Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4049/2020 13.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı «xxxx” QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla pulun qaytarılması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» QSC-yə artıq ödədiyi 1500 manat məbləğində pulun ona qaytarılması, həmçinin 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə «xxxx» QSC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə cavabdeh olan “xxxx” QSC-dən illik 18% olmaqla, 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu barədə onunla cavabdeh arasında 03L000009001 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Lakin 2015-ci ildə dolların devalivasiya nəticəsində o, manatla kredit müqaviləsi üzrə banka əlavə olaraq pul ödəmişdir. Həmin kredit müqaviləsi üzrə o öhdəliyini lazımınca yerinə yetirmişdir və banka heç bir borcu yoxdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər görülməsinə dair xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar vətəndaşların yaşayış səviyyəsinin yaxşılaşmasında, yeni iş yerlərinin açılması sayəsində əhalinin məşğulluğunun və gəlirlərinin artmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında öz müsbət nəticələrini göstərməkdədir. Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Göründüyü kimi onunla bank arasında bağlanmış kredit müqaviləsi fərmanın təsiri altına düşür. Sonradan o, fərmana uyğun olaraq şifahi qaydada banka müraciət etmişdir ki, onun dolların devalivasiyası nəticəsində artıq ödədiyi 1500 manat pulu geri qaytarsın. Lakin onun müraciətinə əsasən cavabdeh təşkilat onu Azərbaycan Respublikası Maliyyə X2 yönəltdilər. Bundan sonra o, Azərbaycan Respublikası Maliyyə X2 internet vasitəsi ilə müraciət etmişdir və ona bildirmişdir ki, kreditin onun adına olması müəyyən olunmadığına görə məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 iddia tələbi ilə bağlı verdiyi izahatında bank tərəfindən göndərilmiş sənədlərə əsasən İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslərin siyahısına daxil edilməsinə və ona ümumilikdə ləğv prosessində olan “xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2013-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 1.541.97 manat kompensasiyanın hesablanmasına etiraz etmədiyini bildirmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, lakin səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdeh və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. - Kreditor «xxxx» QSC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 03L000009001 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, həmin kredit razılaşmasına əsasən kreditor borcalana 18 ay müddətinə, illik 1.8333 % olmaqla 3000 ABŞ dolları məbləğində kredit vermişdir. - İddiaçı tərəfindən Maliyyə X2 ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətdən görünür ki, ACCESS Bankdan xx.xx.2015 il tarixində 3000 USD kredit əldə etmişdir. ikinci devalivasiyaya uğramışdır. Lakin adı portalda çıxmır. - X4 X1 iddiaçıya ünvanladığını 28434 №-li, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasıya olunacaq borclar X4 Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. Müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsini mümkün olmamışdır. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrin həqiqiliyinin və eyniləşdirilməsinin məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışıdır. Odur ki, məsələnin baxılması məqsədi ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. - “xxxx” MMC-nin xx.xx.2019-ci il tarixli çıxarışından görünür ki, «xxxx» QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3000 ABŞ dollarının verilməsi ilə bağlı kredit müqaviləsi məlumat bazasında qeyd edilmişdir. - «xxxx» QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2015-ci il tarixdə İddiaçı 3000 USD məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixə İddiaçı ödənilməmiş əsas kredit borcu mövcud olmuşdur. Sonuncu ödənişi xx.xx.2017-ci il tarixdə olmuşdur. - Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanlandığı xx xxxxx 2020-ci il tarixli, 16-03540-2020 №-li məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı ilə “xxxx" QSC arasında xx.xx.2015-ci il tarixdə 3.000 ABŞ dolları dəyərində kredit müqaviləsinin bağlanılmasına dair müvafiq qeydlər bazaya ötürülmüşdür. Lakin vətəndaşın kredit tarixçəsinə daxil edilmiş, ləğv prosesində olan “X9” MMC-nin xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini təsdiq edən məlumatlar, eləcə də bank İD və hesab nömrəsi məlumat bazasına düzgün ötürülməmiş, bu səbəbdən həmin kredit müqaviləsi üzrə borcalanın şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. İş üzrə hazırki məhkəmə sərəncamı Mərkəzi Banka daxil olduqdan sonra yenidən ləğv prosesində olan "X9” MMCyə müvafiq sorğu göndərilmişdir. Sorğuya cavab kimi göndərilmiş sənədlərdən aydın olmuşdur ki, xx.xx.2014-cü il tarixində İddiaçı ilə kredit müqaviləsi bağlanmış və həmin müqavilə üzrə borclunun hazıradək ödəniş müddəti keçmiş 232,92 manat əsas kredit borcu qalmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq İddiaçı adının Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsinə və ona Fərmanın 1.2-ci bəndinin tələbləri nəzərə alınmaqla “xxxx" QSC ilə aralarında bağlanmış xx.xx.2015ci il tarixli kredit müqaviləsi üzrə 1.541,97 manat məbləğində kompensasiya məbləğinin hesablanmasına (Fərmanın 2-ci hissəsinə əsasən bu məbləğin 232,92 manat hissəsi ləğv prosesində olan “X9” MMC ilə bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş əsas borcuna yönəldilməklə) etiraz edilmir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 nömrəli, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın: - 1.2-ci hissəsinə əsasən 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirilməklə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməlidir. - 2-ci hissəsinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. - 3.1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməlidir. -3.2-ci hissəsinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahsını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməlidir. -7.1-ci hissəsinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı “xxxx» QSC-dən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmişdir. Lakin kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması səbəbindən müvafiq kreditlərin onun adına olmasının müəyyən edilməsi mümkün olmadığından “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı iddiaçıya münasibətdə tətbiq edilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə “xxxx» ASC arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlandığından, həmin kredit üzrə sonuncunun xx xxxxxx 2015-ci il tarixli devalvasiya gününə əsas kredit borcu ödənilməmiş qaldığından İddiaçı həmin müqavilə üzrə öhdəlikləri yuxarıda qeyd olunan Fərmanın tətbiq dairəsinə düşür və o, Fərman çərçivəsində kompensasiya alacaq şəxslər siyahısına daxil edilməklə ona 1.541,97 manat məbləğində kompensasiya məbləği hesablanmalı idi. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi 1500 manat məbləğində pulun qaytarılmasına dair olduğundan və qanunvericiliyin tələblərinə əsasən məhkəmə iddia tələbindən kənar çıxa bilmədiyindən hesablanmalı kompensasiya məbləği 1500 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “pul məbləğinin qaytarılması və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı hesab edir ki, həmin hissədə iddia tələbi cavabdehə münasibətdə təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının 3.2-ci bəndinə əsasən kompensasiya məsələləri ilə bağlı ləğv olunmuş X4 Palatasının (indiki halda Mərkəzi Bankın) üzərinə yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etmək və bu barədə məlumatları Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilməsi vəzifələri qoyulmuşdur. Göründüyü kimi Fərmana əsasən kompensiyanın hesablanması Mərkəzi Banka, həmin məbləğin ödənilməsi isə Maliyyə Nazirliyinə həvalə edilmişdir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə görə bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öhdəlikləri üçün cavabdeh deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməklə, İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona “xxxx» QSC ilə aralarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.500 manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdehə həvalə edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kompensasiya alacaq şəxslər siyahısına daxil edilməsi və ona “xxxx» QSC ilə aralarında olan xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1.500 (min beş yüz) manat məbləğində kompensasiya məbləğinin hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-4049/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4049/2020
13.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver