Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4056/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdehnə qarşı “mənzil növbəsinə götürülmə və kirayə haqqının ödənilməsi barədə sərəncam verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Yasamal Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 175 nömrəli arayışa əsasən 1972-ci il təvəllüdlü ehtiyatda olan polkovnik-leytenant İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xx.xx.2012-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olmuş və AR SHXÇDX-nin 0123 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrinə, “Hərbi vəzifə hərbi xidmət haqqında” AR Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) əsasən ehtiyata tərxis olunmuşdur. İddiaçı ilə X4 arasında 2005-ci ildə nikah bağlanmış, xx.xx.2004-cü il təvəllüdlü X5, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı üç uşağı var. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən sorğu verilərək, İddiaçı və ailə üzvlərinin Azərbaycan Respublikasının ərazisində daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması (əvvəllər də qeydiyyata alınmış, sonradan çıxarılmış əmlak da daxil olmaqla) araşdırılmış, sorğuya cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 11 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “...Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı adına: - Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 65c ünvanında yerləşən qeyriyaşayış binası qeydiyyata alınmış, lakin xx.xx.2000-ci il tarixli, 3M4/-467 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 50, mənzil 11 (1/3 hissəsi) qeydiyyata alınmış, lakin xx.xx.2007-ci il tarixli, 4-Ə-2/452 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60, ev 4, mənzil 54 qeydiyyata alınmış, lakin xx.xx.1999-cu il tarixli, 3M-A/2-201 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. X1 adına: - İmişli rayonu, Telişli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,12 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. - Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 90, mənzil 9 qeydiyyata alınmış, lakin xx.xx.2014-cü il tarixli, 4Ə-856 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, ev 10B, mənzil 33 qeydiyyata alınmış, lakin xx.xx.2022-ci il tarixli, 4Ə-1357 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. - İmişli rayonu, Telişli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 3,2619 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydiyyata alınmış, lakin xx.xx.2024-cü il tarixli, 7Ə753 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Sorğuda qeyd olunan digər şəxslərin adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.” Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş İddiaçı Azərbaycan Ordusunda hərbi xidmət keçməsi barədə məlumatda göstərilmişdir ki, “...Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Şəxsi heyətin elektron məlumat sistemi”nə əsasən mayor İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Xızı rayon hərbi komissarlığında, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək İmişli rayon hərbi komissarlığında, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Ağdaş rayon hərbi komissarlığında müvafiq vəzifələrdə həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2012-ci il tarixli müvafiq əmrinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamına göndərilmişdir.” Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...vətəndaş İddiaçı Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. İddiaçı güzəştli mənzil növbəsinə dair adlı siyahıda olub-olmaması ilə bağlı digər məsələ Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olduğundan cavablandırılması üçün aidiyyəti üzrə Azərbaycan Ordusunun hərbi qulluqçularının dövlət vəsaiti hesabına yaşayış sahəsi ilə təmin edilməsi üzrə komissiyanın sədrinə ünvanlanmışdır və nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir.” Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhəri Yasamal Bələdiyyəsinin 23 dekabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı Yasamal Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. Məhkəmənin sorğusuna cavab olaraq İmişli Rayonu Telişli Bələdiyyəsinin 24 dekabr 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı və ailə üzvləri X4, X5, X6 və X3 İmişli rayonu Telişli kənd ərazisində pay torpaq sahəsi yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 29 dekabr 2024-cü il tarixli məktubunda göstərilmişdir ki: “...Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının ikinci hissəsinə əsasən yaradılmış Komissiya tərəfindən Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil təminatı məsələsinə baxılır. Ehtiyatda olan mayor İddiaçı Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti (xx.xx.2002-xx.xx.2012) təqvim ili ilə 09 il 05 ay 03 gün təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq ehtiyatda olan mayor İddiaçı, Azərbaycan Ordusunda həqiqi hərbi xidmət müddəti 20 (iyirmi) təqvim ili təşkil etmədiyi üçün adının Azərbaycan Ordusu sıralarında 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş, yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların adlı siyahısına daxil edilməsi qanunvericiliyin tələblərinə uyğun deyil.” Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışında göstərilir ki, İddiaçı Bakı Şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Çökəli küçəsində ailəsi ilə birlikdə qeydiyyatsız yaşayır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, X5 (FİN: 7A85PPD) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə əsasən müddətsiz ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə qüvvədə olan əlilliyi müəyyən edilmiş şəxs hesab edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışında göstərilmişdir ki, İddiaçı (FİN: xxxxxxx) övladı X8 (6URAM3N) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” (TSERAS) altsisteminə əsasən xx.xx.2029-cu il tarixinə kimi ümumi xəstəliklə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə qüvvədə olan əlilliyi müəyyən edilmiş şəxs hesab edilmişdir. İddiaçı yaşayış yeri üzrə imtiyazlı əsaslarla mənzil növbəsinə qəbul olunması ilə bağlı cavabdeh Bakı Şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı Şəhəri Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindi 15 təqvim ili və daha çox xidmət etmiş yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin edilənədək mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Müvafiq qanunvericiliyə əsasən 2023-cü il tarixindən ehtiyata buraxıldığınızdan sizin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməyiniz mümkün deyildir. İddia tələbi, iddianın əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mənzil növbəsinə götürülməsinin və kirayə pulunun ödənilməsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 1972-cı ildə İmişli rayonunda doğulmuşdur. xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrdə, xx.xx.2012-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası SHXÇDX-nin 0123 ş/h nömrəli əmrinə, “Hərbi vəzifə hərbi xidmət haqqında” AR Qanunun 41.0.2-ci maddəsinə (yaşa görə) əsasən ehtiyata təxris olunmuşdur. Bu illər ərzində onda “zəif görmə, qulaqlarda qıcanma, travma, Büzdüm sümüyün sınığı, L3-L4, L4-L5,L5-S1 fərələrarası diskin protruziyası, yaralanmanın kontııziynın ” kimi xəstəliklər yaranmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında”AR Qanunun 41.0.2-ci maddəsinə (yaşa görə) əsasən ehtiyata təxris olunmuşdur. Xəstə, heç bir yerdə işləyə bilməyən vətandaş kimi yaşayış yeri üzrə mənzil növbəsinə alınmağı ilə bağlı Cavabdehnə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli, 5-21/2B- 8-060/024 saylı məktub ilə bundan imtina edilmişdir. Qeydiyyatda olduğu ünvan qohumu X2 məxsus olan bina evi olmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubu onunla əsaslandırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qullluqçularının yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin edilədək mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək kirayyə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Müvafiq qanunvericiliyə əsasən xx.xx.2023-cü il tarixdən ehtiyata buraxıldığınızdan sizin yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməyiniz mümkün deyildir. Qeydiyyata düşdüyü ünvana 2008-ci ilin may ayından qeydiyyata düşmüşdür. Lakin 1985-cı ildən bu günə qədər Bakı şəhərində kirayədə qalır. Hesab edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmçinin, mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müvafiq kompensasiya ödənilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının “xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (ailə tərkibi: özü, arvadı və üç övladı olmaqla) ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Bakı Şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçı iddia müddətini ötürərək, məhkəməyə müraciət etmişdir. Belə ki, onun müraciəti xx.xx.2024-cü il tarixli məktub ilə təmin edilməmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə ona təqdim edilmişdir. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindi 15 təqvim ili və daha çox xidmət etmiş yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının yerli icra hakimiyyəti başçıları tərəfindən mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə təmin edilənədək mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmuşdur. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı faktiki olaraqa Binəqədi rayonu ərazisində yaşayır. Onun kirayədə yaşaması ilə bağlı kirayə müqaviləsi yoxdur. İddianın təmin edilməsi üçün əsas yoxdur. Sonda S.N.Rzayev iddianın təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü “mənzil növbəsinə götürülmə” hissəsində öhdəliyin icrasına dair, “kirayə haqqının ödənilməsi” hissəsində kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. Tətbiq edilən hüquq və məhkəmənin əsaslandırması: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Maddə 2. Şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; İddiaçı ehtiyatda olan hərbi qulluqçudur və mənzil hüququ xüsusi qanunla tənzimlənir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur: Hərbi Hərbi rütbələr qulluqçuların və hərbi Ümumqoşun Hərbi Dəniz vəzifəlilərin tərkibi Əsgərlər və Əsgər (kursant) Matros (kursant) matroslar Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və Kiçik gizir Kiçik miçman miçmanlar Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddənin 2-ci hissəsinin 3-cü abzasının birinci cümləsinə əsasən: - Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. - 4-cü abzasının birinci cümləsinə əsasən isə ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 12-ci maddənin 7-ci hissəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 nömrəli Qərarı:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
3. Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti başçıları: 3.1. bir ay müddətində bu qərarın 1-ci hissəsində göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı bu qərarın əlavəsinə uyğun olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməsini təmin etsinlər; 3.2. növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim olunmasını təmin etsinlər.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutsun. İşin müəyyən edilmiş hallarına görə İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, xx.xx.2012-ci ildən xx.xx.2023-cü ilədək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətdə olmuş və AR SHXÇDX-nin 0123 ş/h nömrəli xx.xx.2022-ci il tarixli əmrinə, “Hərbi vəzifə hərbi xidmət haqqında” AR Qanununun 41.0.2-ci maddəsinə (yaşa görə) polkovnik-leytenant kimi ehtiyata tərxis olunmuşdur. İddiaçı xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Onun və ailə üzvlərinin adına daşınmaz əmlak aşkar edilməmişdir. Üç övladından ikisi əlildir. Cavabdeh imtina məktubunda “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci maddəsinə istinad edərək bildirmişdir ki, iddiaçı 2023-cü il tarixindən ehtiyata buraxıldığından onun yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsinə götürülməsi mümkün deyildir. Məhkəmə cavabdehin qeyd edilən dəlili ilə bağlı bildirir ki, qanunvericilikdə “ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ” ilə bağlı nəzərdə tutulmuş “6 ay müddət” prosessual qaydanı özündə ehtiva edir. Yəni, belə hüquqa malik olan şəxslərin 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı və bələdiyyələr qanundan irəli gələn hüquqlarını təmin etməlidirlər. Yoxsa, qanun belə başa düşülməməlidir ki, həmin müddətin keçməsi bu hüquqa malik olan şəxsi hüquqdan məhrum edir. Qanunvericilkdə (Mənzil Məcəlləsinin 53-cü maddəsi) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan edilməsinin halları dəqiq və imperativ şəkildə müəyyən edilmiş, qeyd edilən müddətə əməl edilməməsi halı uçota alınmaqdan imtina üçün müstəqil əsas kimi nəzərdə tutulmamışdır. Qeyd edilən normanın mahiyyəti və məzmunu (6 ay müddət ilə bağlı) məhz bu hüquqa malik şəxslərin qanunla onlar üçün tanınan hüququnun realizəsi üçün müəyyən edilmiş müddəti nəzərdə tutmaqla, nəticə etibarı ilə prosedur qaydanı özündə ehtiva etməklə, şəxsin qanunla ona tanınan maddi hüquqdan (əmlak hüququndan) məhrum edilməsinə əsas olan hal kimi çıxış etmir. Əks yanaşmanın tətbiq edilməsi şəxsin mövcud olan hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxardar ki, bu hal mütənasiblik və ədalətlilik prinsiplərinin tələbinə zidd olmuş olardı. Məhkəmə - iddiaçının arvadının adına vaxtı ilə mənzil (2022-ci ildə özəlləşdirilmişdir), ümumi birgə mülkiyyət hüququ ilə kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin olması və onların özəlləşdirilməsi; hazırda İmişli rayonu, Telişli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,12 ha həyətyanı torpaq sahəsinin olması ilə bağlı bildirir ki, qeyd edilən torpaq sahələrindən biri kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi olmuşdur və Torpaq Məcəlləsinin 13-1-ci maddəsinə əsasən işin hallarına görə həmin torpaq sahəsində əsaslı tikilinin tikilməsinə qanun yol vermir. Telişli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,12 ha həyətyanı torpaq sahəsi isə iddiaçının arvadına nikahdan əvvəl verilmiş torpaq sahəsidir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçının arvadının başqaları ilə ümumi birgə mülkiyyətdə olan və ya olmuş torpaq sahəsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi baxımından müvafiq icra hakimiyyəti orqanı, habelə müvafiq bələdiyyə tərəfindən yaşayış sahəsinin tikintisi üçün verilməmişdir. (Qeyd edilən məsələyə münasibət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-2757/2024 saylı qərarında mövqe eyni olmuşdur). İddiaçının arvadının adına olan mənzilin də 2022-ci ildə özəlləşdirilməsini məhkəmə hesab edir ki, iddiaçının bilərəkdən öz vəziyyətini süni pisləşdirilməsi kimi qəbul edilməməlidir. Belə ki, işin müahisələndirilməyən hallarına görə iddiaçının övladlarından ikisi əlildir. Onlardan biri isə müddətsiz əlildir. Məlum məsələdir ki, istər əvvəllər, istər indi, istərsədə gələcəkdə bu şəxslərin müalicəsi ilə bağlı vəsait lazım olmuş, hazırda da lazımdır və gələcəkdə də lazım olcaqdır. Məhkəmə cavabdehin nümayəndəsinin - iddiaçının faktiki olaraqa Binəqədi rayonu ərazisində yaşaması ilə bağlı mövqeyinə münasibətdə bildirir ki, iddiaçı xx.xx.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən qanunvericilik Azərbaycan Respublikasının vətəndaşına münasibətdə şəxsin yaşayış yerini onun şəxsiyyət vəsiqəsindəki ünvan ilə müəyyənləşdirir. Həmçinin, həmin məsələ ilə bağlı nəzərə alınmalıdır ki, cavabdeh mübahisə üzrə özünü səlahiyyətli qurum hesab edərək, məsələyə mahiyyəti üzrə baxaraq, qiymət vermişdir. Həmçinin, nəzərə alınmalıdır ki, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə də əməl olunmamışdır. Belə ki, Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Cavabadehin xx.xx.2024-cü il tarixli imtina məktubu Mənzil Məcəlləsinin 51.5-ci maddəsinin tələbinə zidd olaraq inzibati akt formasında tərtib olunmamışdır. Halbuki, qanunvericinin uçota alınma və ya uçota almaqdan imtina haqqında məsələ ilə bağlı göstərişi imperativdir. Cavabdehin imtinası inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozur. Belə ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edilməsi qanunda birbaşa olaraq nəzərdə tutulub (“Hərbi qulluqçuların statusu haqıqnda” Azərbaycan Respublikası Qanununun 12-ci maddənin 2-ci hissəsinin 3-cü abzasının birinci cümləsi). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (ailə tərkibi: özü, arvadı və üç övladı olmaqla) ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Bakı Şəhəri Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. xx.xx.1972-ci il təvəllüdlü İddiaçı (ailə tərkibi: özü, arvadı və üç övladı olmaqla) ehtiyatda olan hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməsi barədə sərəncam verilməsi və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilməsi öhdəliyi Bakı Şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.
X14