Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4050/2025 14.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli 3-7-1/2-M-241751/2024 saylı cavab məktubunun əsassız hesab edilməsi və iddiaçıya hüququ yaranan gündən, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin həvalə edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. xx.xx.2024-cü il tarixinə 25 ildən çox ümumi və 12 il 6 aydan cox güzəştli iş stajı olduğuna görə 60 yaşı tamam olan gündən, yəni xx.xx.2024-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan sənədləri ərizəyə əlavə edərək birinci dəfə xx.xx.2024-cü il tarixində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etdi. Mərkəzi Filial xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-200530/2024 saylı cavab məktubu ilə ona güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etdi. Bundan sonra Mərkəzi Filialda qəbulda olduqdan sonra onlara güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən əsassız olaraq imtina etdiklərini izah etdi. Onlar bir də müraciət edin nəzərə alarıq dedilər. Ona görə də xx.xx.2024-cü il tarixində ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün təkrar müraciət etdi. Mərkəzi Filialın əməkdaşları bu müraciətinə “Bir daha bildiririk ki,” cümləsini əlavə etməklə xx.xx.2024-cü il tarixli 3-17-1/2-M-241751/2024 saylı cavab məktubu ilə yenə də güzəştli şərtlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etdilər. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. Cavabdehin imtina məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın dağ mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr yarımbəndində (b) baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini, nəqliyyat bölməsinin (21) metropolitenlər bəndi(21.5) nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz 21 avqust 1985-ci il tarixli AT-İ № ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli A/199 nömrəli arayışında xx.xx.2000-xx.xx.2007ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə dağ-mədən fəhləsi və tunel baxıcısı, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Texniki İstehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, xx.xx.2012-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində baş mühəndisin müavini, xx.xx.2021-ci il tarixindən bugünədək isə tikinti quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş vəzifəsində işlədiyiniz qeyd edilmişdir. İşlədiyiniz dağ-mədən fəhləsi, tunel baxıcısı və müfəttiş vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bölmə və bəndlərdə nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin arayışda qeyd olunan məlumatlara əsasən, işlədiyiniz baş mühəndisin müavini vəzifəsi yuxarıda göstərilən baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (1 il 7 ay 22 gün (xx.xx.2014xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”
4. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndinin (1.1.2) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr yarımbəndində (b) baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini, nəqliyyat bölməsinin (21) metropolitenlər bəndi (21.5) nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 21 avqust 1985-ci il tarixli AT-İ №7458272 nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli A/199 nömrəli arayışında xx.xx.2000-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə dağ-mədən fəhləsi və tunel baxıcısı, xx.xx.2007-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Texniki-lstehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, xx.xx.2012-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər ərzində baş mühəndisin müavini, xx.xx.2021-ci il tarixindən bugünədək isə tikintiquraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş vəzifələrində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi dağ-mədən fəhləsi, tunel baxıcısı və müfəttiş vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan bölmə və bəndlərdə nəzərdə tutulmamışdır. Eyni zamanda, həmin arayışda qeyd olunan məlumatlara əsasən, iddiaçının işlədiyi baş mühəndisin müavini vəzifəsi yuxarıda göstərilən baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini vəzifəsinə uyğun deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 7 ay 22 gün (xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı ganunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
5. "xxxx" QSC-nin şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli A/199 nömrəli arayışında qeyd olunur: xx.xx.1964-cü il təvəllüdlü, İddiaçı ondan ötrü ki, o, həqiqətən xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “Bakımetrolayihə” institutunda mühəndis, aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində çalışmışdır. xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xüsusi zərərli əmək şəraiti ilə (tuneldə yalnız geşə işi) dağ-mədən fəhlə tunel baxıcısı peşələrində işləmişdir. xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-istehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, baş mühəndisin müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Tikilən Bakı Metropoliteni X1 və Əsaslı Tikintiyə Nəzarət Departamenti adlandırılmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək İddiaçı Bakı Metropoliteni” QSCnin Perspektiv inkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin baş mühəndisi, xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək baş mühəndisin müavini vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixindən hal-hazıradək Texniki-istehsalat şöbəsində keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsində çalışır. İddiaçı Tunel qurğuları xidmətində yeraltı xüsusi zərərli əmək şəraitində çalışdığı dağmədən fəhləsi və tunəl baxıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Baş mühəndis və baş mühəndisin müavini təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun inşa olunan istehsalat güclərinin və obyektlərinin müəyyən edilmiş vaxtda işə salınmasına, metropolitenin istismar xidməti ilə birlikdə onların - vaxtında istismara hazırlanmasına və tikintinin keyfiyyətinin yüksək səviyyəsinin təmin edilməsini təşkil edir. İnşaata nəzarətin və texniki müşahidənin həyata keçirilməsində iştirak edir. Müəyyən olunmuş qaydada inşaat layihələrin və smetalarının ilkin ekspertizalarının keçirilməsi, metropoliten obyektlərinin genişləndirilməsi və yenidən qurulması proseslərində yaxından iştirak edir və s. işin texnologiyasından asılı olaraq yerinə yetirilmiş işlərin keyfiyyətinə və texnoloji proseslərin ardıcıllığına nəzarət edir, iş vaxtının 50% və daha çoxunu mütəmadi şəkildə yeraltı şəraitdə (tuneldə) keçirir. İddiaçı çalışdığı baş mühəndis və baş mühəndisin müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı” nın İ. Dağ-mədən işləri maddəsinin 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinin “b” il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr bəndinə aiddir. Texniki-İstehsalat şöbəsinin keyfiyyətə nəzarət üzrə müfəttişi tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir, tikinti obyektlərinin təyin olunmuş vaxtda istismara verilməsinə yönəldir, təminatı sifarişçi tərəfindən yerinə yetirilən madditexniki vasitələrlə bağlı, eləcə də layihə-smeta sənədlərində ortaya çıxan sualların həllində fəal iştirak edir. Podratçılar tərəfindən yerinə yetirilən bütün rabitə, işarəvermə, yanğın siqnalizasiya sistemləri və avadanlıqların (o cümlədən eskalator, travalator, lift və s.) layihəyə uyğunluğunu, tikinti norma və qaydalarının tələblərinə cavab verdiyini, texniki şərtlərə uyğunluğunu yoxlayır, eyni zamanda sifariş üçün texniki tapşırıqların tərtib olunmasında iştirak edir. İddiaçı metropolitendə çalışdığı vəzifələr üzrə təsvir olunan işlər mühəndis vəzifəsinin vəzifə təlimatı və həmin vəzifədə çalışan işçinin başlıca vəzifə öhdəlikləri və məsuliyyətinə aiddir. Həmin işləri icra etmək üçün işçinin mühəndislik (inşaat, rabitə və işarəvermə, yanğınsöndürmə və s.) üzrə təhsili, biliyi, bacarığı və səriştəsi tələb olunur. Həmçinin, sadalanan işləri icra edən mütəxəssis mühəndisin əmək funksiyasına daxil olan işləri yerinə yetirməlidir ki, bunlar da layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işlərdir. İddiaçı çalışdığı keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.1999-cu il tarixli 14-7 №-li qərarı ilə təsdiq edilmiş Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin X3 Sorğu kitabçasına (hissə 56-2) (yalnız metropoliten sahəsinə aid olan qulluqçu vəzifələrinin tarifixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir) aid olaraq tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş adı altında göstərilmiş, dərəcə diapazonu və tarif-ixtisas xüsusiyyətinə dair məlumat yerləşdirilmiş, tarif-ixtisas xüsusiyyətləri və tələbləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.2005-ci il tarixli 21-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X3 Sorğu kitabçasının İİ Mütəxəssislər bəndinin Mühəndis (müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər) yarımbəndində qeyd edilmişdir. Odur ki, İddiaçı çalışdığı keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri mühəndis vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər.
6. Məhkəmənin sorğusuna əsasən "xxxx" QSC xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü, İddiaçı xx.xx.1985-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək “Bakımetrolayihə” İnstitutunda mühəndis, aparıcı mühəndis, qrup rəhbəri vəzifələrində çalışmışdır. xx.xx.2000-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xüsusi zərərli əmək şəraiti ilə (tuneldə yalnız geşə işi) dağ-mədən fəhləsi, tunel baxıcısı peşələrində işləmişdir. xx.xx.2007-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-İstehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, baş mühəndisin müavini vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. Tikilən Bakı Metropoliteni X1 və Əsaslı Tikintiyə Nəzarət Departamenti adlandırılmışdır. xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək İddiaçı "xxxx" QSC-nin Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin baş mühəndisi, xx.xx.2015-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək baş mühəndisin müavini vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixindən hal-hazıradək Texniki- İstehsalat şöbəsində keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsində çalışır. İddiaçı Tunel qurğuları xidmətində yeraltı xüsusi zərərli əmək şəraitində çalışdığı dağmədən fəhləsi peşəsinin əsas vəzifə və funksiyaları üfüqi diametrlərin və radial ölçülərin çıxarılması işlərində iştirak etməsi, nivelirlənmə zamanı alətlərin yerləşdirilməsi, kameral işlər zamanı hesabat işlərinin aparılması, mayakların qoyulması və bərpası, ölçmə işlərində ustaya köməklik göstərilməsi və s. işlərdən ibarətdir. Onun yeraltı xüsusi zərərli əmək şəraitində çalışdığı tunel baxıcısı peşəsinin əsas vəzifə və funksiyaları qatarların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə tunellərin vəziyyətinə sistemli müşahidə etmək, baxış zamanı yükdaşıyan konstruksiyalarda tunel geyimində, üzlüklərdə mövcud olan və yeni yaranan çatlara, mənzil tunellərində, tunelyanı qurğularda, stansiya və vestibüllərdə qrunt suları axıntılarına, tunel geyimi arxasından süxurçıxma ilə müşahidə olunan axıntılara xüsusi diqqət yerikməkdən və s. işlərdən ibarətdir. Tunel qurğuları xidmətində yeraltı xüsusi zərərli əmək şəraitində çalışdığı dağ-mədən fəhləsi və tunel baxıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndinə aiddir. Baş mühəndis və baş mühəndisin müavini təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun inşa olunan istehsalat güclərinin və obyektlərinin müəyyən edilmiş vaxtda işə salınmasına, metropolitenin istismar xidməti ilə birlikdə onların vaxtında istismara hazırlanmasına və tikintinin keyfiyyətinin yüksək səviyyəsinin təmin edilməsini təşkil edir. İnşaata nəzarətin və texniki müşahidənin həyata keçirilməsində iştirak edir. Müəyyən olunmuş qaydada inşaat layihələrin və smetalarının ilkin ekspertizalarının keçirilməsi, metropoliten obyektlərinin genişləndirilməsi və yenidən qurulması proseslərində yaxından iştirak edir və s. İşin texnologiyasından asılı olaraq yerinə yetirilmiş işlərin keyfiyyətinə və texnoloji proseslərin ardıcıllığına nəzarət edir, iş vaxtının 50% və daha çoxunu mütəmadi şəkildə yeraltı şəraitdə (tuneldə) keçirir. İddiaçı çalışdığı baş mühəndis və baş mühəndisin müavini vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın İ. Dağ-mədən işləri maddəsinin 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bölməsinin “b” il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr bəndinə aiddir. Texniki-İstehsalat şöbəsinin keyfiyyətə nəzarət üzrə müfəttişi tikinti-quraşdırma işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət edir, tikinti obyektlərinin təyin olunmuş vaxtda istismara verilməsinə yönəldir, təminatı sifarişçi tərəfindən yerinə yetirilən madditexniki vasitələrlə bağlı, eləcə də layihə-smeta sənədlərində ortaya çıxan sualların həllində fəal iştirak edir. Podratçılar tərəfindən yerinə yetirilən bütün rabitə, işarəvermə, yanğın siqnalizasiya sistemləri və avadanlıqların (o cümlədən eskalator, travalator, lift və s.) layihəyə uyğunluğunu, tikinti norma və qaydalarının tələblərinə cavab verdiyini, texniki şərtlərə uyğunluğunu yoxlayır, eyni zamanda sifariş üçün texniki tapşırıqların tərtib olunmasında iştirak edir. İddiaçı metropolitendə çalışdığı vəzifələr üzrə təsvir olunan işlər mühəndis vəzifəsinin vəzifə təlimatı və həmin vəzifədə çalışan işçinin başlıca vəzifə öhdəlikləri və məsuliyyətinə aiddir. Həmin işləri icra etmək üçün işçinin mühəndislik (inşaat, rabitə və işarəvermə, yanğınsöndürmə və s.) üzrə təhsili, biliyi, bacarığı və səriştəsi tələb olunur. Həmçinin, sadalanan işləri icra edən mütəxəssis mühəndisin əmək funksiyasına daxil olan işləri yerinə yetirməlidir ki, bunlar da layihələndirmə, tikinti, istehsalat, əməyin və idarəetmənin təşkili, metroloji təminat, texniki nəzarət, elmi-texniki fəaliyyət üzrə işlərdir. Qeyd edək ki, İddiaçı çalışdığı keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.1999-cu il tarixli 14-7 №-li qərarı ilə təsdiq edilmiş Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin X3 Sorğu kitabçasına (hissə 56-2) (yalnız metropoliten sahəsinə aid olan qulluqçu vəzifələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir) aid olaraq tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş adı altında göstərilmiş, dərəcə diapazonu və tarif-ixtisas xüsusiyyətinə dair məlumat yerləşdirilmiş, tarif-ixtisas xüsusiyyətləri və tələbləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının xx.xx.2005-ci il tarixli 21-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin X3 Sorğu kitabçasının İİ Mütəxəssislər bəndinin Mühəndis (müxtəlif ixtisaslardan və adlardan olan mühəndislər) yarımbəndində qeyd edilmişdir. Odur ki, İddiaçı çalışdığı keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri mühəndis vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər.
7. Azərbaycan Memarlıq və İnşaat Universitetinin 185 nömrəli xx.xx.2024-cü il tarixli arxiv arayışına əsasən İddiaçı xx.xx.1980-ci il tarixli 126 u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnsititunun “Yol inşaat” fakültəsinin əyani şöbəsinin “Körpülər və tunellər” ixtisası üzrə tam kursu bitirmiş və Dövlət İmtahan Komissiyasının Qərarına əsasən ona “inşaatmühəndis” ixtisası verilmişdir. Diplom: HB № 973213, qeydiyyat № 809. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri Universitetinin adı dəyişdirilib, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub.
8. Məhkəmənin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
9. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
10. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
11. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
12. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
13. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
15. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
16. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
17. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2024-cü il tarixli məktubla imtina edilmişdir.
18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
19. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
21. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
22. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73.1-ci maddəsi tətbiq oluna bilər.
23. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
24. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 09 noyabr 1985-ci ildən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuş, əmək fəaliyyətinə xx.xx.1985-ci il tarixdə başlamışdır.
25. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilmir.
26. Cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilərək güzəştli iş stajının mövcud olmadığı əsas gətirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçının "xxxx" QSC-də xx.xx.2000-xx.xx.2007-ci il tarixlərdə dağ-mədən fəhləsi və tunel baxıcısı, xx.xx.2007xx.xx.2012-ci il tarixlərdə həmin müəssisənin Texniki İstehsalat şöbəsində tikintiquraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, xx.xx.2012-xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə baş mühəndisin müavini, xx.xx.2021-ci il tarixindən bugünədək isə tikinti - quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş vəzifəsində işlədiyi dövr güzəştli iş stajına əlavə edilməmişdir.
27. İddiaçının mübahisələndirilən (xx.xx.2000-xx.xx.2007, xx.xx.2007-xx.xx.2012, xx.xx.2012xx.xx.2014, xx.xx.2015-xx.xx.2021 və xx.xx.2021-xx.xx.2024) iş stajına münasibətdə məhkəmə qeyd edir:
28. AT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 3-cü dərəcəli dağ-mədən fəhləsi, xx.xx.2004cü il tarixdən xx.xx.2007-ci il tarixədək 3-cü, daha sonra 4-cü dərəcəli tunel baxıcısı peşələrində, xx.xx.2007-ci il tarixdən xx.xx.2012-ci il tarixinədək Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-istehsalat şöbəsində tikinti-quraşdırma işlərinin keyfiyyəti və qəbulu üzrə müfəttiş, həmin müəssisədə xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək baş mühəndisin müavini vəzifəsində, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" QSC-nin Perspektiv inkişaf və Əsaslı Tikintiyə Nəzarət Departamentinin baş mühəndisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək baş mühəndisin müavini vəzifələrində işləmiş, xx.xx.2021-ci il tarixdə Texniki-istehsalat şöbəsində keyfiyyətə nəzarət üzrə müfəttiş vəzifəsinə qəbul edilmişdir.
29. Cavabdeh tərəfindən isə iddiaçının xx.xx.2000-xx.xx.2007, xx.xx.2007-xx.xx.2012, xx.xx.2021-xx.xx.2024-cü illərdə çalışdığı dağ-mədən fəhləsi, tunel baxıcısı və müfəttiş vəzifələrinin – işəgötürənin arayışına əsasən istinad edilən Siyahının bölmə və bəndlərində nəzərdə tutulmaması səbəbindən onun güzəştli iş stajına əlavə edilməmişdir.
30. Eyni zamanda, cavabdeh tərəfindən iddiaçının xx.xx.2014-xx.xx.2015-ci illərdə baş mühəndis vəzifəsində işlədiyi dövrlər onun güzəştli iş stajına əlavə edilsə də, xx.xx.2012xx.xx.2014-cü il və xx.xx.2015-xx.xx.2021-ci illərdə işlədiyi baş mühəndisin müavini vəzifəsinin – Siyahıda qeyd olunan baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini vəzifəsinə uyğun olmaması əsas gətirilərək həmin dövrlər güzəştli iş stajı kimi hesablanmamışdır.
31. İnzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur.
32. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən məktublardan bəlli olur ki, iddiaçının Bakı Metropoliteninin Tunel qurğuları xidmətində xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə işlədiyi dağ-mədən fəhləsi vəzifəsi - üfüqi diametrlərin və radial ölçülərin çıxarılması işlərində iştirak etməsi, nivelirlənmə zamanı alətlərin yerləşdirilməsi, kameral işlər zamanı hesabat işlərinin aparılması, mayakların qoyulması və bərpası, ölçmə işlərində ustaya köməklik göstərilməsi və s. işlər, həmin müəssisədə xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə işlədiyi tunel baxıcısı vəzifəsi - qatarların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə tunellərin vəziyyətinə sistemli müşahidə etmək, baxış zamanı yükdaşıyan konstruksiyalarda tunel geyimində, üzlüklərdə mövcud olan və yeni yaranan çatlara, mənzil tunellərində, tunelyanı qurğularda, stansiya və vestibüllərdə qrunt suları axıntılarına, tunel geyimi arxasından süxurçıxma ilə müşahidə olunan axıntılara xüsusi diqqət yetirmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
33. Göründüyü kimi iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2007-ci il tarixədək çalışdığı dağmədən fəhləsi və tunel baxıcısı vəzifələri güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
34. Belə ki, iddiaçının sözügedən dövrlərdə Bakı Metropolitendə işlədiyi dağ-mədən fəhləsi və tunel baxıcısı vəzifələri - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısın”da 23000000 şifrəli “XXVİİİ. Nəqliyyat” bölməsinin “23002000 - 2. Metropolitenlər” yarımbölməsində şifrə ilə göstərilmiş “a) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarının “21. Nəqliyyat - 21.5 Metropolitenlər” bölməsində “yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
35. Eyni zamanda, işəgötürən hüquqi şəxs tərəfindən təqdim edilən məktublardan aydın olur ki, iddiaçının xx.xx.2012-xx.xx.2014-cü il tarixdə tikilən Bakı Metropoliteni Müdiriyyətində və "xxxx" QSC-nin Perspektiv İnkişaf və Əsaslı Tikintiyə Nəzarət Depatamentində xx.xx.2015-xx.xx.2021-ci il tarixdə işlədiyi baş mühəndisin müavini vəzifəsi - təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun inşa olunan istehsalat güclərinin və obyektlərinin müəyyən edilmiş vaxtda işə salınması, metropolitenin istismar xidməti ilə birlikdə onların vaxtında istismara hazırlanması və tikintinin keyfiyyətinin yüksək səviyyəsinin təmin edilməsini təşkil etmək, inşaata nəzarətin və texniki müşahidənin həyata keçirilməsində iştirak, müəyyən olunmuş qaydada inşaat layihələrin və smetalarının ilkin ekspertizalarının keçirilməsi, metropoliten obyektlərinin genişləndirilməsi və yenidən qurulması proseslərində yaxından iştirak etmək ilə əhatələnən işlərdir və güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətlərə sahibdir.
36. İddiaçının həmin vəzifədə başlıca xidməti “işin texnologiyasından asılı olaraq yerinə yetirilmiş işlərin keyfiyyətinə və texnoloji proseslərin ardıcıllığına nəzarət etmək, iş vaxtının 50% və daha çoxunu mütəmadi şəkildə yeraltı şəraitdə (tuneldə) keçirmək” olmuşdur.
37. Göründüyü kimi, iddiaçının işlədiyi baş mühəndisin müavini vəzifəsinin əmək funksiyaları, eləcə də texniki nəzəri bilikləri baş mühəndis vəzifəsinin əmək funksiyaları, texniki nəzəri bilikləri ilə eynilik təşkil etdiyindən ona bərabər tutularaq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə iş stajı olmuşdur.
38. Belə ki, iddiaçının sözügedən dövrlərdə "xxxx" QSC-də işlədiyi baş mühəndisin müavini vəzifəsi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “1. Dağ-mədən işləri - 1.1.2 Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” bölməsində “b) il ərzində (hesablanma dövründə) iş vaxtının 50 faizini və daha çoxunu yeraltı işlərdə məşğul olan rəhbərlər, mütəxəssislər, qulluqçular və fəhlələr: baş mühəndislər, onların istehsalat, yeraltı tikinti, təhlükəsizlik texnikası üzrə müavini” vəzifəsinə uyğun gəlməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrdir.
39. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli iş stajı kimi baş mühəndis olaraq işlədiyi xx.xx.2014-xx.xx.2015-ci il, xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövrləri götürsə də, həmin tarixlərdə arada qalan dövrün (xx.xx.2015xx.xx.2015) hansı səbəbə güzəştli iş stajına aid edilmədiyini əsaslandırmamışdır. Belə ki, iddiaçıya məxsus əmək kitabçası onun xx.xx.2014-xx.xx.2015-ci illərdə baş mühəndis vəzifəsində fasiləsiz çalışmasını təsdiq edir və həmin qeydin mötəbərsizliyi cavabdeh tərəfindən sübut olunmamışdır.
40. Beləliklə, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə qanunvericiliklə tələb olunan 12 il 6 ay müddətindən çox müddətdə işləməsi AT-İ ******* nömrəli əmək kitabçası, işəgötürən müəssisə "xxxx" QSC-nin arayışı və məktubları ilə təsdiqlənir.
41. Nəticə etibarı ilə iddiaçının ən azı 25 il ümumi stajı, xx.xx.2000-xx.xx.2007, xx.xx.2012xx.xx.2014, xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2021-ci il tarixlərdə işlədiyi müddət nəzərə alındığı təqdirdə, ən azı 12 il 6 ay güzəştli iş stajı mövcuddur.
42. İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür və 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir.
43. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
44. 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə qeyd edilən yeni redaksiyada verilmişdir.
45. Qanunun 7-ci maddəsində isə qeyd olunur ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
46. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün 2 şərt lazımdır: i) tələb olunan yaş; ii) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
47. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
48. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. Göstərilənlərə əsasən və İPM-in 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Cavabdehin imtinası əsassız hesab edilsin. İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva