Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4051/2023 14.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” X4rşı “doğum haqqında akt qeydinə düzəlişin edilməsi öhdəliyinin qoyulması” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” X4rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 97 nömrəli doğum haqqında akt qeydində, AZE № ******** saylı şəxsiyyət vəsiqəsində, Vİİ-ЖГ № 263992 saylı nikah haqqında şəhadətnamədə düzəliş edilərək “Qiyas” ata adının “Qeyis” kimi, “xx.xx.1968” doğum tarixinin isə “xx.xx.1968” kimi yazılması öhdəliyinin cavabdeh Bakı şəhəri 2 saylı “Asan Xidmət” X6 üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qeyis oğlu xx.xx.1968-ci il tarixdə Qubadlı rayonu, Qiyaslı kəndində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının ХЖЕ seriyalı 362345 nömrəli doğum haqqında şəhadətnamədə ata adı "Qeyis", doğum tarixi isə "xx.xx.1968" kimi göstərilmişdir. Həmçinin ona məxsus olan digər sənədlərdə o cümlədən, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş № 016349 nömrəli orderdə, şəxsi mülkiyyətində olan mənzilin texniki pasportunda ata adı "Qeyis” kimi göstərilmişdir. Lakin Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1969-cu il tarixində tərtib edilmiş 97 nömrəli doğum haqqında akt qeydində ata adı '"Qeyis" əvəzinə "Qiyas", doğum tarixi isə “xx.xx.1968” əvəzinə “xx.xx.1968” kimi, ona məxsus olan AZE № ******** saylı şəxsiyyət vəsiqəsində ata adı “Qeyis” əvəzinə ”Qiyas” kimi, Vll-ЖТ № 263992 saylı nikah haqqında şəhadətnamdə də ata adı “Qeyis” əvəzinə ”Qiyas” kimi göstərilmişdir. Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 97 nömrəli doğum haqqında akt qeydində, AZE № ******** saylı şəxsiyyət vəsiqəsində, Vİİ-ЖЕ № 263992 saylı nikah haqqında şəhadətnaməsində müvafiq düzəlişin edilməsi ilə bağlı iddiaçı yaşadığı ünvan üzrə aidiyyəti qeydiyyat şöbəsinə müraciət etsə də, 2 saylı “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən müracətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiİiyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Cavabdeh Bakı şəhəri 2 saylı “Asan Xidmət” X6 xx.xx.2022-ci il tarixli 05Q-325/68 nömrəli imtinasında sənədlərdə ziddiyyət olduğunu bildirərək aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdeh orqanın imtinası ilə bağlı bildirir ki, ona məxsus olan bütün sənədlərdə ata adı “Qeyis” doğum tarixi isə “xx.xx.1968” kimi göstərilmişdir. Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 97 nömrəli doğum haqqında akt qeydinin digər sənədlərlə ziddiyyət təşkil etməsi vətəndaşın günahı ola bilməz və bu səbəblə dövlət orqanı tərəfindən vətəndaşın hüquqlarını pozması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun Qubadlı rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 97 №-li doğum haqqında akt qeydində düzəliş edilərək “Qiyas” ata adının “Qeyis” kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh inzibati orqan iddiaya münasibət bildirmədən işə onların nümayəndəsi olmadan baxılmasını xahiş etmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçı iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat vermiş və tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydində dəyişikliyin edilməsi ilə bağlıdır. İddiaçı müvafiq tələblə əvvəlcə qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə qeydiyyat şöbəsinə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” X6 xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir ki, iddiaçının şəxsiyyət vəsiqəsində ata adı “Qiyas” və doğum tarixi “01,04.1968”-ci il olduğu halda Qubadlı rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 20.11,1969-cu il tarixli 97 saylı doğum haqqında akt qeydində doğum tarixi “xx.xx.1968-ci il” tarix qeyd edilmişdir. Həmçinin Naxçıvan MR Culfa rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş ata- X14 aid xx.xx.1963-cü il tarixli 85 saylı doğum haqqında akt qeydində uşaq bəndində adı “Qeys” qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Bildirilir ki, iddiaçının doğum akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə bilər. Doğum və nikah haqqında akt qeydində ziddiyyət aradan qaldırıldıqdan sonra iddiaçı müvafiq şəhadətnamə ilə təmin oluna bilər. -5 saylı “ASAN xidmət” Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Qubadlı rayonunda doğulmuşdur. -Qubadlı rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, 362345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Qeyis oğlu xx.xx.1968-ci il tarixdə Qubadlı rayonunun, Qiyaslı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə, 97 nömrə ilə qeyd aparılmışdır. X7, anası X5r. -Bakı şəhəri Xətai rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1996-cı il tarixli, 263992 №-li Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ilə X12 arasında 29 iyun 1996-cı il tarixdə nikah bağlanmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 01 04.1968-ci il təvəllüdlü İddiaçı ilk dəfə xx.xx.2002-ci il tarixdə ünvan 1 ünvanına qeydiyyata olmaqla AZE-00457807 nömrəli, xx.xx.2011-ci il tarixdə AZE-08960385 nömrəli, xx.xx.2018-ci il tarixdə AZE-******** nömrəli şəxsiyyət vəsiqələri verilmişdir. İddiaçı xx.xx.2002-ci il tarixdə və xx.xx.2011-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyindən göndərilməsi mümkün olmamış, xx.xx.2018-ci il tarixdə verilmiş AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olunmuş sənədlər isə məhkəməyə göndərilmişdir Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri üzrə qeydiyyata alınması və ona şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketin surətindən görünür ki, şəxsiyyət vəsiqəsinin sahibinin İddiaçı olduğu qeyd edilmişdir. -Culfa rayon VVAQ bürosu tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli, 490746 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1947-ci il tarixdə Zəngilan rayonunun Qiyaslı kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1963-cü il tarixdə, 85 nömrə ilə qeyd aparılmışdır. X2, anası X1r. Müvafiq sorğu əsasında Naxçıvan Muxtar Respublikası Culfa rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçının X7nun xx.xx.1963-cü il tarixli, 85 №-li doğum akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin aktın “uşaq haqqında məlumat” bölməsindən görünür ki, familiyası qrafasında- Həsənov, ad qrafasında- “Qeys”, ata adı qrafasında- “Həsən oğlu”, doğulduğu vaxt xx.xx.1947-ci il, doğulduğu yer Zəngilan rayonunun Qiyaslı kəndi kimi qeydiyyat aparılmışdır. Ata-anası haqqında məlumat bölməsində X2, anası X3 göstərilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası olaraq özünə məxsus doğum haqqında şəhadətnamədə, şəxsiyyət vəsiqəsində, order və sərəncamda atasının adının “Qeyis” olaraq qeyd edildiyinə istinad etməklə doğum haqqında akt qeydində ata qrafasında dəyişiklik edilərək “Qeyis” yazılmasını xahiş edir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu məsələnin həllindən imtina etmişdir. Cavabdeh hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» AR Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 01 iyun 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Ailə Məcəlləsinin preambulasına əsasən, bu məcəllə Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini, dövlət orqanlarının bu sahədə vəzifələrini, habelə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarını tənzimləyən normaları müəyyən edir. Həmin Məcəllənin: -158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. -159.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -164.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlər üzrə məlumatların elektron informasiya sistemlərindən əldə edilməsi mümkün olduğu hallarda həmin sənədlər şəxslərdən tələb olunmur. -164.2-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsi üçün lazım olan sənədlərin siyahısı vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması qaydasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.7ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın preambulasında göstərilmişdir ki, bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Əsas müddəaların 1-ci bəndinə görə, vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Həmin Müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı; nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi; adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi; yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi; övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi; atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi; atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi; ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi haqqında məhkəmənin qərarı; cinsin dəyişməsinin təsdiqi haqqında tibb müəssisəsinin rəyi; vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər. Əsas Müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Göründüyü kimi, qanunvericilik vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın aparılması hallarını, qaydalarını, onun məqsədlərini aydın şəkildə göstərmiş, bu akt qeydlərində dəyişikliklərin aparılması mümkünlüyünü kifayət qədər əsasların olması halı ilə səciyyələndirmişdir. Hazırkı halda isə iddiaçının atasının doğum haqqında şəhadətnaməsində adının “Qeyis” kimi göstərilməsinə baxmayaraq, həmin şəhadətnamənin verilməsi üçün əsas olmuş və şəxsin doğumunun qeydə alınması zamanı tərtib edilmiş ilkin qeydiyyat sənədi olan doğum akt qeydində adı “Qeys” kimi göstərilmişdir. Həmin akt qeydinin ləğv edilməsi, etibarsız sayılması ilə bağlı iddiaçı nə inzibati orqanda aparılan inzibati icraat zamanı, nə də hazırkı inzibati məhkəmə icraatında hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının atasına məxsus sənədlər arasında ziddiyyət mövcud olduğundan iddiaçının doğum akt qeydində müvafiq dəyişiklik edilməsi üçün kifayət qədər əsaslar yoxdur. Odur ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz sayılmamalı, iddia tələbi təmin edilməməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-4051/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4051/2023
14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver