Məhkəmə qərarları › İş №2-1(112)-4049/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4049/2025

24.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4049/2025 24.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsi ilə bağlı sərəncam verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılaraq İddiaçı ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, X11 İcraiyyə Komitəsinin 6 saylı, 13 iyun 1985-ci il tarixli qərarına əsasən iddiaçının mərhum atası X3 ünvan 1 ünvanında yerləşən 31 saylı xidməti mənzil 3 nəfər ailə üzvünə ayrılmışdır. Mənzilə dair 16 iyul 1985-ci il tarixli, 001398 saylı order verilmişdir. O, mənzilin yerləşdiyi ərazi üzrə Cavabdehnə mənzilin xidməti mənzillər siyahısından çıxarılmaqla onunla mənzil kirayə müqaviləsinin bağlanmasına dair sərəncam verilməsini xahiş etsə də müraciətinə imtina cavabı verilmişdir. İmtinada xahişinin hansı səbəbdən təmin edilməsinin imkan xaricində olduğu əsaslandırılmamışdır. Formal olaraq Azərbaycan Republikasının Mənzil Qanunvericiliyinin tələblərinə əsasən xahişinin həllinin imkan xaricində olduğu qeyd edilmişdir.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, “Müraciətinizdə siz yaşadığınız mənzilin xidməti mənzillər siyahısından çıxarılması və sizinlə mənzil kirayə müqaviləsinin bağlanmasına köməklik göstərilməsini xahiş edirsiniz. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mənzil Qanunvericiliyinin tələblərinə əsasən ərizədə qeyd etdiyiniz məsələnin həlli imkan xaricindədir. Xahiş edirik nəzərə alasınız.”

4. Cavabdein etirazı onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 saylı Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 4.9.8-ci bəndin də Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini yalnız sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək səlahiyyətinin olduğu göstərilmişdir. Bildiririk ki, sosial kirayə müqaviləsinin forması müəyyən edilməmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşla mənzil kirayə müqaviləsi bağlana bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, xx.xx.2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydasına əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və balanssaxlayıcı qurumun razılığı ilə mənzil sahəsi xidməti mənzillər siyasından çıxarılmaqla vətəndaşın istifaədisinə verilə bilər. Lakin həmin qərarda mənzilin vətəndaşən istifadəsinə məzil kirayə müqaviləsi ilə yoxsa sosial kirayə müqaviləsi əsasında verilməli olduğu müəyyən edilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirik.

5. İşdə olan AZ-İİ 415985 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

6. İşdə olan AZ-İ 969693 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X10 xx.xx.2018-ci il tarixdə Cəlilabad rayonunda vəfat etmişdir.

7. İşdə olan mənzilin şəxsi hesab vərəqəsinə əsasən mənzil sahibi əsasən X4 olan ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü), X7 (xx.xx.1955ci il təvəllüdlü) yaşayırlar.

8. İşdə olan 16 iyul 1985-ci il tarixli, 001398 saylı orderin surətinə əsasən X3 3 nəfər ailə üzvü (özü, arvadı, oğlu) ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 31 saylı xidməti mənzil ayrılmışdır.

9. İşdə olan Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi “Kommunal Təsərrüfat İdarəsi”nin xx.xx.2025-ci il tarixli arayışına əsasən X4 OKXA-ya xx.xx.1982-ci il tarixli 48/k saylı əmrlə fəhlə qəbul edilmiş və xx.xx.1995-ci il tarixli 89/k 3 saylı əmrlə azad edilmişdir.

10. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1985ci il təvəllüdlü), X7 (xx.xx.1955-ci il təvəllüdlü) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

11. İşdə olan Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyini 69 saylı Mənzil-Kommunal İstistmarı Sahəsinin 28 nömrəli xx.xx.2025-ci il tarixli məkrubunda bildirilir ki, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 10, mənzil 31-də yaşayan və qeydiyyatda olan İddiaçı mənzili 69 saylı Mənzil-Kommunal İstistmarı Sahəsinin balansındadır. Həmin binada özəlləşdirilən mənzillər mövcuddur.

12. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-6474/2025 saylı 18 fevral 2025-ci il tarixli məktubu ilə bildirilmişdir ki, qeyd olunan mənzilin dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.

13. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi 3-21-3-30/2-18812/2025 saylı 12 may 2025-ci il tarixli məktubu ilə Milli Qeydiyyat Sistemində olan məlumatlar əsasında ünvan 3 ünvanında yerləşən binanın tərkibində qeydiyyata alınmış mənzillərin siyahısını, habelə bir neçə mənzil ilə bağlı ilkin arxiv sənədlərinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmişdir.

14. Məhkəmənin sorğusuna əsasən Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 02 iyun 2025-ci il tarixli 3-52-13-9/2-135/2025 saylı məktubu ilə bildirilmişdir ki, sorğuda göstərilən bina Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olmaqla, rayon MKTB-nin 69 saylı mənzil-kommunal istismar sahəsinin xidməti ərazisinə daxildir. Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsində yerləşən 10 saylı evin 31 ci mənzili keçmiş Lenin X11 İcraiyyə Komitəsinin 13 iyun 1985-ci il tarixli, 06 saylı qərarı əsasında 16 iyul 1985-ci il tarixli, 001398 nomrəli “xidməti” order əsasında 3 nəfər ailə üzvü ilə (ozü, h/yoldaşı və oğlu) vət. X3 verilmişdir. Əlavə olaraq adına “xidməti” order verilmş X1 rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən xx.xx.2024-cü il tarixində vəfat etmişdir. X2 harada işləməsi ilə bağlı rayon MKTB-nin arxivində hər hansı bir məlumat aşkar edilmədiyindən ətraflı və dəqiq məlimatın verilməsi imkanımız xaricindədir.

15. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. II. İddianın növü və mümkünlüyü

17. İddianın növü məcburemtmə növündə iddiadır.

18. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir.

19. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

20. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

22. Mənzil Məcəlləsinin: 91.1. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; ... 91.2. Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 may tarixli 86 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti yaşayış sahələrinin verilməsi halları və Qaydası”: 1.3. Yaşayış sahəsinin xidməti yaşayış sahəsi kimi xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. 3.5. Aşağıdakılar kirayə müqaviləsinə xitam verilməsi üçün əsasdır: 3.5.1. bu Qaydanın 1.5-ci bəndində göstərilən əmək və ya qulluq münasibətlərinin, habelə seçkili vəzifədə qalmanın xitamı; 3.5.2. xidməti yaşayış sahəsinin məhv olması; 3.5.3. xidməti yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi (bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xidməti yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir). 24.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası”: 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir.

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, - Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi “Kommunal Təsərrüfat İdarəsi”nin xx.xx.2025-ci il tarixli arayışına əsasən X4 OKXA-ya xx.xx.1982-ci il tarixli 48/k saylı əmrlə fəhlə qəbul edilmiş və xx.xx.1995-ci il tarixli 89/k 3 saylı əmrlə azad edilmişdir. - 16 iyul 1985-ci il tarixli, 001398 saylı “xidməti” orderin surətinə əsasən X3 3 nəfər ailə tərkibi (özü, arvadı, oğlu) ilə birlikdə yaşamaq üçün ünvan 1 ünvanında yerləşən 31 saylı xidməti mənzil ayrılmışdır. - AZ-İİ 415985 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2024cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Mənzilin şəxsi hesab vərəqəsinə əsasən mənzil sahibi əsasən X4 olan ünvan 1 ünvanında yerləşən 31 saylı mənzildə İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü), X7 (xx.xx.1955ci il təvəllüdlü) yaşayırlar. - DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı (xx.xx.1985-ci il təvəllüdlü), X7 (xx.xx.1955-ci il təvəllüdlü) ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. - Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyini 69 saylı Mənzil-Kommunal İstistmarı Sahəsinin 28 nömrəli xx.xx.2025-ci il tarixli məkrubuna əsasən Sabunçu qəsəbəsi, Rəsulzadə küçəsi, ev 10, mənzil 31-də yaşayan və qeydiyyatda olan İddiaçı mənzili 69 saylı Mənzil-Kommunal İstistmarı Sahəsinin balansındadır.

26. Göründüyü kimi, iddiaçının mərhum atasının qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil uçotuna alınması faktı öz təsdiqini tapır. X4 xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixinədək OKXA-da işləmiş, onun adına order xx.xx.1985-ci il tarixdə verilmişdir. Orderdə qeyd olunan mənzilin yerləşdiyi ünvanın yalnız zavodun işçiləri üçün verilməsi nəzərdə tutulmuşdur. Həmçinin iddiaçı həmin ünvanda qeydiyyatda olmaqla yaşayır.

27. Məhkəmə qeyd edir ki, vaxtilə xidməti mənzilin geri alınması üçün əsaslar mövcud olmuş olsa da (mərhum X2 ailəsinə xidməti mənzil 1985-ci ildə ayrılmış və o, 2024-cü ildə vəfat etmişdir), balanssaxlayıcı tərəfindən mənzilin geri alılması üçün hər hansı tədbir görülməmiş, mənzil hazırda da iddiaçının (mərhumun ailə üzvü kimi) istifadəsindədir.

28. “İnzibati icraat haqqında” qanunun 17-ci maddəsinə (mütənasiblik prinsipi) əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

29. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipinin yaranması roman-german konstitusionalizminin ənənələri ilə əlaqələndirilir. Əvvəllər, 1950-1960-cı illərdə, mütənasiblik konsepsiyası X9 Məhkəməsi tərəfindən baxılan bir sıra işlərdə öz əksini tapmışdır. Bu konsepsiya Avropa hüququ və praktikası tərəfindən müharibədən sonrakı Almaniyanın konstitusiya hüququna əsaslanaraq qəbul olunmuşdur. Prinsip olaraq isə XVİİİ əsrin sonu – XİX əsrin birinci yarısında Prussiya inzibati hüququnda meydana çıxmışdır.

30. Ümumi şəkildə Almaniya ictimai hüququnda işlənib hazırlanmış və Avropa hüququnda öz təkamülünü davam etdirən mütənasiblik testi aşağıdakı məsələlərin ardıcıl surətdə həll olunmasını nəzərdə tutur: 1) dövlət orqanlarının fərdi hüquqların (azadlıqların) həyata keçirilməsinə müdaxiləsi yer almışdırmı; 2) bu cür müdaxilə dövlətdaxili qanunla nəzərdə tutulmuşdurmu; 3) müdaxilənin məqsədi legitimdirmi (qanunidirmi); 4) arzuolunan məqsədə bu cür müdaxilə vasitəsinin tətbiqi ilə nail olmaq olarmı, başqa sözlə desək, istifadə olunan vasitə məqsədə nail olmaq üçün yararlıdırmı; 5) hansısa başqa, eyni dərəcədə yararlı, lakin daha az yorucu vasitə varmı, başqa sözlə, istifadə olunan vasitə legitim məqsədə nail olmaq üçün zəruridirmi; 6) istifadə olunan vasitə uyğundurmu (dar mənada proporsionaldırmı). Ən ümumi mənada isə mütənasiblik prinsipi mütləq olaraq özündə 3 əsas elementi nəzərdə tutur: - bu prinsip insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılması məsələlərini tənzimləyir; hüquq ancaq qanunla məhdudlaşdırıla bilər; - məqsədə çatma vasitəsi kimi hüququn məhdudlaşdırılma dərəcəsi həmin məqsədə uyğun olmalı və hədsiz olmamalıdır.

31. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur.

32. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.

33. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.

34. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

35. Məhkəmə hesab edir ki, işin hallarına və iddiaçının fərdi situasiyasına uyğun olaraq cavabdeh orqan tərəfindən iddiaçıya münasibətdə tətbiq olunan yanaşma ilə bağlı "ağlabatan mütənasiblik əlaqəsi" mövcud deyil, yəni tətbiq olunan vasitə qarşıya qoyulan məqsədə mütənasib deyil.

36. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır.

37. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-nin 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur.

38. Lakin İPM-nin 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz.

39. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

40. Odur ki, hər hansı inzibati məhkəmə araşdırması zamanı (inzibati orqanda icraatın əvəzinə) inzibati icraat zamanı ümumiyyətlə araşdırma predmeti olmayan məsələlərin araşdırılması (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblər) və bu istiqamətdə müvafiq rəylərin alınması yuxarıda qeyd edilən məqsədlərə uyğun hesab edilə bilməz.

41. Qeyd edilənlərə əsasən məhkəmənin hüquqi mövqeyi ondan ibarətdir ki, cavabdeh tərəfindən yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fondundan yaşayış fondu mənzilə keçirilməsinin mümkünlüyü ilə bağlı inzibati araşdırma həyata keçirilərkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və balanssaxlayıcı qurumun rəyi alınmaqla (belə ki, təqdim edilən sənədlərdən görünür ki, həmin binadakı mənzillər yaşayış sahəsi kimi istifadə edilir, bir çox mənzillər özəlləşdirilmiş) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılması və qanunvericiliklə nəzərdə tutulmuş digər tələblərə müvafiq qiymətləndirmə aparılmalıdır. Həmin qiymətləndirmənin aparılması üçün aidiyyəti qurumlardan (Əmlak Məsələləri Dövlət Xidməti və s.) müvafiq rəylər alınmalıdır.

42. Odur ki, inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruridir və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün hesab edilmir.

43. İPM-nin: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: ...73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.

44. Odur ki, müvafiq rəylər İPM-nin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

45. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.

46. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

47. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunsuz hesab edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla ünvan 1 ünvanında yerləşən 31 saylı mənzilin xidməti mənzillər siyahısından çıxarılması ilə bağlı qərar qəbul edilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar