Məhkəmə qərarları › İş №2-1(112)-4053/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4053/2020

04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4053/2020 04.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, cavabdehin nümayəndəsi X4 işirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı sənədlərin verilməsi tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh hakimi X7 icraatında olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(011)-338/2019 saylı xüsusi ittihamlı iş üzrə X5, X1 və X8 29 oktyabr 2019-cu il tarixli məhkəmə iclasında şahid qismində verdikləri ifadələri iddiaçının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini qəsdən nalayiq formada qəsdən alçaldan, təhqir edən kütləvi çıxışlar olduğundan bunlarla bağlı məhkəmələrə xüsusi ittiham qaydasında etdiyi şikayətləri üzrə əsas, yeganə və mötəbər sübutları olduğundan, onları həmin işlərə əlavə etmək üçün dəfələrlə Cavabdehnə müraciət etməsinə baxmayaraq, həmin sənədlərin verilməsindən imtina edildiyinə görə onların ifadələrinin qeyd olunduğu Cavabdeh 29 oktyabr 2019-cu il tarixli məhkəmə iclas protokolunun, şahid qismində məhkəməyə çağrılmaları barədə məhkəmə bildirişlərinin, ifadə verməkdən imtina etməyə və yalan ifadə verməyə görə xəbərdarlıq edilmələri barədə imza etdikləri iltizamların 03 nüsxədən ibarət təsdiq edilmiş surətlərinin, eləcə də 03 noyabr 2019-cu və 02 mart 2020-ci il tarixlərdə məhkəmə iclas protokollarından iddiaçının verdiyi qeydlərin rədd edilməsi barədə hakim C.V.Hüseynin 06 noyabr 2019-cu il tarixli və 05 mart 2020-ci il tarixli qərarları, onun hakim C.V.Hüseynə etdiyi 10 fevral 2020-ci il tarixli yazılı və həmin tarixli şifahi etirazlarının onun tərəfindən baxılmamış saxlanılması barədə 10 fevral 2020-ci il tarixli qərarları, ona etdiyi 14 fevral 2020-ci il tarixli etirazının təmin edilməməsi barədə Bakı şəhəri Cavabdeh sədri R.Rzayevin 25 fevral 2020-ci il tarixli qərarı, T.B.Nurullayev təqsirləndirilən şəxs qismində tanındıqdan sonra onun üçün AR CPM-nin 312.1-ci maddəsinə əsasən onun ərizəsi (vəsatəti) əsasında CPM-nin 92.3.1-ci, 143.3-cü, 193-cü maddəsində nəzərdə tutulan qaydada dövlət vəsaiti hesabına müdafiəçi dəvət edilməsi barədə qərarı, müdafiəçinin orderi hüquq və qanuni mənafelərinə toxunan qərarlar olduğundan, CPM-nin 88.4-cü maddəsinə əsasən zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edən xüsusi ittihamçı kimi CPM-nin 87.6.13-cü maddəsinə əsasən iddiaçının hüquq və qanuni mənafelərinə toxunan həmin qərarları almaq hüququ olduğuna görə onların təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1993-cü ildə fəaliyyətini bərpa etmiş və 02 mart 1994-cü ildə dövlət qeydiyyatına alınmış Azərbaycan Kommunist Partiyasının (AKP) üzvü olduğu zaman bir qrup şəxslə birlikdə partiyada apardığı pozuculuq fəaliyyətinə görə partiya sıralarından xaric edilmiş, lakin sonradan partiyaya bərpa olunmadan özünü AKP üzvü və həmin partiyanın Mərkəzi Komitəsinin birinci katibi kimi təqdim edən X6 xx.xx.2018-ci ildə “Facebook" sosial şəbəkədə öz səhifəsində iddiaçının şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldan məlumat yaymaqla iddiaçıya böhtan atmış, onu təhqir etmişdir. Ona görə də onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147.1-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında iddiaçı Bakı şəhəri Cavabdehnə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti hakim Cavid Hüseynin icraatına verilmiş, o, məhkəmənin xx.xx.2019-cu il tarixli hazırlıq iclasında şikayətinin icraata götürülməsi, məhkəmə baxışına təyin edilməsi, T.Nurullayevin CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib təqsirləndirilən şəxs, iddiaçının xüsusi ittihamçı kimi tanınmaları barədə qərar qəbul etmiş, həmin qərarla T.Nurullayev müdafiəçi istəmədiyi, yaxud istədiyi üçün kifayət qədər vəsaiti olmadığına görə müdafiəçi ilə təmin olunması barədə ərizə və ya vəsatətlə məhkəməyə müraciət etmədiyi və məhkəmə də onun kifayət qədər vəsaiti olmadığını müəyyən etmədiyi halda, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 19.4.4, 92.3.1, 92.4, 92.4.1, 92.14, 193, 143.3 və 312-ci maddələrinin tələblərini pozmaqla onu dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin etmişdir. Həmin iş üzrə Cavabdeh 29 oktyabr 2019-cu il tarixli iclasında şahid qismində dindirilən X10 ifadəsində özünü AKP üzvü, AKP Mərkəzi Komitəsinin (MK) üzvü, MK bürosunun üzvü, MK katibi, MK-nin Mətbuat xidmətinin rəhbəri, “Fasebook” sosial şəbəkəsində həmin partiyanın səhifəsini idarə edən MK katibi kimi təqdim edərək T.Nurullayevin xx.xx.2018-ci ildə iddiaçı barəsində yaydığı qeyd edilən məlumatı həmin tarixdə “Facebook" sosial şəbəkədə öz səhifəsində Azərbaycan KP MKnın mətbuat xidmətinin adından öz səhifəsində, həm də “Fasebook” sosial şəbəkədə AKP MK katibi kimi idarə etdiyi “Azərbaycan Kommunist Partiyasının” (AKP) səhifəsində partiyanın adından bəyənib yaydığını, onların doğru olduğunu, o vaxt və indi də təsdiq etdiyini bildirmiş, həm də ifadə verəndən sonra hakim müşavirəyə getdikdən sonra fasilə zamanı zalda əyləşən başqa şəxslərin yanında etdiyi kütləvi çıxışında da iddiaçının barəsində yayılmış həmin məlumatda qeyd olunanların hamısının doğru olduğunu, eləcə də ona qarşı başqa ittihamlar da irəli sürməklə ona təkrar böhtan atmış və onu təkrar təhqir etmişdir. Məhkəmədə həmin gün şahid qismində ifadə verən X3 və X14 da T.B.Nurullayevin xx.xx.2018-ci ildə sosial şəbəkədə yaydığı qeyd edilən məlumatda onun barəsində deyilən “üçüzlü adam” ifadəsindən başqa qalan digər halların doğru olduğunu o vaxtı və indi də təsdiq etdiklərini bildirdilər. Onlar da R.Həsənov kimi hakim müşavirəyə gedəndən sonra fasilə zamanı zalda əyləşən başqa şəxslərin yanında da iddiaçının barəsində həmin məlumatda “üçüzlü adam" ifadəsindən başqa qeyd olunanların hamısının doğru olduğunu, eləcə də ona qarşı başqa ittihamlar da irəli sürməklə ona təkrar böhtan atıb təhqir ediblər. Mən R.Həsənov, K.İbrahimova, R.Cəfərov həm T.Nurullayevin yaydığı məlumatı bəyənib yaydıqlarına görə, həm də (əsasən də) bu məlumatda göstərilənləri məhkəmənin 29.10. 2019-cu il tarixli iclasında şahid qismində verdikləri ifadələrində bir daha təsdiq etdikləri və fasilə vaxtında da onları bir daha məhkəmə zalında etdikləri kütləvi çıxışlarında təkrar edib yenidən iddiaçıya böhtan atıb onu təhqir etdikləri üçün, o, onlardan xüsusi ittiham qaydasında şikayət etmək istəmişdir. Xüsusi ittiham qaydasında şikayət edən şəxs kimi sübutları məhkəməyə özü təqdim etməli olduğu üçün hakim C.Hüseynin icraatında olan T.B.Nurullayevin CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(011)-338/2019 saylı həmin xüsusi ittihamlı iş üzrə R.H.Həsənovun, K.S.İbrahimovanın və R.Ş.Cəfərovun şahid qismində məhkəməyə çağrılması barədə məhkəmə bildirişlərinin, ifadə verməkdən imtina etməyə və yalan ifadə verməyə görə xəbərdarlıq edilmələri barədə imza etdikləri iltizamların və məhkəmənin xx.xx.2019-cu il tarixli iclasında şahid qismində verdikləri ifadələrinin iddiaçının həmin şikayətləri üzrə əsas və mötəbər sübutları olduğunu, ona görə də onların ifadələrinin qeyd olunduğu xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunu, qeyd etdiyi məhkəmə sənədlərini onlar barədə şikayət ərizələrinə əlavə etmək üçün onların 03 nüsxədə təsdiq edilmiş surətlərinin qısa müddətdə iddiaçıya verilməsinin təmin edilməsi barədə xx.xx.2019-cu il tarixdə işin icraatında olduğu hakim Cavid Hüseynə ərizə ilə müraciət etmiş, hakim C.Hüseyn və məhkəmə iclas katibi O.Paşayev şifahi qaydada həmin sənədlər ona aid olmadığı üçün, ona görə də onların iddiaçıya verilməyəcəyini bildirəndən sonra onların verilməsi üçün 14 noyabr 2019-cu ildə yenidən ərizə ilə hakim C.Hüseynə müraciət etmişdir. Bundan sonra o, hakimin xx.xx.2019-cu il tarixli cavab məktubunu almış, məktubda CPM-nin 87.6.9-cu və 87.6.10-cü maddələrinə istinad edilməklə həmin sənədlərin ona aid olmadığı və onların surətlərinin cinayət prosesin iştirakçılarına verilməsinin CPM-də nəzərdə tutulmadığından müraciətinin müsbət cavablandırılmasının mümkün olmadığı göstərilməklə onları verməkdən imtina edilmişdir. Nəticədə hakim C.Hüseyn həmin sənədləri ona vermədiyi üçün onları R.Həsənov, K.İbrahimova və R.Cəfərov haqqında xüsusi ittiham qaydasında artıq məhkəməyə təqdim etdiyi şikayətlərinə əlavə edə bilməmiş, iddiaçı həmin şikayətlər üzrə əsas sübutlardan məhrum edilmişdir. K.İbrahimova haqqında etdiyi şikayətin həmin sənədləri şikayətinə əlavə etmədiyi əsas gətirilməklə icraata götürülməsindən imtina edilmişdir. Həmin qərardan iddiaçının verdiyi apellyasiya şikayəti də bu əsasla təmin edilməmişdir. Apellyasiya məhkəməsinin bu qərarından verdiyi kassasiya şikayəti isə hələlik baxılmamışdır. R.Həsənovun vahid niyyətlə 2017-ci ildən başlayaraq ona böhtanatma və təhqiretmə cinayətlərinin son epizodunun xx.xx.2019-cu ildə Cavabdehndə baş verib orada qurtarması barədə xüsusi ittiham qaydasında Cavabdehnə etdiyi şikayət ərizəsi də, hakim C.Hüseyn R.Həsənovun həmin tarixdə şahid qismində verdiyi ifadəsinin qeyd olunduğu iclas protokolunu vermədiyi üçün, həmin şikayətə baxan hakim B.Məmmədov da həmin ifadəni şikayətə əlavə etmədiyini və R.Həsənov T.Nurullayevin xx.xx.2018-ci ildə onun barəsində yaydığı məlumatı yaşadığı Sumqayıt şəhərində yaymasını əsas götürərək iddiaçının şikayət ilə bağlı materialları aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərmişdir. Hakimin bu barədə qərar qəbul etməsi R.Həsənovun Cavabdehndə ona böhtan atıb təhqir etməsi faktlarını qəbul etməməsi demək idi. Bu, həm də məhkəmə aidiyyətini müəyyən edən Konstitusiyanın 62-ci, CPM-nin 29-cu, 74.2.2-ci maddələrinin tələblərinin və Avropa Konvensiyasının 6-cı maddəsinin işinin qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, yəni həm də aidiyyəti məhkəmə tərəfindən, ağlabatan müddətdə ədalətli araşdırılmasını tələb etmək hüququnun pozulması ilə nəticələndi. R.Həsənov Sumqayıt şəhər məhkəməsində CM-nin 147.1-ci, 147.2-ci və 148ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, onun xx.xx.2019-cu ildə Cavabdehndə şahid qismində verdiyi ifadəsinin qeyd olunduğu iclas protokolunun alınıb işə əlavə edilməsi barədə iddiaçının xx.xx.2020-ci il tarixli vəsatəti təmin edilərək həmin məhkəməyə sorğu göndərilmiş, məhkəmə iclası xx.xx.2020-ci ilə təxirə salınmışdır. Lakin Cavabdeh müraciətə cavab vermədiyi üçün məhkəmə iclası xx.xx.2019-cu ilə yenidən təxirə salınmışdır. Beləliklə, yalnız bu üç nəfərin iddiaçıya böhtan atıb onu təhqir etmələri ilə bağlı şərəf və ləyaqətini, nüfuzunu qorumaq, müdafiə etmək üçün xüsusi ittiham qaydasında etdiyi şikayətlərinə əlavə etmək üçün həmin şahidlərin onun barəsində verdikləri böhtan və təhqiramiz ifadələrinin qeyd olunduğu Cavabdeh xx.xx.2019-cu il tarixli məhkəmə iclas protokolunun surətlərinin Cavabdeh hakimi C.Hüseyn tərəfindən verilməməsi səbəbindən onun hüquqları pozulmuş, artıq vaxt itkisinə, maddi vəsait xərcləmək, fiziki və mənəvi əzab-əziyyətə, sarsıntılara məruz qalmış, bütün bunlar onun konstitusion hüquqlarının və azadlıqlarının pozulması ilə nəticələnmişdir. Onun bu əməlləri qərar formasında rəsmiləşdirilmədiyinə görə iddiaçı pozulmuş hüquqlarını bərpa etmək üçün həmin qərarlardan yuxarı instansiya məhkəmələrinə şikayət vermək, müdafiə etmək imkanına malik deyildir. Məhkəmə Hüquq Şurası da iş icraatda olduğu zaman hakim barədə edilən şikayətlərə baxmır. O, pozulmuş hüquqlarını bərpa etmək, qorumaq üçün başqa hüquqi vasitə olmadığından bu barədə inzibati məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də iddiaçı İnzibati Məhkəmədən Bakı şəhəri Cavabdeh hakimi C.Hüseynin icraatında T.Nurullayevin CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair 1(011)-338/2019 saylı xüsusi ittihamlı işdən R.Həsənovun, K.İbrahimovanın və R.Cəfərovun xx.xx.2019-cu il tarixli məhkəmə iclasına şahid qismində çağrılmaları barədə məhkəmə bildirişlərinin, ifadə verməkdən imtina etməyə və yalan ifadə verməyə görə xəbərdarlıq edilmələri barədə imza etdikləri iltizamların və ən əsası həmin tarixli məhkəmə iclasında şahid qismində verdikləri ifadələrinin qeyd olunduğu iclas protokolunun təsdiq edilmiş nüsxələrinin iddiaçıya verilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini zəruri hesab edir. Bakı şəhəri Cavabdeh qeyd edilən xüsusi ittihamlı iş üzrə xx.xx.2020-ci il tarixli məhkəmə iclasında hakim C.Hüseynə etdiyi yazılı etirazının baxılmamış saxlanılması barədə həmin tarixli qərarın, həmin etiraza baxılması məhkəmə sədrinin səlahiyyətinə daxil olduğu halda, qanunun tələblərini pozub özü baxıb onun baxılmamış saxlanılması barədə qərar qəbul etdiyinə görə, bu əsasla həmin iclasda ona şifahi şəkildə etdiyi ikinci etiraza da özü baxıb onun da baxılmamış saxlanılması barədə qəbul etdiyi qərarın, həmçinin xx.xx.2020-ci il tarixdə ona etdiyi etiraza məhkəmə sədri R.Rzayevin baxıb onun təmin edilməməsi barədə qəbul etdiyi qərarın, məhkəmə iclas protokollarından verdiyi qeydlərə baxılıb onların təmin edilməməsi barədə qərarların, eləcə də indiyə kimi tərtib edilmiş bütün məhkəmə iclas protokollarının surətlərinin ona verilməsinin təmin etməsini xahiş etmişdir. O, xx.xx.2020-ci ildə işin materialları ilə tanış olarkən iş gününün qurtarmasına az qaldığı üçün ən azı 8-10 vərəqədən ibarət olan həmin qərarları oxumağa vaxt olmadığı üçün onların surətlərinin mənə veriləcəyini düşünüb onlardan başqa işin digər materialları ilə tanış olmuş və iş üzrə iclas katibi O.Paşayevdən həmin qərarların surətlərinin ona verilməsini xahiş etmişdir. O, hakim C.Hüseynin həmin sənədlərin ona aidiyyəti olmadığı və onların verilməsinin cinayət prosessual qanunvericilikdə nəzərədə tutulmadığı üçün onların ona verilməyəcəyini, bu barədə yazılı qaydada məktubla ərizəsinə cavab veriləcəyini bildirməsi barədə məlumat verdi. Bundan sonra xx.xx.2020-ci ildə hakim C.Hüseynə yenidən ərizə ilə müraciət edib xx.xx.2020-ci ildə ona etdiyi yazılı və şifahi etirazlarına baxıb onların baxılmamış saxlanılması, sonra isə ona etdiyi yazılı etirazına məhkəmənin sədri tərəfindən baxılıb təmin edilməməsi barədə qərarlardan şikayət etmək hüququ olmasa da həmin qərarlar onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar olduğuna görə onların surətlərinin ona verilməsini xahiş etmişdir. Lakin hakim C.Hüseyn xx.xx.2020-ci il tarixli məktubla həmin sənədlərin verilməsinin cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmadığı üçün onların verilməsindən əvvəlki qaydada imtina etmişdir. Halbuki onları verməməyə əsas yoxdur. Bu sənədlərin verilməsinin qanunvericilikdə nəzərdə tutulmaması barədə hakimin bildirdikləri nə maddi, nə də cinayət prosessual qanunvericiliyə əsaslanmır. Hakimin bu əməlləri Konstitusiyanın müddəalarına ziddir. CPM-nin 88.4-cü maddəsinə əsasən xüsusi ittihamçı zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir. O, hakim C.Hüseynin 02.10. 2019-cu il tarixli qərarı ilə xüsusi ittihamçı qismində tanındığı üçün həmin vaxtdan zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə etmək hüququ var. CPM-nin 87.6-cı maddəsinə əsasən zərər çəkmiş şəxs həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada həmin maddədə göstərilən hüquqlarını həyata keçirir. Zərər çəkmiş şəxsin bütün hüquqlarından istifadə edən xüsusi ittihamçının bu hüquqlarından biri də CPM-nin 87.6.13-cü maddəsində nəzərdə tutulan cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək; cinayət işi üzrə icraata xitam verilməsi, təqsirləndirilən şəxs qismində cəlb etmə və cinayət təqibinin rədd olunması barədə qərarların, ittiham aktının, hökmün və ya məhkəmə qərarlarının surətlərini almaq hüququdur. Hakim C.Hüseyn isə ondan tələb etdiyi qərarların və digər sənədlərin ona aidiyyəti olmadığını və onların verilməsinin cinayət qanunvericliyində nəzərdə tutulmadığına əsaslanır. Onun bu arqumentləri şəxsi mülahizələri olub cinayət prosessual qanunvericiliyə əsalanmır. Xüsusi ittiham qaydasında şikayəti o, etmişdir. Bu işdə olan bütün sənədlərin də məhz buna görə ona aidiyyəti var. Hesab edir ki, xüsusi ittihamçı kimi işi başlayan olduğu üçün istənilən vaxtda da ondan imtina edib şikayətini geri götürə bilər. Belə bir halda bu işdə ona aidiyyəti olmayan sənəd yoxdur və ola da bilməz. Şikayət onun iradəsi ilə başlandığı kimi, istənilən vaxt da onu geri götürmək səlahiyyəti var. Belə bir halda bu şikayətlə bağlı işə əlavə edilmiş və iş üzrə qəbul edilmiş qərarların ona aidiyyəti olmamasından və onların verilməsinin cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmamasından da söhbət gedə bilməz. Belə ki, qanunvericilikdə şikayət verilən və verilməyən qərarlar nəzərdə tululur. Şikayət verilməyən qərarların verilməsini qadağan edən prosessual hüquq norması yoxdur. Həmin məhkəmədə T.B.Nurullayev barəsində hakimlər B.F.Məmmədov və F.Yaqubovun icraatında olan iki xüsusi ittiham qaydasında verdiyi şikayətlər üzrə məhkəmə iclas protokollarından verdiyi qeydlərinə iştirakı ilə baxılmasını xahiş etmiş, hər iki hakim tərəfindən qeydlərə xx.xx.2020-ci ildə müxtəlif saatlarda baxılması barədə ona məlumat verilmiş, lakin o, həmin gün başqa yerdə olduğu üçün iştirak edə bilməyəcəyini bildirmiş, qeydlərə iştirakı olmadan baxılaraq rədd edilmişdir. Hər iki hakimdən qeydlərlə bağlı qəbul edilmiş qərarların surətinin ona verilməsi barədə istər şifahi, istərsə də yazılı qaydada müraciət etmədiyi halda, həmin qərarlar onlar tərəfindən poçtla ona göndərilmişdir. Bundan əlavə R.Cəfərovdan etdiyi şikayətinin icraatında olduğu hakim B.Məmmədova etdiyi etirazın təmin edilməməsi barədə məhkəmə sədrinin vəzifələrini icra edən hakim İbrahim İbrahimlinin etiraza baxıb onun təmin edilməməsi barədə qərarın surəti də hakim B.Məmmədova müraciət edəndən sonra heç bir etiraz olmadan ona verilməsi təmin edilmişdir. Əgər bu qərarların verilməsi cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmayıbsa, belə çıxır ki, həmin qərarları ona göndərmiş hakimlər B.Məmmədovla F.Yaqubov bu qanunvericiliyin tələblərini pozmuşlar. Halbuki əksinədir. Qanunvericliyin, xüsusən də qeyd etdiyi CPM-nin 87.6.13-cü maddəsinin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, zərər çəkmiş şəxsin hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və onun xahişi ilə bu qərarların surətini əldə etmək” müddəasına görə hakim C.Hüseyn həmin qərarların surətlərini ona verməli idi. O, ərizə ilə ona müraciət edəndən sonra həmin sənədlərin verilməsi artıq onun hüququ deyil, vəzifəsi idi. Lakin o, bu vəzifəsini yerinə yetirmədi və iddiaçının hüquqlarını pozdu. Beləliklə, qeyd edilən eyni məsələlərlə bağlı eyni məhkəmənin ayrı-ayrı hakimlərindən qeyd edilən qərarları tələb etmədiyi halda, həmin hakimlər tərəfindən ona poçt vasitəsi ilə göndərildiyi halda, hakim C.Hüseyndən isə onları rəsmi ərizə ilə müraciət etməklə verilməsini xahiş etdiyi halda, onları verməkdən imtina etməsi ilə CPM-nin 87.6.13-cü maddəsinin tələblərini pozdu. Bu faktlar hakimin ona qarşı qərəzli olduğunu təsdiq edir. Həmin sənədlər ona verilməsə, o, Ali Məhkəmənin və Sumqayıt şəhər məhkəməsinin icraatında olan işlər üzrə əsas sübutlarını təqdim etmək imkanından məhrum olacaqdır. Bu da əvvəlki şikayətləri kimi bu şikayətlərinin də təmin edilməməsi ilə nəticələnə bilər. Ona görə də Bakı şəhəri Cavabdehndən bu sənədlərin də alınıb ona verilməsi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 izahatında bilirdi ki, bu iddiaya inzibati icraat qaydasında baxılmalı deyil. Ona görə də iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının mövcud iddia tələbi ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etməklə bağlı tələb olmadığına görə mövcud iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün deyildir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 №-li Qərarının 1-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X13 3.2-ci bəndinə əsasən, inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nda isə məhkəmələr və hakimlər inzibati orqan sırasına daxil edilməmişdir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati məhkəmə icraatı qaydasında iddia tələbi ona qarşı irəli sürülmüş cavabdeh inzibati orqan deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li Qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar