Məhkəmə qərarları › İş №2-1(112)-405/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-405/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-405/2023 28.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlaka dair texniki pasportda və reyestrdən çıxarışda düzəliş edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırkı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «əmlaka dair texniki pasportda və reyestrdən çıxarışda düzəliş edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz- (81)/2013 saylı 5 fevral 2013-cü il tarixli qərarı ilə hazırı İddiaçı iddiası təmin edilmiş və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 1978-ci ildə inşa edilən 4.814,49 kv.m sahəsi olan «Armatur sexi» üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2013-cü il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin qərarı, Ali Məhkəmənin 26 sentyabr 2013-cü il tarixli qərarı ilə isə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi 28 oktyabr 2013-cü il tarixli 2inz(81)-144/2013 saylı məktubla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək məhkəmənin qanuni qüvvəyə minmiş 5 fevral 2013-cü il tarixli qərarının icra olunmasını və bu barədə məhkəməyə rəsmi məlumat verilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi həmin qərarı 2018-ci ildə icra edərək Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən 1978-ci ildə inşa edilmiş «Armatur sexi» üzərində iddiaçının mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə almış, həmin «Armatur sexi»nin ünvanını ünvan 2arış vermişdir. Həmin Çıxarışda sexin sahəsi 4.814,5 kv.m kimi göstərilmişdir. Həmin sexə dair reyestrdən çıxarış və texniki pasport tərtib edilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bir sıra səhvlərə yol verilmişdir. Belə ki, əvvəla, sexin texniki pasportu düzgün tərtib edilməmiş, armatur sexinin bir hissəsi ölçülməmiş, texniki pasporta daxil edilməmiş, sexin ölçülməyən və nəzərə alınmayan hissəsinin əvəzinə sexlə əhatə olunmayan açıq sahə texniki pasporta daxil edilmişdir. Nəticədə sexin texniki pasporta daxil edilməyən hissəsi əsassız mübahisələrə, qonşuluqda yerləşən SEİB-nin 3 saylı Evtikmə Kombinatının haqsız tələb və iddialarına səbəb olmuşdur. Belə ki, Kombinat qanunla müəyyən olunan qaydada iddiaçıya təhvil verilən, onun mülkiyyəti olan sexin bir hissəsini onun özünə icarəyə vermək təklifini irəli sürür. Halbuki, sex iddiaçının həm mülkiyyətində, həm də sahibliyindədir. Bunun səbəbi isə, sexin tekniki pasportunun eskiz əsasında düzgün tərtib edilməməsi, eskiz məlumatlarının təhrif edilməsi, texniki pasport tərtib edilərkən ölçü işlərinin düzgün aparılmamasıdır. Armatur sexinin uzunluq və en ölçüləri ilkin texniki sənəd olan eskizdə dəqiq göstərilmiş, əmlakın mülkiyyətçiyə təhvil verilməsi haqqında 24 noyabr 2005-ci il tarixli aktda sexin bütün texniki göstəriciləri dəqiq təsvir edilmişdir. Bundan əlavə, «Armatur sexi»nin ümumi sahəsi müəyyən edilib reyestr məlumatlarına daxil edilərkən reyestr aparan orqan tərəfindən yenə də ciddi səhvə yol verilmiş, sexin ümumi sahəsi, sexin ilkin texniki sənədi olan eskizdə göstərilən əraziyə giriş-çıxış üçün nəzərdə tutulan yol texniki pasporta və çıxarışa əlavə edilməmiş, əmlakın mülkiyyətçiyə təhvil verilməsi haqqında 24 noyabr 2005-ci il tarixli aktda göstərilənlər nəzərə alınmamışdır. Həmin aktda açıq şəkildə qeyd olunmuşdur ki, armatur sexi kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan iki qapısından istifadə olunması nəzərə alınmaqla həmin sahə ilə birlikdə armatur sexinin sahəsi 4.944 kv.m-dir. Buradan da göründüyü kimi, armatur sexinin ümumi sahəsi 4.944 kv.m-dir və sexə giriş-çıxış üçün nəzərdə tutulan yol da sexin ümumi sahəsinə aiddir. Lakin eni 6 metr, uzunluğu 24 metr olan həmin yol sexin texniki pasportunda nəzərdə tutulmadığından və ümumi sahəyə daxil edilmədiyindən armatur sexinin qonşuluğunda yerləşən SEİB-nin 3 saylı Evtikmə Kombinatının rəhbərliyi əsassız olaraq sexə giriş-çıxışa mane olur, həmin yolun armatur sexi üçün nəzərdə tutulmadığını bildirir və yalnız Kombinata aid olduğunu iddia edir. Halbuki qeyd edilən aktı imza edib möhürlə təsdiq edən təşkilatlardan biri Kombinatdır. Belə ki, sexə giriş-çıxış yoluna məhdudiyyət qoymaq istəyən Kombinat rəhbərliyi özü imza edərək təsdiq etmişdir ki, eni 6 m, uzunluğu 24 metr olan iki qapısından istifadə olunması nəzərə alınmaqla həmin sahə ilə birlikdə armatur sexinin sahəsi 4.944 m-dir. Giriş-çıxış yolunun sexə aid olduğu halda onun texniki pasportunda nəzərə alınmaması və ümumi sahəyə daxil edilməməsi nəticə etibarilə mülkiyyətçinin hüquqlarının pozulmasına, mülkiyyətində olan əmlakdan sərbəst şəkildə istifadə etməsinə süni əngəllər yaratmışdır. Odur ki, qeydiyyat zamanı yol verilən bu səhvlər aradan qaldırılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. İddiaçı yuxarıda qeyd olunan halları əks etdirən ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək yaranmış uyğunsuzluğun aradan qaldırılması, giriş-çıxış yolunun, sexin ölçülməyən hissələrinin ölçülərək texniki pasporta daxil edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat məsələnin həllini təmin etməmiş, əksinə 5 avqust 2021-ci il tarixli məktubla müraciətə cavab verərək bildirmişdir ki, qeyriyaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdeh tərəfin imtina məktubu əsassızdır. Çünki cavabdeh təşkilatın heç bir mütəxəssisi əraziyə baxış keçirmək üçün gəlməmişdir. Göstərilənlərə və İPM-in 2, 34-cü və digər maddələrinə əsaslanaraq, məhkəmədən iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və reyestrdən çıxarışa əlavə edilməsi, armatur sexinin tikililərinin təkrar ölçülərək texniki pasporta daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında bildirilir ki, İddiaçı onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyriyaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və çıxarışa əlavə edilməsi, armatur sexinin tikililərinin təkrar ölçülərək texniki pasporta daxil edilməsi tələbinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 30 iyun 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün İdarənin mütəxəssislərinə şərait yaradılmadığından ərizənin icrası İdarə tərəfindən mümkün olmamışdır. Bu barədə iddiaçıya 5 avqust 2021-ci il tarixli məktub ünvanlanmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 11-ci maddəsinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.2) qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: (10.2.1) hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; (10.2.2) torpaq sahəsinin planı və ölçüsü; (10.2.3) torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; (10.2.4) dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)- 144/2013 saylı iş üzrə 5 fevral 2013-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında yerləşən, 1978-ci ildə inşa edilən, sahəsi 4.814,49 kv.m olan “Armatur sexi” üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Məhkəmənin 9 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilərək, ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdur: - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-144/2013 saylı 5 fevral 2013cü il tarixli qərarına əsasən Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 3exi”nin koordinatları müəyyən edilsin; - İddiaçının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 3exi” kompleksi və korpusun axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolu məhkəmə qərarı üzrə qeyd olunmuş 4.814,49 kv.m sahənin hüdudları daxilində yerləşirmi, yerləşirsə ərazisi müəyyən edilsin (ölçüləri göstərilməklə). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə ünvanlanmış 14 oktyabr 2022-ci il tarixli məktubu ilə Mərkəzinin ekspertinin həmin tarixli 10/4598 nömrəli ekspert rəyində aşağıdakılar göstərilmişdir: - Bakı şəhəri, Binəqədi rayonu, Dərməgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 3exi”nin sahə sərhədləri müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, 283 ünvanında yerləşən İddiaçı məxsus “Armatur sexi”nə dair tərtib olunmuş texniki pasportun həmin “Armatur sexi”nn faktiki vəziyyətinə uyğun tərtib edilmədiyi müəyyən olunmuşdur. “Armatur sexi”nin faktiki vəziyyətini əks etdirən sxem rəyin tədqiqat hissəsində göstərilmişdir; - Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 3exi” kompleksi və korpusun axır hissəsində eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolunun 24 noyabr 2005-ci il tarixli əmlakın mülkiyyətçiyə təhvil verilməsi haqqında aktda qeyd olunan 4.944 kv.m sahənin daxilində yerləşdiyi müəyyən edilir. Lakin həmin sahənin məhkəmə qərarı üzrə qeyd olunmuş 4.814,49 kv.m sahənin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi mümkün olmamışdır. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanında (hazırda ünvan 5leksinə hazırkı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi hazırkı cavabdehə (inzibati orqanın bazasında hazırkı cavabdeh yaradılmışdır) həvalə olnmuşdur. Qərarın icrası üzrə iddiaçının müvafiq əmlaka hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınmaqla ona reyestrdən çıxarış verilmiş, həmçinin daşınmaz əmlak barəsində texniki pasport tərtib olunmuşdur. İddiaçı texniki pasportda göstərilənlərlə razılaşmır və əmlakın bütün göstəriciləri, o cümlədən onun axır hissəsində eni 6 m, uzunluğu 24 m olan giriş-çıxış yolu da əks olunmaqla texniki pasportda dəyişiklik olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, qeyri-yaşayış sahəsinə və ya əmlak kompleksinə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın və “texniki pasport”ün verilməsini birmənalı şəkildə nəzərdə tutur. Hazırkı məhkəmə icraatında 9 iyun 2022-ci il tarixli qərardadı ilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 14 oktyabr 2022-ci il tarixli 10/4598 nömrəli ekspertiza rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi mötəbər sübut qismində qəbul edilir. Rəy qoyulan məsələlər üzrə tam əhatəli və əsaslandırılmış qiymətləndirilir. Məhkəmə diqqətə çəkir ki, iddiaçının iddiasında əmlakın texniki pasportunda və reyestrdə qeydiyyata iki məsələ ilə bağlı dəyişiklik olunmasını tələb edir: - əmlakın axır hissəsində yerləşən eni 6 m, uzunluğu 24 metr olan giriş-çıxış yolunun armatur sexinin texniki pasportuna və reyestrdən çıxarışa əlavə edilməsi; - armatur sexinin tikililərinin təkrar ölçülərək texniki pasporta daxil edilməsi Məhkəmə iddiaçının “giriş-çıxış yolunun texniki pöasporta və reyestrdə qeydiyyata (çıxarışa) daxil edilməsi” tələbi ilə razılaşmır. Məhkəmə mövqeyini onunla əsaslandırır ki, həmin yolun mübahisə predmeti olan əmlaka aid olması, daha dəqiq desək yolun özəlləşdirilən əmlak kimi həmin kompleksin əvvəlki texniki pasportunda əks olunması təsdiqini tapmır. Belə ki, əvvəlki texniki pasportun təqdim olunması ilə bağlı məhkəmənin aidiyyəti orqanlara müraciətləri müsbət nəticə verməmiş və əvvəlki texniki pasportu əldə etmək mümkün olmamışdır. Əmlak kompleksinin daxilindəki göstəricilərə gəldikdə isə, ekspetiza rəyi ilə də iddiaçıya məxsus (üzərində onun mülkiyyət hüququ qeydiyyat alınmış) əmlak kompleksi barədə tərtib olunmuş texniki pasportun əmlakın faktiki vəziyyətini əks etdirmədiyi təsdiqini tapır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı əmlakın daxilindəki (giriş-çıxış yolundan başqa) göstəricilərinin texniki pasportda əks olunmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia həmin hissədə əsaslı sayılaraq təmin edilməli, qalan “giriş-çıxış yolunun texniki pasporta və reyestrdən çıxarışa daxil edilməsi” hissəsində isə rədd edilməlidur. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Belə olan halda məhkəmə qanunvericiliyin normalarının, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 13, 17-ci maddələrinin, İPM-in 52, 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksinin faktiki göstəricilərinə uyğun texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalı, iddia qalan hissədə – “giriş-çıxış yolunun texniki pasporta və reyestrdən çıxarışa əlavə edilməsi” hissəsində rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 2.2, 13, 52, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi 283 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (armatur sexi) dövlət qeydiyyatı zamanı yol verilən texniki səhvləri aradan qaldıraraq armatur sexi kompleksinin faktiki göstəricilərinə uyğun texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə – “giriş-çıxış yolunun texniki pasporta və reyestrdən çıxarışa əlavə edilməsi” hissəsində rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar