Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4054/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına və 3-cü şəxs "xxxx" Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatına qarşı “kompensasiyanın hesablanması, hesablanmış kompensasiyanın kredit müqaviləsi üzrə ödənilməmiş borca yönəldilməsi və artıq qalan kompensasiya məbləğinin isə ona ödənilməsi barədə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının onunla “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli 727931 saylı kredit müqaviləsinə də şamil edildiyindən, ona ödəniləcək 750 manat məbləğində kompensasiyanın hesablanaraq 572 manat hissəsinin onunla “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə manatla ödənilməmiş borcun ödənilməsinə yönəldilməsi və qalan 178 manat kompensasiyanın “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatından alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4054/20 xx.xx.2020-ci il tarixli qərardadına əsasən qeyd olunan inzibati iş üzrə "xxxx" X1-Bank Kredit Təşkilatı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli 727931 saylı kredit müqaviləsinə əsasən ona illik 23.35% ödəmək şərti ilə, 24 ay müddətinə 1350 (min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlanan zaman ABŞ dollarının məzənnəsi 1.05 manat olmuş, kredit müqaviləsi bağlanan tarixdə ABŞ dollarının məzənnəsi artırılaraq 1.55 manat olmuş və bunun nəticəsində borcunun məbləği həddindən artıq artmışdır. Kredit müqaviləsi üzrə ödənişlər ABŞ dolları ilə ödənilməli olduğundan aylıq ödənişlər də artdığından, ödəməli olduğu məbləği vaxtında və lazımi qaydada ödəyə bilməmişdir. Bundan başqa, həmin tarixdə onunla “Finca Azərbaijan” X1- Bank Kredit Təşkilatı arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən ona 1350 (min üç yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit Təşkilatına 2700 manat kredit ayrılması barədə ərizə ilə müraciət etsə də, cavabdeh 2 kredit müqaviləsi üzrə bir hissəsi ABŞ dolları, digər hissəsi Azərbaycan manatı olmaqla ayrı-ayrı ödəniş cədvəlləri vermişdir. Kredit müqaviləsi bağlanan tarixdə, həmin gün ABŞ dollarının məzənnəsinin artması ilə əlaqədar ödənişləri lazımi qaydada yerinə yetirə bilməmişdir. Lakin məlum Fərmanla dünya bazarında neftin qiymətinin 3-4 dəfə azalması ilə bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qərara alınmışdır. Fərman qəbul edildikdən sonra, onunla cavabdeh Kredit Təşkilatı arasında bağlanmış kredit müqaviləsi 21 dekabr 2015-ci il tarixdə bağlandığından, ona ödəniləcək kompensasiyanın ödənilməsini müəyyən etmək üçün rəsmi internet saytına baxan zaman onun ad və soyadının qeyd olunmadığını müəyyən etmişdir. Bundan sonra dəfələrlə Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsə də, müraciətinə cavab olaraq bildirilmişdir ki, kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarla fərqlilik olması həmin kreditin devalvasiya tarixlərdə valyutasının müəyyən edilməsinin mümkünsüz etməsini, bununla əlaqədar məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Sonda iddiaşı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdeh və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası vətəndaşının AZE ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Zaqatala rayonu Əliabad kəndində doğulmuşdur; - İddiaçı ilə “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli 727931 saylı kredit müqaviləsinə əsasən ona illik 23.35% ödəmək şərti ilə 24 ay müddətinə 1350 (min üç yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir; - Maliyyə Bazarlarına Nəzarət Palatasının İddiaçı elektron qaydada ünvanladığı xx.xx.2019-cu il tarixli 25369 saylı müraciət qovluğunda iddiaçının müraciətinə Maliyyə Bazarlarına Nəzarət Palatasının Apellyasiya Komissiyasında baxılaraq cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və ya restrukturizasiya olunacaq borclar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatlarının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçının müraciəti üzrə kredit təşkilatı tərəfindən təqdim olunmuş materiallar, habelə kredit təşkilatında sözügedən kreditlərin uçotunun düzgün aparılmaması, Mərkəzi Kredit Reyestrinə daxil edilmiş məlumatlarda fərqliliklərin olması həmin kreditin devalvasiya tarixlərində valyutasının müəyyən edilməsini mümkünsüz etmişdir. Bununla əlaqədar, sorğu edilən kredit üzrə müqavilələrə həqiqiliyinin və kreditin valyutasının məhkəmə ekspertizası yolu ilə müəyyən edilməsinə zərurət yaranmışdır; -Azərbaycan Respublikası Mərkəzi Bankın məhkəməyə ünvanladığı 28 aprel 2020-ci il tarixli № 16-03539-2020 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı (Fərman) bağlı baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul edilmişdir. Sözügedən Fərman qəbul olunmaqla devalvasiyaların baş verdiyi günədək (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin müvafiq qaydada qiymətləndirilməklə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilmişdir. Göründüyü kimi, kredit borcunun bu Fərmanın təsir dairəsinə düşməsi üçün əsas şərtlərindən biri kimi kredit müqaviləsinin devalvasiyaların baş verdiyi günlərə qədər rəsmiləşdirilməsi və həmin tarixlərə borcların mövcud olması müəyyən olunmuşdur. İddiaçı iddiası ilə bağlı bildirilmişdir ki, onunla Cavabdeh1 Qeyri-Bank Kredit Təşkilatı MMM arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixində, yəni İİ devalvasiya elan edildikdən sonra bağlanılmışdır. Belə olan halda borclunun xarici valyutada rəsmiləşdirilən kredit borcunun artıq devalvasiya elan edildikdən sonrakı məzənnə ilə götürüldüyü müəyyən edilir. Bu hal isə İddiaçı xarici valyutada olan əsas kredit borcunun devalvasiya nəticəsində manatla artdığını istisna edir. Məhz yuxarıda qeyd edilən məqamlar nəzərə alınmaqla İddiaçı adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir; Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidenti tərəfindən 551 №-li, xx.xx.2019-cu il tarixli Fərman qəbul edilmişdir. Həmin Fərmanın 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etməsi; -3.2-ci bəndinə əsasən isə bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx beş gün müddətində müəyyən etməsi və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi; -7.1-ci bəndinə əsasən banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi Palataya tapşırılmışdır. Göründüyü kimi, kredit borcunun bu Fərmanın təsir dairəsinə düşməsi üçün əsas şərtlərindən biri kimi kredit müqaviləsinin devalvasiyaların baş verdiyi günlərə qədər rəsmiləşdirilməsi və həmin tarixlərə borcların mövcud olması müəyyən olunmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 Qeyri- Bank Kredit Təşkilatı MMM ilə arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixində, yəni İİ devalvasiya elan edildikdən sonra bağlanılmışdır. Belə olan halda borclunun xarici valyutada rəsmiləşdirilən kredit borcunun artıq devalvasiya elan edildikdən sonrakı məzənnə ilə götürüldüyü müəyyən edilir. Bu hal isə İddiaçı xarici valyutada olan əsas kredit borcunun devalvasiya nəticəsində manatla artdığını istisna edir. Məhz yuxarıda qeyd edilən məqamlar nəzərə alınmaqla İddiaçı adı bu hissədə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçı əsas tələblə yanaşı, hüquqi müqəddəratı həmin tələblə bilavasitə bağlı olan əlavə tələblər də irəli sürmüşdür. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" MMM Qeyri-Bank Kredit Təşkilatı olmaqla iddiaçı ilə “Finca Azərbaijan” X1-Bank Kredit Təşkilatı arasında bağlanmış 21 dekabr 2015-ci il tarixli 727931 saylı kredit müqaviləsi üzrə ödədiyi artıq məbləğin kompensasiyasının hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilməlidir. İddiaçının əsas tələbi rədd edildiyindən əlavə tələbləri də təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mehriban Qarayeva
Məhkəmə qərarları › İş №2-1(112)-4054/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4054/2020
24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver