrətim təhsil fərqli təhsilalma formaları olduğundan və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində açıq öyrətim təhsilalma forması nəzərdə tutulmadığından iddiaçının açıq öyrətim təhsil formasında aldığı diplomun tanınması və ekvivalentliyi haqqında iddiası təmin edilə bilməz”.
20. Məhkəmə nəzərə alır ki, İddiaçı Türkiyə Respublikası Atatürk Universitetində “menecment” ixtisası üzrə “açıköğretim” təhsilalma formasında təhsil aldığı işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında əks olunan mövqeyə əsasən distant təhsil və "açıköğretim" təhsil fərqli təhsilalma formalarıdır və Azərbaycan Respublikasının təhsil qanunvericiliyində iddiaçının Türkiyə Respublikasında təhsil aldığı “açıköğretim” təhsilalma forması nəzərdə tutulmamışdır. Belə olan təqdirdə iddiaçının “açıköğretim” təhsil formasında aldığı diplomun tanınması barədə iddia tələbi təmin edilə bilməz.
21. Beləliklə, məhkəmə müəyyən edilmiş halları ixtisasın tanınması üçün təhsilin keyfiyyət göstəriciləri ilə bağlı tələblər baxımından dəyərləndirərək hesab edir ki, cavabdeh tərəfindən diplomun tanınmasından imtina edilməsi mübahisəyə dair işin hallarına, milli və beynəlxalq qanunvericiliyə uyğun olduğundan, cavabdeh tərəfindən iddiaçının diplomunun tanınmasından imtina olunması onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
22. Məhkəmə işin hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının diplomunun tanınmasından imtina etməkdə cavabdeh haqlı olmuşdur.
23. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
24. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
25. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
26. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.
27. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva