Məhkəmə qərarları › İş №2-1(112)-4050/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4050/2021

21.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4050/2021 21.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X9 Oruczadənin sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 (əlli yeddi) yaşa çatmağı ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı 25 avqust 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona 57 (əlli yeddi) yaşa çatmağı ilə əlaqədar güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1961-ci ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 02.06.1979-cu il tarixdən “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda formasız texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexində zərərli iş şəraitində işləməklə şpris maşınının köməkçisi şagirdi qəbul edilmişdir. 21.06.1979-cu ildə Sovet Ordusu sıralarına xidmətə çağırıldığı üçün işdən azad olunmuş, ordu sıralarından tərxis olunduqdan sonra 03.09.1981-ci il tarixdən həmin zavodun Mexaniki Təmir Sexinin ventilyasiya sahəsinə zərərli iş şəraitində işləməklə təmirçi çilingər işinə qəbul edilmiş, 15.10.1981-ci il tarixdən 2 dərəcə, 15.01.1982-ci il tarixdən 3 dərəcə, 05.05.1982-ci il tarixdən 4 dərəcə almaqla iş fəaliyyətini davam etdirmişdir. 02.06.1982-ci ildə öz ərizəsi ilə həmin zavoddan işdən çıxmışdır. “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunun bazasında 2001-ci ildə “X6” ASC yaradılmışdır. “X6” ASC tərəfindən verilmiş 02.09.2020-ci il tarixli 303 saylı arayışdan görünür ki, o, həmin müəssisədə 09 ay 18 gün güzəştli iş stajı əldə etmişdir.1982-ci ildən 1993-cü ilə kimi əmək fəaliyyətini dayandırmamış, müəyyən işlərdə işləmiş, ancaq güzəştli iş stajına aid deyil.08.09.1993-cü ildə (əmr № 58, 08.09.1993-cü il) "xxxx" Müəssisəsinin Gəncə sahəsində X7 açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilmiş, 01.11.1996-cı ildə (əmr № 66/uı, 26.11.1996-cı il) X5 və Avtomatikasının təmiri və quraşdırılması sahəsinə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş, 15.05.2002-ci ildə (əmr № 17-ş, 15.05.2002-ci il) Az.Res. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilmiş, 16.05.2002-ci ildə (əmr № 10-kş, 16.05.2002-ci il) "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlaması sexinin X1 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş və 30.12.2008-ci ildə (əmr № 08/17-kş, 30.12.2008-ci il) Az.Res. Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. 06.01.2010-cu ildən (əmr № 20/17-kş, 28.01.2010-cu il) "xxxx" ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X7 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş, 28.12.2012-ci ildə (əmr № 152/17-kş, 28.12.2012-ci il/) Sumqayıt Texnologiyaları Parkında Ağır Maşınqayırma Departamentinin 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilmiş və 29.12.2012-ci ildə (əmr №48/6-kş, 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün ona, yəni İddiaçı 08.09.1993-cü ildən 28.12.2012-ci ilədək işlədiyi müddətdə əmək qanunvericiliyinə əsasən əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir.Güzəştli pensiya üçün stajı: 18 il, 03 ay, 14 gün təşkil edir. O 1979-cu ildən müxtəlif zavodlarda, müəssisələrdə ağır işlərdə çalışmışdır. Bu barədə də onun əmək kitabçasında bütün işlədiyi zavodlar, müəssisələrin adları açıq-aydın qeyd olunmuşdur. Eyni zamanda da o, cavabdeh orqana güzəştli pensiyanın təyin olunması üçün işin xüsusi xarakterini təsdiqləyən və əməyin şərtlərini göstərən güzəştli arayışlar təqdim etmişdir. Buna baxmayaraq bütün işlədiyi zavodlar, müəssisələr əmək kitabçasında qeyd olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 9 sentyabr 2020-ci il tarixli 01-7P/525 nömrəli ona dair arayışında 08.09.1993-15.05.2002-ci il, 16.05.2002-30.12.2008-ci il və 06.01.2010-29.12.2012-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik çilingəri vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən edilmiş Siyahı üzrə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixədək onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X4 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 01 dekabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin 9 sentyabr 2020-ci il tarixli 01-7P/525 nömrəli sizə dair arayışında 08.09.1993- 15.05.2002-ci il, 16.05.2002-30.12.2008-ci il və 06.01.2010- 29.12.2012-ci il tarixləri arasındakı dövrlər ərzində elektrik çilingəri vəzifəsində işlədiyiniz qeyd olunmuşdur Göründüyü kimi işlədiyiniz vəzifə yuxarıda qeyd olunan Qərarla müəyyən edilmiş Siyahı üzrə elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatına aid deyil. Bu səbəbdən də 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajınız yoxdur.Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - AZE ******** nömrəli şəxsiyyət vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Yevlax rayonunun, Havarlı kəndində anadan olmuşdur. Yevlax rayonu, Havarlı kəndində qeydiyyatdadır. - Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin 402 nömrəli 03.09.2020-ci il tarixli arayışdan görünür ki, Yevlax rayon Havarlı kənd sakini 1961-ci il təvəllüdlü İddiaçı 21.06.1979-cu il tarixdən 23.06.1981-ci il tarixədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01-ZP/525 nömrəli, 09.09.2020-ci il tarixli “X8 Arxiv Arayışı”ndan görünür ki, Verilir 1961-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o həqiqətən 08.09.1993-cü ildə (əmr № 58- л, 08.09.1993-cü il) "xxxx" Müəssisəsinin Gəncə sahəsində X7 açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib. 01.11.1996cı ildə (əmr № 66/jn. 26.11.199a.:Çi il) X5 və Avtomatikasının təmiri və quraşdırılmas sahəsinə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, 15.05.2002-ci ildə (əmr № 17-ş, 15.05.2002-ci il) Az.Res. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 16.05.2002-ci ildə (əmr № 10-kş. 16.05.2002-ci il) "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X1 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilib və 30.12.2008-ci ildə (əmr №08/17-kş, 30.12.2008ci il) Az. Res. Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə ( tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsin xitam verilib. 06.01.2010-cu ildən (əmr №-20/17kş, 28.01.2010-cu il) "xxxx"ASC-nin Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir təmir sahəsinin X7 açarlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilib, 28.12.2012-ci ildə ( əmr №-152/17-kş, 28.12.2012-ci il) Sumqayıt Texnologiyaları Parkında Ağır Maşınqayırma Departamentinin 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilib və 29.12.2012-ci ildə (əmr № 48/6-kş, 29.12.2012-ci il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qutarması ilə) əsasən əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi zərərli iş şəraitində işlədiyi üçün İddiaçı 08.09.1993- cü ildən 28.12.2012-ci ilədək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. Göstərilən peşələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2 nömrəli siyahısının 2140000а—19923 saylı şifrəsinə əsasən avadanlığa xidmət edən gərginlik altında olan yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir.Güzəştli pensiya üçün staj: 18 il, 03 ay, 14 gün təşkil edir. - “X6” ASC tərəfindən verilmiş 303 №-li 02.09.2020-ci il tarixli Güzəştli Arayışdan görünür ki, Verilir İddiaçı xx.xx.1961-ci il təvəllüdlü ondan ötrü ki, o həqiqətən “Azrezintexnika” istehsalat birliyinin X6 məmulatları zavodunda aşağıda göstərilən fəhlə peşəsində işləmişdir. - 02.06.1979-cu il tarixdən 6 №-li forması texniki rezin məmulatları və xalq tələbatı malları istehsalı sexinə zərərli iş şəraitində işləməklə şpris maşının köməkçisi şagirdi qəbul edilmişdir. Əsas: Əmr № 88/k 01.06.1979-cu il. -21.06.1979-cu il tarixdən Sovet Ordu sıralarına xidmətə çağırıldığı üçün işdən azad edilib. Əmr № 101/k. 20.06.1979-cu il. -03.09.1981-ci il tarixdən zavodun Mexaniki Təmir sexinin ventilyasiya sahəsinə zərərli iş şəraitində işləməklə təmirçi çilingər qəbul edilib. Əmr №-112/k 01.09.1981-ci il. -15.10.1981-ci il tarixdən 2 dərəcə ilə təmirçi çilingər. Əmr № -134/k 20.10.1981-ci il. -15.01.1982-ci il tarixdən 3 dərəcə ilə təmirçi çilingər. Əmr №-25/k 16.02.1982-ci il. -05.05.1982-ci il tarixdən 4 dərəcə ilə təmriçi çilingər. Əmr №-73/k 19.05.1982-ci il. -02.06.1982-ci il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilib. Əmr № 77/k 31.05.1982-ci il.Güzəştli iş stajı: 00 il 09 ay 18 gündür Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 26.12.2001-ci il tarixli 303 nömrəli Sərəncamına əsasən “Azrezintexnika” istehsalat Birliyinin bazası əsasında və hüquqi varisi olaraq “X6” ASC yaradılmışdır. - 08.06.1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı: - 01.06.1979-cu il tarixli 88/k №-li əmrlə 02.06.1979-cu il tarixdən Formalı və formasız məmulatlar sexinə maşinist köməkçisi kimi işə qəbul olunmuşdur; - 20.06.1979-cu il tarixli 101/k №-li əmrlə 21.06.1979-cu il tarixdə Sovet ordusu sıralarına çağırılması ilə bağlı azad edilmişdir; - 21.06.1979-23.06.1981-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir; - 01.09.1981-ci il tarixli 112/k №-li əmrlə 03.09.1981-ci il tarixdə RMU-a çilingər təmirçi şagirdi kimi qəbul edmişdir; - 20.10.1981-ci il tarixli134 №-li əmrlə 15.10.1981-ci il tarixdə 2-ci dərəcəli çilingər təmirçi vəzifəsi verilib; - 16.02.1982-ci il tarixli 25/k №-li əmrlə 15.01.1982-ci il tarixdə 3-cü dərəcəli çilingər təmirçi vəzifəsi verilib; - 19 05.1982-ci il tarixli 73k №-li əmrlə 05.05.1982-ci il tarixdə 4-cü dərəcəli çilingər təmirçi vəzifəsi verilib; - 31 05.1982-ci il tarixli 77/k №-li əmrlə 02.06.1982-ci il tarixdə AZ. SSR ƏM-nin 37ci maddəsinə əsasən azad edilib (öz istəyi ilə); - 09.06.1982-ci il tarixli 64 №-li əmrlə 09 .06.1982-ci il tarixdə Mingəçevir PPO PPU 20 respiratorçu vəzifəsinə qəbul edilmişdir; - 29.09.1982-ci il tarixli 118 №-li əmrlə 27.09.1982-ci il tarixdə 20 PPU yanğın profilaktikası üzrə təlimatçı vəzifəsinə keçirilmişdir; - 25.01.1983-cü il tarixli 14 №-li əmrlə 02.02.1983-cü il tarixdə Respiratorçu vəzifəsinə keçirilib; - 07.01.1987-ci il tarixli 2 №-li əmrlə 01 yanvar 1987-ci ildən 20 PPU yanğın profilaktikası üzrə təlimatçı vəzifəsinə keçirilmişdir; - 11 may 1987-ci il tarixli 29 №-li əmrlə 11.05.1987-ci il tarixdə PPU 20 respiratorçu vəzifəsinə keçirilmişdir; - 25 11 1992-ci il tarixli 105 №-li əmrlə 02.11.1992-ci il tarixdə Bölmə komandiri vəzifəsinə keçirilmişdir; - 30.08 1993-cü il tarixli 138\k №-li əmrlə 01.09.1993-cü il tarixə öz istəyi ilə işdən azad edilib; - 08.09.1993-cü il tarixli 58\1 №-li əmrlə RKP “Azerenerqoremnaladka”da 08.09.1993-cü il tarixdə Yüksəkvoltlu açarların təmiri və qurulması üzrə Gəncə sahə sexinə bölüşdürmə cihazlarının təmiri üzrə 3-cü dərəcəli çilingər kimi qəbul edilmişir; - 03.04.1995-ci il tarixli 26\k №-li əmrlə 01.04.1995-ci il tarixdə Orada RU avadanlığının təmiri üzrə 4-cü dərəcəli çilingər vəzifəsi verilib; - 26.11.1996-cü il tarixli 66\k №-li əmrlə 01.11.1996-cı il tarixdə həmin vəzifəyə TA, MRNEO sexinə keçirilib; - 13.10.1997-ci il tarixli 99\k №-li əmrlə 01.10.1997-ci il tarixdə RU avadanlığının təmiri üzrə 5-ci dərəcəli ek. çilingər kimi qəbul edilib; - 30.08.1993-cü il tarixli 138\k №-li əmrlə 15.07.1999-cu il tarixdə “Azerenerji” SCnin No.91, 28.07.99 -cu il tarixli əmri əsasında “Azerenerqoremnaladka” müəssisəinə S.İ.Lətifov adı verilmişdir; - 15.05.2002-ci il tarixli 17-ş №-li əmrlə 15.05.2002-ci il tarixdəAzərb. Resp.-nm ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilsin; - Azərenerji ASC "xxxx" MMC-nin 16.05.2002-ci il tarixli 10\kş №-li əmrlə 16.05.2002-ci il tarixdə EAT və Sexinin Mingəçevir qrupuna PA avdabalıqlarının təmiri üzrə 5 dər. El.çilingəri qəbul edilib; - 07.03.2003-cu il tarixli 23 №-li 07.03.2003-cü il tarixdən Yeni yaradılmış YYAt və S sexinin Mingəçevir qr-na keçirilib; - 03.03.2004-cü il tarixli 29 №-li əmrlə 03.03.2004-cü il tarixdə "xxxx" MMC "xxxx" MMC adlandırılıb; - 01.04.2005-ci il tarixli 40a №-li əmrlə 01.04.2005-ci il tarixdə "xxxx" MMC "xxxx" MMC adlandırılıb; - 02.10.2006-ci il tarixli 197\ks nömrəli əmrlə 02.10.2006-cı tarixdə həmin sahədə 6cı dər.el.çilingəri vəzifəsinə keçirilib; - 31.10.2003-cü il tarixli 03\ks№-li əmrlə 09.10.2008-ci il tarixdə "xxxx" ASC "xxxx" MMC "xxxx" ASC adlandırılıb; - 30.12.2008-ci il tarixli 08\ks №-li əmrlə 30.12.2008-ci il tarixdə AR Əm-nin 68-ci maddəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilib - "xxxx" MMC-nin 05.01.2009-cu il tarixli 01\k №-li 05.01.2009-cu il tarixdə Cəmiyyətin Qazan-Turbin Avadanlıqlarının Təmiri və Sazlama İdarəsinin X7 açarlarının təmiri və sazlanması sahəsinə 6-cı dərəcəli elektrik çilingəri qəbul edilsin: - 05.01.2009-cu il tarixli 901\k №-li əmrlə 05.01.2010-cu il tarixdə AR Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) Əmək müqaviləsinə xitam verilsin. - "xxxx" ASC-nin 28.01.2010-cu il tarixli 20\17kş nömrəli əmrlə 06.01.2010-cu il tarixdə Energetika Avadanlıqlarının Təmiri İdarəsinin Mingəçevir Təmir sahəsinin YGHAT 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə təyin edilsin; - 03.05.2011-ci il tarixli ”ATİ”\295 №-li əmrlə 02.05.2011-ci il tarixdə YGHAT sexinin adı dəyişilərək EM, G və HAT sexi adlandırılıb. - 28.12.2012-ci il tarixli 152/ к №-li əmrlə 28.12.2012-ci il tarixdə STP ağır maşınqayırma Departamentinə 6-cı dərəcəli elektrik çilingəri peşəsinə keçirilib. Məhkəmə sorğusu əsasında daxil olmuş məktublar: - Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" MMC-nin 22.04.2021-ci il tarixli 100/01-07-110 nömrəli məktubdan görünür ki, İddiaçı, (xx.xx.1961-ci il təvəllüdlü) "xxxx" MMC-nin Elektrik sexinə 26.02.2015-ci il tarixdə “APQ 330-500 kv-luq paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir edən briqadaya” paylayıcı qurğunun avadanlıqlarına xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsinə işə qəbul edilmişdir. (Əmr 60/Ş,26.02.2015). Hal-hazıradək həmin sexdə tutduğu vəzifədə işləyir. İddiaçı 26.02.2015-ci il tarixdən hal-hazıradək işlədiyi zərərli sahədə 8 saatlıq iş günü ərzində CO.2 karbon qazı, təhlükəlilik sinfi 1, səs-küy, titrəmə, nisbi rütubət, iş yerində havanın temperaturu S°, havanın həkət surəti ,əməyin ağırlığı faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 26.02.2015- ci il tarixdən hal-hazıradək 20 % miqdarında əlavə əmək haqqı ödənilmişdir. Zərərli iş şəraitində işlədiyinə görə Əmək Qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü verilmişdir. - Azərbaycan Respublikası "xxxx" ASC-nin 01-FA/471 nömrəli, 03.08.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 08.09.1993-cü ildə (əmr № 58- л, 08.09.1993cü il) "xxxx" Müəssisəsinin Gəncə sahəsində X7 açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə işə qəbul edilib, 01.11.1996-cı ildə (əmr № 66/ın, 26.11.1996-cı il) X5 və Avtomatikasının təmiri və quraşdırılması sahəsinə 4-cü dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, 15.05.2002-ci ildə (əmr № 17-ş, 15.05.2002-ci il) Az.Res. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə (öz xahişi ilə) əsasən işdən azad edilib. 16.05.2002-ci ildə (əmr № 10-kş, 16.05.2002-ci il) "xxxx" MMC-nin Elektrik Avadanlıqlarının Təmiri və Sazlanması sexinin X1 Qurğuların təmiri üzrə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilib və 30.12.2008-ci ildə (əmr №08/17-kş, 30.12.2008-ci il) Az. Res. Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsin xitam verilib. Gəncə və Mingəçevir sahələrində 330 kVt-luq və 500 kVt-luq X7 açarlarının təmirini təmin edən Bölüşdürücü Qurğuların təmiri Xüsusi zərərli iş şəraitində işlər olduğu üçün İddiaçı 08.09.1993-cü ildən 30.12.2006- ci ilədək işlədiyi müddətdə Əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə məzuniyyət günü və əmək haqqına 12% əlavə (Əsas: əmək haqqının hesablanması üçün nəzərdə tutulan Səxsi vərəqələr) verilmişdir. Göstərilən peşələr, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az. Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2 nömrəli siyahısının 2140000а—19923 saylı şifrəsinə əsasən avadanlığa xidmət edən gərginlik altında olan yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri işi bilavasitə xüsusi zərərli əmək şəraitində işlərə aid edildiyindən güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Qeyd edilmiş dövr üçün staj: 13 il, 03 ay, 22 gün təşkil edir. - Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 07-36 nömrəli 18.08.2021-ci il tarixli “X8 Arayış”dan görünür ki, X3 (xx.xx.1961-ci il təvəllüdlü) 26.02.2015-ci il tarixdən hal-hazıradək "xxxx"-nin Elektrik sexinin, APQ 330-500 kv-luq paylayıcı qurğunun avadanlıqlarına xidmət və təmir edən briqadaya” paylayıcı qurğunun avadanlıqlarına xidmət edən 6-cı dərəcəli elektrik çilingəri vəzifəsində işləyir (əmr 60/Ş, 26.02.2015). İddiaçı işlədiyi müddət ərzində 26.02.2015-ci il tarixdən hal-hazıradək zərərli sahədə 8 saatlı iş günü ərzində səs-küy, 50 Hs tezlikli elektrik sahəsinin intensivliyi, nisbi rütubət, infraqırmızı şüalanma, əməyin ağırlığı, yeknəsəkliyi, (monotonluğu) əsəb, emosional və intellektual gərginlik faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə İddiaçı 26.02.2015-ci il tarixdən hal-hazıradək aylıq məvacibinin 20 % əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən onun əmək məzuniyyətinə əlavə 06 təqvim günü məzuniyyət günü verilmişdir.İddiaçı işlədiyi illər ərzində tutduğu elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində, qazanxana, turbin (buxar-qaz turbine) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri vəzifəsinə uyğundur. "xxxx" MMC-də güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən əmək stajı 06 (altı) il, 5 ay, 18 gün təşkil edir. - Azərbaycan Respublikası “AZENCO ASC tərəfindən verilmiş 01-FA/658 nömrəli 10.11.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 1996-cı il tarixdən 2002-ci il tarixədək işlədiyi dövrlərin X5 və Avtomatikasının təmiri və quraşdırılması ilə əlaqədar müvafiq sənədlər olmadığından, bu barədə ətraflı məlumatı və təsdiq edilmiş sənədləri təqdim etmək mümkün deyildir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunur ki, iddiaçı onun 01.01.2006-ci il tarixədək 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının olmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə nəzərdə tutulan peşələrdə çalışmasına istinad edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq güzəştli şərtlərlə pensiya almaq hüququ olduğunu bildirmişdir. Cavabdeh inzibati orqan iddiaçının güzəştli iş stajının olmaması əsası ilə imtina etmişdir. Məhkəmə aşağıdaki əsaslara görə iddianın əsaslı olmadığı qənaətinə gəlir. Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: 01.01.2006-cı il tarixdən qüvvəyə minən “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun “Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər” adlı 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 01.01.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; 4.1.10-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar; 4.1.11-ci bəndinə əsasən, 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9-cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir; Qaydalara 2 nömrəli əlavə kimi “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “Əmək pensiyaları haqqında” Qanundan əvvəl qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Sadalanan qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, 01.01.2006cı ilədək, yəni 08.09.1993-15.05.2002, 16.05.2002-30.12.2008 və 06.01.2010-29.12.2012ci illərdə əmək şəraiti zərərli və ağır olan işlərdə çalışdığını bildirən iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 4 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; 2) ümumi iş stajı minimum 25 il olmalı; 3) xüsusi və ümumi iş stajları 01.01.2006-cı il tarixədək mövcud olmalı; 4) güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı inzibati orqana təqdim edilməlidir. Lakin işdən müəyyən olunur ki, iddiaçının 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilmir. Belə ki, ona məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, o, 01.01.2006-cı ilədək, yəni 08.09.1993-15.05.2002, 16.05.2002-01.01.2006-cı illərdə elektrik çilingəri peşəsində işləmişdir və bu peşə 2 nömrəli Siyahıda təsbit edilməmişdir. Siyahının Xİİİ bölməsində (Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı) “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri” (nominal gərginlik altında olan) (kod 2140000a—19923) nəzərdə tutulmuşdur ki, iddiaçının isə nə əmək kitabçasından, nə də iş yeri tərəfindən verilmiş arayışda onun gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingəri işləməsi müəyyən edilmir. Həmçinin Məhkəmə tərəfindən iş üzrə ətraflı araşdırmanın aparılması məqsədilə iddiaçının 1996-cı il tarixdən 2002-ci il tarixədək işlədiyi sahənin (X5 və Avtomatikasının təmiri və quraşdırılması sahəsi) yüksək (330 kv və daha artıq) gərginlikli bölüşdürücü qurğulara xidmət sahəsi olub-olmaması barədə, ətraflı məlumatın, həmçinin gərginliyin 330 kV və daha artıq olmasına dair müvafiq sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi üçün "xxxx" ASC-yə sorğu göndərilsə də, "xxxx" ASC-dən İddiaçı 1996-2002-ci illərdə işlədiyi dövlərin X5 və Avtomatikasının təmiri və quraşdırılması ilə əlaqədar müvafiq sənədlər olmadığından, bu barədə ətraflı məlumatı və təsdiq edilmiş sənədlərin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 2.2-ci maddəsində siyahısı verilən 9 növ iddiadan yalnız məcburetmə haqqında iddia növüdür ki, ilkin sübutetmə yükü qanunla (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi) iddiaçıya aid edilmişdir. Bu tələbdən irəli gələrək, məcburetmə haqqında iddialar üzrə məhkəmə mübahisələrində məhz iddiaçı əvvəlcə sübuta yetirməlidir ki, onun arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlər iş üzrə mövcuddur, başqa sözlə, iddiaçı belə bir hüquqi aktın qəbul olunmasına cavabdehi məcbur edən və qanunvericiliklə mötəbərlik əhəmiyyəti tanınan bəlli rəsmi sənədlərə malikdir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə tələb olunan minimum müddətdə çalışmasını sübut etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. Göründüyü kimi, iddiaçıya əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan başlıca şərt - xüsusi iş stajının minimum həddən az olmaması şərti onun tərəfindən yerinə yetirilmir. İş üzrə xüsusi staj şərtinə əməl olunmadığından, iddiaçının ümumi staj şərtini yerinə yetirib-yetirməməsinə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmır. Bu mənada məhkəmə etirazın dəlilləri ilə razılaşır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (İPM-in 14.3-cü maddəsi), “Əmək pensiyaları haqqında” Qanun və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, iddiaçının 01.01.2006-cı il tarixədək güzəştli iş stajının olmamasına əsaslanan cavabdehin imtinası nəticə olaraq qanunauyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-in 73.1-ci maddəsi), imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar