Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4054/2021 18.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı X4 üçüncü şəxs qismində cəlb edilməklə göstərilməklə “Bakı şəhər Xəzər rayon Polis İdarəsinin üzərinə üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsinə qarşı “Bakı şəhər Xəzər rayon Polis İdarəsinin üzərinə üçüncü şəxs X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanının mülkiyyətçisidir. 12.12.2009-cu il tarixdə iddiaçı qeyd edilən mənzilə dair hüquqlarını qeydiyyatdan keçirərək, çıxarış almışdır. Üçüncü şəxs Ehtiram Bağırov onun ailə üzvü deyil və sözügedən mənzildə heç vaxt yaşamamışdır. Hal-hazırda harada olduğu və yaşaması barədə iddiaçının hər hansı bir məlumatı yoxdur. O, qeyd edilən mənzildə öz ailə üzvləri ilə birlikdə yaşayır və qeydiyyatdadırlar. Ehtiram Bağırovun həmin mənzildə qeydiyyatda olmağı iddiaçının mülkiyyət hüquqlarını pozur. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün iddiaçı aidiyyatı üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə 07.01.2021-ci il tarixdə cavab verilmiş və cavab məktubunda üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etmək hüququnu bildirmişlər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə cavabdeh Bakı şəhər Xəzər rayon Polis İdarəsindən iddiaya dair münasibətin (etirazın) bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumihüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cаvаbdеh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmiş, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Оdur ki, məhkəmə işə cаvаbdеhin iştirаkı оlmаdаn bахmışdır Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, X4 iddiaçının razılıq ərizəsi əsasında ona məxsus mənzilə qeydiyyata alındığından, onun ərizəsi əsasında da cavabdeh tərəfindən 3-cü şəxs qeydiyyatdan çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1 ünvanından ibarət ümumi sahəsi 48.1 kv.m sahəsi olan 2 otaqlı mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinin 26.11.2009-cu il tarixli, 11/2262 nömrəli daşınmaz əmlakın texniki pasportuna əsasən ünvan 1 ünvanının ümumi sahəsi 48.1 kv.m, yaşayış sahəsi 31.2 kv.m olmaqla mülkiyyətçisi İddiaçıdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı, 23.08.2013-cü il təvəllüdlü X5, 18.10.2005-ci il təvəllüdlü X6, 05.11.1985-ci il təvəllüdlü X8, 08.04.1972-ci il təvəllüdlü X4, 14.11.1961-ci il təvəllüdlü X9, 13.06.2017-ci il təvəllüdlü X3 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı 07.01.2021-ci il tarixli məktubuna əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci hissəsinin tələblərinə müvafiq olaraq qeyd olunan məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət edilməsi tövsiyə olunmuşdur. AZ-İ 380634 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X7 arasında bağlanılmış nikaha Xəzər rayon Məhkəməsinin qətnaməsi əsasında 14.12.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə 12 mart 2021-ci il tarixli sorğusu ilə Bakı şəhər Xəzər rayon Polis İdarəsindən X1 ünvan 1 ünvanına qeydiyyata alınması üçün əsas olmuş sənədlərin təqdim edilməsini xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Polis İdarəsi 01.04.2021-ci il tarixli sorğuya cavab məktubu ilə bildirmişdir ki, Daxili İşlər Nazirliyinin müvafiq qərarının tələblərinə uyğun olaraq E.Bağırovun sözügedən ünvana qeydiyyata alınmağına əsas verən sənədlər 5 (beş) il saxlanıldıqdan sonra məhv edilmişdir. Beləliklə məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki, ünvan 1 mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İddiaçı qızı X2 və onun əri X1 mülkiyyətində olan mənzilə qeydiyyata alınmasına razılıq vermişdir. X7 və X4 arasında olan nigahları pozulmuşdur. Üçüncü şəxs X4 hal-hazırda qeydiyyatda olduğu mənzildə yaşamır və onun mübahisəli mənzildə istifadə hüquqlarının mövcud olması, həmin hüququn qanunvericiliyin tələblərinə uyğun qaydada qeydə alınması müəyyən edilməmişdir. İddiaçı mülkiyyətində olan mənzildə qeydiyyatda olan, ailə üzvü olmayan şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana müraciət etsə də onun müracitəti təmin edilməmişdir, bu səbəbdən də iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıda göstərilənlərə görə iddiaçının iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə uyğun olaraq, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması dedikdə, ona ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən və ya yaşayış yerini dəyişdirmiş vətəndaşın yeni yaşayış yerinə gəldikdən sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınması başa düşülür. Həmin maddəyə əsasən yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizəanketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir:1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qeyd edilən normaya əsasən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd dedikdə, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd başa düşülür. Qanunvericiliyə əsasən, vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması üçün digər əsas olan yaşayış sahəsinin mülkiyyətçisinin verdiyi ərizə ilə ona məxsus yaşayış sahəsinə vətəndaşın qeydiyyata alınmasına icazə verilir. İşin həqiqi hallarına əsasən iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Ş/DRES qəsəbəsi, L.Starçuk küçəsi, ev 16 ünvanında yerləşən 7 saylı mənzilin mülkiyyətçisidir. 3-cü şəxs X1 həmin mənzilə iddiaçının razılıq ərizəsi əsasında qeydiyyata alınması cavabdeh tərəfndən təkzib edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki,”şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitədir və bu məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.” Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ – əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəalarına uyğun araşdırma apararaq, məhkəmə müəyyən etmişdir ki, 3-cü şəxs X1 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Ş/DRES qəsəbəsi, L.Starçuk küçəsi, ev 16 ünvanında yerləşən 7 saylı mənzildə yaşamır, onun həmin mənzilə qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış istifadə hüququ mövcud deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli X1 İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Ş/Dres qəsəbəsi, L.Starçuk küçəsi, ev 16 ünvanında yerləşən 7 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İPM-nin 110.1-ci mаddəsinə əsаsən prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci – 69-cu, 85-ci,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Ş/Dres qəsəbəsi, L.Starçuk küçəsi, ev 16 ünvanında yerləşən 7 saylı mənzildən X1 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4054/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4054/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver